Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


Şagird şəxsiyyətinin psixoloji xüsusiyyətləri 2



Yüklə 135,86 Kb.
səhifə68/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   64   65   66   67   68   69   70   71   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

1. Şagird şəxsiyyətinin psixoloji xüsusiyyətləri

2. Sinif kollektivinin öyrənilməsi, psixoloji xarakteristika

1. Şagird şəxsiyyətini hərtərəfli inkişaf etdirmək və sinif kollektivini təşkil etmək üçün birinci növbədə onları hərtərəfli öyrənmək lazımdır. Bu tələbi həyata keçirmədən müəllim öz qarşısında duran vəzifəni müvəffəqiyətlə həyata keçirməyə nail ola bilməz. Ona görə də müəllim bir növ tədqiqatçılıq qabiliyyətinə malik olmalı, bu qabiliyyətin köməyi ilə şagirdlərini, onların daxil olduqları sinif kollektivini öyrənməli, onlar haqqında zəruri biliyə malik olmalıdır.

Təcrübə göstərir ki, müəllimin, sinif rəhbərinin öz şagirdlərini, sinif kollektivini öyrənmək əsasında tərtib etdiyi psixoloji-pedaqoji xarakteristika şəxsiyyətin formalaşmasını idarə etməkdə ona lazımi imkanlar yaradır. Bu cür xarakteristikanın tələb edilən səviyyədə olması üçün onun tərtibi zamanı müəyyən prinsiplərə, tələblərə əməl olunmalıdır.

Gələcək müəllimin bu sahədə müəyyən təcrübəyə malik olması, pedaqoji təcrübə zamanı ayrı-ayrı şagirdlər və sinif kollektivi üzərində müşahidəni necə təşkil etmək və bunun əsasında psixoloji-pedaqoji xarakteristika tərtibi bacarığına yiyələnməsi zəruridir. Şagird şəxsiyyətinin, eləcə də sinif kollektivinin yararlı psixoloji-pedaqoji xarakteristikasını tərtib etmək üçün müəllim – təcrübəçi birinci növbədə şagird və sinif kollektivi haqqında kifayət qədər məlumata malik olmalıdır.

Bu məlumatı əldə etmək üçün müasir psixologiyanın tədqiqat metodlarından, xüsusilə müşahidə və müsahibə metodundan geniş istifadə edilməlidir. Həmin metodların köməyi ilə əldə edilən faktlar mütləq gündəlik şəklində qeyd olunmalıdır. Əks təqdirdə yalnız hafizəyə istinad edilərək tərtib olunan xarak- teristikada bəzən zəruri cəhətlər, detallar nəzərdən qaçır. Şagirdin və ya sinif kollektivinin öyrənilməsi nəticəsində əldə edilən material ciddi təhlil edildikdən sonra sistemləşdirilir.

Xarakteristikanın əsas məqsədi şagird şəxsiyyətinin əsas cəhətlərini açmaq, onun, əlamətlərinin, keyfiyyətlərinin və təzahürünün ümumi istiqamətini göstərməkdən ibarətdir. Xarakteristikada şagirdin bir fərd kimi özünəməxsus xüsusiyyətləri öz əksini tapmalıdır. Belə olduqda həmin şagirdlə gələcəkdə aparılacaq təlim-tərbiyə işinin proqramını müəyyənləşdirmək mümkün olur. Xarakteristikada irəli sürülən hər bir fikir yaxşı əsaslandırılmalı, şagird şəxsiyyətində və sinif kollektivində baş verən dəyişikliklər burada öz əksini tapmalıdır.

Bunun üçün şagirdi və ya sinif kollektivini müxtəlif vəziyyətlərdə öyrənmək, kifayət qədər tutarlı və bir-birini tamamlayan faktlar əldə etmək lazımdır. Təsadüfən təzahür edən bir hərəkətə, bir davranış tərzinə əsasən şagird şəxsiyyətini və sinif kollektivini xarakterizə etmək səmərəli nəticə vermir. İmkan daxilində müşahidə zamanı əldə edilmiş faktın əsaslı olub-olmamasını müsahibə, sadə eksperimentlərdən istifadə etməklə yoxlamaq lazımdır.

Çalışmaq lazımdır ki, əldə olunmuş faktlar şagird şəxsiyyətinin və sinif kollektivinin tipik xüsusiyyətlərini, dəyişmə və inkişafını əks etdirsin. Şagird şəxsiyyətinə aid tərtib olunmuş xarakteristikada şagird şəxsiyyətində hansı keyfiyyəti, əlaməti və təzahür xüsusiyyətini inkişaf etdirməyin, hansıları aradan qaldırmağın zəruri olduğu öz əksini tapmalıdır. Xarakteristika qısa nəticələrlə başa çatmalıdır. Burada şagirdin fərdi psixi xüsusiyyətlərinin təhlili əsasında onunla gələcəkdə aparılması zəruri olan tərbiyəvi işin istiqaməti, konkret tərbiyəvi təsir metodları və priyomları qeyd olunmalıdır.

Bu cəhətlər sinif kollektivinə tərtib olunan psixolojipedaqoji xarakteristikada da nəzərə alınmalıdır. Burada da sinif kollektivinin inkişaf xüsusiyyətləri və gələcəkdə kollektivlə aparılacaq işin məzmunu və təşkilinə dair təkliflər verilməlidir. Burada bir cəhəti də qeyd etmək lazımdır ki, istər şagird şəxsiyyə- tinin, istərsə də sinif kollektivinin gələcək inkişafı üçün irəli sürülən təkliflər ünvansız olmamalıdır. Konkret olaraq bu və ya digər cəhətin inkişafında kimin məsul olduğu, kimin müvafiq tədbiri həyata keçirəcəyi göstərilməlidir.



Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin