Polis akademiyasi fakültə: Hüquq Fənn: Hüquq mühafizə orqanları Müəllim: Eyvazov Hikmət



Yüklə 30,72 Kb.
tarix02.01.2022
ölçüsü30,72 Kb.
#35983
DGK-nin təyinatı, sistemi


POLİS AKADEMİYASI

Fakültə: Hüquq

Fənn: Hüquq mühafizə orqanları

Müəllim: Eyvazov Hikmət

Tələbə: Məmmədov Sahib

BAKI-2021



Sərbəst iş № 8. DGK-nin təyinatı, sistemi

Bakı Gömrüyü ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilmiş, Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. "Zaqafqaziya ölkəsində gömrük idarəetməsi barədə Əsasnamə"yə görə o, 31 iyul 1831-ci il tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən "Bakı anbar gömrükxanası" adını almışdır.

4 may 1847-ci ildən Bakı Gömrüyü Zaqafqaziya Karantin-Gömrük dairəsinin tabeliyində olan Bakı Karantin-Gömrük idarəçiliyinə çevrilir. Qafqaz canişini tərəfindən 31 mart 1861-ci il tarixdə təsdiq edilmiş "Qafqaz və Zaqafqaziyada Karantin-gömrük hissəsinin yenidən təşkili barədə Əsasnamə"yə görə bü idarə Bakı Karantin-Gömrük Kontoruna çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük dairəsinin idarəçiliyinə tabe edilmişdi.

1897-ci il dekabr ayının 8-də "Rusiyanın Avropa hissəsi və Qafqazda gömrük təşkilatlarının ştatları" barədə qanuna əsasən Bakı Karantin-Gömrük Kontoru Bakı Gömrük Dairəsi idarə heyəti tabeliyində Bakı Gömrükxanasına çevrilir və 1 iyun 1911-ci ildə Tiflisdəki Qafqaz Gömrük Dairəsinin idarəçiliyinə tabe edilir.

1911-ci ildən 1918-ci ilə qədər Bakı Gömrüyü Senat tərəfindən 21 yanvar 1911-ci ildə təsdiq edilmiş "Rusiya İmperiyası Gömrüklərinin Nizamnaməsi" əsasında fəaliyyət göstərmişdir.

1918-1920-ci illərdə gömrükxana Azərbaycan Demokratik Respublikasının Maliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmiş və onun funksiyalarında əhəmiyyətli dəyişikliklər baş vermişdir.

1921-ci ilin əvvəlində Bakı Gömrükxanası aşağıdakı struktura malik idi:

1. Dəftərxana; 2. Müsadirə şöbəsi; 3. Mühasibat; 4. Gəmi kontoru.

1929-cu ildən gömrükxananın fəaliyyəti Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 19 dekabr 1928-cil tarixli müvafiq qərarı ilə tənzimlənməyə başlamışdır. 1946-cı ilin əvvəlində Bakı Gömrükxanasının strukturu genişləndirildi. Yeni strukturda aşağıdakı şöbələr nəzərə tutuldu:

1. Ümumi şöbə; 2. Mühasibat; 3. Məhkəmə-müsadirə şöbəsi; 4. Yük şöbəsi; 5. Poçt-sərnişin şöbəsi; 6. Gəmi şöbəsi

1955-ci ildə gəmi və yük şöbələri vahid gəmi-yük şöbəsinə çevrildi, məhkəmə-müsadirə şöbəsi isə bəzi repressiv funksiyalarını itirərək qaçaqmalçılığa qarşı mübarizə qrupuna çevrildi.

1956-1988-ci illərdə Bakı Gömrükxanasının strukturunda mütamadi olaraq müxtəlif dəyişikliklər aparılmışdır.

1989-cu ilin yanvar ayının 27-də SSRİ Nazirlər Sovet yanında Dövlət Gömrük Nəzarəti Baş İdarəsinin 17 saylı əmri ilə Bakı Gömrükxanası əsasında Azərbaycan Respublikası Gömrükxanası yaradıldı və Respublikadakı digər gömrükxanalar (Culfa və Astara) onun tabeçiliyinə verildi.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılardır:



  1. Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu təkmilləşdirmək;

  2. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək;

  3. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq;

  4. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük ərazisinin vahidliyini təmin etmək;

  5. Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək;

  6. İcrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək;

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanını “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 dekabr tarixli 85 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.6.16-cı yarımbənddə “qurumların” sözündən sonra “(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. 5.6.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.6.22-ci və 5.6.23-cü yarımbəndlər əlavə edilsin:

“5.6.22. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası rəisinin təqdimatı ilə Akademiyanın Elmi Şurasının tərkibini təsdiq edir;

5.6.23. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası rəisinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası rəisinin müavinlərini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası rəisinin təqdimatına əsasən vəzifəyə təyin və vəzifədən azad edir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 dekabr tarixli 85 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Strukturu”nun 2.4.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“2.4.5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası;”.





Yüklə 30,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin