Təşkiledici metodlara məqsəd, məzmun, aparılan tədqiqatın strukturu və təşkili, onların tərkibi və hazırlıq aiddir. Prosedur metodlara bütövlükdə aparılacaq tədqiqatın, eləcə də onun hissələrinin həyata keçirilmə forması aiddir. Qiymətləndirici metodlara tədqiqatın nəticələrinin psixoloji-pedaqoji qiymətləndirilməsi yolları daxildir. faktların toplanması və işlənməsi üçün tətbiq olunan metodların köməyi ilə yoxlanılanlar haqqında zəruri məlumatlar əldə edir.
Psixoloji məsləhətsöhbət şəklində şagirdə, onun valideynləri və onun təlim-tərbiyəsi ilə məşğul olan adamlarla aparıla bilər. Psixokorreksiyanın köməyi ilə psixoloq maraqlandığı şəxsə bilavasitə psixoloji-pedaqoji təsir göstərir. Psixoloji-pedaqoji tədqiqatın aparılmasına verilən ikinci xüsusi tələb testlər və digər psixodiaqnostik metodlarla bağlıdır. Onlar kifayət qədər yoxlanmalı və uşaqların yaşına uyğunlaşdırılmalıdır.