Plan: Bazar iqtisadiyyatı



Yüklə 24,63 Kb.
tarix04.04.2020
ölçüsü24,63 Kb.
#30762
Azad bazar

Azad bazar iqtisadiyyati

Plan:


1.Bazar iqtisadiyyatı

2.Azad bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın inkişafı

Azərbaycanın dünya təsərrüfat əlaqələrinə sərbəst qovuşduğu, daxili və xarici ticarətdə liberal prinsiplərə üstünlük verildiyi indiki bir şəraitdə struktur probleminin xarakteri daha çox qloballaşan dünya iqtisadiyyatında baş verən proseslərlə, milli iqtisadiyyatın rəqabət üstünlüklərinin reallaşdırılması imkanları və s. ilə müəyyən olunur. Başqa sözlə, bu gün respublikamızda formalaşan milli iqtisadiyyatın strukturuna xarici amillər güclü təsir göstərir. Azərbaycanın müstəqil dövlətə çevrilməsi, bazar sisteminə keçməsi struktur probleminin özünün qoyuluşunu, onun meyarlarını, göstəricilərini əsaslı dəyişikliyə uğratmışdır. Beləki, keçmiş SSRI daxilində qapalı iqtisadiyyata malik respublikalarda, o cümlədən Azərbaycanda iqtisadiyyatın sahə, təkrar istehsal, ərazi, texnoloji strukturunun səmərəliliyi əsasən ümumi ittifaq əmək bölgüsünün tələbləri və həmin məkanda həyata keçirilən texniki siyasətlə müəyyən olunurdu.

Ümumiyyətlə, struktur siyasəti çoxşаxəli, mürəkkəb bir problem olmaq etibarilə, milli iqtisadiyyatın bütün sahə, sfera və səviyyələrini əhatə edir.

Ölkənin düşdüyü kəskin böhrandаn çıxmağın imkanları əhəmiyyətli dərəcədə, bu mərhələdə yeridilən elmi-texniki, investisiya və struktur siyasətinin səmərəliliyi ilə sıx bağlıdır. Bu problemi həll edərkən yadda saxlamaq lazımdır ki, xalq təsərrüfatında baş verən quruluş dəyişiklikləri və elmi-texniki tərəqqinin sürətləndirilməsi qarşılıqlı əlaqədə və asılılıqda olan bir prosesdir. Belə ki, elmi-texniki tərəqqi əsasında məhsulun resurs-tutumunun aşağı salınması, iqtisadiyyatın başlıca makroiqtisadi proporsiyalarının təkmilləşdirilməsinin maddi əsasını yaradır, digər tərəfdən, iqtisadiyyatın mükəmməl sahə, ərazi, texnoloji və təkrar istehsal quruluşu elmi-texniki tərəqqinin sürətləndirilməsinin həlledici şərtidir. Bütün bunlar, öz növbəsində yeni formalaşan müstəqil dövlətin iqtisadiyyatının mövcud quruluşu-nun və bu gün hərəkətə gətirilə bilən elmi-texniki potensialının müəyyənləşdirilməsini tələb edir. Bütün bunları nəzərə alaraq respublikada elmi-texniki, struktur siyasəti elə bir istiqamətə yönəldilməlidir ki, o, bir tərəfdən, Azərbaycanın bütün resurslarından səmərəli istifadə etməyə şərait yaratsın və ən başlıcası isəperspektivdə iqtisadi artımın inkişaf imkanlarını məhdudlaşdırmasın.

XX əsrin 70-80-ci illərində dünya iqtisadiyyatında iqtisadi artım sürətinin ümumən zəifləməsi, işsizliyin artması və inflyasiyanın güclənməsinin qarşısını almaq məqsədilə inkişaf etmiş ölkələr yeni şəraitə uyğun struktur və yaxud məcmu təklifi stimullaşdıran siyasətin işlənib hazırlanmasını və həyata keçirilməsini obyektiv zərurətə çevirdi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu mərhələdəqısamüddətli sabitləşmə proqramlarının tətbiqi, ölkədə uzunmüddətli sabit, eyni zamanda sağlam iqtisadi artımı təmin edə bilmirdi. Məlumdur ki, məcmu tələbi artırmaq məqsədi ilə inkişaf etmiş ölkələrdə həyata keçirilən struktur siyasəti əhatəli bir anlayış olmaq etibarı ilə rəqabətin stimullaşdırmasını, maliyyə bаzarlarının, fəaliyyətinin, vergi islahatlarının həyata keçirilməsini, dövlətin

tənzimləmə funksiyalarının məhdudlaşdırılmasını və s. nəzərdə tutur. Qeyd etmək lazımdır ki, keçid iqtisadiyyatına malik ölkələrdə dövlətin struktur siyasəti onlardan fərqli olaraq daha geniş və çoxşaxəli problemlərin həllini tələb edir. Belə ki, bu mərhələdə həyata keçirilən struktur siyasəti, hər şeydən əvvəl, iqtisadi subyektlərin həyat fəaliyyətlərinin hüquqi və institutsional əsaslarının formalaşdırılmasını, uzunmüddətli iqtisadi artımı təmin etməklə yanaşı, istehsal amillərindən səmərəli istifadə etmək və bölüşdürməklə cari istehsalın həcminin artırılmasına istiqamətləndirilməsini nəzərdə tutur.

Əlbəttə, bütün bunlarla yanaşı yeni iqtisadi sistemə keçid mərhələsində müstəqillik əldə edən respublikamız üçün struktur siyasətinin ən mərkəzi və xüsusi problemlərindən biri bütünlükdə xalq təsərrüfatının quruluşunun yenidən qurulması ilə bağlıdır. Inzibati-amirlik sistemindən bazаr sisteminə keçən ölkələrdə çoxukladlı, qarışıq iqtisadiyyat üçün xarakterik olan müxtəlif mülkiyyət formalarının yaranması məqsədi ilə həyata keçirilən struktur siyasətinin mühümistiqamətlərindən biri də özəlləşdirmə prosesi ilə bаğlıdır. Çünki bazarın tələblərinə uyğun olaraq iqtisadiyyatın sahə quruluşunun, həm dövlətin birbaşa mexanizmi, həm də iqtisadi mexanizmlər vasitəsilə həyata keçirilməsindəmülkiyyət və sahibkarlıq formalarının dəyişdirilməsi mühüm əhəmiyyətə malikdir.

Əksər keçmiş postsovet respublikalarının təcrübəsi göstərir ki, milli iqtisadiyyatlarının bazar transformasiyası zamanı «finiş» sahələri daha çox iflasa məruz qalırlar. Belə ki, son illərdə sənaye istehsalının quruluşunda Azərbaycanda maşınqayırma, yüngül, yeyinti sahələrinin məhsulunun xüsusi çəkisi daha çox aşağı düşmüşdür. Bu gün Azərbaycan iqtisadiyyatının xarakterinə sahəvistruktur baxımından nəzər yetirsək, onun əsasən üç sahənin «Neftçıxarma, kənd təsərrüfatı, yanacaq-energetika kompleksinin» üzərində dayandığını görərik. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, transformasion böhran zamanı iqtisadiyyatın xammal sahələrini əhatə edən istehsalatlar bu emal sahələrinə nisbətən bu dəyişən yeni şəraitə daha tez uyğunlaşırlar.

Keçid mərhələsində ölkədaxili resursların məhdudluğu, respublikamızda əsaslı struktur siyasəti yeritməyə imkan vermir. Odur ki, bu mərhələdə ölkəmiz xarici investor dövlətlərinin istəklərinə uyğun sahələri üstün inkişaf etdirməyə vədünya bazarının tələblərinə cavab verməyən, lakin daxili bazarda ehtiyac olan vənisbətən az səmərəli sahələri və istehsalatları bağlamaq, məhdudlaşdırmaq zərurəti qarşısında qalır.

Keçidin ilkin mərhələsində faktiki materialların təhlili göstərir ki, iqtisadiyyatın sabitləşdirilməsi və onun artımının həlledici resurs mənbəyi əslində, hasiledici sənaye sahələrinin məhsulları olmuşdur. Beləliklə, dünya iqtisadiyyatına daha çox xammal ixracının hesabına inteqrasiya olması, milli iqlisadiyyatın formalaşmasına bir-birilə tam əks olan iki istiqamətdə təsir göstərir. Bütün bunları

nəzərə alaraq respublikamızda uzun bir dövrü əhatə edən struktur siyasəti, bir tərəfdən, milli iqtisadiyyatın cari problemlərinin həllini, digər tərəfdən, perspektivdə Azərbaycanın dünya iqtisadiyyatına qovuşmasını, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsi ilə əlaqəli surətdə uzlaşdırılmasını nəzərəalmalıdır. Məlumdur ki, struktur dəyişikliklərinə liberаl təlim baxımındanyanaşdıqda, əsas güc xüsusi sahibkаrlığın, xüsusi investisiyanın və onların inkişafı üçün münasib şəraitin yaradılmasının üzərinə düşür. Bu heç də o demək deyildir ki, keçid mərhələsində dövlət sənaye siyasətindən, iqtisadiyyatın üstün sahə vəistehsalatlarının inkişafına yardım göstərməkdən imtina etməli, başqa sözlə, yeni iqtisadi sistemə keçid və müstəqillik şəraitində struktur problemin həllini bütövlükdə bazarın ümidinə buraxmamalıdır. Zənnimizcə, dövlət burada daxili bazarın və xarici dünya bazarının tələblərini, ölkəmizin qarşısında duran problemləri həll etmək, milli iqtisadiyyatın resurslarını səfərbər edib hərəkətə gətirmək, rəqabət üstünlüklərini reallaşdıra bilmək üçün müvafiq siyasətin formalaşdırılmasını tələb edir. Bu siyasət dövlət yardımı, birbaşa investisiyaya, güzəşt sistemini elə formalaşdırmalıdır ki, onlar son nəticədə respublikada struktur irəliləyişlərini stimullaşdırsın.

Iqtisadiyyatı sabitləşdirmək və bazar iqtisadiyyatına keçid üçün zəruri olan struktur irəliləyişləri iki mərhələdə həyata keçirilməlidir. Birinci mərhələdəstruktur irəliləyişləri istehsalın həcminin aşağı düşməsinin qarşısının alınması vəmaddi-maliyyə sabitliyinin təmin olunması üçün zəruri ilkin şərtlərin yaradılmasına yönəldilməlidir. Bunun üçün ən başlıca ilkin şərtlərdən biri

investisiya qoyuluşunun daha çox əməktutumlu, az fondtutumlu istehsalatların inkişafına yönəldilməsidir ki, bu da son nəticədə investisiya qoyuluşunun fondkapital tutumunun aşağı düşməsinə səbəb olmaqla, cəmiyyətin bütünlükdə əsaslı vəsait qoyuluşuna olan ümumi tələbatı azaldır. Digər tərəfdən, belə bir inkişaf yolu əsaslı vəsait qoyuluşunun səmərəliliyini qısa müddətdə artırmağa və bünunla də təkrar istehsalın məqsədinin reallaşması imkanlarını genişləndirər.

Ikinci mərhələdə, xalq təsərrüfatında baş verən quruluş irəliləyişləri daha çox iqtisadi artımın tarazlığının təmin edilməsinə və onun sürətinin artırılmasına yönəldilməlidir. O da aydındır ki, investisiyanı artırmaq yolu ilə iqtisadi artımın mütənasibliyinə ancaq iqtisadiyyatda müəyyən sabitləşmə prosesi başa çatdıqdan sonra nail olmaq mümkündür. Əgər investisiya fəallığının artırılması, istehsalın fond və material-tutumunun aşağı düşməsi ilə müşahidə olunmazsa, müəyyən birdövrdən sonra həmin investisiya fəallığı iqtisadi inkişafın «ağır yükünə» çevriləcək və onu yeni iqtisadi böhrana doğru istiqamətləndirəcəkdir. Beləliklə, struktur investisiya siyasətinin perspektiv istiqaməti, son nəticədə geniş təkrar istehsalın resurslara hərtərəfli qənaət tipinə keçidlə müşahidə olunmalı və ən başlıcası isə mövcud resurslar balansı şəraitində cəmiyyətin tələbatlarını mühüm qədər yaxşı ödənilməsinə yönəldilməlidir.

Bu gün müstəqillik əldə etmiş respublikalarda struktur investisiya siyasəti

daha çox cari ictimai iqtisadi və siyasi problemlərin təsiri altında formalaşır. Bütün bunlarla yanaşı, yaxın gələcəkdə investisiya struktur siyasətinin başlıca istiqaməti respublikada resursların emalı mərhələsini dərinləşdirməyə imkan verən sahələrin inkişafı ilə bağlıdır. Bu investisiya siyasətinin qeyd olunan perspektiv istiqamətləri ilə yanaşı, yaxın gələcəkdə struktur irəliləyişlərinin daha çox əhalinin zəruri ərzaq və istehlak mallarına olan tələbatının ödənilməsinin təsiri altında formаlaşacaqdır. Respublikada həyata keçiriləcək struktur irəliləyişləri bu sosial-iqtisadi problemlərin həlli ilə yanaşı ətraf mühitin sağlamlaşdırılması məsələlərini dənəzərdən qаçırmаmalıdır. Burada söhbət, Azərbaycanda sənaye sahələrinin ətraf mühiti daha çox çirkləndirən sahələrin inkişafının mümkün qədər məhdudlaşdırılmasındаn və həmin istehsal sahələrinin texniki-texnoloji səviyyəsini yüksəltməklə, onların ətraf mühitə neqativ təsirini zərərsizləşdirməkdən gedir. Bu gün ərzaq probleminin mövcudluğu şəraitirində aktual olmasa da, görünür perspektivdə kənd təsərrüfatı və ərzaq məhsullarının artımının kimyəvi proseslərin təsiri аltındа intensivləşdirilməsi meyli də xeyli zəifləyəcəkdir. Bunlаrın hаmısı sоn nəticədə, respublikada həyata keçiriləcək struktur-investisiya siyasəti

Azərbaycanın dünya bazarına çıxış imkanlarının genişləndirilməsinə xidmət etməlidir.

Ədəbiyyat

1.“Базар игтисадиййатынын дювлят тянзимлянмяси” i.e.d.проф. В.И.Кушлинин цмуми редаксийасы алтында,2005

2. B.N. Kuzık, V.İ. Kuşlin, B. Yakoveç .”Proqnozlaşdirma, strateji planlaşdirma və milli proqramlaşdirma” 2008

3.М.А.Ящмядов, А.Щцсейн «Игтисадиййатын тянзимлянмясинин ясаслары» Бакы 2011

4.А.Ж.Щцсейн «Дювлятин игтисади сийасяти» Бакы 2011

5. Babayev Ə.P «Milli iqtisadiyyat və milli iqtisadi model» «Milli iqtisadi inkişafın Azərbaycan modeli» mövzusunda beynəlxalq konfrans plenar iclasının materialları, II kitab, «Milli iqtisadi modellər: mahiyyəti, formalaşma xüsusiyyətləri və dünya təcrübəsi», «Iqtisad Universiteti» nəşriyyatı,Bakı 2007 , 318 s.

6. Bayramov Ə.I «Uğur modeli: effektiv rəqabət mühitinin formalaşdırılması problemləri» ,«Milli iqtisadi inkişafın Azərbaycan modeli» mövzusunda beynəlxalq konfrans plenar iclasının materialları,III kitab, «Qloballaşma vəAzərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası», «Iqtisad Universiteti» nəşriyyatı, Bakı 2007 , 286 s.

7. Qafarov Ş.S. Müasir iqtisadi sistem və qloballaşma.Bakı 2005,s.




Yüklə 24,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin