Podrat müqaviLƏSİ №



Yüklə 14 Kb.
tarix02.01.2022
ölçüsü14 Kb.
#40783
podrat müqaviləsi


PODRAT MÜQAVİLƏSİ № ___

 

Ağsu şəhəri                                                                       “___” ___________ 20__ il


Bundan sonra “Sifarişçi” adlanacaq Əsasnamə əsasında fəaliyyət göstərən «Məmmədov Gəray Sultan oğlu» (VÖEN-3500256432) şəxsində (Ş/V: AZE № ______________), bir tərəfdən


və bundan sonra “Podratçı” adlanacaq, hüquqi şəxs «AZVİN» Qapalı Səhmdar Cəmiyyəti (VÖEN-35000653701), direktor Fətəliyev İlham Rəsul oğlu (Ş/V: AZE № ______________), digər tərəfdən
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ

1.1 Müqavilənin qüvvədə olduğu müddət ərzində Podratçı «AZVİN» MMC (VÖEN-35000653701) alkoqollu içkilərin sifariş əsasında istehsalını öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

MADDƏ 2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

2.1 Sifarişçinin hüquq və öhdəlikləri:

2.1.1 İşlərin göstərilməsinə nəzarət etmək məqsədilə məsul şəxsi təyin edir;


2.1.2 İşlərin göstərilməsi ilə bağlı Podratçıya tapşırıqlar və göstərişlər verir.

2.2 Podratçının hüquq və öhdəlikləri:

2.2.1 Sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək;
2.2.2 Təhlükəsizlik qaydalarına riayət etmək.
2.2.3 ..................................
2.2.4 ..................................

MADDƏ 3. HESABLAŞMA QAYDASI

3.1 Ay ərzində görülən işlərə görə muzd haqqı ______________________ AZN təşkil edir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödəmə mənbəyindən tutulmalı olan 14% dərəcəsində gəlir vergisi və 25% dərəcəsində məcburi sosial sığorta haqqı üzrə ödənişlər tutulduqdan sonra Podratçıya ________________________ AZN miqdarında muzd haqqı ödəniləcək.

3.2 Muzd haqqı ayda bir dəfə nağd ödəniş yolu ilə ödənilir.


MADDƏ 4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ

4.1 Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.

4.2 İşlərin görülməsi zamanı yüklərin itirilməsinə, korlanmasına və zədələnməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada Podratçı birbaşa məsuliyyət daşıyır.

4.3 Tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilinmədiyi təqdirdə, Azərbaycan Respublikasının yurisdiksiya üzrə məhkəməsində həll edilməlidir.

MADDƏ 5. MÜQAVİLƏNİN DÜZƏLİŞ OLUNMASI

5.1 Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.

5.2 Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.


MADDƏ 6. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)

6.1 Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.

6.2 Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər Tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.


MADDƏ 7. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ

7.1 Hazırkı Müqavilə yuxarıdakı müqəddimədə göstərilən tarixdən qüvvəyə minir və “__” _______20__-ci il tarixinədək etibarlıdır.

7.2 Bu müqavilənin bitməsinə 15 (on beş) gün qalmış, tərəflərdən biri digərini müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq etmədiyi halda, müqavilə növbəti 1 (bir) il müddətinə həmin şərtlərlə uzadılmış hesab edilir.

7.3 Bu müqavilə vaxtından əvvəl birtərəfli qaydada ləğv oluna bilər. Bu halda müqaviləni ləğv etmək istəyən Tərəf 5 (beş) gün əvvəlcədən qarşı tərəfi yazılı sürətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.

Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə Bakı şəhərində iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.


Podratçı


Sifarişçi adından

_________________________

Əmək Balayev Zəhmətkeş oğlu

“___” ____________ 20__-ci il


“Şirkətin adı” MMC-nin

Direktoru

________________________



Ləl Vəzifəyev

“___” ____________ 20__-ci il
Yüklə 14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin