Plan: Siyasi rejim anlayışı


Qeyri-demokratik rejimlərdən demokratik rejimlərə keçid



Yüklə 23,54 Kb.
səhifə5/5
tarix09.05.2022
ölçüsü23,54 Kb.
#56829
növüDərs
1   2   3   4   5
M Ö V Z U 7 Siyasi rejimlər (1)

3. Qeyri-demokratik rejimlərdən demokratik rejimlərə keçid. XX əsrin ikinci yarısından bəşər sivilizasiyasının inkişafı ilə bağlı olaraq avtoritar rejimlərin demokratik rejimlərlə əvəz olunması prosesi başlandı. Demokratik rejimə keçid bir neçə formada həyata keçirilir. Birinci yol yuxarıdan həyata keçirilən islahatlardır və hər zaman uğurlu olmamışdır. (İkinci yol abdikasiyadır. Bu o deməkdir ki, hakimiyyətdə olan rejim əməlləri ilə kütlə qarşısında gözdən düşür və nəticədə hakimiyyət demokratik qüvvələrin əlinə keçir.

Üçüncü yol demokratik siyasi və iqtisadi islahatlardır. Bu zaman iqtidarla müxalifət arasında razılaşmaya əsasən müəyyən islahatlar həyata keçirilir. Bunun ən yaxşı nümunəsi general Frankonun ölümündən sonrakı İspaniyadır. 1977-ci ildə İspaniyanın baş naziri A.Saureş və müxalifət arasında bağlanan «Monklao sazişləri» avtoritar rejimin demokratik rejimlə əvəz olunmasına gətirib çıxartdı. Ancaq demək lazımdır ki, keçmiş rejimin hakimiyyətdən getməsi demokratikləşmə prosesinin başlanğıcıdır və əsas çətinlik sonra başlayır. Onun reallaşması üçün dünya təcrübəsinə müraciət etmək, qarşıya çıxan problemləri demokratik metodlarla həll etmək və siyasi proseslərə qədəm qoyan hər bir qüvvələrin mənafelərini nəzərə almaq lazımdır.

Demokratik rejim – bildiyimiz kimi yunan sözü olub, xalq hakimiyyəti deməkdir. Görəsən bunu necə başa düşmək olar? Demokratiya dedikdə hamının, azlığın, yoxsa ayrıca bir insanın azadlığı başa düşülür? Demokratiya dedikdə ilk növbədə xalqın və ya sosial qrupların hakimiyyətlə dialoqu kimi başa düşmək lazımdır.

Demokratiyanın konkret olaraq aşağıdakı 3 modelini müəyyən edilməsi tarixi dövrlərdə geniş yayılmışdı.

1.Antik demokratiya – çoxluğun hakimiyyəti – oxlodemokratiya 2.Sosialist demokratiya –hamının hakimiyyəti – psevdodemokratiya

3.Liberal demokratiya – fərdin maksimum azadlığı – oliqarxo-dem. və anarxo-dem.

Antik demokratiya – kütlə toplantılarının, yığıncaqlarının mövcudluğudur. Burada qanun olmur, meydanlarda kütlə hər-hansı demoqoqun, natiqin arxasınca gedir, fərdilik itirilir, kütləvi hərəkat, kütləvi şüur əsas yer tutur. Məsələn, Qədim Yunanıstanda Sokrat (b.e.ə. 470-399) kutlənin təkidilə ölüm cəzasına məhkum edilib. Cəzanın forması zəhər qəbul etmək olub və Sokrat məhkəmədə zəhəri içərək öz əqidəsindən dönməmişdir.

Sosialist demokratiya modelinə keçmiş SSRİ-ni misal çəkmək olar. Xarici görnüşcə demokratik rejim sayılan SSRİ-də formal seçkilər keçirilir, 99,9 faizlə «hə» formasında seçki demokratiyanın əlamətləri sayılırdı.

Liberal demokratiyada – fərdlərin məhdudlaşdırılmamış azadlıqları və dövlətin onlaraın işlərinə minimum qarışması əsas götürülür.

Belə söyləmək olar ki, demokratiya çox çətin anlayışdır və ona görə də təmiz, İdeal demokratik rejim yoxdur. Hər bir demokratik modelin müsbət və mənfi cəhətləri var. Burada Uinston Çörçelin bir cözəl ifadəsini diqqətinizə çatdırmaq istəyirəm: «Demokratiyanın çoxlu çatışmayan cəhətləri ilə yanaşı bir müsbət tərəfi var, hələ ondan yaxşı rejimin kəşf edilməməsidir». Bu baxımdan demokratiyaya hər zaman nisbi qiymət verilməlidir. Müasir inkişaf etmiş dövlətlər demokratik rejimlərə üstünlük verirlər. Onların məqsədi vətəndaşların idarəetmə qərarlarının hazırlanmasında iştirakını və həmin qərarların həyata keçirilməsinə nəzarəti təmin etməkdir.

Bununla belə demokratik rejimlərin aşağıdakı əlamətləri var:

hakimiyyətin özəyi xalqdır (birbaşa və nümayəndəli demokratiya.);

dövlətin bütün orqanlarının seçkili olması;

azlığın çoxluğa tabe edilməsi;

hər bir vətəndaşların hüquq və azadlıqlarına qarant;

cəmiyyətin açıq xarakteri;

hakimiyyətin bölünməsi;

çoxpartiyalı sistemin yaradılması.



Təcrübə göstərir ki, maddi, intellektual və psixoloji cəhətdən inkişaf etmiş olan ölkələrdə demokratiya inkişaf edir. Müasir demokratik rejimlərin mahiyyətini xalqlar arasında qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlərin xarakteri aydın əks etdirir.
Yüklə 23,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin