Mövzu: 1 Defektologiyanın mövzusu, vəzifələri və tədqiqat metodları
Plan:
1 Defektologiyanın predmeti və vəzifələri
2 Defektologiyanın nəzəri və praktiki əhəmiyyəti
3 Defektologiyanın inkişaf tarixi
4 Defektologiyanın sahələri
5 Defektologiyada anomal inkişaf anlayışı
6 Defektologiyanın başqa elmlərlə əlaqəsi
7 Defektologiyanın tədqişqat metodları
1 Defektologiyanın predmeti və vəzifələri
Defektologiyanın inkişaf xarakteri və səviyyəsi cəmiyyətin sosial-iqtisadi şəraiti,qanunu
elmlərin (təbiətşünaslıq,təbabət,fiziologiya,
psixologiya, pedaqogika və s.) vəziyyəti atipik uşaqların hərtərəfli
öyrənilməsi sahəsində qazanılmış tövsiyyələr, əqli və fiziki inkişafında qüsur
olan uşaqların sistemli öyrənilməsidir.
Qeyd edək ki, defektologiya aşağıdakı məsələləri həll edir:
1.Analizatorlar sistemində ,mərkəzi sinir sistemində
anomaliyaları olan uşaqların fiziki və əqli inkişafının obyektiv
qanunauyğunluqları hərtərəfli və daha dərindən öyrənilməsini
həyata keçirir.
2.Defektin strukturunu, müalicə imkanlarını müəyyənləşdirir.
3.Atipik uşaqların həyat və fəaliyyətini sosial mühitdəki xüsusiyyətlərini öyrənir.
4.Gənc nəslin təlim-tərbiyəsinə verilən tələblər baxımından təhsilin
inkişaf prinsiplərini işləyib hazırlayır.
5.Əməli fəaliyyətə hazırlığın forma və yollarını müəyyənləşdirir.
6.Uşağın inkişafındakı anomaliyalara qarşı müalicə vasitələrini işləyib
hazırlayır.
Defektologiya öz inkişaf prosesində müntəzəm olaraq yen elmi tədqiqat məlumatları əsasında
zənginləşir.
Eksperimental tədqiqatların gedişindən və təlim-tərbiyə təcrübəsinin
öyrənilməsinə yaxınlaşır.
2 Defektologiyanın nəzəri və praktiki əhəmiyyəti
Bu deyilənlərdən aydın olur ki, defektologiya əsaslı fənninin qarşısında
mühüm nəzəri və praktik vəzifələri vardır. Həmin vəzifələri həyata
keçirmədən defektologiya tələb olunan səviyyəyə qalxa bilməz.
Müasir defektologiya nəzəri vəzifələrinə hər şeydən əvvəl təlim-tərbiyə
və yaxud müayinə, müşahidə prosesində fiziki inkişafın imkanlarını, təlim-
tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar.
Bununla yanaşı olaraq defektologiyanın əsasları qarşısında duran mühüm
nəzəri vəzifələrdən biri kimi (qüsurların yaranma səbəblərini) normal və anomal inkişafı
qanunauyğunluqları, uşaqlarda qüsurların yaranma
səbəblərinin öyrənilməsi və aradan qaldırılması, onların fərdi yanaşma, əqli
və sensor çatışmazlıqlar onların aradan qaldırılmasının ən səmərəli elmi yollarını
müəyyənləşdirmək olar.
Defektologiyanın inkişaf tarixi
Əqli və fiziki cəhətdən zəif olan uşaqları müəyyənləşdirmək və onları
tərbiyə etmək həkimləri və alimləri çoxdan maraqlandırırdı.
Təbiətşünaslar və dindarlar eşitmə sistemində və görmə qavrayışında,
müəyyən nitq fəaliyyətində qüsurlar olan uşağın idrak fəaliyyətini öyrənməyə
çalışmışlar.
Həkimlər bütün qüvvələrini inkişafı anomal uşaqların inkişafına,
orqanizminin pataloji hallarını aydınlaşdırmağa yönəltmişlər.
Atipik uşaqların idrak və praktik fəaliyyətinin xüsusiyyətlərini, habelə
onların fərdi təliminin təcrübəsini öyrənən psixoloq və pedaqoqlar kar və
lalların və başqa anomal uşaqların ictimai vəziyyətinin yaxşılaşmasına,
onların təlimi üçün xüsusi təşkil edilmiş sistemin yaranmasına kömək
göstərilmişdir.
Pedaqoqlar,psixoloq və həkimlərlə bərabər digər
mütəxəssislər elmi nailiyyətləri və humanist fikirləri əldə rəhbər tutaraq,
anomal uşaqları fərdi öyrətməklə təlimə öyrətməyə səy göstərmişlər.
XIV əsrdən etibarən orta əsrlərdə meydana çıxan anomal uşaqların
cəmiyyətdən təcrid edilməsi məsələsi aradan qaldırıldı. Bundan sonra artıq
yaşlılar anomal uşaqlara əvvəlki kimi mənfi münasibət bəsləmədilər və belə
uşaqları faydalı ictimai əməyə cəlb etməyə başladılar. Anomal uşaqların
öyrənilməsi sayəsində onların ruhi xəstəliklərini kütlədən ayırmağa
başladılar. Bundan sonra isə onların qüsurlarının fizioloji və sosial səbəblərini
təsnif etməyə səy göstərmişlər.
Karlıq – lallıq hadisəsinin dərk olunması bir qədər dərinləşdi. Lalların
karlıqdan asılılığının səbəbləri açıldı.
Anomal uşaqların dərk olunma imkanlarına əsasən onları təlimə və
əməyə cəlb etmək üçün fərdi təşəbbüslər edildi.
Tədricən anomal uşaq probleminə dövlət orqanları tərəfindən rəy
dəyişdi. Qərbi Avropa ölkələrində anomal uşaqların tərbiyəsi dövlət
əhəmiyyətli məsələyə çevirməyə yönəltməyə şəxsi təşəbbüs edildi.
Rusiyada bu məsələ amma tipik uşaqlarla bərabər atipik uşaqların
tərbiyəsində tədricən dövlət hakimiyyətinin diqqətini cəlb etməyə başladı.
XVIII əsrin ortalarında anomal uşaqların ayrı-ayrı qruplarda tərbiyə etmək
üçün müəssisələr yaradıldı. Bu vaxt diaqnostik fərdi yanaşma zəif inkişaf
etmiş olsa da, hər halda qüsurun xarakteri nəzərə alınırdı.
XIX əsrin başlanmasına yaxın kar, lal və korlar, bir qədər sonra isə
ağıldankəm uşaqlar üçün xüsusi müəssisələr açılmağa başlayır. Bu
müəssisələrin açılması uşaqların təlim-tərbiyəsi və ictimai vəziyyətinin
inkişafında yeni mərhələ kimi qiymətləndirilməlidir.
Atipik uşaqlar üçün xüsusi müəssisələrin, yardımçı məktəblərin
açılması onların təlim-tərbiyəsinin məzmununda əməyə hazırlanmasında,
kənd təsərrüfatının müxtəlif sahələrində, ictimai faydalı əməyə qoşulma
yollarının müəyyənləşdirilməsində əsaslı dəyişikliklər yaratmışdır.
4 Defektologiyanın sahələri
Defektologiya atipik uşaqların təlim-tərbiyəsi ilə məşğul olan ümumi
təhsil pedaqogikasının bir sahəsidir.
1 Surdopsixologiya –eşitmə əlilliyi olan uşaqların tərbiyəsini, daktil əl-əlifbası
üzrə işi, dodaqdan oxunu, uşaqların nitqində təsaduf olunan
nöqsanların islah olunmasını əhatə edir. Onun köməyi ilə uşaqların
hafizəsi, düşüncə qabiliyyəti tədricən inkişaf edir. onlar bir hadisəni
digərindən fərqləndirməyi, ümumiləşdirməyi, nəticə çıxarmağı, sözləri
cümlədə işlətməyi bacarırlar.
2 Tiflopsixologiya –görmə əlilliyi olan uşaqların təlim - tərbiyəsindən,
onların Brayl əlifbasından (əl əlifbası) düzgün istifadə etməyi öyrədir.
3 Oliqofreniya əqli və fiziki inkişafı fərqli olan uşaqları öyrənir və təlim-
tərbiyəsi ilə məşğul olan elm sahəsidir.
Əqli və fiziki cəhətdən geridə qalan uşaqların psixi inkişafı normal inkişaf
etmiş uşaqlardan fərqli olduğundan onlar ümumtəhsil məktəblərin
nəzdində təşkil olunmuş yardımçı siniflərdə və əqli cəhətdən geridə qalan
uşaqlar üçün yardımçı məktəblərdə xüsusi proqramm əsasında təlim-
tərbiyə alırlar. Təlim və tərbiyə rposesində bu uşaqların nitqində və əqli
inkişafında qüsuru qismən aradan qaldırır.
4 Defektologiyanın digər sahəsi olan məktəbəqədər uşaq
müəssisələrində, ümumtəhsil məktəblərində, poliklinikalarda təşkil
edilmiş loqopediya məntəqələrində, uşaqların nitqində müxtəlif
qüsurların aradan qaldırılmasına xidmət göstərir. Bu xidmət təlim-
tərbiyə sahəsində mənəvi zənginliyi, əxlaq sağlığını və fiziki kamilliyi
özündə birləşdirən ahəngdar inkişaf edən, ictimai cəhətdən fəal olan
şəxsiyyətin formalaşdırılması sahəsində məqsədəuyğun iş aparmaq
kimi çox mühüm vəzifələri əhatə edir. bunların həyata keçirilməsi üçün
ilk növbədə pedaqoji-psixoloji ustalığımızı təkmilləşdirməli, özümüzə
qarşı tələbkarlığı artırmalıyıq.
5 Defektologiyada atipik uşaq anlayışı
Dünya miqyasında fiziki və psixi inkişafında nöqsanları olan uşaqların sayının
artması müşahidə edilir. Belə uşaqların artmasına səbəb mühitin pisləşməsi,
ekologiyanın çirklənməsi, müəyyən qrup valideyinləri xəstəliyi, spirtli içkilər,
narkomaniya, qadınların həyat tərzinin pisləşməsi və s kimi hallar ciddi təsir
göstərir. Göstərilən çatışmazlığın xarakterindən asılı olaraq nöqsanlar
vaxtında düzgün müəyyən edilərsə, uşaqlarda baş verən qüsurları aradan
qaldırmaq mümkündür və onlar öz təhsilini davam etdirə bilərlər. Uşağın
psixi və fiziki inkişafının iradi xarakteri onun idrak fəaliyyəti inkişafının bütün
gedişinə öz təsirini göstərir. Atipik uşaqlarda idrak imkanları müxtəlif olur.
Onların bəziləri cüzi biliklərə yiyələnir, digərləri isə bu sahədə geniş imkana
malik olurlar. Buna görə də hər şeydən əvvəl qüsurun strukturu
müəyyənləşdirmək, fiziki və əqli inkişafın obyektiv qanunauyğunluqlarını
açmaq lazımdır. Bu baxımdan defektologiya elminin qarşısında mühüm
vəzifələr dürür.
6 Defektologiyanın başqa elmlərlə əlaqəsi
Sağlamlığı məhdud olan uşaqların müxtəlif kateqoriyaları olan halda,
onların qüsurlarının korreksiya yolları da müxtəlifdir. Onların səbəblərini
öyrənmək üçün tərbiyə, təlim və korreksiya işini düzgün qurmaq üçün
defektologiyanın bir sıra elmlərlə sıx əlaqəsi vardır. Xüsusən də pedaqogika
və psixologiya ilə xüsusi pedaqogikanın bir hissəsi olan surdo, tiflo və
oliqofren pedaqogika və s. ümumi pedaqogikanın bir hissəsidir və onların
məqsədi və vəzifəsi birdir: yəni – atipik uşaqların tərbiyəsi və təlimi.
Atipik uşaqların öyrənilməsi onların təlimi və tərbiyə sisteminin
təşkilində defektologiya alimləri tərəfindən digər başqa bilik sahələrində
alınan nəticələrə əsaslanır. Patoloji proseslərin yaranması və gedişinin
qanunauyğunluqlarını açan ümumi patologiya, orqanizmin quruluşunda baş
verən çatışmazlıqları öyrənən patoloji anatomiya, ayrı-ayrı orqanların,
habelə orqanizmin forma və quruluşunu öyrənən patoloji fiziologiya, dilin
mahiyyətini və inkişafının qanunauyğunluqlarını öyrənən dilşünaslıq, atipikl
uşaqlarda psixikanın prosesləri, halları və xüsusiyyətlərini öyrənən
psixologiya, uşaqların təlim-tərbiyəsi ilə məşğul olan ümumi pedaqogika kimi
elm sahələri defektologiyanın inkişafına lazımı təsir göstərir.
Plan.7 Defektologiyanın tədqiqat metodları
Məlumdur ki, hər bir elmin müstəqil elm sahəsi kimi formalaşması üçün
onun özünə məxsus metodları olmalıdır. Metodu hadisələrin təbiətinin tədqiqi
üsulu, öyrənilən hadisələrə yanaşma, elmi idrakın dərketmə üsulu və s. kimi
səciyələndirirlər. Defektologiyada atipik uşaqların psixologiyasını, psixi
inkişafının ləngimə dərəcəsini, davranışını daha dərindən öyrənmək üçün
müşahidə, eksperiment, test və psixodiaqnostika metodlarından istifadə
olunur.
Müşahidə metodu dedikdə, psixi hadisələrin cərəyanına müdaxilə
etmədən, onu baş verdiyi təbii şəraitdə müntəzəm və məqsədyönlü izləmək
nəzərdə tutulur.
Müşahidə metodunun müxtəlif variantlarından istifadə olunması uşaq
haqqında kifayyət qədər əsaslandırılmış məlumat əldə etməyə imkan verir.
Müvafiq nəticə əldə etmək üçün müşahidəni müntəzəm aparmaq tələb
olunur. Tipik uşaqlar kimi atipik uşaqların psixologiyası və davranışı
surətlə dəyişir. Müşahidə zamanı müşahidəçi müvafiq qanunauyğunluğu
ortaya çıxartmaq üçün uşağın psixikasında olan anomallığı aparılan
müşahidələrdə müəyyən müvafiq fikirə gələ bilir. Müşahidə sistematik, uzun
müddətli olmalıdır. Müşahidədən fərqli olaraq oliqofirenlərin psixologiyasını
öyrənmək üçün xüsusi eksperimental-psixoloji metodlardan da istifadə
etmək olar. Tipik və atipik uşağın psixologiyası və inkişafı barədə daha
düzgün məlumatlar əldə etmək üçün eksperiment daha səmərəli
metodlardan biri hesab olunur. Çünki eksperiment sadə müşahidədən
fərqlənir. Bu zaman eksperimentator (müəllim) maraqlandığı psixoloji prosesi
öyrənmək üçün özü buna şərait yaradır. Eksperimentlərin daha səmərəli
olması üçün onların təbii şəraitdə, oyun və təlim fəaliyyətində aparılması
zəruridir. Eksperiment metodunun tətbiqinin vacibliyini oliqofreniyanın
tədqiqi sahəsində aparılan çox saylı tədqiqatlar bir daha təsdiq edir. Bu
eksperimentlər tibbi - psixoloji və pedaqoji mahiyyət daşıyır.
Eksperimenlərin yaranması psixi anomiyanın öyrənilməsi ilə bağlı
olmuşdur. İlk dövrlər köçürülmə xarakteri daşıyan eksperimentlər artıq xeyli
təkmilləşdirilmişdir və patopsixologiyada təcrübədə ondan geniş istifadə
olunur.
Eksperimentin keçirilməsində müəllim və defektoloqun ilkin vəzifəsi
öyrənilər prosesin faktlarına tabe olmaqdır. Öyrənilən prosesin məzmunu nə
qədər mürəkkəbdirsə, onun tədqiqi də bir o qədər çətindir və həmişə xeyli
müddət tələb edir. Göstərilən halda prosesi hissələrə bölməklə öyrənmək
lazım gəlir. O zaman eksperimentin gedişi aralıq əlaqələrlə qurulur. Bu
əlaqələr isə mərhələlər üzrə yaradılır.
Hər bir insan ikili dərk etməyə malikdir: hisslər, düşüncələr, təəssüratlar
vasitəsiylə dərketmə və özünün, eləcə də başqalarının həyat fəaliyyətində
onların dərk etdiyi yolla dərketmə. Oliqofren uşaqlarda bu yolların hər ikisi
nöqsanlı olduğundan ekperimentin əsas mahiyyəti də onların dərketmə
yollarını müəyyənləşdirilməsinə istiqamətləndirilə bilər, çünki hər bir
oliqofren uşağın dərketmə prosesləri özünəməxsus tərzdə qurulur.
Psixoloji ölçmə oliqofrenlərin daxili aləminin öyrənilməsində
məqsədyönlü vasitədir. Onun ən səmərəli və müasir yolu isə testlərdir. Bu
sahədə çox saylı testlər yaradılmışdır. Həmin testlər vasitəsilə oliqofren
şagirdlərin intellektini, şəxsiyyətini, emosional iradi aləmini öyrənmək olar.
Oliqofren uşaqların psixologiyasının öyrənilməsində aparıflan tədqiqat
metodlarından tibbi-pedaqoji metodların aparıması tətbiqi də geniş yer tutur.
Dostları ilə paylaş: |