Nəzarət işlərinin xüsusiyyətləri. Təlim fəaliyyətinin ümde ünsürlərindən biri də nəzaret
işlərinin heyata keçirilmesidir. Bu işlərin mahiyyəti ondan ibarətdir ki, uşaq öz təlim
hərəkətlərini verilmiş nümunə ilə tutuşdurmalı, nə dərəcədə ona mü- vafiq gəldiyini
müeyyəniəşdirməli, öz nəticələrinin keyfiyyəti- ni əvvəllər icra oiunmuş telim işlərilə
əlaqələndirməlidir.Nəzarət sayəsində uşaq dərsi nə səviyyədə mənimsəməsini,icra zamanı
hansı səhvlərə yol verdiyini, nəyi yaxşı, nəyi pis qav- radığım çox asanlıqla müəyyən edir. Bu
iş şagird tərəfındən müntəzəm surətdə həyata keçİrildikdə onda şəxsiyyətin özünü- nəzarət
kimi ən yaxşı keyfiyyetlərindən biri təşekkül tapır. Əl- bəttə, burada müəllimin üzerİnə
mühüm vəzifə düşür, o, şagirddə özününəzarət terbiye etmək üçün təlimin əyani prinsi- pindən
daha çox istifade etməli olur. Məsələn, uşaq "a" hərfı- nin ünsürlərini yazmağı öyrənerkən
müəllim ona harada, hansı sehvə yol verdiyini başa salır, düzgün yazmaq nümunəsi göstərir.
Bundan sonra şagird özü tedricən gördüyü işləri, yazdığı ünsürləri verilmiş nümunə-etalonla
tutuşdurur, buradakı səhvi müeyyenleşdirib təshih edir, hərəketlərini ona müvafıq şəkildə
dəyişir. Bununla da, şagirdddə mənimseme prosesinə özünə- nəzarət teşekkül tapır.
Psixoloji ədəbiyyatda, adətən, nəzaretin iki formasmı ferqlendirirler: 1) yerinə yetirilmiş
işlerin hazır nəticələrinin təhlili əsasmda heyata keçirilən nəzarət; 2) ehtimal olunan, an- caq
əqli planda icra edilmiş işlərin neticeləri esasmda nəzaret. Her iki nəzarət forması, indicə qeyd
olunduğu kimi, müəllimin rəhbərliyi altında həyata keçirilir. İkinci nəzarət formasınm ic- rası
zamanı müəllim çalışmalıdır ki, uşaqlarda hərəkətlerin - gözlənilə bilən nəticələrini
təsəvvürlərində canlandırma baca- rığı tərbiyə etsin.
Qiymətləndirmə işlərinin xüsusiyyətləri. Şagirdlərin təlim fəaliyyətinin müvəffəqiyyətlə
həyata keçirilməsində qiymet- lendirmenin də böyük rolu vardır. Qiymətləndirmə təlimin
strukturunda mühüm komponent olub, nəzarət işi ilə sıx vəh- dət təşkil edir. Qiymətləndirmə
şagirdin mənimsədiyi nəticə- nin nə dərəcədə təlim şəraitinin teləblərinə uyğun gəlib-gəl-
məməsi ilə müəyyən edilir. Bir çox hallarda mektəb praktika- sında qiymətle,
qiymətləndirməni eyniləşdirirlər. Əlbəttə, bun- lar mahiyyətcə bir-birinden tamamile fərqli
məfhumlardır. və onları eyniləşdirmək olmaz. Qiymətləndirmə (bunu rəy vçr- mek kimi də
qeyd etmək olar.sadəcə olaraq şagirdin bir si, mövzunu və ya tapşırığı nə dərəcədə
mənimsəmsini müəy- yənləşdirmeklə kifayetlənməyib, həm də burada şagirdin bu- raxdığı
səhvler, sözün geniş mənasında təhlil olunur, müəyyen dövr ərzində şagirdin bütün fəaliyyəti
nəzərdən keçirilir. Odur ki, qiymətləndirmə ya müsbət, ya da menfi olur.
Qiymət isə beş ballı (hazırda hətta çoxballı) olub, adətən sintetik xarakter daşıyır ve telim
şeraitinin gedişinde aralıq iş- lərə, nəticəyə, şagirdin əxlaqına, təsadüfi cavablarma verilir.
Qiymətləndirmə təlim fəaliyyətinin daxilində geniş mənada iş- lənilib görülən işin mezmununa
və keyfiyyətine verilir. Odur ki, qiymetlə qiymətləndirməni (rəyi) bir-birindən fərqləndir- mək
lazımdır.
Təlim fealiyyətində şagirdin bütün psixoloji qabiliyyeti və imkanlarınm təhlilinə esaslanan
qyimetlendirməden geniş isti- fadə etmek lazımdır. Bunun sayəsində şagirdlerde təlim fea-
liyyətıni təşkil edən ünsürləri daha müvəffəqiyyətlə formalaş- dırmaq mümkündür.
4.Kiçik məktəbli şəxsiyyətinin formalaşması
Uşaq şəxsiyyətinin inkişafı yaş aspektində özünü həqiqətən iki dəfə qabarıq şəkildə büruzə
verir. Birinci dəfə uşq yaşında belə bir əzəmətli ifadə işlədir:” Mən özüm edəcəyəm.ikinci
halda ise uşaqda şexsiyyet fıziki, psixoloji, sosial fəallıq zeminindəşüurlu suretdə təşəkkül
edir. İkinci halı, başlanğıc kimi, kiçik məktəblilerəşamil etmek olar. Çünki bu zaman kiçik
yaşlı məkteblilərde faktik olaraq şex- siyyetin psixoloji mexanizmi yaranır, yeni keyfiyyətler
məc- muyunda subyekt-şəxsiyyet vəhdəti əmələ gəlir, mənlik şüuru, dünyagörüşü,
ideologiyası, iradi-əqli fəallığı formalaşmağa başlayır.İkinci halda ise uşaqda şexsiyyet
fıziki, psixoloji, sosial fəallıq zeminindəşüurlu suretdə təşəkkül edir. İkinci halı, başlanğıc
kimi, kiçik məktəblilerəşamil etmek olar. Çünki bu zaman kiçik yaşlı məkteblilərde faktik
olaraq şexsiyyetin psixoloji mexanizmi yaranır, yeni keyfiyyətler məcmuyunda subyekt-
şəxsiyyet vəhdəti əmələ gəlir, mənlik şüuru, dünyagörüşü, ideologiyası, iradi-əqli fəallığı
formalaşmağa başlayır.
Fəaliyyətin müxtelif növleri ile məşğul olan kiçik mektebliler işin xarakterinden asılı olaraq,
özünüqiymetləndirmede bir-birindən fərqlənir, belə ki, resm üzrəözünə düzgün qiymət
verdiyi halda, savad təlimində qiymeti şişirdir, mahnı, şərqi oxumaqda isəözünə aşağı qiymət
verir.
Uşağın qiymətvermə meyarı müəllim və tərbiyəçidən çox asılıdır. Müeyyənleşdirilmişdir ki,
şagirdler tedris fəaliyyətini (57%), məktəbəqədər yaşlılar isə oyun fəaliyyətini (70%) adekvat
qiymətləndirirlər. Özünüqiymetlendirme sayəsində uşaqda özü barede təsewürlər forttıalaşır, o
özündən
razı
qalır,
özünün
«mən»ini
nümayiş
etdirir.
Kiçik
mekteblilər
özünüqiymətləndirəndə başqalarının onlar haqqmda yürütdüyü fikirlərə, rəyə istinad edir, bir
növ, özünə başqalarınm gözü ile baxmağıöyrənir. Özünüqiymetlendirmə uşağın müvəffə-
qiyyetine ve iddia səviyyəsinə ciddi təsir edir. Müəllim və tərbiyəçilər uşağın uğuruna və
uğursuzluğuna münasibətini, yəni iddia səviyyəsini nəzərə almaqla kifayətlənməməlidir,onlar
özünüqiymətləndirmədə uşağı fəallaşdırmalı və iddia səviyyəsini yüksəltməlidir.
Kiçik məktəb yaşı dövrö uşaqların şəxsiyyət yonömöndə inkişafında kifayət qədər əhəmiyyətli
dəyişikliklərlə müşayət olunur. Məktəb həyatı uşağın sosial münasibətlər dairəsini genişləndirir,
onların yaşlılar və yaşıdları ilə qarşılıqlıəlaqələrinə geniş meydan açır. Uşaqların daxil olduğu
məktəb həyatı başqa adamlar və kollektiv, təlim vəzifələri onların xarakteri və
iradəsiniformalaşdırır, maraq dairəsi genişləndirir, qabiliyyətlərin inkişafını təmin edir. Uşağın
şəxsiyyətinin formalaşmasına təsir göstərən fəaliyyət növləri içərisində təlimlə yanaşı, əmək,
oyun, ünsiyyət, idman da əhəmiyyətli yer tutur. Şagirdin şəxsiyyətinin formalaşmasına təsir
göstərən amilləri kompleks şəkildə araşdıran psixoloqlar aşağıdakıları xüsusilə ön plana çəkirlər:
1.Şagirdin böyüdüyü və yaşadığı cəmiyyətdə bərqərar olmuş ictimai varlıq və ictimai şüur;
2.Şagirdi əhatə edən sosial və təbii mühit: məişət və mədəniyyətin , yaşayış məntəqəsi və coğrafi
regionun təbiəti və spesifik xüsusiyyətləri:
3.Uşağın doğulduğu və tərbiyə olunduğu ailə;
4.Qeyri-formal ünsiyyət mühiti: qonşular, dostlar, tanışlar, uşağın eyni vaxtda daxil olduğu
müxtəlif cür insan qrupları;
5.məktəbdənkənar müəssisələrdə ictimai tərbiyə şəraiti;
6.Şagirdin oxuduğu və tərbiyə olunduğu məktəb.
Uşaq aildəki mövqeyindən narazıdırsa, ona öz fikrini söyləmək imkanı verilməlidir. Uşağın
tərbiyəsində intizam qaydalarının ciddi gözlənilməsi onda güclü xarakter formalaşdırır. Uşağın
narahatlığını başa düşən, yaşıdları ilə ünsiyyətini təmin edən, əylənməsinəşərait yaradan
valideynlər onun sosial- psixi inkişafına əlverişli zəmin yaratmış olurlar. Uşaqlar həmişə ana
qayğısına, ata nəvazişinə ehtiyac hiss edirlər. Lakin çox vaxt bu təlabat təmin edilmədiyindən
uşaqların psixikasında neqativ təzahürlər, asosial hallar, xuliqanlıq, dalaşqanlıq, kobudluq bəzən
isə aqressiv davranış meylləri yaranmış olur.Uşağa ziddiyyətli şeylər aşılamayaraq, onu ata bir
cör, ana başqa cör təlqin etməməlidir. Əks halda, uşaq onların hansını dinləyəcəyini bilməyərək
çaşır, hansının doğru olduğunu ayırd edə bilmir. Nəticədəhəm ana, həm də atasına olan etimadını
itirir. Uşaq ana, yoxsa atanın ona münasibətdə daha həlim olduğunu bir dəfə hiss edən kimi, öz
səhvlərini ört-basdır etmək üçün həmişə bu vəziyyətdən istifadə edir. Ona həlim olan şəxsdən
kömək istəməyə başlayır. Bu da uşağın həddən artıq ərköyünləşməsinə səbəb olur. Bəzi ailələrdə
uşaq nadinclik etdikdə, sözə baxmadıqda dərslərini öyrənəmədikdə, xoşagəlməz işlər tutduqda
valideynlər yerli-yersiz onu döyür. Bu isə uşağın düzgün tərbiyəsinə son dərəcə mənfi təsir
göstərir: eyni zamanda valideyn uşağın gözündə nüfuzdan düşür. Döyülmək qorxusu vuyan uşaq
yalnız müvəqqəti, yəni müəyyən vaxt çərçivəsində sözə baxır. Kimdən qorxursa, onun yanında
özünüədəbli, sözəbaxan kimi göstərir. Əslində bu, döyölmək qorxusu onöndə uşağın zahiri
itaətkarlığından başqa bir şey deyildir.Uşaqların tərbiyəsində çubuq və sillə vurmaq
onlarınəxlaqını pozar,təbiətlərini alçaldar, fitri cövhərlərini boğar, qorxaq və yalançı edər»Tez-tez
döyülən uşağın daxili aləmində sarsıntılar yaranır, heyssiyatı zədələnir, qüruru sınır, yavaş-yavaş
buna öyrəşir və get-gedə reaksiya vermir. Beləliklə, başqa cəzalar da öz təsirini itirir. Bu mənada,
hər şey üçün uşağı döymək çox təhlükəlidir.
Mövzu17. Yeniyetməlik və erkən gəncliyin ümumi xarakteristikası
Plan:
1.Yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri
2.Yeniyetmələrin təlim fəaliyyəti
3.Yeniyetməlik dövründə mənlik və əxlaqi şüurun inkişafı
4.Gənclik yaş dövrünün psixoloji səciyyəsi
5.Gənclik dövründə şəxsiyyətin inkişafı
6.Gənclərin əmək fəaliyyəti və peşəyönümü
1.Yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri
Yeniyetmə yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan vaxtı əhatə edir. Bu dövr bir il tez və ya
gec başlaya və qurtara bilər. Bu dövrdə həmyaşıdları ilə intim-şəxsi ünsiyyət yeniyetmələrin
aparıcı fəaliyyəti olur.
Bu dövrdə aparıcı fəaliyyətlə yanaşı olaraq təlim, ictimai-təşkilati, idman, bədii, əmək
fəaliyyəti də özünə xüsusi yer tutur. Həmin ictimai-faydalı fəaliyyət növlərindən istifadə
etməklə yeniyetmələrdə sosial cəhətdən əhəmiyyətli işlərdə şüurlu şəkildə iştirak etmək meyli
baş qaldırır. Onlar müxtəlif qruplarda qəbul olunmuş qarşılıqlı münasibət normalarına uyğun
ünsiyyət yaratmağı öyrənir, öz «mən»lərini qiymətləndirmək bacarığına yiyələnirlər.
Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”, “dönüş” və s. dövrü də adlandırırlar. Bu yaş
dövründə uşaq orqanizminin bioloji yetkinləşməsi yolunda əsaslı dəyişiklik baş verir. Bədənin
yuxarı və aşağı ətraf sahələrində sümüklər əzələlərə nisbətən uzununa daha sürətlə inkişaf edir.
Ona görə də yeniyetmənin xarici görkəmi çox qəribə olur. Bədənin ətraf hissələri gövdəyə
nisbətən mütənasibliyini itirir, daha uzun görünür. Boy artımı çox sürətlə gedir, bəzən bir il
ərzində 8-10 sm artır. Bu dəyişiklik xüsusilə cinsi yetişmənin başlanmasında özünü göstərir.
Uşaqlara nisbətən yeniyetmələrin siması dəyişir, böyüklərə yaxınlaşmış olur. Əzələ kütləsi və
əzələ gücü artır, nəticədə yeniyetmənin fiziki imkanı da artır.
Bu dövrdə cinsi yetişmənin başlanması bir növ cinsi yetkinlik üçün başlanğıc rolunu oynayır.
Bununla yanaşı olaraq psixoloji yetkinliyin, eləcə də sosial yetkinliyin baş verməsi üçün
müvafiq şərait yaratmış olur. Yeniyetmələrdə sərvət sistemi dəyişir: ailə, məktəb, həmyaşıdları
yeni məna və əhəmiyyət kəsb etməyə başlayır.
Ünsiyyət tələbatı. Yeniyetmə yaşında şəxsiyyətin formalaşmasında əsaslı dəyişiklik baş verir.
Görkəmli psixoloq K.Levinin fikrincə keçid yaşı olan yeniyetməlik dövründə mühüm
proseslərdən biri onları istiqamətləndirən şəxsiyyətin həyati aləminin, ünsiyyət sahəsinin, qrup
mənsubluğu və insanların tiplərinin genişlənməsindən ibarətdir. Burada yeniyetmədə ünsiyyət
tələbatının meydana gəlməsi xüsusi rol oynayır. Bu dövrdə yoldaşları ilə ünsiyyət səyi,
həmyaşıdlar kollektivinə meyl son dərəcə aydın təzahür edir. Ünsiyyət fəaliyyətinin obyekti
həmyaşıdlardan ibarət olur. Yeniyetmə ünsiyyət fəaliyyəti prosesində ictimai-əxlaqi münasibət
normalarını mənimsəyir.
Yeniyetmələrin mənlik və əxlaqi şüuru. Mənlik şüurunun formalaşmağa başlaması və sonrakı
inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakılara
münasibətinə öz təsirini göstərir. Yeniyetmənin mənlik şüurunun formalaşması onun öz
davranışını, mənəvi keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə başlayır. İlk
dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını başqa adamların mülahizələri təşkil edir. Yaş
artdıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır.
Yeniyetməlik yaşında əxlaqi şüurun inkişafı da baş verir. bu dövrdə əxlaqi şüurun formalaş-
masında yaşlılarla müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi mühüm rol oynayır.
Yeniyetmələrdə əxlaqi şüurun formalaşmasında şagird kollektivinin də müstəsna rolu vardır.
Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yeniyetməlik yaşı dövründə özünəməxsus «əxlaq
məcəlləsi» əmələ gəlir (Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaşlıq münasibətlərini tənzim
etdiyi üçün onu «yoldaşlıq məcəlləsi» adlandırırlar. Bu «məcəlləyə» gorə yoldaş yoldaşının
hörmətini saxlamalı, qayğısına qalmalı, müdafiə etməlidir. Professor Ə.Əlizadənin qeyd etdiyi
kimi, hörmət, qayğı, müdafiə anlamlarının yeniyetmələr üçün öz yozumu, öz mənası, öz təfsiri
var. Bu yozuma görə dərs vaxtı, imtahan zamanı yoldaş yoldaşa şpalqalka ötürməlidir, nəyin
bahasına olur-olsun onun tərəfini saxlamalıdır. «yoldaşlıq məcəlləsində» məhz bu cür sərt
«sanqsiyalar» əsas yer tutur.
Yaşlılıq hissinin yaranması birinci növbədə uşağın fiziki inkişafındakı dəyişikliklərlə bağlı
olur. Uşağın xarici görkəmi böyüklərin xarici görkəminə oxşamağa başlayır. Boyları, gücləri
artır. Bu dəyişikliyi görən və özünü böyüklərlə müqayisə edən yeniyetmədə yaşlılıq meyli
yaranmağa başlayır.
Yaşlılıq hissinin öz mənşəinə görə sosial xarakter daşıdığını da qeyd edirlər. Yaşlı adamlarla
birgə fəaliyyət, onların etimadını qazanmaq uşaqda obyektiv sosial yaşlılıq statusunun
yaranmasına, bu da öz növbəsində onun özü haqqında təsəvvürlərinin dəyişməsinə gətirib
çıxarır.
Yeniyetmələrdə yaşlılıq hissinin yaranmasında onun düşdüyü referent qrup da müəyyən rol
oynayır. Bu qrupda çox vaxt yaşca böyük uşaqların olması və onların yeniyetməni qəbul
etməsi yaşlılıq hissini bir daha gücləndirir.
Yaşlılıq hissinin inkişafında yeniyetmənin özü üçün davranış etalonu kimi seçdiyi nümunənin
əhəmiyyəti böyükdür. Oğlanların formalaşan kişi idealının məzmununda “əsil kişayə” xas olan
keyfiyyətlər yer tutmağa başlayır. Bu cür keyfiyyətlərə bir tərəfdən qüvvət, iradə, digər
tərəfdən dostluğa, yoldaşlığa sədaqət aid olur. Yeniyetmə oğlanlar başqa adamları və özünü
qiymətləndirərkən məhz həmin keyfiyyətləri əsas götürürlər. Yeniyetməlik dövründə qızların
da sərvət meylləri əsaslı şəkildə dəyişir. Onların davranış və rəftarlarında qadınlıq haqqındakı
etalon və stereotiplər mühüm rol oynamağa başlayır.
2. Yeniyetmələrin təlim fəaliyyəti
Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
Hər şeydən əvvəl, onlarla bir müəllim deyil, bir neçə müəllim məşğul olmağa başlayır.
Adətən, çox vaxt həmin müəllimlər öz davranış, ünsiyyət üslublarına, eləcə də dərsi aparma
tərzlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı müəllimlər yeniyetmənin qarşısına
müxtəlif tələblər qoyurlar. Bu isə yeniyetmələri hər bir yeni müəllimə fərdi olaraq
uyğunlaşmağa məcbur edir. Bununla yanaşı olaraq yeniyetməlik yaşı dövründə ayrı-ayrı
müəllimlərə fərqləndirici münasibət özünü göstərməyə başlayır. Yeniyetmələr bəzi müəl-
limləri sevir, bəzilərindən zəhlələri gedir, bəzilərinə qarşı isə laqeyd olurlar.
Yeniyetmələr ciddi, lakin ədalətli, uşaqlara xoş münasibət bəsləyən, materialı maraqlı və aydın
izah edən, şagirdləri düzgün qiymətləndirən, hamıya eyni xeyirxah münasibət bəsləyən,
demokratik ünsiyyət üslubuna malik olan müəllimləri daha yüksək qiymətləndirir və sevirlər.
Yeniyetmələr müəllimin eridusiyasına, şagirdlərlə düzgün qarşılıqlı əlaqə yaradan müəllimlərə
daha çox üstünlük verirlər. Onlarda peşə marağının təşəkkül etməsi sayəsində fənnləri
“lazımlı” və “lazımsız” qruplara ayırırlar. Bunlardan asılı olaraq müəllimlərə münasibətləri də
müxtəlif olur.
Yeniyetməlik-uşaqlığın psiхi inkişafın yüksək səviyyəli özünəməхsus хüsusiyyətlərilə səciy-
yələnən mərhələsidir. Bu mərhələ 10-15 yaşı əhatə edir.
Psiхоlоgiyada yeniyetməlik dövrü şəхsiyyətin biоsоsial-psiхоlоji varlıq kimi fоrmalaşması,
özündə yetkin şəхsiyyətin əsas хüsusiyyətlərini əks etdirən inkişaf mərhələsi kimi qəbul
оlunur. Tam, müstəqil həyata hazırlıqla əlaqədar оlaraq özlərində şəхsiyyət göstəricilərini
möhkəmləndirir, özünü reallaşdırmaqdan ötrü ciddi səy göstərilər.
3.Yeniyetməlik dövründə mənlik və əxlaqi şüurun inkişafı
Ünsiyyət tələbatı. Yeniyetmə yaşında şəxsiyyətin formalaşmasında əsaslı dəyişiklik baş verir.
Görkəmli psixoloq K.Levinin fikrincə keçid yaşı olan yeniyetməlik dövründə mühüm
proseslərdən biri onları istiqamətləndirən şəxsiyyətin həyati aləminin, ünsiyyət sahəsinin, qrup
mənsubluğu və insanların tiplərinin genişlənməsindən ibarətdir. Burada yeniyetmədə ünsiyyət
tələbatının meydana gəlməsi xüsusi rol oynayır. Bu dövrdə yoldaşları ilə ünsiyyət səyi,
həmyaşıdlar kollektivinə meyl son dərəcə aydın təzahür edir. Ünsiyyət fəaliyyətinin obyekti
həmyaşıdlardan ibarət olur. Yeniyetmə ünsiyyət fəaliyyəti prosesində ictimai-əxlaqi münasibət
normalarını mənimsəyir.
Yeniyetmə yaşında həmyaşıd uşaqların psixoloji intelektual cəhətdən bir-birinə uyğunlaşma-
sını asanlaşdıran şərait yaranır. Yeniyetmə yaxınlıq dərəcəsinə görə yoldaşın üç tipini
müəyyənləşdirir: sadəcə olaraq yoldaş, yaxın yoldaş və şəxsi dost.
Yeniyetmənin yaxın yoldaşları və dostları ilə ünsiyyəti sadəcə olaraq təlim fəaliyyəti hüdudları
ilə məhdudlaşmır, həyatının bir çox sahələrini əhatə edir. Yeniyetmələrin həmyaşıdları ilə
ünsiyyəti təlimə olan münasibəti ikinci plana keçirir. Hətta yoldaşları ilə ünsiyyətə nisbətən
doğma adamlarla ünsiyyətin rolu xeyli azalır. Yeniyetmə belə hesab edir ki, həmyaşıd
uşaqlarla münasibətlər onun şəxsi münasibətidir, heç kəsin buna qarışmağa haqqı yoxdur. Ona
görə də yeniyetmənin dostları onun üçün referent qrupa çevrilir.
Yeniyetmənin ünsiyyət fəaliyyətinin mühüm sahələrindən birini də “oğlan-qız” tipli
münasibətlər təşkil edir. Bu dövrdə oğlan və qızlar bir-birilə maraqlanmağa başlayırlar.
Onlarda bir-birinin xoşuna gəlmək arzusu yaranır. Bununla belə kiçik yeniyetməlik dövründə
oğlan və qızların davranışı hələ ambivalent xarakter daşıyır: onlar bir tərəfdən, bir-biri ilə
maraqlanır, digər tərəfdən isə xüsusiləşməyə meyl edirlər. Tədricən bu cür xüsusiləşmə meyli
aradan qalxır.
Yeniyetmələrin mənlik və əxlaqi şüuru. Kiçik məktəblidən fərqli olaraq yeniyetmədə özünə,
öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqda, özünüqiymətləndirmə
tələbatı, özünü başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Nəticədə yeniyetmə özü üçün
öz “mən”ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa başlaması və sonrakı inkişafı
yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakılara
münasibətinə öz təsirini göstərir. Yeniyetmənin mənlik şüurunun formalaşması onun öz
davranışını, mənəvi keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə başlayır. İlk
dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını başqa adamların mülahizələri təşkil edir. Yaş
artdıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır.
Bu dövrdə yeniyetmələr öz müstəqilliklərini qoruyub saxlamağa çalışmaqla refleksiya
əsasında mənlik şüurlarını, «mən» obrazını, «real» və «ideal mənin» əlaqəsini formalaşdırır və
inkişaf etdirirlər. Bütün bunlarla yanaşı olaraq yeniyetmələrdə özünüqiymətləndirmə və
özünəmünasibətin formalaşması baş verir.
Yeniyetməlik yaşında əxlaqi şüurun inkişafı da baş verir. bu dövrdə əxlaqi şüurun formalaş-
masında yaşlılarla müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi mühüm rol oynayır.
Yeniyetmələrdə əxlaqi şüurun formalaşmasında şagird kollektivinin də müstəsna rolu vardır.
Yeniyetmənin əxlaqi şüurunda iki yeni xüsusiyyət meydana çıxır: 1) bu dövrdə ictimai
davranışla bağlı norma və qaydalar, insanların bir-birilə qarşılıqlı münasibətilə bağlı normalar
diqqət mərkəzində olur; 2) yeniyetmədə təsadüfi təsirlərdən asılı olmayaraq nisbətən sabit
əxlaqi görüşlər, hökmlər və qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə təzahür etməyə
başlayır.
Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yeniyetməlik yaşı dövründə özünəməxsus «əxlaq
məcəlləsi» əmələ gəlir (Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaşlıq münasibətlərini tənzim
etdiyi üçün onu «yoldaşlıq məcəlləsi» adlandırırlar. Bu «məcəlləyə» gorə yoldaş yoldaşının
hörmətini saxlamalı, qayğısına qalmalı, müdafiə etməlidir. Professor Ə.Əlizadənin qeyd etdiyi
kimi, hörmət, qayğı, müdafiə anlamlarının yeniyetmələr üçün öz yozumu, öz mənası, öz təfsiri
var. Bu yozuma görə dərs vaxtı, imtahan zamanı yoldaş yoldaşa şpalqalka ötürməlidir, nəyin
bahasına olur-olsun onun tərəfini saxlamalıdır. «yoldaşlıq məcəlləsində» məhz bu cür sərt
«sanqsiyalar» əsas yer tutur.
Yeniyetmələrdə əxlaqi ideallar formalaşmağa başlayır.Bu ideallar güclü motiv kimi
yeniyetmənin özünütərbiyəsinə, öz qüsurlarını aradan qaldırmasına təkan verir.
4.Gənclik yaş dövrünün psixoloji səciyyəsi
Gənclik insan həyatında uşaqlıq dövrünün başa çatması, insanın fiziki cəhətdən yetkinləşməsi
psixoloji cəhətdən özünəməxsus yüksək keyfiyyətlərin formalaşması dövrüdür.
İnsanın yaşlılıq həyatı məhz bu dövrdən başlanır.
Bu dövr özünüdərketmə, mənlik şüuru və dünyagörüşünün formalaşması mərhələsi, məsul
qərarların
qəbulu mərhələsi, dostluğun, məhəbbətin, intim yaxınlığın yüksək
qiymətləndirildiyi insani yaxınlıq mərhələsi kimi qiymətləndirilir.
Gənclik yaşı dövrünün başlanması və sonu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür.
Bunlardan daha çox qəbul edilən 14-15 yaşdan 21 yaşa qədər olan dövrdür. Psixoloqlar həmin
dövrün iki mərhələni keçdiyini qeyd edirlər: ilkin gənclik (15-17 yaş) və yetkin gənclik (18-21
yaş). Bəzi mütəxəssislər yetgin gəncliyə 18-25 yaş dövrünü aid edirlər.
Gəncliyi sadəcə olaraq bioloji yaşın müəyyən həddə çatması kimi xarakterizə etmək olmaz.
Gənclərin formalaşması həm bioloji, həm psixoloji, həm psixoseksual, həm də sosial amillərin
təsiri altında baş verir. Bunların içərisində gənclərin bir şəxsiyyət kimi formalaşmasında sosial
- psixoloji amillər xüsusi yer tutur. Ona görə də gəncliyi sosial-psixoloji hadisə kimi qeyd
etmək olar.
Bioloji baxımdan gənclik orqanizmi fiziki cəhətdən əsaslı surətdə dəyişir və onun inkişafı
əsasən tamamlanır.
Psixoloji baxımdan gənclər artıq öz “mən”lərini, imkanlarını dərk edir, idrak fəaliyyətləri və
dünyagörüşləri geniş əhatəli olur.
Psixoseksual baxımdan cinsi yetişmə əsasən tamamlanmış olur, psixoseksual davranış sosial
normalara uyğunlaşır.
Sosial baxımdan gənclər ictimai münasibətlər qovuşuğunda həmin münasibətləri
mənimsəməklə sosiallaşırlar. Nəticədə bu dövrdə gənclər ictimai münasibətlərin məcmuu
kimi, sosial varlıq kimi yetişir, həyat hadisələrinə fəal mövqedən yanaşırlar.
Bütövlükdə, götürdükdə, gənclik dövründə şəxsiyyət biososial-psixoloji varlıq kimi
formalaşır. Gənclərin davranışında təşəbbüskarlıq, prinsipiallıq, məsuliyyətlilik yüksəlir.
Onların intellektual fəaliyyətində, qabiliyyətlərinin inkişafında əsasən irəliləyiş, sosial-
psixoloji varlıq kimi formalaşma baş verir.
5.Gənclik dövründə şəxsiyyətin inkişafı
İlk gənclik yaşında şəxsiyyətin inkişafı məktəb yaşı dövrü üçün ən yüksək səviyyəyə qalxır.
Bu dövrdə həqiqi yaşlılığa real keçid baş verir. Burada böyüklük hissinin yüksək səviyyədə
formalaşması və ünsiyyət fəaliyyətinin sürətli inkişafı mühüm rol oynayır. Böyük
məktəblilərin ünsiyyət fəaliyyətində onların daxil olduqları sinif kollektivinin, valideynlərin
rolu artır. Bu dövrdə ünsiyyət fəaliyyətində kollektivin ictimai rəyi xüsusi yer tutur. Böyük
məktəblilər sinif və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə həssas yanaşır, öz
fəaliyyətlərində onları nəzərə alırlar. Bu dövrdə valideynlərlə ünsiyyət də istənilən nəticəni
verir. Ailə tərbiyəsi düzgün təşkil edildikdə böyük məktəblilərin valideynləri ilə ünsiyyətləri
də müsbət istiqamətə yönəlir, onlar bu ünsiyyətə can atırlar. Burada valideynlərin öz övlad-
larını başa düşmələri, onlarla ünsiyyətdə avtokratiklikdən uzaqlaşmaları, demokratik mövqe
tutmaları lazımi nəticə verə bilir.
İlk gənclik dövründə yeniyetmələrin ünsiyyətlərindəki emosionallıq aydın təzahür edir. Onlar
ünsiyyətin gedişinə özlərinin münasibətlərini emosional cizgilərlə təzahür etdirirlər.
Böyük məktəblilərin ünsiyyət fəaliyyətinin inkişafında yoldaşlıq münasibəti mühüm rol
oynayır. Gənclər öz yoldaşlarında yüksək əqli və əxlaqi keyfiyyətlərin olmasını arzulayırlar.
Bu dövrdə yoldaşlıq hissi ilə yanaşı dostluq hissi də inkişaf edir, mürəkkəbləşir və davamlılığı
ilə fərqlənir. Bu dövrdə yaranan dostluq uzun ömürlü olur. İlk gənclik dövründə dostluq hissi
yeni motivlərə malik olur. Dostlar bir-birinə yüksək tələblər verməyə başlayırlar. Psixoloqlar
bu cür tələblərə aşağıdakıları aid edirlər. Gənclərin fikrincə dost, birinci növbədə səliqəli,
sadiq, prinsipial olmalı, çətin anda dostunun köməyinə çatmalıdır; ikincisi, dostluq onların
həyat və fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir; üçüncüsü, onların dostluğu ən çox
emosional olmalıdır, dost öz dostunun sevinc və kədərini onunla bölüşdürməlidir.
İlk gənclik dövründə oğlanlarla qızlar arasındakı qarşılıqlı münasibətlərdə də əsaslı dəyişiklik
baş verir. Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar arasındakı qarşılıqlı müna-
sibətlər xeyli fəallaşır. Yoldaşlıq münasibətlərinin sahəsi genişlənir. Xüsusilə qızlarda qarışıq
dostluğa tələbat güclənir. İlk gənclik yaşının əvvəllərindən başlayaraq məktəblilərdə məhəbbət
hissi özünü göstərməyə başlayır. Ona görə də cinslərarası qarşılıqlı münasibətlər tərbiyə işinin
əsas problemlərindən birinə çevrilir.
Mənlik şüurunun inkişafı. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Mək-
təblilər özlərinin artan imkanlarını dərk etməyə başlayırlar. Bütün bunlar həmin dövrdə
özünüdərketmə meylinin daha sürətlə inkişaf etdiyini göstərir. Bu dövrdə gənclər özlərini, öz
şəxsiyyətlərini yaxşı anlamağa başlayır, mənlik şüurları, özləri haqqında təsəvvürləri dəyişir.
Onlar bir növ öz mənlərini dərk edirlər. bu dövrdə məktəblilərdə özünüdərketmənin inkişafı ilə
yanaşı mənlik şüurunun məzmunu da dəyişir, özləri haqqında təsəvvürləri artır. Oğlan və
qızlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar.
Zahiri görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə narahat edir. İlk gənclik
dövründə gənclər özlərini qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir, özləri haqqında
müəyyən mühakimələr yürüdürlər. Yeniyetmələrdən fərqli olaraq böyük məktəblilərdə
özünüqiymətləndirmə onların öz davranış və fəaliyyətlərini müstəqil olaraq təhlil etmək
əsasında cərəyan edir. Ona görə də ilk gənclik dövründə özünüqiymətləndirmədə bir sıra
uyğunsuzluqlar özünü göstərə bilir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ilk gənclik dövründə ən mühüm psixoloji hadisə
özünüdərketmənin və öz «mən»inin, öz şəxsiyyətinin davamlı obrazının yaranmasıdır. Bu
dövrdə özünüdərketmənin, mənlik şüurunun inkişafı bir neçə istiqamətdə baş verir.
Birinci növbədə gənclərin öz daxili aləmləri açılır. Gənc oğlan və qızlar öz emosiyalarını
ətrafda baş verən hadisələrin doğurduğu hal kimi deyil, öz «mən»inin vəziyyəti kimi
qavramağa başlayırlar. Öz xüsusiyyətlərini, başqalarına oxşamamalarını hiss etmək baş verir,
eyni zamanda təklik hissi özünü göstərir.
Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox vaxt həyata keçirilə bilməyən idealları
əsasında bir neçə az və ya çox real fəaliyyət planlarını hazırlamağa başlayır və bunlardan birini
seçməli olurlar. Gənclərin həmin həyati planları onların bütün özünütəyin sahələrini: mənəvi
simalarını, həyat tərzlərini, iddia səviyyələrini, peşə və həyatda öz yerlərini seçmələrini əhatə
edir. Öz məqsədlərini, həyati niyyətlərini, həyati planlar qurmalarını dərk etmələri onların
özlərini dərk etmələrinin, mənlik şüurlarının mühüm elementini təşkil edir.
Bunlarla yanaşı olaraq bu dövrdə gənclərdə özləri haqqında tam təsəvvür formalaşır. İnsanın
özünə münasibəti, birinci növbədə onun öz bədəninin xüsusiyyətlərini, xarici görkəmini,
cəlbediciliyini dərk etməsi, sonra isə özünün əxlaqi-psixoloji, əqli, iradi keyfiyyətlərini dərk
etməsi əsasında yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt ziddiyyətli olur.
Müxtəlif fəaliyyət növlərində əldə edilmiş nəticələrin təhlili, onun haqqında başqa adamların
fikirləri və özünümüşahidə, özünün keyfiyyət və qabiliyyətlərini təhlil etmək sayəsində
gənclərdə özünəhörmət kimi ümumiləşmiş münasibət yaranır.
İlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi özünü qeyri-real yüksək qiymətləndirməyə
gətirib çıxara bilir.
Əxlaqi şüurun inkişafı. İlk gənclik dövründə mənlik şüuru ilə yanaşı əxlaqi şüurun inkişafında
da əsaslı dəyişiklik baş verir. Bu dövr yeni əxlaq səviyyəsinə - konvensional əxlaqa keçidlə
xarakterizə olunur (L.Kolberq). Psixoloqlar bu cəhəti onunla izah edirlər ki, uşaq öz inkişafı
prosesində əvvəlcə əxlaqi davranışın “xarici” normalarına istinad edir. Böyüklərin onu
cəzalandırmasından yaxa qurtarmaq, onlar tərəfindən rəğbətləndirilmək üçün özünü yaxşı
aparır, hərəkətlərinin böyüklər tərəfindən necə qarşılanacağını əsas götürürlər. Lakin inkişafın
sonrakı mərhələsində şagirdlərdə əxlaqi davranışın “xarici” norma və qaydaları daxili - əqli
plana keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar üçün əhəmiyyətli olan adamlar
tərəfindən bəyənilmək və müəyyən qaydanı gözləmək tələbatının təsiri altında özlərini yaxşı
aparmağa çalışırlar. Buradan isə aydın olur ki, bu dövrdə məktəblilər hələ də xarici, formal
əlamətləri əxlaqi tələblərin mənbəi kimi qavrayırlar. Tədricən psixi inkişafın yüksəlməsi ilə
bağlı olaraq böyük məktəblilərdə dərkolunmuş əxlaqi prinsiplər təşəkkül tapmağa başlayır.
Əxlaqi davaranış konkret şəraitin və ayrı-ayrı şəxslərin təsirindən azad olur. Oğlan və qızlar
avtanom əxlaqa malik olur.
Müasir gənc oğlan və qızlarda həyatın özü əvvəlki on illiklərindən fərqli psixologiyanın
formalaşmasına səbəb olmuşdur. Bununla, əlaqədar olaraq gənclərin əxlaqi-etik problemlərə
münasibəti də dəyişmişdir. Bu sahədə gənclərin daha cəsarətli baxışları özünü göstərir.
Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayışlara münasibəti dəyişmişdir. Məsələn,
«ədalətlilik» anlayışı artıq gənclər tərəfindən əvvəllər başa düşülən stereotip şəklində –
«ədalətlilik odur ki, heç kimin arasında fərq qoyulmasın» şəklində qavranılmır. Müasir böyük
məktəblilər ədalətliliyi «hər kəsdən imkanlarına görə və hər kəsə gördüyü işə və ya insanların
ümumi rifahı üçün verdikləri real töhvəyə görə» yanaşmaqda görürlər.
Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi anlayışlara münasibətləri də
dəyişmişdir. Bu anlayışlar, bir tərəfdən yaş artdıqca böyük məktəblilər üçün öz əbədi
romantikliyini itirir, digər tərəfdən, gənclər tamamilə real mövqeyə əsaslanır və adamların:
valideynlərin, müəllimlərin, yoldaşların və dostların həqiqi hərəkətləri bundan asılı olaraq
qiymətləndirilir. Bu prinsip daha aydın şəkildə böyük məktəblilərin öz müəllim və
valideynlərinə münasibətlərində təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə
daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik məktəb yaşı və yeniyetməlik dövründə
özünü göstərmir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, gənclik dövründə məktəblilər borc, şərəf, şəxsi qürur
hissi, vicdan, təvazökarlıq kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər.
Bununla belə onlar həmin anlayışların şərhi zamanı, eləcə də əxlaqi davranışı həyata
keçirərkən bəzi qüsurlara yol verirlər.
Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan və qızların əksəriyyəti özlərini praktik
olaraq əxlaqi cəhətdən formalaşmış, yetgin və kifayət qədər davamlı əxlaqa yiyələnmiş adam
kimi göstərirlər. Bu isə qabiliyyətlər, motivlər və xarakter əlamətləri ilə yanaşı şəxsiyyətin
dördüncü mühüm yenitörəməsi kimi özünü göstərir.
6.Gənclərin əmək fəaliyyəti və peşəyönümü
Həyat planlarını müəyyenləşdirmək, əmək və ictimai fəaliyyətə müstəqil başlamaq gənclərin
yeni xüsusiyyəti olub şəxsiyyətin kamilləşmsində müstəsna rola malikdir. Həyat planları
özünü gəncin məqsəd və motivlərinin, ümumi dünyagörüşünün formalaşmasında, peşə seçmək
meyllərində göstərir.
Həyat planları geniş məfhumdur. Buraya şəxsiyyətin mənəvi siması, həyat tərzi, sərvət
meylləri, təhsilini tamamlamaq, fəaliyyət növləri, nigah bağlaması və s. aiddir. Bunların
içərisində də ən çətini peşəseçmə, əmək fəaliyyətinə başlamaqdır. Yeniyetmə yaşında ixtisas
maraqları haqqında söhbət gedirsə, gənclik yaşında peşeseçmə meylləri, kim olmaq məsələlsi
reallaşır və təxirə salınmaz problemə çevrilir. Çünki VIII-XI şiniflərdə sənətseçmə böyük yaşlı
məktəblilərin gələcəyinə şüurlu münasibəti ilə bağlıdır. Adətən, böyük məktəbli sənət seçimini
şüurlu surətdə əsaslandırır, peşələrə seçici münasibət bəsləyir, onun xalq, vətən üçün faydasını
dərk edir, xalq tə- sərrüfatı üçün zəruriliyinin başa düşür. Amma orta məktəb məzunlarının
müəyyən qismi biznes, kommersiya, ticarət, fizika, radiotexnika mütəxəssisi, tibb, ədəbiyyat
və incəsənət işçisi, hüquqşünas peşələrini bəyənib yüksək qiymətləndirir. Lakin tokar, rəngsaz,
kənd təsərrüfatı üçün zəruri olan peşələrə az əhəmiyyət verirlər.
Təhsil üzrə islahatın əsas istiqamətlərinə uyğun olaraq, fermer təsərrüfatı, bazar iqtisadiyyatı
üçün zəruri olan peşələrə geniş maraq yaratmaq, əmək tərbiyəsini kökünden yaxşılaşdırmaq,
gənclərimizi hamılıqla kənd təsərrüfatı, texniki peşə, isthsalat, kompüter məktəblərinə, sənaye
texnikumlarına, kolleclərinə daha çox istiqamətləndirmək lazımdır.
Beləliklə, xüsusi mülkiyyətə meylin artmasına baxmayaraq, sənət, peşəseçmə, şəxsi, fərdi
məsələ olmayıb cəmiyyət üçün ixtisaslı kadr hazırlamaq kimi ümumdövlet, xalq əhəmiyyətli
sosial-psixoloji problemdir. Məhz buna görə də gənclər əməyin və peşəyönümünün, peşə
fəaliyyətinin xalq təsərrüfatında həlledici rolunu aydın dərk etməlidir.
Yetişməkdə olan nəslin psixoloji xüsusiyyətlerini nəzərə almaqla gənclər arasında
peşəyönümü məsələləri üzrə sistemii iş aparmaq müasir dövrün aktual problemi kimi qarşıya
çıxır.
Məhz buna görə də gəncləri peşələrə istiqamətləndirərkən onlara aşağıdakı məlumatların
çatdınlması zəruridir: a) ixtisasın cəmiyyətdə mövqeyi, gələcəyi, digər ixtisaslarla əlaqəsi, onu
nəzəri və praktik cəhətden inkişaf etdirməyin mümkünlüyü, b) ixtisas və əməyin xarakteri,
alətlər, maşınlar, sərf olur nan əmək; c) psixoioji cəhətdən əməyə hazırlığın zəruriliyi, işçinin
səhhəti, fıziki, fərdi psixoloji xüsusiyyətinin bu ixtisas sahəsinə müvafıqliyi, peşəyə uyğün
yerləşdirilməsi; ç) əməyin ictimai-iqtisadi xüsusiyyətləri iş vaxtı və şəraiti,əmək hakkı,əlavə
gəlir.
Beləliklə, gənclərin peşə seçmələrinə daim qayğı göstərmək, əmək fəaliyyətini ön plana
çəkmək, onları bu istiqmətdə təkmilləşdirmək lazımdır.
Təhsil islahatı yeni insanın formalaşmasında təlim və tərbiyə ilə yanaşı, indi üçüncü mühüm
bir komponenti gənclərin peşə hazırlığı da buraya əlavə etmişdir. Bu üçüncü ünsür şübhəsiz ki,
orta məktəbi bitirənlərə müxtəlif peşələrdə işləmək bacarıq və vərdişləri verəcək, bu isə öz
növbəsində onlarm müəyyən ixtisas üzrə işləməsinə zəmin yaradacaqdır. Burada genclərin
istehsalatla, kənd təsərrüfatı əməyilə əlaqədar peşələrə istiqamətləndirilməsinə xüsusi qayğı ilə
yanaşılmalıdır. Gəncləri müxtəlif peşələrə maraqlandırmaq məqsədile onların görkəmli peşə
sahibləri, hemin mektebi bitirmiş emək veteranları, elm, incəsənət və ədəbiyyat xadimləri,
habelə dövlət mükafatı lauretları ilə görüşlərini, müsahibələrini təşkil etmek lazımdır.
Gənclər iməciliklərdə, məktəbyanı sahələrin ve bağların abadlaşdırılmasında, şəhər ve kəndin
yaşıllışdanlmasında, məktəbyanı təcrübə sahəşində daha fəal iştirak etməli, kənd təsərrüfatına,
sənaye müəssisəlerinə daha çox kömək göstərməlidirlər.
Genclik yaşnının axırında sosiallaşmanın ilk mərhələsi tamamlanır, gənclər artıq öz həyat
yolunu müəyyənləşdirir; ictimai həyata fəal, yaradıcı insan kimi daxil olur, ali məktəblərdə,
magistraturada, kolleclərdə, texnikumlarda, litseylerdə, texniki peşə məktəblərində təhsillərini
davam etdirir, istehsalatın müxtəlif sahələrində ictimai-faydalı əməklə məşğul olurlar. Lakin
gənclərin qeyd etdiyimiz inkişaf səviyyəsinə çatmalarma baxmayaraq, onlarm yaşlı nesli
ləyaqətlə evez etmeləri, həqiqi vətəndaş, vətənpərvər, insanpərvər olmaları üçün onlara
istiqamət və məsləhət vermək olduqca vacib və zəruri məsələdir.
Dostları ilə paylaş: |