Polad Bülbüloğlu tam adı: Məmmədov Polad Bülbül oğlu



Yüklə 20.74 Kb.
tarix10.06.2017
ölçüsü20.74 Kb.
Polad Bülbüloğlu (tam adı: Məmmədov Polad Bülbül oğlu4 fevral 1945Bakı,AzSSR) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq Mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri. Azərbaycan SSR xalq artisti (1982).

Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürmüşdür.



Azərbaycanlı bəstəkar. Uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri kimi fəaliyyət göstərmişdir. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.

1973-cü ildən Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülmüşdür.

1989-cu ildәn Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri. 2006-cı ildən etibarən Mədəniyyət Naziri kimi fəaliyyətini dayandırmış və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.

Bülbülün oğludur. ADK-nı bitirmişdir (1968Q. Qarayevin sinfini). Polad geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınmışdır. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.

Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb.Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xodmətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.

Məşhur müğənni Bülbülün (Murtuza Məmmədov) ailəsində doğulan Poladın uşaqlıq dövrü Bakı ilə yanaşı, həm də “Qafqazın konservatoriyası” - Şuşada keçib. İlk dəfə böyük səhnəyə 1960-cı ildə - 15 yaşına çıxaraq, atasını müşayiət edib. 
Bir il sonra 16 yaşlı Poladı ağır itki üz verir, atasını həmişəlik itirir. O, bu itkidən nə qədər sarsılsa da, öz sənət yolunda irəliləməkdən dayanmır.
”Mən atamı çox sevirdim. Əlbəttə, 16 yaşı tamam olmamış bir oğlana atasını itirmək çox ağır idi” – Polad Bülbüloğlu həmin illəri xatırlayarkən belə deyib.

1962-ci ildə 17 yaşlı Polad ilk mahnılarını bəstələyir, bu mahnılardan birini də uşaqlıq dostu olan Müslüm Maqomayev üçün yazır. Müslüm və Polad Bakıda bir həyətdə böyüyən qonşular, eyni zamanda uşaqlıq dostları olublar. Yeri gəlmişkən, çox-çox sonralar - hər iki məşhur müğənni Moskvada yaşadıqları zaman bir neçə dəfə dalaşıb, küsüşüblər və onları dəfələrlə mərhum Heydər Əliyevin barışdırdığı barədə məlumatlar var.

Musiqi məktəbinin fortepiano sinfini bitirən gələcək müğənni və bəstəkar Polad Bülbüloğlu daha sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Hələ tələbəlik illərindən o, öz sənət yolunu müəyyən edir. Müasir estrada musiqisi zəngin çalarları ilə onu özünə cəlb edirdi. Polad Azərbaycan estradasına böyük yeniliklər gətirir və müasir ritmləri milli melodiyalarla sintez edərək böyük uğurlar əldə edir. 


Ardıcıl imza atılan nailiyyətlər gərgin əməyin, fitri istedadın və musiqiyə olan məhəbbətin göstəricisi idi.
O, Moskvaya uzaq 60-cı illərin ortalarında gedir və bir müddət sonra oxuduğu mahnılarla bütün SSRİ məkanında pop-ulduza çevrilir. Lakin onun əsl ulduzu 1981-ci ildə Lev Durovla birlikdə çəkildiyi “Qorxma mən səninləyəm” filmi ilə parlayır. Bu ekran əsərində müğənni həm də parlaq aktyorluq istedadını nümayiş etdirir. 
Və bu film ona bütün keçmiş SSRİ məkanında uğur gətirir, tanıdır... Utancaq gəncdən əsl maçoya və gündəm xəbərlərinin qəhrəmanın çevrilən Polad Bülbüloğlu 1982-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülür.

Polad Bülbüloğluna bəstələri içərisində ona ən çox şöhrət gətirən isə “Gəl, ey səhər” mahnısı olur. Bu əsərlə Polad Bülbüloğlu böyükdən-kiçiyə hamının sevimli müğənnisi olmağı bacarır. 

Polad Bülbüloğlu 1987-ci ildə Azərbaycan Dövlət Filormaniyasının direktoru və bədii rəhbəri kimi çalışıb. 1988-ci ildə o, Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə təyin edilir. 1995-ci ildə həm də Milli Məclisinin deputatı seçilir.
2006-cı ildə mədəniyyət naziri postundan azad edilən Polad Bülbüloğlu həmin ildən indiyədək Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

Polad Bülbüloğlunun yaradıcılığı bu gün nəinki Azərbaycanda və Rusiyada, eyni zamandan bütün MDB məkanında çox böyük maraq doğurur. Eyni zamanda onun yaradıcılığı sərhədləri aşaraq türkdilli dövlətlərdə də rəğbətlə qarşılanır.



Polad Bülbüloğlu böyük musiqiçi ailəsinin yetirməsi olmaqla yanaşı, özünün yaradıcılıq qabiliyyəti, səhnə ustalığı sayəsində Azərbaycan müasir mədəniyyətinin parlaq ulduzlarından birinə çevirib. 70 yaş onun müdrikliyinin başlanğıcıdır. İnanıram ki, biz hələ qarşıdakı onilliklərdə onun yeni ifalarını dinləyəcəyik.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə