Prof. ġərifov Famil Həsən



Yüklə 3 Mb.
Pdf просмотр
səhifə1/44
tarix27.06.2017
ölçüsü3 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   44

 



 



 

 

 

Prof. ġərifov Famil Həsən 

 

 

 

ÜZÜMÇÜLÜK 

 

 

 

 

 

Kənd təsərrüfatə üzrə ali məktəb tələbələri üçün dərslik 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Ön söz 

 

Böyük bir tarixi dövr ərzində Azərbaycan Respublikasında üzüm becərilməsində 



müəyyən təcrübə toplanmışdır. Bir təcrübənin nəticəsi idi ki, keçən əsrin 80-ci illərində 

Respublikamızda 2 milyon tondan çox üzüm istehsal olunmuşdur. Son 25 il müddətində 

Azərbaycan üzümçülüyündə baş verən tənəzzül sahənin inkişafını geri çəkmişdir. 

 

Kitabda üzümçülük elminin təlimindən başqa keçmişdə və hazırda Azərbaycan 



üzümçülüyündə baş verən kardinal dəyişikliklər izah olunur. 

Üzümçülüyün ən aktual məsələləri üzrə müəllifin özünün orijinal fikirlərinə də 

müəyyən  qədər  yer  verilmişdir.  Üzümçülüyün  inkişafının  intensiv  və  super-intensiv 

inkişaf yolları analoqu olmayan tərzdə müəllif tərəfindən yaradıcılıqla təhlil edilmişdir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rəyçilər: kənd təsərrüfatı elmləri doktoru, professor İ.H. Cəfərov 

Biologiya elmləri doktoru, professor,əməkdar elm xadimi V.S.Novruzov 

Kənd təsərrüfatı elmləri doktoru, professor Ş.A.Əliyev 

Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, kənd 

təsərrüfatı elmləri doktoru T.M.Pənahov 

 

Dərsliyin tərtibində üzümçülük üzrə azərbaycan dilində və bir çox xarici 



ölkələrin dərsliklərindən, eləcə də müəllifin özünün uzun illər ərzində topladığı tədqiqat 

materiallarından istifadə edilmişdir. 

 

 

 



 

 

 



MÜNDƏRİCAT 

 

1.



 

Giriş  


2.

 

Üzümçülüyün xalq təsərrüfatı əhəmiyyəti 



3.

 

Azərbaycanda üzümçülüyün inkişaf tarixi və hazırkı vəziyyəti 



4.

 

Üzümçülük təsərrüfatlarında yeni struktur dəyişkənliyi 



5.

 

Üzüm ailəsinin təsnifatı  



6.

 

Üzüm bitkisinin orqanları, onların morfologiyası, anatomiyası və fiziologiyası  



7.

 

Üzüm bitkisinin ontogenezi  



8.

 

Üzüm bitkisinin becərilməsinin ekoloji şəraiti  



8.1.

 

Üzüm bitkisi becərilməsində mühit şəraiti 



9.

 

Üzüm bitkisinin çoxaldılması 



9.1.Tinglik 

9.2. Calaqaltı anaclıqlar 

9.3.Fillokseraya davamlı anaclığın salınması 

9.4. Fillokseraya davamlı anaclığın becərilmə sistemləri 

9.5. Calaq ting istehsalı 

10.


 

Yeni üzümlüyün salınması  

11.

 

 Cavan üzümlüyə qulluq işləri 



11.1.

 

Üzüm bitkisinin kəsilməsi və formalaşdırılmasının bioloji və praktiki 



əsasları  

11.2.


 

Üzüm bitkisinin orqanlarının fəzada yerləşdirilməsi 

11.3.

 

Üzüm bitkisinin formalaşdırılması  



11.4.

 

Kollara sürətli üsulla forma verilməsi 



11.5.

 

Üzüm bitkisinin xüsusi kəsilməsi  



12.

 

 Üzümlükdə tətbiq edilən yaşıl əməliyyat 



13.

 

Üzüm bitkisinin dayağa qaldırılması  



14.

 

Üzümlükdə torpağın becərilməsi 



15.

 

Üzümlüklərin kübrələnməsi 



16.

 

Üzümlüklərin suvarılması  



17.

 

Əlverişsiz mühit şəraitinin təsirindən üzüm bitkisində əmələ gələn xəstəliklər və 



onlara qarşı mübarizə tədbirləri  

18.


 

 Üzüm bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri 

19.

 

Ampeloqrafiya 



20.

 

Üzüm bitkisinin seleksiyası 



21.

 

Süfrə üzümçülüyü 



22.

 

Dünya üzümçülüyü haqqında  



23.

 

 Ədəbiyyat  



 

 

 

 

 

 

 



 



 

 

GĠRĠġ 

 

Üzüm tarix boyu insanların sevimli qida məhsulu olmuşdur. Üzümü təbiətin ecazkar 

hədiyyəsi  hesab  edirlər.  Üzüm  qidalı  məhsul  kimi  nəinki  onun  bitdiyi  və  becərildiyi 

yerlərdə, həm də onun bitmədiyi yerlərdə də qiymətlidir. Təbiətdə az giləmeyvə tapılar 

ki, öz qidalılığı və dad keyfıyyəti ilə üzümlə müqayisə edilə bilsin. 

Üzümün  dad  və  aromatını  müəyyən  edən  150  komponent  qeydə  alınmışdır.  Gilə 

şirəsinin  tərkibi  çox  mürəkkəbdir.  Keyfıyyət  zənginliyinə  görə  bitki  məhsulları 

içərisində  yetişmiş  üzüm  giləsi  birinci  yerdə  durur.  İnsan  orqanizmi  tərəfmdən  asan 

mənimsənilən  şəkərlərə  görə  üzüm  digər  meyvələrdən  üstündür.  1  kq  təzə  üzüm  bir 

gündə  insana  lazım  olan  enerjinin  30  %  -  ni  verə  bilir.  Rusiya  Tibb  Elmləri 

Akademiyası  İnstitutunun  məlumatına  görə  bir  adamın  təzə  üzümə  orta  illik  fızioloji 

norması  8  kq  qəbul  edilmişdir.  Çox  təəssüf  ki,  illik  üzüm  istehsalı  bu  normadan  geri 

qalır. 

Hər  gün  təzə  üzüm  yeyən  insanlar  bir  sıra  xəstəliklərə-  xüsusilə  yoluxucu 



xəstəliklərə tutulmur. 

Üzüm  bitkisi  gözəl  xarici  görkəmə  görə  həyətlərdə  çardaqda,  şəxsi  və  ictimai 

binalarm  divarları  yanında  (bu  divaryanı  üzümçülük  adlanır),  alleyalarda  əkilir  və 

xüsusi estetik gözəllik verir. 

İqtisadi baxımdan üzümçülük çox gəlirli sahə hesab edilir. Sahə vahidindən alınan 

gəlirə görə üzümçülük yalnız örtülü tərəvəzçilikdən geri qalır. 

Yüksək aqrotexnika fonunda və intensiv becərmə texnologiyasını tətbiq etməklə bir 

hektar  üzümlükdən  100  ton  və  daha  çox  məhsul  əldə  etmək  mümkündür.  Onu  qeyd 

etmək yerində olardı ki, intensiv becərmə texnologiyasmın tətbiqi ilə bu qədər məşğul 

olmaq səyi uzun illər ərzində bizim elmi axtarışlarımızın istiqaməti olmuşdur. Sahibkar 

və fermer təsərrüfatlarının təşəkkülünə və inkişafına rəvac verildikcə intensiv becərmə 

texnologiyasının tətbiqinə real imkanlar açılmaqdadır. 

Üzümçülükdə intensiv becərnə texnologiyası mücərrəd məvhum deyil və tamamilə 

yeni  konkret  məsələləri  əhatə  edir.  İndiyə  qədərki  üzümçülük  üzrə  mövcud  yazılı 

mənbələrdə «intensiv» sözü çox işlənmiş, ancaq onun mahiyyəti açılmamışdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



Üzümçülük təsərrüfatlarında yeni struktur dəyiĢkənliyi 



 

Üzüm  bitkisi  mədəniləşdirildikdən  sonra  yaşayış  evlərinin  yanında,  çardaqda, 

divarların  yanında,  alleyalarda  və  həyətyanı  sahələrdə  becərilmişdir.  Vaxt  keçdikcə 

sahibkarlarm iri həcmli  üzümlükləri  yaranmışdır. Söz yox ki,  göstərilən təsərrüfatların 

hər  birində  üzüm  bitkisinə  məxsus  münasibət  formaläşmış  və  tətbiq  edilən 

aqrotexnikanın üsulu dəyişmişdir. 

Üzümlükdə  tətbiq  edilən  aqrotexnikanı  təkcə  təsərrüfatın  hansı  strukturda  olması 

təyin etmir. Burada torpaq-iqlim şəraiti, sortun biologiyası və isitehsal edilən məhsulun 

istifadə  istiqaməti,  eləcə  də  üzümlükdə  görülən  işlərin  mexanikləşdirilmə  səviyyəsi 

müəyyən  edir.  Göstərilən  məsələlərin  bir  qisminin  və  yaxud  kompleks  şəkildə  həyata 

keçirilməsi üzümçülük təsərrüfatının strukturundan xeyli dərəcədə asılıdır. 

Almanlarm  Azərbaycana gəlməsindən də xeyli əvvəl  sahəsi  50-100 hektar və daha 

çox olan üzümçülük təsərrüfatları olmuşdur. Bu üzümlüklər əsasən xiyaban sistemində 

becərilmişdir.  Məlumdur  ki,  xiyaban  sistemində  üzüm  bitkisinin  elmi  əsaslarla  idarə 

edilməsi və konkret keyfıyyət göstəricilərinin dürüstləşdirilməsi mücərrətlik təşkil edir.  

Alman  kolonistlərinin  Azərbaycanda  təşkil  etdikləri  üzümçülük  təsərrüfatlarında 

üzümlüklərin  sahəsi  az  hallarda  200-300  hektara  çatırdı.  Əksər  üzümlüklərin  sahəsi 

xeyli az olurdu.  Onların təsərrüfatlarında maşm  və mexanizmlər tətbiq  edilmədiyindən 

at və öküzə qoşulan torpaq becərən alətlərdən istifadə edilirdi. Həyətyanı üzümlüklərdə 

isə işlərin hamısı əl ilə görülürdü. Bu məsələ müasir həyətyanı üzümlüklərdə də belədir. 

1924 -cü ildən etibarən Azərbaycanda sovxoz təsərrüfatları yaradılmasma başlandı. 

Bunlardan  üzümçülük  üzrə  ixtisaslaşanlar  da  var  idi.  Həmin  sovxozların  bir  qismi 

Gəncədə  və  Şəmkir  rayonunda  Alman  üzümçülük  təsərrüfatlarının  bazasında  təşkil 

edilmişdir.  Bundan  başqa  Şəmkir  rayonunda  Alman  üzümçülük  təsərrüfatlarının 

bazasmda  kolxoz  (K.Setkin  adma  kolxoz)  təşkil  edilmişdir.  Həmin  kolxozun  əsas 

istiqaməti üzümçülük olmuşdur. 

Söz  yox  ki,  o  vaxtkı  üzümçülük  istiqaməti  olan  sovxoz  və  kolxozlar  briqada  və 

manqalardan  ibarət  olmuşdur.  Keçən  əsrin  60-70-ci  illərindən  etibarən  üzümçülük 

təsərrüfatlarında manqa strukturu ləğv edilmişdir. 

Yeri  gəlmişkən  qeyd  etmək  yerində  olardı  ki,  o  vaxtkı  manqalarda  işlərin  idarə 

edilməsi  daha  çeviklik  təşkil  edirdi.  Bu  çevikliyin  əsası  böyük  məhsul  və  qazanca 

istiqamətlənən stimul idi. Burada ümumi tələbatı və yüksək əmək intizammı heç vəchlə 

unutmaq  olmaz.  Yalnız  bunun  nəticəsi  idi  ki,  keçən  əsrin  40-50-ci  illərində  yalnız 

Şəmkir  rayonunun  K.Setkin  adına  kolxozununda  20-dən  çox  fəhlə  və  manqa  başçısı 

Sosialist  Əməyi  Qəhramanı  kimi  yüksək  ada  layiq  görülmüşdür.  O  illərdə  həmin 

kolxozun  əməkçiləri  üzümçülükdən  əldə  etdikləri  gəlir  hesabına  mənzil  şəraitlərini  və 

yaşayış  tərzini  xeyli  yaxşılaşdırmışlar.  Onların  qazancı  iki  mənbədən  idi:  birincisi, 

üzümlüyün becərilməsinə görə əmək gününə düşən taxıl, yağ, pendir və pul idi. İkincisi 

hər  əmək  gününə  düşən  şərab  idi.  Ailə  var  idi  ki,  ildə  tonlarla  şərab  alırdı.  Bu  şərabı 

Rusiya  bazarlarıda  realizə  edib  pula  çevirirdilər.  Şəmkir  rayonunun  K.Setkin  adma 

kolxozu ona görə misal gətirdik ki, kolxozçularm aldıqları qazanc Respublikanm digər 

üzümçülük təsərrüfatları ilə müqayisədə üstünlük təşkil edirdi. 

Keçən  əsrin  50-  ci  illərindən  etibarən  respublikada  üzümçülüyün  inkişafı  ilə  bağlı 

bir sıra dövlət qərarları oldu. Bu qərarlarda üzümçülük üzrə yeni dövlət təsərrüfatlarının 



 

yaradılması  və  onların  təchizatı  məsələləri  ciddi  qoyulurdu.  Köhnədən  olan  dövlət 



üzümçülük təsərrüfatlarının nailiyyətlərinin təhlili ( alman müsbət nəticələrə görə) yeni 

təsərrüfatların təşkilinə stimul yaratdı. 

Üzümçülük  üzrə  dövlət  təsərrüfafları  ildən-ilə  artır  və  üzümlüklərdə  becərmə, 

xəstəlik  və  zərərvericilərə  qarşı  mübarizə  tədbirlərində  elmə  istinad  artırdı.Ancaq 

üzümçülüyün bəzi məsələlərində elmin təsiredici gücü özünü göstərə bilmirdi, belə ki, 

torpaq-  iqlim  şəraiti  üzüm  üçün  son  dərəcə  əlverişli  olan  bir  respublikada  hektardan 

alman orta məhsuldarlıq digər respublikalarla müqayisədə azlıq təşkil edirdi. O vaxtlar 

üzümlüklərin orta məhsuldarlığı 50-60 sentner təşkil edirdi. 

1969-cu ildən etibarən Respublikada bütün sahələrin təşkilində və idarə edilməsində 

yeni  abı-hava  yarandı.  Bu  abı-havanın  əsası  əməyə  münasibətdə  insanların 

məsuliyyətinin artırılması və işlərin təşkilində primitivlikdən uzaqlaşmaq idi. 

1979-cu  ildə  Azərbaycan  üzümçülüyünün  və  şərabçılığının  daha  geniş-miqyaslı 

inkişafı  üçün  ittifaq  miqyaslı  çox  möhtəşəm  qərar  verildi.  İttifaq  üzrə  11  nazirlik, 

komitə,  idarə  və  təşkilatlar  Azərbaycan  üzümçülüyünün  və  şərabçılığının  inkişäf 

etdirilməsi  üçün  səfərbər  edilmişdi.  Üzümçülük  üzrə  yeni-yeni  dövlət  təsərrüfatları 

təşkil  edildi.  Üzümlüklərin  sahəsi  280  min  hektara  çatdırıldı  və  perspektivdə  350  min 

hektarı  keçməli  idi.  Həmin illərdə hər hektar üzümlükdən alınan orta  məhsuldarlıq 90 

sentneri keçdi və 1984-cü ildə ümumi məhsula görə İttifaqda 1-ci yerə çıxdı. 

O vaxtlar üzümçülük təsərrüfatları əsasən mərkəzləşmiş iş prinsipləri üzrə 

idarə  olunurdu.  Respublika  iqtisadiyyatmda  xüsusi  yeri  olan  təsərrüfat  sahələrinin 

məsələsi  vaxtaşırı  Mərkəzi  Komitədə,  Nazirlər  Sovetində  və  aidiyyəti  nazirliklərdə 

müzakirəyə çıxarılırdı. 

