Bornholm turizm bölgəsi. Baltik dənizində yerləşən Bornholm turistlərə mənzərəli qayalar, balıqçı kəndləri və qumlu çimərliklər təklif edir. Ən çox ziyarət edilən şəhərləri Qulheym, Sandviq, Svanike və Rönnedir. Adanın ən məhşur yeri Hammerhaus qəsrinin möhtəşəm qalıqlarıdır.
Fyun turizm bölgəsi. Zelandiya ilə Böyük Belt körpüsü ilə birləşir. Odensdə (Fyunun paytaxtı) Hans Xristian Andersen anadan olmuş və uşaqlığını keçirmişdir. Onun yaşadığı ev hal-hazırda muzey kimi fəaliyyət göstərir. Bundan əlavə burada Eqesk ə Xvedholm qəsrləri və öz dar küçələri və saman damları ilə turistləri cəlb edən Ture, Tasinq ə Erö adaları yerləşir.