hesab edir ki, gələcəkdə BVF artıq regional
maliyyə
institutlarının
üzv olduğu universal bir quruma çevriləcək. Başqa sözlə
desək,
AMB və FES-ə
oxşar
formada, Fond
müxtəlif
iri regional maliyyə
institutlarını özündə birləşdirən bir sturuktur kimi formalaşacaqdır
(http://www.iccwbo.ru/blog/2016/mezhdunarodnaya-finansovaya-sistema/).
Yuxarıda qeyd etdiyimiz kimi, inkişafda olan ölkə qruplarının müxtəlif formalı maliyyə birləşmələri yaratma
prosesləri yolunda təşəbbüsləri olduqca artmışdır. Bu cür birləşmələrin yaradılmasında ana məqsəd iqtisadi
problemlərin regional miqyasda həlli və təşəbbüskar dövlətlərin maraqları çərçivəsində iqtisadi və infrasturuktur
layihələrinə dəstək məqsədilə birgə fondların yaradılması yönündədir. Ötən 25 ildə BVF və DB-nin təşəbbüsü ilə
İEOÖ-ə texnokrat inkişaf proqramı- aşağı təbəqələrə sızma iqtisadiyyatı və Vaşinqton konsensusu ideologiyası
əsasında edilən köməklərin sözü gedən ölkələrə inkişaf deyildə, tənəzzül gətirməsindən sonra bu ölkələr maliyyə
resursu əksikliyi səbəbindən bu analojiqurumlardan asılı vəziyyətə düşmüşlər. DB və onun törəmə institutlarında,
regional inkişaf banklarında, əsasən ABŞ hökmranlığının kontekstində, yüksək iqtisadi inkişafa malik inkişaf
etməkdə olan ölkələr alternativ maliyyələşmə mənbələri yaratmaq yolu ilə bu cür asılılıqdan yaxa qurtarmağa səy
göstərirlər. Bu baxımdan, BRİCS ölkələrinin təşəbbüsü ilə yaradılmış “Yeni İnkişaf Bankı” və Çin tərəfindən
qurulan Aiya İnfrasturuktur və İnvestisiya Bankı(AİİB) mühüm əhəmiyyətə malikdir.
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Qlobal iqtisadi konyuktura davamlı dəyişikliklərlə müşahidə olunur. Bu dəyişikliklərin fonunda Beynəlxalq valyuat
sistemində valyuta münasibətlərinin yenidən təşkil edilməsi kifayət qədər aktual məsələlərdəndir. Sistemin
funksionallığına bu və ya başqa formada təsir edən faktorlar dissertasiya boyunca müxtəlif mövqelərdən
araşdırılmışdır. Araşdırmalardan əldə etdiyimiz ən mühüm nəticə isə odur ki, yeni çoxtərəfli valyuta
tənzimlənməsi sisteminin yenidən təşkili zəruridir. Və zəruriyyətin icrası əvvəlki təcrübələrdən və mövcud
durğunluqdan bəhrələnərək həyata keçirilməlidir. Dissertasiya işinin yekunu olaraq aşağıdakı tədbirlərin həyata
keçirilməsi bizcə məqsədəuyğundur.
1.Araşdırmaların nəticəsi olaraq qeyd edə bilərik ki, dollar hökmranlığının güclü mövqelərə malik olması,
konyuktur dəyişiklikləri fonunda sistemin dayanıqlığı və çevikliyinin təminini olduqca çətinləşdirir. Bu problemin
həlli nöqteyi-nəzərindən Tomassonun fikrinə istinad edərək qeyd edə bilərik ki, bu
Dostları ilə paylaş: |