İstifadə olunmuş ədəbiyyat:
1. Əlizadə Ə.Ə.Yeni pedaqoji təfəkkür. Bakı, 2001
2. Əlizadə Ə.Ə.Müasir Azərbaycan məktəbinin aktuial məsələləri.Bakı, 1998
3. Əlizadə h.Ə.Tərbiyənin demoqrafik problemləri. Bakı, 1993
4. Əliyev R.İ.Tərbiyə psixologiyası. Bakı, 2006
5. Həmzəyev M. Ə. Pedaqoji psixologiya. Bakı,1991
6. Həmzəyev M. Ə.Yaş və pedaqoji psixologiyanın əsasları,Bakı, 2003
7. Qaralov Z. Tərbiyə I-II hissəli. Bakı,2003
8. Столяренко Л.Д. Педагогическая психология. Ростов-на Дону, 2000
MÖVZU 2. PEDAQOJİ PSİXOLOGİYANIN DİGƏR ELMLƏRLƏ ƏLAQƏSİ VƏ TƏDQİQAT METODLARI
PLAN:
1. Pedaqoji psixologiyanın digər elmlərlə əlaqəsi
2. Pedaqoji psixologiyanın metodları
1. Pedaqoji psixologiya öz müstəqilliyini saxlamaqla bir sıra başqa elmlərlə sıx şəkildə əlaqədardır. Bu əlaqə birinci növbədə pedaqoji psixologiyanın obyekti olan gənc nəsli başqa istiqamətdə öyrənən elmlərlə bağlıdır. Bu cür elmlərdən ümumi psixologiyanı, yaş psixologiyasını, yaş fiziologiyasını, pedaqogikanı və xüsusi metodikaları göstərmək olar.
Pedaqoji psixologiyanın ümumi psixologiya ilə əlaqəsi daha yaxındır. Pedaqoji psixologiya psixologiya elminin sahələrindən biri olduğuna görə ümumi psixologiya sahəsində əldə edilmiş qanunauyğunluqlara istinad edir, özünün ümumi prinsiplərini, metodlarını ondan alır. Pedaqoji psixologiya təlim işlərini günün müasir tələbləri səviyyəsində qurmaq üçün ümumi psixologiyanın müəyyən etdiyi qanunlara istinad etmək lazım gəlir. Ümumi psixologiyaya aid biliklərə əsaslanmaqla uşaqların tərbiyəsini müvəffəqiyyətlə qurmaq, onların şəxsiyyətini formalaşdıarmaq sahəsində müsbət nəticələr əldə etmək olar. Ümumi psixologiya bilavasitə təlim-tərbiyə işlərini öyrənməsə də, bu sahəyə aid olan faktları pedaqoji psixologiyadan əldə edir.
Pedaqoji psixologiyanın yaş psixologiyası ilə sıx əlaqəsi vardır. hər iki elmin tədqiqat obyekti uşaq və gənclərdir. Həmin obyekti yaş psixologiyası yaş dinamikası, inkişaf planında, pedaqoji psixologiya isə şəxsiyyətin inkişafında təlim və tərbiyənin oynadığı rol baxımdan öyrənir. Ayrı-ayrı yaş dövrlərinin psixoloji xüsusiyyətlərini, hər bir dövrdə psixi inkişafın qanunauyğunluqlarını nəzərə almadan təlim və tərbiyə işinin səmərə qazanacağı haqqında düşünmək mümkün deyildir.
Pedaqoji psixologiyanın yaş fiziologiyası ilə də sıx əlaqəsi vardır. Yaş fiziologiyası ayrı-ayrı yaş dövrlərində fizioloji prosesin qanunauyğunluq- larını aşkara çıxarır ki, bunları təlim-tərbiyə prosesində nəzərə almamaq olmaz. Burada xüsusilə dinamik stereotipin, vərdişlərin, adətlərin, şəxsiyyətin xassələrinin forma- laşmasında oynadığı rol, ayrı-ayrı yaş dövrlərində anatomik-fizioloji dəyişmələrin psixi inkişafa və şəxsiyyin formalaşmasına təsiri, ali sinir fəaliyyətinin tipləri, onların tərbiyə prosesində təzahürü və s. kimi məsələlər diqqəti cəlb edir.
Pedaqoji psixologiyanın pedaqogika ilə də sıx əlasi mövcuddur. Təlim-tərbiyə nəzəriyyəsinə bələd olmadan pedaqoji psixologiya öz predmetini həll etməkdə çətinlik çəkərdi. Pedaqogika öz əhəmiyyətinə görə psixologiya, xüsusi pedaqoji psixologiya və digər elmlər içərisində birinci yeri tutur. Hər iki elm gənc nəslin təlim və tərbiyəsi müxtəlif istiqamətlərdə öyrənir.
Pedaqoji psixologiya xüsusi metodikalarla da sıx şəkildə əlaqədədir. Ayrı-ayrı fənlərin təlim-tərbiyə imkanlarını nəzərə almaqla pedaqoji psixologiya həmin fənlərin tədrisinə, onların tədris üsullarının təkmilləşdirilməsinə və səmərəliliyinə əsaslı təsir göstərir.
2. Pedaqoji psixologiyanın da tədqiqat metodları vardır. Bu metodlara müşahidə, eksperiment, şifahi və yazılı sorğu, fəaliyyət məhsullarının təhlili, anketlər, testləşmə və s. aid etmək olar. Müşahidə insanın xarici əlamətlərinə, davranış və rəftar tərzinə, mühakimə qabiliyyətinə və nitq mədəniyyətinə görə təzahür edən, psixi xüsusiyyətlərini üzə çıxarmaqdan ibarət olan tədqiqat üsuludur. Psixi hadisələrin gedişinə qarışmadan, onların xarici ifadəsini məqsədəuyğun və planlı şəkildə izləməklə psixi hadisələrin öyrənilməsi metoduna müşahidə metodu deyilir.
Dostları ilə paylaş: |