Plan: İspaniyada turizmin müasir vəziyyəti və inkişaf xüsusiyyətləri



Yüklə 41,29 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix16.12.2023
ölçüsü41,29 Kb.
#181510
1   2   3   4   5
BTC-movzu7

Madrid turizm mərkəzi. 
Madridin Prado rəssamlıq və heykəltaraşlıq muzeyi, dünyanın ən gözəl 
qalereyalarından olan rəsm qalereyası, turistlərin diqqətini daha çox cəlb edir. Dahi ispan rəssamları El-Qreko, 
Ribera, Surbararı, Velaskes, Murilyo və Qoyyanın, intibah dövrü italyan rəssamlarının (Rafael, Titsian və b.), 
XV-XVI əsr holland rəssamlarının (Roqir, Vander-Veyden, Mor və b.), XVII əsr flamand rəssamlarının 
(Rubens və b.) məşhur rəsm əsərləri bu muzeydə nümayiş etdirilir. 
Madriddə 1712-ci ildə yaradılmış və 1,5 milyon kitab nüsxəsi olan kitabxana fəaliyyət göstərir. Madrid, 
sırf ispan tamaşası olan öküz döyüşü (korrida) ilə də turistlərin diqqtini cəlb edir. Plasa Mayor ansamblı (XVIII 
əsr), barokko üslubunda tikilmiş San-Xines və San-isidro el-Real kilsələri (XVII əsr), XVIII əsr abidələri: Kral 
sarayı, Ermite de-San-Antonio de la Florida və s. şəhərin görkəmli yerlərindən sayılır. Madrid Avropanm 
"gecə" paytaxtlarından biridir. Bu şəhərdə qonaqlara maraqlı və əyləncəli geniş gecə proqramları təklif olunur. 
Barselona turizm mərkəzi. 
Aralıq dənizi sahilində yerləşmiş Barselona, Katalon muxtar vilayətinin 
paytaxtıdır. Əhalinin sayına görə İspaniyanın ikinci şəhəri və iri portu olan Barselona, tarixi-memarlıq abidələri 
ilə də zəngindir. 1992-ci ildə burada Yay Olimpiya oyunları keçirilmişdir. Hündürlüyü 60 metr olan Xristofor 



Kolumbun heykəli, onun təbii ölçülərdə düzəldilmiş "Santa Mariya" gəmisinin modeli, qotik üslubda tikilmiş 
yaşayış məhəllələri, Montxuaq dağındakı böyük Luna park, şəhərin görkəmli yerlərindəndir. Barselonanın 
şimalında uca dağın üzərində Montserrat monastırı (XI əsr) yerləşir. 
Sevilya turizm mərkəzi. 
Əndəlüz tarixi vilayətinin inzibati mərkəzi olan Sevilyanın yaranma tarixi, e.ə. 
VIII əsrə aid edilir. Turistlərin diqqətini cəlb edən memarlıq abidələri arasında Herald qülləsi (XIII əsr), 
dünyanın ən gözəl kilsələrindən biri sayılan, qotik üslubda tikilmiş Kafedral kilsəsi (XV əsr, kilsə rəssam və 
heykəltaraş Murilyonun əsərləri ilə bəzədilmişdir), Əl-Kasar (XII əsr), San-Telmo sarayları (XVII-XVIII əsr), 
La-Hiralda minarəsi (XII əsr) və s. xüsusilə seçilirlər. Sevilya məşhur rəssamlar Velaskes və Murilyonun 
vətənidir. 

Yüklə 41,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin