Maliyyə biznesi kommersiya fəaliyyətinin xüsusi növüdür, burada alqı-satqı obyekti, ən spesifik əmtəə-pul, valyuta, qiymətli kağızlar hesab edilir, yəni onlar mənfəətin alınmasını təmin edən qiymətlə digərinə satılır.Maliyyə biznesi valyuta bazarının və qiymətli kağızlar bazarının təhlilini, marketinq tədqiqatlarının aparılmasını nəzərdə tutur.Maliyyə biznesi ən zərif və mürəkkəb biznes növü olub, dəqiq, etibarlı informasiyaya, müasir hesablama texnikası və kompyüterlər ilə təchizata ehtiyacı vardır.
Bazar iqtisadiyyatında sahibkarlıq fəaliyyətini həyata keçirərkən pul resursları hərəkətinin təşkili forması kimi maliyyə bazarı formalaşır.Bank təşkilatları ilə müştərilər arasında qarşılıqlı pul münasibətlərinin hüquqi tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.
Kredir təşkilatları arasında, o cümlədən banklar ilə müştərilər arasında münasibət müqavilə xarakteri daşıyır. «Bank və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq müştəri kredit-hesablama xidməti üçün bankı sərbəst seçir. Müştərinin pul vəsaitini saxlamaq və hesablaşma hesabı açmaqdan imtina edən bankdan müştəri iqtisad məhkəməsinə şikayət etmək hüququna malikdir.
Sahibkar öz pul vəsaitini banklarda saxlamalı və digər müəssisələr qarşısındakı öhdəlikləri üzrə nağdsız qaydada bank idarələri vasitəsilə sahibkarlıq sferasında hesablaşmaların əsas növüdür.Belə hesablaşma formalarından ödəniş tələbi kimi ən çox yayılanı – tapşırıq, akkreditiv, çek, veksel hesab edilir.
Lakin bank öz müştərilərinə kredit xidməti də göstərir.Bu cür münasibətin hüquqi formaları borc müqaviləsi və kredit müqaviləsi adlanır.Həmin müqavilələrin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, borc verici kimi peşəkar sahibkar – bank çıxış edir.Bank üçün kredit əsas fəaliyyət növüdür, onun hesabına bank mənfəət alır.Müştəri üçün kredit maliyyələşdirmə və xüsusi vəsaitin müvəqqəti çatışmamazlığını doldurmağın bir üsuludur.
Sahibkarlar fəaliyyətlərini genişləndirmək üçün əlavə kapitala ehtiyac duyan zaman banklardan və digər maliyyə təşkilatlarından kredit almaq barədə fikirləşirlər.Kredit almağın vacibliyini, onun forma və mənbələrini sahibkar özü müəyyənləşdirir.Sahibkar kredit almaq üçün müraciət qəbul edərkən alacağı borcun vaxtında qaytarılması imkanını da araşdırır.
Sığorta iqtisadi təhlükəsizliyin və əmin-amanlığın təmin olunması üsullarından biridir, düşünülmüş, ağıllı ehtiyatlılıqdır.Sığorta – sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərə dəyən zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətdir.Sığortanın iqtisadi mahiyyəti ondan ibarətdir ki, zərərlə nəticələnən əlverişsiz vəziyyət baş verən zaman dəyən zərəri minimuma endirməkdir.
Müəssisənin iqtisadi potensialını, mövcud əmlakını, maliyyə vəziyyətini və işgüzar fəallığını təhlil etmək, onun inkişaf perspektivlərini müəyyənləşdirmək üçün müəssisənin maliyyə hesabatı əsas sənəddir.Müəssisənin maliyyə hesabatının təhlili müxtəlif şəxslər – təhlil subyektləri tərəfindən aparılır.Təhlil subyektlərindən asılı olaraq müəssisənin maliyyə hesabatının xarici təhlili içərisində auditor xidməti xüsusi yer tutur.
Sahibkarlıq fəaliyyətinin bir növü olan audit dövlətin və biznesmenlərin mənafeyi ilə bağlı məsələlərin effektiv həllinə imkan yaradan obyektiv, qərərsiz və müstəqil analitik-nəzarət infrastrukturudur.
Son illər biznesin müstəqil növü kimi konsultativ biznes sürətlə inkişaf etməyə başlamışdır. «Konsultant» latın sözü olub mənası məsləhətverən deməkdir. Daha doğrusu, konsultant dedikdə öz ixtisasına aid suallar üzrə məsləhət verən müəyyən sahənin mütəxəssisi başa düşülür.Dünya təcrübəsində idarəetmə məsələləri üzrə kommersiya məsləhəti və ödənişli məsləhət konsaltinq adlanır.
İqtisadiyyat və idarəetmə üzrə Məsləhətçilər Assosiasiyasının Avropa Federasiyasının verdiyi tərifə görə Menecment-Konsaltinq, problemlərin, yaxud imkanların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, onların reallaşdırılmasına dair müvafiq tədbirlər və tövsiyələr daxil olmaqla, idarəetmə məqsədləri üzrə müstəqil məsləhətlər və köməklik göstərməkdən ibarətdir.
İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, konsultativ xidmət formasında intellektual mülkiyyətə qoyulan vəsait yeni avadanlığa və mütərəqqi texnologiyaya qoyulan vəsaitdən heç də az səmərə vermir.
Konsultativ xidmət firması məsləhətlərin verilməsi sahəsində öz imkanlarını, göstərəcəyi xidmətin təxmini dəyərini, uğurla yerinə yetirilmiş layihələrdən sitatlar və s. məlumatları özündə əks etdirən müxtəlif növ reklam və arayışları, reklam elanları yayır.
Konsultativ sahibkarlığın mühüm istiqaməti sayılan reklam fəaliyyətinin genişləndirilməsi və onun təsir gücündən bacarıqla istifadə olunması müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin səmərəliliyininin yüksəldilməsinə əhəmiyyətli təkan verəcəkdir.