Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2



Yüklə 135,86 Kb.
səhifə5/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   2   3   4   5   6   7   8   9   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

Müşahidə metodu məhsuldar metod olub psixi prosesləri və hadisələri nəinki təsvir etməyə, həm də izah etməyə imkan verir. Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil edilməlidir. Müşahidə və onun nəticələrinin təhlili müşahidəçidən obyektivlik tələb edir. Müşahidənin etibarlı nəticə verməsi üçün qarşıya dəqiq və aydın məqsəd qoymaqla yanaşı,müəyyən sxemlərdən də istifadə edilməlidir. Müşahidəçi uşağın rəftar və hərəkətlərini, keçirdiyi hissi halları ətraflı öyrəndikdən sonra onun psixi vəziyyəti haqqında nəticə çıxarmalıdır. Bu metodun köməyi ilə pedaqoji prosesdə baş verən bir çox psixi proseslərin xüsusiyyətlərini aşkara çıxarmaq mümkündür. Məsələn; təlimin səmərəliliyinə, yaddasaxlamanın məhsuldarlığına, şagirdlərdə şəxsiyyətin xassələrinin formalaşmasına və s. təsir edən bir sıra amilləri, idrak proseslərinin inkişaf xüsusiyyətləri və onun təlimlə qarşılıqlı əlaqəsini, tətbiq olunan tərbiyəvi təsirlərin davranışını tənzim etmədəki rolunu müşahidələr əsasında müəyyənləşdirmək mümkündür.

Müşahidə qısamüddətli, uzunmüddətli və sistematik ola bilər. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikasıvə davranışın təzahürünü izləməklə həyata keçirilir. Məsələn: tərbiyəçinin izahına uşaqların münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə misal ola bilər.



Uzunmüddətli müşahidəyə bütün məşğələ ərzində aparılan müşahidələr aiddir. Dövrü müşahidə müəyyən dövrdə psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Sistematik müşahidə inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir.

Sistematik müşahidə uzunmüddətli müşahidədir. Məsələn: bütün il və ya bir neçə il eyni qrup və uşaqlar üzərində müşahidə aparılır. Özünümüşahidə insaın özü üzərində, öz daxili aləmində baş verən dəyişiklikləri öyrənmək məqsədilə aparılan müşahidədir. Daxili müşahidə zamanı insan öz daxili aləmində baş verən dəyişiklikləri və onları törədən səbəbləri müəyyənləşdirməyə çalışılr.




Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin