Plan : GİRİŞ



Yüklə 70,42 Kb.
səhifə8/10
tarix02.01.2022
ölçüsü70,42 Kb.
#34915
1   2   3   4   5   6   7   8   9   10
IH-3

Sual 3.

İnzibati-hüquqi normaların həyata keçirilməsi formaları (üsulları)

onların xarakteristikası
Hüquq normaları insanların davranışına fəal təsir göstərmək və ictimai münasibətləri tənzimləmək üçün qəbul edilir. Hüquq normaları insanların davranışına, onların iradəsinə və şüuruna təsir edir. Hüquqi tənzimlənmə sahəsində insanlar hüquq normalarının tələblərinə uyğun olaraq davranırlar. Vətəndaşların davranışı, ümumi və fərdi maraqları ictimai inkişafın tələblərinə uyğunlaşdırılır.

Hüquq normalarının realizəsi onların tələblərinin insanların davranışında təcəssüm etdirilməsidir.

İnzibati hüquq norması vətəndaşların optimal davranış variantıdır. Lakin, bunu fəaliyyətə (həqiqətə) çevirmək üçün inzibati hüququn subyektlərinin davranışlarını inzibati hüquq normadakı qaydalara qeydsiz-şərtsiz olaraq uyğunlaşdırmaq lazımdır.

Deməli, inzibati hüquq normaların realizəsi inzibati hüququn subyektlərinin inzibati hüquqların əldə edilməsi və istifadə edilməsi (hüquqlardan istifadə edilməsi), hüquqi vəzifələrin icra edilməsi, vəzifələrə riayət edilməsi və inzibati-hüquqi normaların tətbiqi (onların realizəsinin xüsusi forması) kimi qanunauyğun hərəkətləri başa düşülür.



Realizə - hüquq normalarının qaydaları ilə uyğunlaşdırılan hüquq subyektinin davranışında ifadə olunmasıdır.

Hüquq nəzəriyyəsində hüquq normalarının realizəsinin aşağıdakı formaları (üsulu) mövcuddur:



  • hüquqların həyata keçirilməsi;

  • vəzifələrin icrası;

  • vəzifələrə riayət etmək;

  • hüquq normalarının tətbiqi.

İnzibati hüquq normaların realizəsinin isə aşağıdakı 4 forması mövcuddur:

  • riayət etmə;

  • icra etmə;

  • istifadə etmə;

  • tətbiq etmə.

İnzibati hüquq normaların riayət etmə formasında realizəsi - hüquq subyektinin inzibati hüquq normaların tələblərinə könüllü olaraq tabe olması ilə xarakterizə olunmasıdır. Bu normanın mahiyyəti subyektin norma ilə qadağan olunmuş hərəkətlər etməkdən çəkinməsindən ibarətdir. Beləliklə, riayət etmə subyektin konkret inzibati-hüquqi münasibətlərə girmədiyi halda da həyata keçirilə bilər.

İnzibati hüquq normaların icra etmə formasında realizəsi bu normalarda göstərilən qaydaların yerinə yetirilməsi üzrə hüquq subyektlərinin aktiv qanunauyğun hərəkətlərində ifadə olunmasıdır.

Riayət etmədən fərqli olaraq icra etmə subyektlərin aktiv davranışı ilə xarakterizə olunur. Müəyyən hallarda passiv davranış, buraxılmış səhlənkarlıq, qeyri-hüquqi davranış kimi də qiymətləndirilə bilər.



İnzibati hüquq normaların realizəsinin istifadə etmə forması - hüquq subyektləri tərəfindən idarəetmə sahəsində subyektiv hüquqların həyata keçirilməsi ilə bağlı olan qanunauyğun hərəkətlərin həyata keçirilməsindən ibarətdir.

İcra etməyə oxşar olan istifadə etmə də aktiv üsullarla həyata keçirilir, lakin icra etmədən fərqli olaraq, istifadə etmə formasında subyektiv hüquqlar realizə olunur. Məsələn: idarəetmə orqanlarının əsasnamələrində nəzərdə tutulmuş hüquqların həyata keçirilməsi, yalnız hüquqi əhəmiyyətli hərəkətlərin həyata keçirilməsi yolu ilə mümkündür, başqa formada bu barədə danışmağa dəyməz. Həmçinin də vətəndaşın öz soyadını dəyişmək hüququnun reallaşdırılması müvafiq orqana ərizə ilə müraciət etmədən mümkün deyil.

Bundan başqa, birinci iki realizə formasından fərqli olaraq istifadə etmədə subyekt inzibati-hüquqi normalar ilə ona verilmiş subyektiv hüquqlardan istifadə etmək və ya etməmək barədə müstəqil olaraq özü qərar qəbul edir. İstifadə etmə vasitəsi ilə səlahiyyətverici inzibati hüquq normaları realizə olunur.

Digər realizə formalarından fərqli olaraq, hüquq tətbiqetmə aktiv yaradıcı, dövlət-hakimiyyət, təşkiledici xarakter daşıyaraq, səlahiyyətli orqanlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosessual qaydada həyata keçirilir.




Yüklə 70,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin