Uşağa misal və məsələ verək: o, fikri əməliyyatlardan istifadə edərək məsələni dəftərində həll edir. Yəni formalaşmış fikri əməliyyatlar yenidən uşağın təlim fəaliyyətində təzahür etməyə başlayır. İnsanın yaradıcılıq niyyətlərinin həyata keçirilməsi eksteriorizasiya prosesləri üçün səciyyəvidir. Eksteriorizasiya prosesləri vərdiş və bacarıqlar vasitəsi ilə həyata keçirilir.
4. Adətən insan bütün həyatı boyu özünün tələbatlarını ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin müəyyən yaş dövründə həmin fəaliyyət növlərindən biri digərinə nisbətən əsas “aparıcı” fəaliyyət növü hesab olunur. Əsas fəaliyyət növü uşağın müəyyən inkişaf mərhələsində onun tələbatlarını ödəyən, onun psixi proseslərinin və şəxsiyyətinin fərdi-psixi xassələrinin inkişafını şərtləndirən fəaliyyət növüdür.
D.B.Elkoninə görə, uşaq anadan olandan 17 yaşa qədər olan dövrdə ardıcıl olaraq aşağıdakı əsas fəaliyyət növlərindən istifadə edir və buna müvafiq olaraq yaş dövrləri müəyyənləşdirilir:
bilavasitə-emosional ünsiyyət;
əşyavi-manipulyativ fəaliyyət;
rollu oyunlar;
təlim fəaliyyəti;
intim-şəxsi ünsiyyət;
təlim-peşə fəaliyyəti.
Həmin əsas fəaliyyət növlərindən hansından istifadəyə əsaslanaraq D.B.Elko- nin müvafiq şəkildə uşağın anadan olandan orta məktəbi qurtarana qədər aşağıdakı altı yaş dövrünü keçdiyini qeyd etmişdir: