Həmçinin: Əli – radıyallahu anhu – da Nəsrani olan Bəni Təqib qəbiləsinin kəsdikləri heyvanların ətlərini yeməyi qadağan edirdi. O, deyirdi: “Nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri heyvanların ətlərini yeməyin”. Təbəri 8897. Əli – radıyallahu anhu – belə hesab edirdi ki, bu qəbilə Kitab Əhlinin dininə layiqincə itaət etmirdilər. Kitab Əhlinin halal və haramımı, Halal və haram saymırdılar. Lakin buna baxmayaraq İbn Abbas, Həsənul Bəsri, İkrimə, Şabii, Zuhri, Ata, Qatadə - Allah onlardan razı olsun – Nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri əti yeməyi və qadınları ilə evlənməyi halal görürdülər. “Təfsir ət-Təbəri” 5/169. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Səhabələrin çoxluğu Nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri ətlərin yeyilməsini icazəli hesab ediblər və Əli – radıyallahu anhu – dan başqa bu əməli qadağan edən bir kimsə də yoxdur. Alimlər belə bir qərara gəliblər ki, bu məsələdə ən gözəl rəy Ömər və İbn Abbas – radıyallahu anhum – un, Bəni Təqlib qəbiləsinin qadınları ilə evlənmək və kəsdikər heyvanların ətlərini yemək icazəlidir. Abu əl-Asram deyir ki: “Mən Əli – radıyallahu anhu – dan başqa bu əməli qadağan edən başqa bir səhabə tanımıram”. “Məcmuu Fətava” 35/678.
Özünü Kitab Əhlinə (Yəhudi və Xaçpərəst) aid edən kimsələrin kəsdikləri heyvanların ətlərini Allah bizə halal etmişdir və heç bir fərq yoxdur istər onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dövründə yaşayan Kitab Əhli olsun, istərsə də ondan sonra. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dövründə icazə verilən hər bir şey Qiyamət gününə qədər də icazəlidir. “əl-Cami” 1/663. Buna görə də bu məsələdə şübhəyə düşmək əsası olmayan bir şeydir. Dində qaranlıq bir şey olsaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – mütləq onu bizə xəbər verərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu ümmətinə olan sevgi və qayğısı, hər bir kəsin dinə olan sevgi və qayğısından daha çoxdur. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəhənnəmə və Cənnətə aparan, günaha və savaba aparan bütün yolları bizə xəbər vermişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizi Cənnətə yaxınlaşdıracaq elə bir əməl yoxdur mən onu sizə əmr etməyim və sizi Cəhənnəmə yaxınlaşdıracaq elə bir əməl yoxdur ki, mən onu sizə qadağan etməyim”. Təbərani, “Səhih Silsilə” 2866. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizə gecəsi gündüzü kimi tərtəmiz bir yol qoyuram. Bundan sonra kimsə yolundan azmaz. Azanlar isə həlak olurlar”. İmam Əhməd “Musnəd”.
Dostları ilə paylaş: |