Plan: GİRİŞ İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və təsnifatı


Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə bərabər qəbul edilir



Yüklə 1,38 Mb.
səhifə18/23
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#43389
1   ...   15   16   17   18   19   20   21   22   23
Istehsal fondlari

Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə bərabər qəbul edilir. İstehsal gücü əsas istehsalın aparıcı sexlərinin gücünə görə müəyyən edilir; çünki bu sexlərdə əsas texnoloji proseslər yerinə yetirilir və onlar hazır məhsul buraxılışının təmin olunmasında həlledici əhəmiyyətə malikdir. Müəssisənin istehsal gücü aparıcı sexlərdəki avadanlıqların sayı və məhsuldarlığından, onların ekstensiv və intensiv istifadə dərəcəsindən, is-tehsalın və əməyin təşkili səviyyəsindən asılıdır. Müəssisənin istehsal gücünün reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin tərkib hissəsindən biri ayrı-ayrı sexlərin istehsal gücləri arasındakı proporsionallığın təmin edilməsidir. Bu, bir sex tərəfindən ahəngdar şəkildə məhsul istehsalı, digəri tərəfindən isə tam və fasiləsiz şəkildə bu məhsulun istehlakı imkanını təmin edir. Məhdud imkanlı sahə, sex və avadanlıq qruplarının olması, yəni buraxılış qabiliyyəti aparıcı istehsal sexlərinin gücünə uyğun gəlməyən sexlər, sahələr, avadanlıq qrupları müəssisənin istehsal gücünün azaldılması üçün əsas ola bilməz. Müəssisədə belə yerləri aradan qaldırmaq üçün texniki-təşkilati tədbirlər işləyib hazırlanmalı və həyata keçirilməlidir.

Azərbaycan Respublikası qanunvericiliyinə görə, dəyəri 100 manatdan yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki təyinatlı əmək vasitələrinin dəyəri əsas fondlara, dəyəri 100 manatdan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına aid edilir. Belə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sadələşdirilməsi ilə əlaqədardır. Çünki dəyəri 100 manatdan az olan və ömür müddəti 1 ildən çox olan istehsal vasitələrinin əsas fondlar kimi uçotunun aparılması əmək tutumludur və uçot işini xeyli dərəcədə mürəkkəbləşdirir.




Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin