Bretton-Vuds sisteminin çökməsi və 70-ci illərdəki ciddi
böhranlar çərçivəsində BVF-dan resursların cəlbi
olduqca çətinləşdi. Bu çətinliklərin işığında, böhrana qədərki dövr ərzində orta gəlirli ölkələr beynəlxalq maliyyə
bazarlarının imkanlarından istifadə edərək baş verə biləcək böhranlara qarşı dayaq rolu oynaya biləcək böyük
həcmdə xarici valyuta ehtiyatı yığmışdılar. Bu valyuta akkumuliyasiyasında ana məqsəd qəfil baş verə biləcək
böhranlar
zamanı ölkənin likvidlik imkanlarının artırılması, milli valyutalara
təzyiqin ortadan götürülməsi,
və
mümkün qədər
beynəlxalq valyuta fondunun
“bürokratik” maliyyələşmə proqramlarından uzaqlaşmaq idi.
Qlobal
sistemdə
baş verən bu
dəyişikliklərin işığında Beynəlxalq valyuta fondunun aparıcı fiqur kimi get-gedə güclənən
ölkələrin iqtisadi gücləri ilə nisbətdə zəiflik nümayiş etdirməyə başlamışdı.
BVF sonuncu qlobal maliyyə böhranının fərli mərhələlərində hadisə və proseslərə gecikmiş yanaşmalar
sərgiləmişdir. 1973-cü ildə Bretton-vudsun dağılması ilə və qlobal səviyyədə üzən məzənnənin tətbiqinin və
kapitalın maneəsiz hərəkətlərinin armasıyla, ölkələr artıq müstəqil olaraq pul siyasəti qəraraları qəbul etməyə
başladılar. Bu da ÜTT öncüllüyündə beynəlxalq ticarətin
Dostları ilə paylaş: |