Üzümçülük  təsərrüfatlarının  maşm  və  mexanizmlərə,  toxuma,  kübrə  və  zəhərli 

maddələrə  olan  tələbat  mərkəzdən  ödənilirdi.  Təsərrüfatların  ixtiyarında  yuxarıda 

göstərilən təchizat məsələlərinin yerlərdə konkret olaraq həll edilməsi və yerli xarakterli 

cüzi  məsələlərin  həlli  qalırdı.  Təsərrüfatm  idarə  edilməsində  belə  idarəçiliyin  müsbət 

tərəfləri danılmazdır. Ən böyük təsərrüfatlar belə bu sistemdə idarə olunurdu. 

İttifaqda,o  cümlədən  Respublikamızda  Qazax  rayonunda  fəaliyyət  göstərən 

S.Vurğun  adma  üzümçülük  təsərrüfatı  giqantlar  sırasında  idi.  Bunların  sırasında  elə 

təsərrüfatlar var idi ki, onlarda üzümlüklərin sahəsi 300 min hektar və daha çox idi. 

Üzümlüklərdə əkilən üzüm sortları, onlardan alman şərab markaları, üzümlüklərdə 

tətbiq  edilən aqrotexnika, kübrə və zəhərli maddələri  mərkəzləşmiş qaydada müzakirə 

edilərək nəticələri yerlərə göndərilirdi. Çox hallarda bunun müsbət nəticələri olurdu. 

 

Son  10  ildən  çox  bir  müddətdə  bütün  sahələrdə  olduğu  kimi  üzümçülük 

təsərrüfatlarında  da  struktur  dəyişkənliyi  baş  vermişdir.  Sovxozların  hamısı  ləğv 

edilmişdir.  Kolxozlardan  yalnız  biri,  İsmayıllı  rayonunda  Nikitin  adına  kolxoz 

fəaliyyətdədir. 

Təsərrüfatların əvvəlki qaydada təşkili, idarə edilməsi və təhcizatı ç /v v mexanizmi 

pozulmuşdur. Hazırda üzümçülük təsərrüfatları yeni struktur dəyişkənliyinə uğramışdır. 

İri  səhmdar  cəmiyyətləri,  sahibkar  və  fermer  təsərrüfatları  təşəkkül  tapmışdır.  Bu 

təsərrüfatlarda üzümlüklərin təşkilində, sortlarm seçilməsində, alman məhsulun istifadə 

istiqamətində  aqrotexniki  tədbirlərin  seçilməsində  və  təchizat  məsələlərində  çox 

müxtəlıflik yaranmışdır. Bütün bu məsələlərin həllində təsərrüfatın çoxsahəli imkanları 


 

çox  şey  deyir.  Təsərrüfatın  çoxsahəli  imkanları  sırasına  imkansızlıqlar  da  daxildir. 



Təsərrüfatların hamısı eyni maliyyə imkanına və eyni miqdarda üzümlüyə malik olma 

istəyinə  malik  deyildir.  Yeni  salman  üzümlüklərin  sahəsi  800-1000  hektara  qədərdir. 

Onu qeyd etməyi lazım bilirik ki, Fransa kimi üzümçülük, şərabçılıq ölkəsində sahibkar 

və fermerlərin üzümlükləri 5-10 ha olur. 5 ha üzümlüyü olan fermer ailə büdcəsini tam 

təmin etmiş olur. 

 Azərbäycanda regionların sosial iqtisadi inkişafına dair Prezident Fərmanına 

(  2004-cü  il)'  uyğun  olaraq  elə  2004-cü  ilin  sonunda  və  2005-ci  ilin  əvvəlində  15 

min  hektara  yaxın  sahədə  yeni  üzümlüklər  salınmışdır.  Bu  üzümlüklər  yeni 

strukturlarda  salınacaq.  Strukturun  növündən  asılı  olaraq  yeni  üzümlüklərin  salınması 

müəyyən problemlərlə üzləşir. 

Respublikanın hər yerində üzüm bitkisinin çox qorxulu zərərvericisi olan fılloksera 

mövcuddur. Bu mövcudluqda üzümlüklər calaq və öz kökü üstündə olan əkin materiah 

ilə  salına  bilər.  Calaq  tingi  yalnız  xarici  ölkələrdən  əldə  etmək  mümkündür.  Buna 

imkanı olan sahibkarların sayı çox azdır. Deməli, yeni üzümlük salınmasında əsas əkin 

materialı  öz  kökü  üstündə  olan  bitkidir  (ting  və  yaxud  çubuq  ).  Sahibkar  bundan  da 

düzgün istifadə etməyi bacarmalıdır. 

Üzüm becərən strukturların hamısı ( xüsusilə fermerlər ) cərgə arası becərən traktor 

və alətlərə , eləcə də çiləyici və tozlayıcı aparatlara sahib deyildir. İcarə ilə onlarm əldə 

edilməsi bəzən üzümlüklərdəki cari işlərin vaxtı ilə uzlaşmır. 

Regionlarm  sosial  iqtisadi  inkişafına  dair  Prezident  Fərmanında  da  bu  məsələ 

dəqiqliklə qoyulmuşdur, yəni servis xidmətlərinin təşkili və canlandırılması məsələləri 

gündəmə gətirilir. 

Keçmişdə də, indi də üzümçülük üzrə başa bəla mütəxəssislər olmuş və indi də az 

deyildir.  Sahibkar  və  fermerlər,  eləcə  də  səhmdar  cəmiyyətləri  özləri  üçün  kamil 

üzümçü  mütəxəssis  seçməlidir.  Elə  də  ola  bilər  ki,  bir  neçə  təsərrüfat  birləşib  bir 

mütəxəssis  işlədə  bilər.  Mütəxəssisin  əmək  haqqı  onun  nəzəri  və  təcrübi  biliyinə, 

bunları  tətbiq  etmə  çevikliyinə  görə  müəyyən  edilməlidir.  Daha  doğrusu  üzümçü 

mütəxəssis öz fəaliyəti ilə müasir tələbata uyğun üzümlük salmalı, yüksək bilik nümayiş 

etdirərək  üzümlükdə  əl  əməyinin  azaldılmasına  nail  olmalı,  üzümlüuün  bar  verməyə 

salınmasını  tezləşdirməli,  yüksək  məhsuldar  və  uzun  ömürlü  üzümlük 

formalaşdırmalıdır. 

 

Söz  yox  ki,  bu  günkü  üzümçü  mütəxəssis  kənardan  məsləhət  almaq  imkanında 

deyildir.  O,  öz  biliyinə  əsaslanaraq  intensiv  və  super-intensiv  üzümlüklər  yaratmaq 

imkanına malik olmalıdır. 

Bir qədər də Sovet vaxtının mütəxəssislərindən deyək. Yaxşı mütəxəssis cəmiyyətə 

və  təsərrüfata  həmişə  gərəkdir.  Sovet  vaxtında  bu  yaxşı  mütəxəssisin  bir  psixoloji 

məqamını demək yerinə düşər. Bir qayda olaraq yaxşı mütəxəssis məğrur olur, sözünü 

təkidlə  və  inamla  deyir,  əksər  hallarda  bəd  əməllərdən  uzaq  olur  və  özünəməxsus 

yaradıcılıq pranlarını həyata keçirmək arzusu ilə yaşayır. Belə mütəxəssislərin bir qismi 

sovet  vaxtında  az  uğur  qazanmış,  bəzən  də  sıxışdırılıb  ittihamlara  məruz  qoyulub. 

Bunları bu vəziyyətə salan səriştəsiz, az savadlı, xəbis daxili aləmli və eqoist rəhbərlər 

olmuşdur.  Bəzən  belə  rəhbərləri  təsərrüfatm  uğurları  yox,  öz  kreslosunun  gələcəyi 

maraqlandırmışdır.  Belə  rəhbərlər  çalışıblar  ki,  mütəxəssislər  müti  olsun,  qeyri-


 

təşəbbüskar olsun və gələcəyi perspektivli olmasın. 



İndi mütəxəssisə belə münasibət zəifləməkdədir. Hər bir sahibkar yaxşı mütəxəssis 

seçməyə çalışır ki, təsərrüfatın uğurları çox olsun. 

Yeni üzümlüklər şərab sortları becərmək və süfrə üzümçülüyü üzrə ixtisaslaşa bilər. 

Hər  iki  istiqamətin  özünə  məxsus  tərkib  hissələri  vardır.  Bu  tərkib  hissələri,  məsələn, 

şərabcılıq  istiqamətində  cərəz  və  kəmşirin  şərablar,  bərk  şərabla,  bərk  şərablar,  turş, 

kəmşirin  və  şampan  şərablarından  ibarət  ola  bilər.  Bu  tərkib  hissələrini  torpaq-iqlim 

şəraiti,  üzümün  sortları,  sahibkarın  istəyi  və  bazar  müəyyənləşdirir.  Süfrə 

üzümçülüyündə  yenə  də  torpaq-iqlim  şəraiti,  üzümün  sortları,  üzümün  yeyilmə 

yetişkənliyində və yaxud tam yetişkənliyində bazara çıxarılması,üzümün uzaq məsafəyə 

göndərilməsi  və  uzun  müddət  saxlanması  -  elementləri  müəyyən  edir.  Bu  məsələlərə 

elmi və təcrübi yanaşılmalıdır ki, üzümçülüyün müvəffəqiyyətləri çox olsun.  

Müasir üzümlüklərdə işləri elə təşkil etmək olar ki, seçmə tinglər əkməklə üzümlük 

2-ci ilində növbər, 3-cü ilində tam məhsula düşə bilər. 

Üzümlükdə əkiləcək əkin materialı etibarlı və inamlı əllərdən alınalıdır. Bu işdə ən 

böyük xəta sort qarışığı və qorxulu xəstəliklərdir. 

Azərbaycan  şəraitində  3-5  ha  üzümlüyə  sahib  fermerlər  çox  vaxt  texnika 

çatışmazlığı ilə üzləşir. Lazım olan texnikanı bir fermer əldə edə bilmir. Bu səbəbdən də 

üzümlükdə  işləri  lazımınca  görə  bilmir.  Artıq  vaxtdır  ki,  kiçik  torpaq  sahələri  olan 

fermerlər birləşib kooperasiyalar yaratsın. Hazırda bu məsələ üzrə fermer və sahibkarlar 

arasında  müzakirələr  gedir.  Fransada  üzümlüklərin  bir  qisminin  məhsulu  üzümyığan 

kombaynla  yığılır.  Ancaq  kombaynın  qiyməti  150-160  min  avrodur.  Bir  neçə  fermer 

birləşib bir kombayn alır və onu müştərək işlədirlər. 



 

ÜZÜMÇÜLÜYÜN XALQ TƏSƏRRÜFATINDA ƏHƏMİYYƏTİ 



 

Üzümçülük  xalqımızın  təsərrüfat  həyatının  tarixi  etibarilə  ən  qədim  və  geniş 

yayılmış  sahələrindən  biri  olmuşdur.  Saysız  -  hesabsız  arxeoloji  qazıntılar, 

paleobotanika,  ampeloqrafiya  məlumatları,  dil  və  folklor  nümunələri,  yazılı  mənbələr, 

toponomika və s.tədqiqatlar nəticəsində Azərbaycan ərazisinin mədəni 

üzümçülüyün vətənlərindən biri olduğu müəyyən edilmişdir. 

Azərbaycan  ərazisi  üzümçülüyün  meydana  gəlməsi  və  inkişafı  üçün  olduqca 

əlverişli  təbii  şəraitə  malikdir.  İbtidai  insanlar  onların  təsərrüfat  fəaliyyətinin  əsas 

formaları olan ovçuluq və balıqçılıqla yanaşı, meşələrdən yabanı meyvə və giləmeyvə, o 

cümlədən cır üzüm toplamış, ondan dadlı qida məhsulu kimi istifadə etmişlər. 

Əkinçilik tarixini öyrənən alimlər müəyyən etmişlər ki, Azərbaycan meşələri yabanı 

üzüm növü ilə zəngindir.Mədəni üzümçülüyün inkişafında meşə üzümləri genetik fond 

kimi  xüsusi  əhəmiyyətə  malikdir.Mədəni  üzümün  mənşəini  haqlı  olaraq  tədqiqatçılar 

yabanı üzüm yayılmış regionların ərazisində axtarılmasını göstərmişlər. 

Azərbaycan  xalqının  sosial-iqtisadi  həyatının  işıqlandırılmasında,  habelə 

üzümçülüyün keçmiş olduğu tarixi inkişaf yolunun öyrənilməsində arxeoloji materiallar 

mühüm mənbə sayılır.  

Üzümçülüyün  inkişafı  ilə  əlaqədar  xalq  üzümdən  şirə  sıxmaq,  alkoqolsuz  içkilər 

almaqla  da  məşğul  olmuş,  bu  şirə  və  şərablardan  cürbəcür  yeyinti  məhsulları  əldə 

etmişlər. 

Üzümçülük Azərbaycan xalqını şirə və şərbətlər, kişmiş, bəhməz, sirkə, abqora və s. 

ilə təmin edirdi. Bütün bunların alınması zəngin təcrübə, çoxlu işçi qüvvəsi və müxtəlif 

formalı  qablar  tələb  edirdi.  Qazıntılar  zamanı  üzüm  məhsullarını  istehsal  etmək  və 

saxlamaq  üçün  işlədilən  çoxlu  saxsı  qab  məmulatı  aşkar  olunmuşdur.  Şirənin 

süzülməsində əsasən gil qablardan istifadə olunmuşdur. 

Beyləqandan tapılmış saxsı və şüşə qabların əksəriyyətinin şirniyyat istehsalı üçün 

işlədildiyi  şübhə  doğurmur.  Beyləqan  şəhərinin  sənətkarlar  məhəlləsində  tikinti  qalığı 

aşkar  edilmişdir.  Arxeoloqlar  ehtimal  edirlər  ki,  həmin  tikinti  üzümdən  və  onun 

şirəsindən şirniyyət məhsulları istehsal etmək və yaxud müxtəlif şirələr hazırlamaq üçün 

istifadə olunmuşdur. 

Mövcud ədəbiyyat  və etnoqrafik materiallar,  respublikamızın  ayrı-ayrı zonalarında 

əhalinin  torpaqdan  səmərəli  istifadə  etmə,  torpaqdan  bol  məhsul  götürmə  yolları  ilə 

yaxından  tanışlıq  göstərir  ki,  üzümçülük  təsərrüfatı  sahəsində  də  müdrik  bağbanların 

özünəməxsus  əkinçilik  təcrübəsi,  zəngin  biliyi  olmuşdur.  Çoxillik  təcrübələri  onlara 

tənək əkib-becərməyin, üzüm sortları yetişdirməyin sirrini yaxşı öyrətmişlər. 

Qocaman üzümçülər söyləyirlər ki, tənək naz sevən, qayğı sevən bitkidir.İllər boyu 

hər tənəyin başına pərvanə kimi dolanmasan səndən üz döndərər, barını görməzsən.  

Keçmişdə  əkin  yerini  yaşlı,  təcrübəli  adamlar  seçib  bəyənərdilər.Torpağın 

münbitliyi  də  az  şərt  deyildir.Uzun  illərin  təcrübəsi  usta  bağbanlara  göstərmişdir  ki, 

üzüm sahəsinin torpağı kövrək olarsa, qida maddələri ilə zəngin və yüngül tərkibli, su 

və havanı yaxşı keçirən torpaqda salınan üzümlüklərdə məhsul bol və keyfiyyətli, eyni 

zamanda bitki uzun ömürlü olar. 

Üzüm  və  üzüm  məhsulları  qədim  zamanlardan  bəzi  azərbaycanlıların  həyat  və 

məişətində əsas  yerlərdən birini tutur. Üzümdən dadlı qida məhsulu, habelə şəfaverici  



 

10 


təbii  dərman  kimi  istifadə  edilmişdir.  Tarixi  mənbələrdən  və  arxeoloji  materiallardan 

aydın  olur  ki  ,  hələ  qədim  zamanlardan  Azərbaycanda  üzüm  məhsulları  xalqımızın 

həyat  və  məişətində,  habelə  daxili  və  xarici  ticarətdə  əsas  yerlərdən  birini 

tutmuşdur.Azərbaycan  xalqı  ən  qədim  vaxtlardan  üzümdən  hazırlanmış  dadlı-ləzzətli 

şirə  və  şərbətlərdən  istifadə  etmişdir.  Bu  içkilər  insana  gümrahlıq  verir,  insanı 

sağlamlaşdırır,  iştahanı  artırır.  Üzümdən  bəhməz,  turşaşirin,  halva  bişirir,  abqora, 

şoraba,  sirkə  tutur,  kişmiş,  möüz  qurudur,  incir,  kudu,  heyva  və  s.  riçalların 

bişirilməsində işlədilir, sucuq hazırlanır.  

İnsan  orqanizmi  üçün  üzümdən  əvəzedilməz  hesab  edilən  amin  turşuları  (sistin, 

lizin,  histidin,arqinin,  metionin,  leysin,  qlisin  )  ,  alma,  limon,  çaxır  və  s.  turşular 

vardır.Üzümdəki  amin  turşularının  qiyməti  və  əhəmiyyəti  ondadır  ki,  aşağıdakı  vacib 

həyati  proseslərdə  orqanizm  asanlıqla  və  çevikliklə  onları  səfərbərliyə  alır  və  işlədir. 

Dəri örtüyünün zülallar sintez etməsində, vitaminlərin, hormonların, yağ mübadiləsinin 

nizamlanmasında  (  metionin),  sidiyin  əmələ  gəlməsində  iştirak  etmək  (  arginin), 

böyümə  prosesinin  stimullaşdırılmasında  (lizin)  və  s.göstərilən  maddələrin  xüsusi 

əhəmiyyəti vardır.  

Amin  turşuları  üzüm  giləsinə  və  üzüm  şirəsinə  xoşagələn  tupşməzə  dad  verir, 

orqanizmə təravət gətirir, bu təravətin təsiri isti havalarda daha güclü olur. 

Üzümdəki  yarımfenol  (dabbaq)  maddələri  insan  orqanizminin  inkişafı  və  tənəffüs 

prosesləri  ilə  əlaqədar  maddələr  mübadiləsini  fəallaşdırır  və  nizamlayır.  Kaxetinlər, 

flovonlar, və antosianlar şüaların insan orqanizminə mənfi təsirinin qarşısını alır. 

Polifenola görə üzüm şirəsində P vitamini fəallaşır. Təzə üzümdə az miqdarda olan 

pektin  maddələri  şüadan  müdafiə  və  antitoksik  qabiliyyətə  malikdir  və  bu  xüsusiyyət 

orqanizmdən ağır metalların, zəhərin və radioaktiv elementlərin kənar edilməsini təmin 

edir. 

Üzüm giləsində çoxlu miqdarda asan mənimsənilən vitaminlər- A, C, B, B1, B2 və 



s.  vardır  ki,  bunlar  fəallığına  və  faydalılığına  görə  digər  qida  məhsullarında  bu  adda 

olan vitaminlərdən üstündürlər. 

İnsan orqanizminin C vitamininə sutkalıq tələbatı 50-75 mq- dır və bu baxımdan da 

üzüm qiymətli  yeyinti məhsuludur. Çoxlu üzüm şirəsi qəbul edildikdə şirə ilə birlikdə 

müəyyən miqdar müdafiə maddələri daxildir. Müdafiə maddələri müalicə xarakterlidir. 

Sortdan asılı olaraq 100 sm³ üzüm şirəsində askorbin turşusunun miqdarı 2, 3 qram ilə 

8,5  qram  arasında  olur.  Ən  tez  və  tez  yetişən  üzüm  sortlarında  C  vitamini  daha  çox 

olur.Ümumrusiya  Qida  İnstitutunun  müəyyən  etdiyinə  görə  orta  və  gecyetişən 

sortlardan Qalan və Dekabrskidə C vitamini başqa sortlardan çoxdur. 

Ampeloqrafiyadan geniş istifadə üçün seleksionerlər bu istiqamətdə seleksiya işləri 

aparmalıdırlar. 

Qanın əmələ gəlməsi və onun dövranında iştirak edən P ( qan təzyiqini nazamlayır) 

,Bq ( qanın əmələ gəlməsini sürətləndirir) , K1(qanın laxtalanmasını nizamlayır) həyati 

əhəmiyyətə  malikdir.  Qan  dövranı  sisteminin  xəstəliklərinin  müalicəsində 

ampeloterapiyanın əhəmiyyəti böyükdür. 

1888-ci  ildə  Donda  anadan  olmuş  prof.  S.  M.  Vasilyevin  S.Peterburqda  dərc 

etdirdiyi  kitabın  adı  belə  idi:  «  Üzümçülük  stansiyaları  eyni  zamanda  müalicə 

məntəqələridir». Kitabda belə bir sərlövhə vardır: «Bizim əsəbi əsrimizdə üzüm müalicə 

vasitəsidir». 


 

11 


Bu günə qədər üzümün tərkibində 32 amin turşusu aşkar edilmişdir. Bu birləşmələr 

zülalların  qidalılıq  dəyərini  müəyyən  edir.  Əvəzedilməz  hesab  edilən  amin  turşuları 

maddələr mübadiləsi, zülalların sintezi, vitamin və hormonların fəaliyyətində fəal iştirak 

edirlər.Mövcud amin turşularından 16-ı sərbəstdir. Amin turşularının gilədə az olmasına 

baxmayaraq,  onlar  nəinki  üzümün  bioloji  qiymətini,  eyni  zamanda  dad  keyfiyyətini 

artırır. 

Laboratoriya  təhlilləri  nəticəsində  tədqiqat  üçün  götürülən  üzüm  sortlarında  əvəz 

olunmayan  8  amin  turşularından  7-i  aşkar  edilmişdir  (  lizin,  treonin,  valin,  metionin, 

izoleytsin, leytsin, fenilalanin). Qriptofan aşkar edilməmişdir. 

Göstərilən amin turşularının insan orqanizmində rolu aşağıdakı kimidir: 

Lizin  homoqlobinin  əmələ  gəlməsinə,  orqanizmin  böyüməsinə  və  mineral 

mübadiləsinə, treonin amin turşularının proteinlərdən istifadə qabiliyyətini artırır; 

valin  əsəb  sisteminin  normal  fəaliyətini  nizamlayır;  metionin  bədən  və  tüklərin 

böyüməsinə  kömək  edir;  korotin  sintez  edir,  qara  ciyərin  müdafiə  fəaliyyətini  artırır; 

fenilalanin  adrenalin  hormonlarının  əmələ  gəlməsində  istifadə  edilir,  qan  əmələ 

gəlməsində  iştirak  edir;  izoleytsin  digər  amin  turşularından  istifadəni  asanlaşdırır, 

leytsin isə toxuma zülallarının qurulmasında lazımdır. 

Üzümdə 150 element tapılmışdır ki, bunlar üzümün dad və aromatını müəyyən edir. 

Üzüm spirtli və spirtsiz içkilər üçün dəyərli xammaldır. Spirtli və spirtsiz içkilərin 

növü,  markası  və  bütün  keyfiyyət  göstəriciləri  üzümün  becərildiyi  torpaq-  iqlim 

şəraitindən, sortdan və tətbiq edilən aqrotexnikadan asılıdır. 

Üzümün  və  şərabın  tullantılarından  müxtəlif  adda  məmulatlar  hazırlanır.  Şərabın 

çöküntüsü olan çaxır daşı kimya və yeyinti sənayesində xammal kimi istifadə edilir.  

Cavan yarpaq və zoğların turşuya qoyulması. Yarpağın duza qoyulması xalqa çox 

qədimdən  məlumdur.Təzə  və  duza  qoyulmuş  yarpaqdan  dolma  hazırlanması  yalnız 

Azərbaycan  xalqına  məxsusdur.  Arada  bir  ermənilər  tənək  yarpağından  dolma 

hazırlanmasına  müəlliflik  şəhadətnaməsi  də  alıblar.  Ancaq  bu  iş  Üzeyir  Hacıbəyovun 

«Arşın mal alan» əsərini ermənilərin özlərinə çıxmaq iştəhasına bənzəyir. 

Azərbaycanda,  xüsusilə  Gəncədə  dolma  məqsədilə  əsasən  Təbrizi  sortunun 

yarpaqlarından  istifadə  edilir.  Apardığımız  müşahidələrdən  bəllidir  ki,  yarpağı  dolma 

üçün  yararlı  hesab  edilən  Təbrizi  kimi  üzüm  sortları  çoxdur.  Onları  xalqa  tanıtmaq 

lazımdır. 

Yetişmiş üzümün giləsindən mürəbbə, irçal, kompot hazırlanması xalqa məlumdur. 

Son illərdə təzə üzümün şəkər tozunda saxlanmasına nail olunmuşdur. 

Cavan zoğ və kal gilələrin duza qoyulması haqqında heç  yerdə  məlumat və maddi 

sübut  yoxdur.  Bu  məsələlər  üzrə  ADAU-nun  üzümçü  mütəxəssislərinin  tövsiyələri 

vardır. Həmin məhsullar bir çox dequstasiyalarda nümayiş etdirilmişdir. Duza qoyulmuş 

cavan zoğ çaşır turşusunu xatırladır. Duza qoyulmuş kal üzüm anoloqu olmayan yeyinti 

məmulatıdır.  Əlbəttə,  yaxşı  olar  ki,  kal  və  yetişmiş  gilələr  turşuya  qoyulduqda  şəffaf 

rəngli və iri giləli salxımlardan istifadə edilsin. 

―Qardian‖ qəzetinin verdiyi məlumata görə uzun illər ərzində ingilis tibb alimlərinin 

apardığı  tədqiqatlarada üzüm  və üzüm  şərabında  (qara rəngli) xərçəngə qarşı maddə  - 

resveratrol aşkar ediblər. Onların fikrincə Fransa, İtaliya və İspaniya kimi Aralıq dənizi 

ətrafı  kimi  ölkələrdə  ürək-damar  və  onkoloji  xəstəliklərin  az  olması  üzümlə 

əlaqədardır.. eyni zamanda onlar bu məsələni ―Aralıq dənizi paradoksu‖ adlandırırlar. 



 

12 


Yazılı  mənbələrdə  belə  bir  məlumat  da  vardır  ki,  uzun  müddət  təzə  qara  üzümün 

şirəsini qəbul edən adamlar trombdan azad olurlar. 

Təzə  üzüm  şirəsi  ―bakterisid‖  olduğundan  həmişə  üzüm  yeyən  adamlar  yoluxucu 

xəstəliklərə  tutulmurlar.  Qara  şərabdan  hazırlanan  həblər  və  üzüm  toxumundan 

hazırlanan vasitələr radiasiyanı dəf etdiyinə görə kosmonavtlar ondan istifadə edir. 

Xalqımızın  qədimdən  istifadə  etdiyi  kal  üzümdən  hazırlanan  ―abqora‖  müxtəlif 

xörəklərdə əlavə kimi işlədilir və şəkər xəstəliyinə qarşı dərman kimi istifadə edilir. 

Heç bir yazılı mənbədə göstərilməyən və heyrət doğuran bir məsələ- üzüm kolundan 

axan şirənin (suyun) şəkər xəstəliyində əvəzsiz dərman kimi istifadə edilməsi müşahidə 

edilmişdir. 

Üzüm bitkisinin oduncağından, o cümlədən onun yaşıl kütləsindən heyvandarlıqda 

yem və torpaq üçün kübrə kimi istifadə edilməsi də xalqa və elmə məlumdur. 

Beləliklə,  üzüm  bitkisinin  xalq  təsərrüfatı  əhəmiyyətini  tam  olmasa  da  müəyyən 

qədər izah etməyə nail olduq. 

 

 

 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə