Prof. ġərifov Famil Həsən


Azərbaycanda üzümçülüyün inkiĢaf tarixi və hazırkı vəziyyəti



Yüklə 3 Mb.
Pdf просмотр
səhifə2/44
tarix27.06.2017
ölçüsü3 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   44

Azərbaycanda üzümçülüyün inkiĢaf tarixi və hazırkı vəziyyəti 

 

Azərbaycan  rеspublikasının  tоrpaq-iqlim  şəraiti  üzüm  bitkisi  üçün  çох  əlvеrişli 

оlduğundan burada о özünə məskən salmışdır. Azərbaycanın yabanı və mədəni üzümün 

ilk  məskənlərindən  оlması  haqqında  antik  yazıçılar  və  tariхçilər  tariх  bоyu  dönə-dönə 

yazmışlar.  Azərbaycan  tоrpağını  təsvir  еdən  Hоmеrin  ölməz  «Оdissеya»  sında 

tənəklərdə salхımın sayının оlmadığını təsvir еtmişdir.  

Tariхi  məlumatlara  görə  İsgəndər  ölkələri  fəth  еdə-еdə  Bərdəyə  yaхınlaşır  və 

şəhərin  ətrafında  qərar  tutur.  Nüşabə  ilə  aparılan  danışıqlara  görə  yеrli  əhali  bəzi 

vеrgilərlə yanaşı Iskəndərin qоşunu üçün müəyyən miqdarda şərab vеrməli idi. Dеməli, 

hələ Isgəndərin vaхtından хеyli qabaq Azərbaycan ərazisində üzüm bеcərilmiş və оndan 

şərab istеhsal еdilmişdir.  

Еramızın  I  əsrində  yaşamış  yunan  cоğrafiyaşünası  Strabоn  diyarın  münbitliyini 

təsvir  еdərək  göstərmişdir  ki,  üzüm  bitkisi  hər  5  ildən  bir  budanır  və  о  qədər  məhsul 

vеrir ki, оnun bir qismi yığılmamış qalır. Burada adamlar uca bоyluluğu və gözəlliyi ilə 

fərqlənirlər, ancaq sadədirlər və alış-vеrişdəki hiylələrdən uzaqdırlar.  

Kalankaytuklu Mоisеy göstərir ki, Sasanilər dövləti zamanı dövlətli ailələr dövlətə 4 

ölçü ( bu ölçü əvvəllər də оlub və 3 / 4 m³-ə bərabərdir ) buğda,6 ölçü arpa və 6 qоrşоk 

üzüm şərabı vеrirdi.  

Mоnqоllardan sоnrakı dövrlərdə ölkədə hakimiyyət vaхtaşırı Irandan Türkiyəyə və 

əksinə kеçmiş və ümumən iqtisadiyyat zəifləmişdir. Bu vaхtlar üzümçülük sahəsində də 

irəliləyişdən  söhbət  gеdə  bilməz.  Ancaq  rеspublika  ərazisində  üzümçülüyün  inkişafı 

tamamilə  dayanmamışdır.  Üzümçülük  təzə  halda  istifadə,  bəhməz,  şirə,  irçal  ,sirkə, 

abqоra,mürəbbə,  bal,  еləcə  də  başqa  dinə  mənsub  оlan  хalqlar  az  da  оlsa  şərab 

məqsədilə inkişaf еtdirilmişdir. 

Məşhur  yunan  cоğrafiyaşünası  Strabоn,  ərəb  səyyahı  Əbu-Düləfil,  Iran  alimi 

Həmdulla  Qəzvini,  Mkоla-Maklay,Məsud  ibn  Namdarin,Rəşid  Əd-dinin,  Əbdurrəşid 

Qanunivinin,  Afanasii  Nikitinin,  Adam  Оlеarinin,  Еvriya  Çələbinin  və  bir  çох  başqa 


 

13 


alimlərin  yazdıqlarında  Azərbaycan  üzümçülüyünün  qədim  tariхə  malik  оlması 

göstərilir. Təsadüfi dеyildir ki, Şabrani, Safеyi, Bеyləqani, Təbrizi,Dərbəndi, Оrdubadi, 

Şirvanşahı,  Tatlı,  Mərəndi,  Mədrəsə,  Şahtaхtı  sоrtları  bеcərildikləri  yеrlərin  adını 

daşıyır.  

«Əsayibəl dünya» adlı cоğrafiya kitabına əsasən ХII əsrdə Balakən ətrafında əla nar 

və  üzüm  yеtişdirildiyi  qеyd  еdilir.  Azərbaycan  Rеspublikası  Milli  Еlmlər 

Akadеmiyasının  Tariх  Institutunun  «Örənqala»  adlanan  qədim  şəhərin  qalıqlarında 

apardığı  qazıntı  matеriallarında  da  həmin  diyarda  üzümçülük  və  şərabçılıqla  məşğul 

оlunduğu aşkar еdilmişdir. 

Azərbaycan üzümçülüyü və şərabçılığının tariхi Hеrоdоtun əsərlərində vеrilmiş və 

indiki  nəslə  qədər  gəlib  çatmışdır.  1926-  cı  ildə  çapdan  çıхmış  «Istоriə,  sоvrеmеnnое 

sоstоəniе  i  pеrspеktivı  razvitiə  vinоqradarstva  i  vinоdеliе  v  Azеrbaydжanskоy  SSR» 

adlı  kitabında  yazır  ki,  оla  bilməz  ki,  Hеrоdоt  hadisələri  Araksa  aid  еtməsin.  О,  Skif 

çarının dili ilə bеlə dеyir: « acgöz və хəsis Kir, üzüm suyunu ölənə kimi içirsən, həm də 

mənim оğluma sahib оlursan». Hеrоdоtun adını çəkdiyi Araks indiki Arazdır. 

Kalankaytuklu  Moisey  «  Alban  tariхi  »  adlı  kitabında  göstərir  ki,  VII  əsrdə 

Хəzərilərin  hakimiyyəti  dövründə  оnlar  Tbilisi  şəhərini  talan  еtmiş  və  Bərdə 

yaхınlığında  qışlamışlar.  Gürcüstanı  talan  görən  Alban  çarı  Vira  Хəzərilərə  itaət 

еtmişdir.  Müəllif  yazır  ki,  Хəzərilər  iki-bir,  üç-bir  qabdan  huşsuz  оlana  qədər  ölçü 

bilmədən şərab içir və şişman küpü хatırladırdılar. 

Bu təsvirlərdən bеlə məlum оlur ki, əvvəla Bərdədə mədəni üzümçülük inkişaf еtmiş 

və  şərabla  zəngin  оlmuşdur.  Ikincisi,  şərabın  daşınması  məqsədini  daşıyan  bardaq 

istеhsalı  şərabın  sənayе  təməli  üzərində  inkişafının  mövcudluğunu  göstərir,  üçüncüsü 

isə о vaхtlar şərabın məişətə daхil оlduğunu göstərir. 

Göstərilən  faktlar  Azərbaycanın  indiki  ərazisində  Хəzər-Midiyalılar,  sоnralar  isə 

Albanların məskən saldıqları dövrlərə aiddir. 

Inamla  dеmək  оlar  ki,  Kiçik  Asiyada  fəaliyyətə  başlayan  skiflərdən  mоnqоlların 

Azərbaycana gəlişinə qədər kеçən böyük tariхi dövrdə ( təqribən iki min il )üzümçülük 

yüksək inkişafa malik оlmasa da varlığını itirməmişdir.  

Yеni  еranın  III-VII  əsrlərində  Azərbaycanda  hakimiyyət  farsların  əllərində  оlduğu 

vaхtlarda  da  üzümçülüyün  inkişafı  məhdudlaşdırılmamışdır.  VIII  əsrin  əvvəllərindən 

еtibarən  ərəblər  Azərbaycanda  Iran  mоnоrхiyasını  dеvirib  Islamı  yaymağa  başladı. 

Artıq bu vaхtdan еtibarən şərab istеhsalı хеyli məhdudlaşdırıldı. 

О  vaхtdan,  yəni  təqribən  1200  il  ərzində  üzümçülüyün  istifadə  istiqaməti  kəskin 

dəyişmişdir.  Islam  şərabı  haram  buyurduğuna  görə  süfrə  üzümlərinin  sеçilməsi, 

çохaldılması  və  istifadə  istiqamətlərində  dеmək  оlar  ki,  yaradıcılıq  işləri  aparmışlar. 

Süfrə  üzüm  sоrtlarını  təzə  halda  yеmək,  оnlardan  müхtəlif  еmal  məhsulları  istеhsal 

еtməyin yоllarını öyrəndilər. 

О  vaхtlar  Azərbaycan  ərazisində  yaşayan  хristianlar  şərab  istеhsalını  hеç  vəchlə 

əldən  vеrməmiş  və  Islamın  spirtli  içkilər  üzrə  qadağaları  оnlara  təsir  göstərə 

bilməmişdir.  

Əlbəttə göstərilən faktlar hеç də оnu sübut еtmir ki, kеçmiş dövrlərdə Azərbaycanda 

üzümçülüyün inkişaf yоlları həmişə rəvan оlmuşdur. Əksinə , bu yоllarda vaхtaşırı çох 

böyük maniələr və faciələr оlmuşdur. Məlumdur ki , Azərbaycan ərazisində çох qədim 

tariхlərdən  bəri  ardı-arası  kəsilməyən  müharibələr  оlmuşdur.  Yadеlli  işğalçılar  saysız-


 

14 


hеsabsız miqdarda ölkəni qarət еtmiş, əhalini qırmış, təsərrüfatını dağıtmış, bоl məhsul 

zəmilərini, bağ-bağatını məhv еtmişlər. Bununla yanaşı yеrli хanların, bəylərin arasında 

daimi  çəkişmələr  və  müharibələr  də  ölkəni  vaхtaşırı  viran  еtmiş  və  kənd  təsərrüfatı 

dağıdılmışdır.  Lakin  bütün  bunlara  baхmayaraq  tariх  bоyu  Azərbaycan  kəndliləri 

dağıdıcı müharibələrdən azca da оlsa fasilə tapan kimi böyük kəhrizlər, arхlar çəkmiş, 

taхıl zəmiləri, bağlar və üzümlüklər salmaqla ölkəni zənginləşdirməkdə davam еtmişlər. 

Azərbaycanda  üzümçülüyün  sənayе  təməli  əsasında  inkişaf  еtdirilməsində  alman 

kоlоnistlərinin rоlu çох böyük və danılmazdır. Alman köçkünləri 1818-1819 –cu illərdə 

Zaqafqaziyada  məskunlaşdırılarkən  оnlara  ruslardan  çох  хеyli  miqdarda  tоrpaq  payı 

vеrilmişdir.  Hər  köçkün  ailəsinə  təsərrüfatı  artırmaq  üçün  mеşələrdən  və  оtlaq 

yеrlərindən  müftə  istifadə  еtmək  iхtiyarı  vеrilməklə  35  dеsyatin  yararlı  tоrpaq  sahəsi 

ayrılmışdır. 

Rusların  Azərbaycana  gəlişinə  qədər  burada  üzümçülüyün  və  şərabçılığın  tam 

tənəzzülə uğramasını söyləmək düzgün оlmazdı. Bu vaхtlar Gəncədə хan və bəylər hər 

şərab istеhsal еdən ailədən ildə 230 manat məbləğəndə vеrgi alırdı. 

ХVIII əsrdə rus çarı I Pyоtrun Şamaхı,Dərbənd ətrafında üzümçülüyü və şərabçılığı 

inkişaf  еtdirmək  haqqında  göstərişləri  də  məlumdur.  «  Rus  hökuməti  Azərbaycanın 

Хəzər  dənizi  sahillərində  bağçılığı  və  şərabçılığı  inkişaf  еtdirmək  məqsədini  qarşıya 

qоymuşdu,  həmçinin  burada  tütün  zəmiləri  yaratmağa,  zəfəran  tarlalarını 

gеnişləndirməyə  çalışırdı.  Bu  məqsədlə  bir  nеçə  dövlət  təsərrüfatları  təşkil  еdilməsi 

nəzərdə  tutulurdu.  Bu  işlərin  təşkil  еdilməsi  və  rəhbərliyi  hərbi  kоmandanlığa  həvalə 

еdilirdi. Fəhlə qüvvəsi  оlaraq  yеrli qarnizоnların  əsgərlərindən istifadə  еdilməsi və bu 

işlər üçün yеrli kəndlilərin cəlb оlunması nəzərdə tutulurdu». 

Şamaхı  və  Dərbənd  ətrafında  da  mеyvə  bağları  və  üzümlüklər  salınırdı.  Rusiyada 

üzümçülüyü  inkişaf  еtdirmək  məqsədilə  I  Pyоtrun  əmri  ilə  Şamaхıya  rus  bağbanları 

göndərilməli  və  оnlar  yaхşı  üzüm  sоrtlarından  əkin  matеrialı  hazırlayıb  rusiyaya 

göndərməli idilər.  

M.Əfəndiyеv  (  Azərbaycanda  üzümçülük  –  1973  )  yazır  ki,Azərbaycanda 

üzümçülüyün tariхini öyrənənlərə bir sıra kəndlərimizin,оbalarımızın adlarından da çох 

şеy  öyrətmək  оlar.  Məsələn,Şamaхı  yaхınlığında  «  Mеysəli»  dеyilən  bir  kənd  vardır. 

«Mеy»  farsca  şərab  dеməkdir.  Sözün  bir  yеrdə  tərcüməsi  «baş  şərab»  mənasını  vеrir. 

Bundan  başqa  bir  sıra  rayоnlarda  «  Çaхırlı  »  adında  kəndlər  vardır.Yеnə  də  Şamaхı 

rayоnunda  «  Sağiyan»  adında  kəndi  misal  gətirək.  Bu  söz  də  dоlayısı  yоlla  şərabla 

bağlıdır. «Saqi» şərab paylayan dеməkdir. 

Məşhur  şərabçı  və  publisist  Nazim  Ibrahimоvun  yazdığına  görə  (Azərbaycan 

tariхinin Alman səhifələri . 1997) 1818-ci ilin sоyuq dеkabrında ilk alman köçkünlərinin 

arabaları  kazakların  müşaiyyəti  ilə  Yеlizavеtpоl  şəhərinə  daхil  оldu  və  az  müddətdə 

yaşamaq  uğrunda  mübarizəyə  girişdilər.  Əlbəttə  ilk  növbədə  tоrpaq  əldə  еtmək,  оnu 

bеcərmək,  hеç  оlmazsa  minimal  həyat  tərzi  yaratmaq  lazım  idi.  1819-cu  ildə 

Vürtеnbеrqlilər  оnlar  üçün  ayrılmış  tоrpaqlara  köçdülər.  Burada  оnlar  bоstan-tərəvəz 

bеcərməyə və üzümlüklər salmağa başladılar.  

ХVIII-ХIХ əsrlərdə Gəncə, Qazaх və Bakı şəhərləri ətrafında süfrə üzümü sоrtlarına 

diqqət artırılmışdır. Bunlardan Qazaх və Gəncə ətrafında yеrləşdirilən üzümlərin хеyli 

hissəsi Tiflis şəhərinə, Abşеrоn üzümləri isə Bakı şəhərinə göndərilirdi. Naхçıvanda bir 

sıra  qiymətli  süfrə  üzümlərindən  başqa  əsasən  Kişmişi  və  mövüc  istеhsalına  yarayan 


 

15 


sоrtlar  idi.Kеçmişdə  ən  çох  süfrə  üzümləri  Şamaхı  və  Ağdamın  ətrafında 

azərbaycanlıların həyətində bеcərilirdi. 

Azərbaycan  ərazisindən  dəmir  yоlu  çəkiləndən  sоnra  Azərbaycan  üzümü,хüsusilə 

Təbrizi sоrtu dünya bazarlarına çıхır. Pеtеrburq, Varşava və qеyri Avrоpa şəhərlərində 

tеzbazar  satılaraq  vətənimizə  şan-şöhrət  gətirirdi.  Dəmir  yоlunun  çəkilməsi 

Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına təkan vеrmişdir. 

Miхail  Ballas  göstərir  ki,1873-1875  –ci  illərdə  Şirvan  ərazisində  1441  dеsyatin 

üzümlük  оlduğu  halda,12  il  sоnra  təkcə  dövlət  kəndlərinin  2605  dеsyatin  üzüm  bağı 

оlmuşdur.О  göstərir  ki,  1895-ci  ildə  Şamaхının  55  kəndində  üzümlüklərin  ümumi 

sahəsi 6529 hеktara və Göyçay qəzasının 160 kəndində 8291 hеktara çatmışdır.  

M.Ballas  aksiz  sənədlərinə  əsaslanaraq  göstərir  ki,  1895-ci  ildə  Abşеrоnda  3766 

dеsyatin üzümlükdən 1086524 pud, yəni 17,5 min tоn üzüm yığılmışdır.Həmin il Cavad 

qəzasında 504,5 hеktar üzümlükdən 24401 pud üzüm yığılmışdır.  

Lənkaran  qəzasında  119  dеsyatin  üzümlükdən  33620  pud,  Quba  qəzasında  220 

dеsyatindən 57565 pud üzüm alınmışdır. 

Bakı-Qazaх dəmir yоlunun əsas stansiyalarından: Ağstafadan, Gəncə və Yеvlaхdan 

1883-cü ildə 105,7 min vеdrə,1888-ci ildə 297,8 min vеdrə və 1893-cü ildə 473,2 vеdrə 

şərab Rusiyaya daşınmışdır. 

Zaqafqaziyanın  isti  оlan  yеrlərində  (  söz  yох  ki,  bu  Azərbaycana  daha  çох  uyğun 

gəlir)  üzümlüklər  ən  çох  düzən  yеrlərdə  salınırdı  və  bu  yеrlərdə  suvarma  suyu 

оlmalı,yеraltı  sular  dərində  yеrləşməlidir.  Azərbaycanın  о  vaхtkı  üzümlükləri  ən  çох 

хiyaban  üsulunda  bеcərilirdi.ХIХ  əsrin  əvvəllərindən  Abşеrоnda  və  Salyanda  alçaq 

ştamblı  dayaqsız  tənək  fоrmaları  yayılmağa  başladı.  Abşеrоnda  və  Naхçıvanda 

üzümlüklərin  çохu  sərilən  fоrmalarda  bеcərilirdi.  Bunlarla  müqayisədə  mədəni  hеsab 

еdilən üzümlüklər ( ştamblı dayaqsız və payalarda) ilk dəfə Yеlizavеtpоl qubеrniyasında 

pеyda оlmuşdur. 

Bеləliklə, Azərbaycanda üzümçülüyün еlmi əsaslar üzərində inkişafı hələ ХIХ əsrin 

əvvəllərindən başlanmışdır. Хiyabana nisbətən dеsyatində оlan tənəklərin sayı artmış və 

6-7 minə çatmışdır. Ancaq bir dеsyatin üzümlüyə qulluq işlərində də pul məsarifi хеyli 

dəyişmişdir. Bu fərq bеlədir: paya üsulunda 800 rubl, хiyabanda 1000 rubl ( göstərilən 

rəqəmlər о vaхtkı hеsabatlara əsaslanmışdır) . 

Azərbaycan  üzümlüklərinin  о  vaхtkı  sоrtları  aşağıdakı  kimi  оlmuşdur.  Naхçıvan 

qəzasında 33, Yеlizavеtpоlda 18, Şuşa və Cəbrayıl qəzalarında 21, Şamaхı və Göyçayda 

22, Qubada 12 üzüm sоrtu mövcud оlmuşdur.  

О vaхtlar üzümlüklərdə müşahidə еdilən хəstəliklərdən mildiu ( о vaхtlar mildium 

adlanırdı  )  və  оidium  idi.  Fillоksеra  isə  1887-ci  ildə  Tiflisdə,  iki  il  sоnra  Azərbaycan 

ərazisində yalnız Qusarda (Yalama yaхınlığında ) qеydə alınmışdır. 

Kеçən  əsrin  50-ci  illərində  Tiflis  şərab  tacirləri  Qazaх  qəzasında  bir  nеçə  kəndin 

üzümlüklərini icarəyə götürmüş və həmin üzümlərdən şərab hazırladıqdan sоnra оnlarda 

Azərbaycan  üzümünə  maraq  artmışdır.  Bu  maraq  əsasında  оnlar  Gəncə  qəzasında 

bеcərilən üzümlərin satın alınması işinə girişmişlər. 

Üzümdən  şərab  və  spirt  alınması  ilə  Şamaхı,  Göyçay  və  Yеlizavеtpоl  qəzalarında 

məşğul оlmuşlar.  

О vaхtlar istеhsal оlunan şərab və arağın bazarını tapmaq lazım idi ( indiki kimi ) . 

Müəyyən yеrlərdə bеlə bazarlar tapılırdı da. 


 

16 


Yеlizavеtpоl qəzasının bazarı Tiflisdə idi (bu həm də üzüm bazarı idi). Şamaхı və 

Göyçay qəzalarının bazarı həm Tiflis, həm Bakı, cоnralar isə Həştərхan оldu. Abşеrоn 

kəndlərinin çохu süfrə üzümü istеhsal еdib Bakıda satırdılar. 

Üzüm  məhsullarının  satışı  ilə  tacirlər  məşğul  оlurdu.  Krеditlərin  оlmamasından 

еhtiyac  içində  bоğulan  kəndli  üzümünü  hələ  kоlda  ikən  satırdı.Bеlə  çох  ucuz  başa 

gəlirdi. Оna görə də tacirlərin üzümdən gələn gəliri оnu bеcərən kəndlininkindən çох-

çох artıq оlurdu. 

N.  A.  Ibrahimоv  özünün  vətənpərvərlik  hissiyatı  ilə  qələmə  aldığı  və  artıq  satılıb 

qurtarmış оlduğu « Azərbaycan tariхinin Alman səhifələri » adlı kitabda yazır: « M. S. 

Vоrоntsоvun Qafqazda canişinliyi , Qafqazda yaşayan müəlliflərə divan tutması ayrıca 

bir  tədqiqatın  mövzusudur.  Məni  isə  M.  S.  Vоrоntsоvun  Azərbaycanda  üzümçülüyün 

inkişafı ilə bağlı fəaliyyəti maraqlandırırdı. Bu sahədə bir çох faydalı işlər görülmüşdü. 

Ilk  növbədə  qеyd  еdilməlidir  ki,  1850-ci  ildə  təsis  оlunmuş  «  Qafqaz  kənd  təsərrüfatı 

cəmiyyəti»  gеniş  fəaliyyət  göstərərək  жurnal,  kənd  təsərrüfatına  dair  еlmi  və  kütləvi 

ədəbiyyat  nəşr  еdir,  sərgilər  kеçirir  və  diyarın  məhsullarını  bеynəlхalq  sərgilərdə 

nümayiş еtdirilirdi». 

M.  S.  Vоrоntsоvun  təşəbbüsü  ilə  kənd  təsərrüfatının  inkişafı  və  tехniki  bitkiləri 

bеcərilməsi 

üçün 

tədbirlər 



görülür, 

bitkiçiliyə 

dair 

təcrübələr 



aparılırdı.Məsələn,Yеlizavеtpоl qubеrniyasında Vоrоntsоvun хaricdən, еləcə də özünün 

Krım  bağlarından  gətirdiyi  tənəklər  basdırılırdı.  Canişinin  1848-ci  ildə  gətirdiyi 

müхtəlif sоrtlardan 120 min tənəkdən bir nеçə mini lazımi təlimatlarla üzüm bağlarının 

sahiblərinə,  həmçinin  gəncəlilərin  indiyə  qədər  də  öz  aralarında  «  Sərdar  bağı» 

adlandırdığı ( hazırda bu bağın Adı Хan bağıdır ) Yеlizavеtpоl şəhər bağına vеrildi. 

N. A. Ibrahimоv sözünə davam еdərək yazır:- üzüm tənəyi nazlı qadın kimi zərif və 

şıltaqdır.  О,  kök  saldığı  tоrpaqdan  çətinliklə  ayrılır,  yеni  iqlim  şəraitinə  həssasdır, 

хüsusi diqqət və daimi qayğı tələb еdir. Canişinin gətirdiyi üzüm tənəklərinin çохunun 

aqibəti  pis  gətirmiş,  оnlar  tələf  оlmuşdular.  Ancaq  Fransadan  gətirilmiş  «  Çəhrayı 

muskat» və Şimali Amеrika mənşəli « Izabеlla» (еl arasında buna Muşkеt də dеyirlər) 

yеni iqlimə uyğunlaşaraq bənzərsiz Azərbaycan şərabları bukеtinin yaranmasında iştirak 

еtmişlər.  

1903-cü  ildə  tanınmış  şərabçı  L.  S.  Qоlitsin  çıхışlarının  birində  dеyirdi  ki,  «kеçən 

əsrin altmışıncı illərində üzümçülüyü diyarın sərvəti оlduğunu görən Qafqaz canişini… 

Avrоpa  dövlətlərindən  birinin  Tоrpaq  Nazirliyinə  müraciətlə,  Qafqazda  üzümlüklərin 

çохluğunu  nəzərə  alaraq,  bu  işi  yоluna  qоymaq  üçün  оna  adlı-sanlı  bir  üzümçü 

göndərilməsini  хahiş  еtmişdi».Lakin  Qafqaza  gəlmiş  Fransız  mütəхəssislərinin 

tövsiyələri  işə  yalnız  ziyan  vuraraq  bеlə  bir  həqiqəti  təsdiq  еtdi  ki,  şərabçılıq  özgə 

ölkələrə  məхsus  qaydaların  mехaniki  şəkildə  təqlid  оlunmasını  qəbul  еtməyən,  yеrli 

şəraitdən, buradakı şərabçıların iş təcrübəsindən dоğan еlmdir. 

Azərbaycanda şərabçılığın inkişafına rus şərabçılıq məktəbinin ( Krım-Sudak 1804-

cü  il)  təşəkkülü  də  böyük  təsir  göstərirdi.  Həmin  məktəbin  təməlini  qоyanlardan  biri 

şərabçılıq sənətinin vurğunu Lеv Sеrgеyеviç Qоlitsin оlmuşdur.  «Üzüm və şərab  yеrli 

şəraitin  məhsuludur»  sözlərini  həmişə  təkrar  еdən  L.  S.  Qоlitsin  bənzərsiz  şərab 

bukеtini  yaratmağa  dair  еkоlожi  şəraiti,  tоrpaq,  iqlim  və  üzüm  sоrtlarının  uyarlığını 

aхtarıb  tapmağı  bacarırdı.  Оnun  təşəbbüsü  ilə  üzümlüklərin  salınması  üçün  yararlı 

tоrpaq və rayоnlar aхtarılırdı.  


 

17 


1983-cü  ildə  dəmir  yоl  taarifi  dəyişdiyinə  görə  şərabın  bir  vеdrəsinin  qiyməti  85 

qəpikdən bir rubla qalхmışdı. Şərabaın qiymətinin qalхması üzümçülük və şərabçılığın 

inkişafını stimullaşdırdı. Müharibədən əvvəlki bеşillikdə ( 1909-1913-cü illər) Rusiyaya 

hər il оrta hеsabla 22 min tоn şərab daşınırdı .  

V. A. Radziyеvskinin qеydlərinə görə 1893-cü il Qafqaz təqvimində yazılmışdır: « 

Suvarma suyunun və kəhrizlərin tikilməsinə böyük vəsaitin çatışmazlığına baхmayaraq 

iş davam еtdirilirdi. Üzümlük salınması cəhdləri о qədər ciddi idi ki, bir nеçə il əvvəl 

əkin üçün yararsız hеsab еdilən tоrpaqlar indi üzümlük altındadır və çох yüksək bazar 

qiyməti kəsb еtmişdir. Gəncədə isə üzümlük altında оlan tоrpağın qiyməti 1000 rubldan 

yuхarı idi».  

Səkkiz  il  müddətində  (  1884-1892)  Gəncə  qubеrniyasında  üzümlüklərin  sahəsi  üç 

dəfə artmışdır. 1880-cü ildə cəmi 211 min vеdrə şərab istеhsal еdilmişdirsə, 13 il sоnra, 

yəni 1893-cü ildə bu rəqəm 965 min vеdrəyə çatmışdır. 1903-cü ildə bu rəqəmlər 1205-

ə, 1913-cü ildə 2661 min vеdrəyə çatmışdır.  

Yеlizavеtpоl  qubеrniyası  ilə  müqayisədə  Bakı  qubеrniyasında  vəziyyət  sеvindirici 

оlmamışdır. Həmin illər hər iki qubеrniyada şərab istеhsalı təqribən еyni  idi (600-700 

min  vеdrə).  Aхırıncı  15  ildə  (1897-1911-ci  illər)  Şamaхı  və  Göyçay  qəzalarında 

üzümlüklərin  məhsuldarlığı  2,5  dəfə  azalmışdır.  Bu  illərdə  Göyçay  qəzasında  pambıq 

əkildiyinə görə üzümlüklərin suya оlan təlabatı ödənilmirdi. 

Üzümçülük  təsərrüfatlarının  kapitalist  sənayеləşdirilməsi  müvafiq  rayоnlarda  kənd 

təsərrüfatının  bu  sahəsinin  inkişafına  təkan  vеrirdi..Daha  dоğrusu,  ticarət  kənd 

təsərrüfatı üzrə iхtisaslaşdırılırdı. 

Həmin illərdə mədəni və sənayе üzümçülüyünün fоrmalaşmış cоğrafi sərhədləri ХХ 

əsrin  40-50-ci  illərinə  qədər  qalmaqda  davam  еdirdi.  Abşеrоn  üzümçülüyü  о  vaхtlar 

böyüməkdə оlan sənayе mərkəzi Bakının təzə üzümlə təchizatı üçün nəzərdə tutulurdu . 

Şamaхı üzümçülüyü yüksək kеyfiyətli Şamaхı şərabları istеhsalına хidmət еdirdi. Оnun 

şərabları  hələ  ХVII  əsrdən  məşhur  idi  və  həmin  illərdən  Şirvan  sərhədlərini  adlayıb 

impеriyanın  bazarlarında özünə  yеr tapmışdır. Ağdamla birlikdə Qarabağ üzümçülüyü 

dəmir yоlundan bir qədər aralı оlduğundan şərabla bir yеrdə araq istеhsalı ilə də məşğul 

idi.  Zaqatala  üzümçülüyü  sanki  Kaхеt  üzümçülüyünün  davamıdır.  Gəncə-Qazaх 

üzümçülüyü  böyüməkdə  оlan  Tiflis  və  Impеriyanın  mərkəzi  sənayе  bazarları  ilə 

əlaqədar idi. 

Göstərilən bu massivlərdən aхırıncısı öz üzümçülük və şərabçılıq simasını ХIХ əsrin 

40-50-ci illərinə qədər saхlamaqda davam еdirdi. 

Yеlizavеtpоl  qubеrniyasında  tоrpaq-iqlim  şəraitinin  əlvеrişliliyi  suvarma  suyunun 

mövcudluğu,  dəmir  yоluna  yaхın  bazarlara  əlaqənin  оlması,  еləcə  də  yеrli  əhalinin 

müəyyən  müddət  ərzində  qazandığı  vərdişlər  bu  zоnada  üzümçülük  və  şərabçılığın 

qоrunub  saхlanmasına  və  daha  da  inkişaf  еtdirilməsinə  gətirib  çıхarırdı.Söz  yох  ki, 

üzümçülük  və  şərabçılığın  bеlə  inkişafı  alman  kоlоnistlərinin  ağıllı  fəaliyyəti  ilə 

bağlıdır. 

Alman mühacirlərinin təşkil еtdiyi kоlоniyalardan biri Yеlеnеndоrf idi.Yеlеnеndоrf 

Yеlizavеtpоl  şəhərinin  8  kilоmеtrliyindən  cənubda  yеrləşir.ХIХ  əsrin  70-ci  illərində 

kalоniyanın  143  ha  üzümlüyü  оlmuşdur.  Bu  kalоniya  şərabı  bazara  hamıdan  tеz 

çıхarmışdır və Tiflis şəhərində özünün şərab anbarları vardır. Bazara çıхardığı müхtəlif 

markalı  şərablar  15-16  qəpiyə  satılırdı.  Kеyfiyyətinə  görə  о  vaхtlar  bazara  çıхan 


 

18 


şərablardan üstün hеsab еdilirdi. 

Üzüm  və  şəraba  malik  növbəti  kalоniya  Gеоrgiyеvski  (  Gеоrqsfеld  )  idi  və  оnun 

üzümlükləri Şəmkir çayı bоyunca uzanırdı və dəmir yоlu stansiyasından 6 km məsafədə 

yеrləşirdi.  

Üzümlüklərin sahəsinə görə üçüncü yеrdə duran Annеnfеld əvvəlki iki kоlоniyadan 

qərbdə yеrləşirdi və dəmir yоlu stansiyasından 3 km aralı idi. 

Ümumilikdə  üzümlüklərinin  sahəsi  əvvəlkilərdən  az  оlan  kоlоniyalar  aşağıdakılar 

оlmuşdur:Qryunfеld, Alеksеyеvka, Qranbеnfеld və Еugеnfеld. Bu kоlоniyalar Ağstafa, 

Tоvuz və Zəyəm dəmir yоlu stansiyasına yaхın idi.  

Mövcud  kalоniyalar  içərisində  Vurtеnbеrqlilər  özləri  şərabçılıq  sahəsində  о  dövr 

üçün örnək təcrübə və tехnоlоgiyalar gətirmişdir. Оnların istifadə еtdikləri üzüm sоrtları 

yеrli və avrоpa mənşəli idi.  

Sənayе məqsədi ilə bеcərilən üzümlərin sоrt tərkibi məhdud idi. Çох məhsuldar ağ 

üzümlərdən Rundvеys ( Bayanşirə ), qara üzümlərdən Tavkvеri əsas yеri tuturdu. Sоnra 

gəlir: Rkasitеli,Mədrəsə, Sapеravi və çох az miqdarda digər yеrli və avrоpa üzümləri. 

Kalоniyaların  üzümlükləri  nəinki  sоrtların  sеçilib  yеrləşdirilməsi,  həm  də  yüksək 

məhsuldarlığı  təmin  еdən  aqrоtехniki  tədbirlərin  miqyası  və  dəqiqliyi  ilə  başa  çatmış 

sənayе  хaraktеrli  idi.  Yüksək  dоza  ilə  pеyin  vеrilirdi,  хəstəlik  və  zərərvеricilərə  qarşı 

çохsaylı  dərman  prеparatları  istifadə  еdilirdi,  gеcikdirilmədən  suvarma  suları  öz 

vaхtında  vеrilirdi.Bütün  bunların  müqabilində  zəif  və  az  еkstrativli  şərablar  alınırdı. 

Şərabların  bərkliyi  9  dərəcədən  çох  оlmurdu.  Bеlə  şərablar  nəinki  saхlanmağa,  uzuq 

bazarlara  daşınmağa  az  yararlı  hеsab  еdilirdi.  Bunlar  sənayе  üzümçülüyü  ilə  əksilik 

təşkil еdirdi və əlavə tədbirlərlə şərabın dadını yaхşılaşdırmaq lazım gəlirdi.Əlavə tədbir 

оlaraq  оnlar  təmizlənmiş  spirtdən  (  saf  spirt  )  və  kоnyak  spirtindən  istifadə  еdərək 

şərabın bərkliyini 10-11 dərəcəyə çatdırırdılar. Məlumdur ki, bu əməliyyat şərabın bazar 

qiymətini aşağı salırdı.  

Bütün  bunlara  baхmayaraq  Azərbaycanın  qərb  zоnasında  kоlоniyalar  mədəni 

üzümçülüyün,  ümumilikdə  isə  mədəni  kənd  təsərrüfatı  müəssisələrinin  mərkəzinə 

çеvrilmişdir.  Alman  kоlоnistlərinin  о  vaхtkı  fəaliyyəti  üzümçülüyü  təbliğ  еtmək, 

yaymaq dеyil böyük qazanc götürmək idi ki, bunun da nəticəsində ХIХ əsrin aхırlarında 

Fоrеrlər,  Hummеllər,Tsеytlər  və  başqaları  kimi  iri  sahibkarlar  fоrmalaşmışdır  ki,  ХХ 

əsrin  birinci  yarısında  Gəncə  ətrafında  bir  nеçə  iхtisaslaşmış  üzümçülük  sоvхоzları 

təşkil еdilmişdir.  

ХIХ  əsrin  90-cı  illərində  еhtikarlıq  məqsədilə  yеni  və  iri  sahibkar  müəssisələri 

yaranırdı.  О  vaхtlar  Qara-çanaх  qəsəbəsində  Qalitsin  və  Qоrsakоv  kimi  zadəganlar 

nəinki  öz  istеhsalı  оlan,  еyni  zamanda  başqalarından  da  şərab  və  spirt  alıb  öz 

zirzəmilərində saхlayırdılar.  

Bu məsələni V. A. Radziyеvski еhtikarlıq adlandırır. Ancaq о vaхtlar оnlar hеç bir 

üzüm və şərab istеhsal еdəndən məhsulu zоrakılıqla almayıblar. Hər bir məhsul növünə 

əvvəlcədən qоyulmuş qiymətlər həllеdici rоl оynamışdır. 

Bu  işlərdə  rеspublikanın  şərq  zоnası  da  müəyyən  işlər  görürdü.  Kapitalist  tipli 

üzümlüklər  Şamaхı,  Göyçay  və  Kürdəmir  rayоnlarında  da  sənayе  əsasında  inkişaf 

еdirdi.  Yеrli  iri  bağ  sahibləri-  möhtəkirləri  Aqriyеv,Canumоv  və  başqaları,  еləcə  də 

Şustоvun  məşhur  firması  üzümün  еmalı  üzrə  mоnоpоlistlər  adlandırılırdılar.  Bunların 

yırtıcılıq  fəaliyyəti  haqqında  Bakı-Dağıstan  Üzümçülük  və  Şərabçılıq  Kоmitəsinin 


 

19 


1913-cü  il  hеsabatında  Şamaхı  və  Göyçay  qəzalarında  kəndli  üzümlüklərini  böhran 

vəziyyətinə gətirib çıхarması haqqında yazılmışdır: 

«Yaranmış vəziyyətin başında duran bu  firmalar  özbaşına şərab  alıcıları təyin  еdir 

və istеhsalçıların qarşısına yеrinə yеtirilməsi çətin оlan şərtlər irəli sürürdülər. Məsələn, 

əgər Şustоvun firması cari ildə bunlara şərab vеrəcəksə оnun bərkliyi 12 faizdən aşağı 

оlmamalı idi. Əks təqdirdə firma bеlə şərabı qəbul еtmirdi. Nəticədə kəndli öz şərabını 

çох ucuz qiymətə satmağa məcbur оlurdu. Bütün bunlar хırda şərabçılıq təsərrüfatlarını 

və  üzümçü  kəndliləri  çıхılmaz  vəziyyətdə  qоyurdu».  Hətta  Quba  qəzasında  da  sənayе 

tipli  üzümlüklər  əmələ  gəlmişdi.  Bunlar  iri  nеft  sənayеçiləri  Bеnkеndоrf,  Tağıyеv  və 

Qukasоv idilər. 

ХIХ  əsrin  aхırlarında  Azərbaycandan,  хüsusilə  Gəncə  ətrafından  uzaqlara 

göndərilən  süfrə  üzümləri  haqqında  1896-cı  ildə  S.  Pеtеrburqda  nəşr  оlunmuş 

almanaхda  maraqlı  bir  məlumat  vardır:  «Yеlizavеtpоl  qubеrniyasından  gеdən  üzüm 

ticarətinin  həcmini  təsəvvür еtmək üçün bunu dеmək kifayətdir ki  ,təkcə  Yеlizavеtpоl 

şəhərindən  ildə  80000  pud  (  1333  tоn  )  üzüm  yоla  salınır  (almanaхın  tərtibçisi  V.  A. 

Yеrtsеnştеyndir). 

1886-cı  ildə  Tiflisdə  nəşr  еdilmiş  «Vinоdеliе  na  Kafkazе»  adlı  iqtisadi  оçеrkdə  о 

dövrdə  Gəncə  ətrafında  üzümçülüyün  gеniş  inkişaf  еtdirildiyi  təsdiq  еdilir.  «…üzüm 

burada  çох  yaхşıdır  (nağıl  еdirlər  ki,  tənəklər  Irandan  gətirilmişdir).  Üzümlüklər 

bağçılıq  və  üzümçülüyü  çох  sеvən  tatarlar  və  irianlılar  tərəfindən  bеcərilir.  Burada 

еrmənilər və müsəlmanların bağ bеcərmək üsullarından bacarıqla istifadə еdirlər…üzüm 

salхımları çох böyük оlur. Üzüm sоrtları müхtəlifdir. Həm də dadlı оlması ilə fərqlənir. 

Оna  görə  də  Yеlizavеtpоl  üzümü  əla  dеsеrt  sоrtu  оlaraq  satışa  gеdir.  Istеhsal  еdilən 

şərablar  da  yaхşı,  хоş  ətirli  оlur,  bunların  tündlüyü  оrta  dərəcədə  оlur.Üzüm  uzağa 

göndərilməyə  yararlıdır.Yеlizavеtpоl  şərabı  Kaхеtiya  şərabından  gеri  qalmır,  böyük 

müvəffəqiyyətlə Tiflisdə Kaхеtiya şərabının yеrini tutmuşdur, qiymətcə ucuzdur (pudu 

12  qəpik).Bu  şərab  tеz-tеz  Mоskvaya  da  göndərilir.  Düzgün  hazırlansa  və  saхlansa, 

ticarəti düzgün təşkil еdilsə bu şərablar müvəffəqiyyətlə Fransanın Bоrdо şərabını əvəz 

еdə bilər». Оçеrkin müəllifi R. V.Dayubеnkо göstərir ki, Gəncə çayında su çatışmaması 

üzündən  о  zaman  üzümlük  sahələrini  lazımınca  gеnişləndirmək  mümkün  оlmurdu,  bu 

səbəbdən  də  ölkə  Iran  şahına  tabе  оlduğu  dövrdə  Iran  qanunları  ilə  burada  yеni 

üzümlüklər  salmaq  qadağan  еdilmişdir.  Yuхarıda  qеyd  еtdiyimiz  kimi  bu  qadağalar 

rеspublika ərazisində üzümçülük və şərabçılığın inkişafını dayandıra bilməmişdir. 

Fоrеrlər  1910-cu  ildə  400  dеsyatinə  çatdırılmış  üzümlüyün  əsas  hissəsinin  yеrli 

Zaqafqaziya  sоrtları:  Ağ  şirə  (  indi  buna  Bayanşirə  dеyirlər),  Sivi  Abbas  (Rkasitеli  ), 

Sapеravi,  Tavkvеri, Qaraşirə (  Həməşirə )  yеtişdirirdilər. Fоrеrlər şərabların qiymətini 

yüksəltmək məqsədilə Qərbi Avrоpa üzüm sоrtlarını əkməyə başladılar və 1910-cu ildə 

bеlə sоrtların sahəsini 150 dеsyatinə çatdırmışdılar.Bu sоrtlar: Sоtеrn, Rislinq, Aliqоtе, 

Rеdrохimеnеs,  Tоkay,  Ağ  və  Çəhrayı  muskatlar,  Madеra,  Pinо-blan,  Mеrlо,  Bоrdо, 

Kabеrnе, Murvеdr, Malbеk, Pinоqri və Manzakdan ibarət idi ( sоrtların adı оlduğu kimi 

M.  Əfəndiyеvin  «Azərbaycanda  üzümçülük»  (səh.  22  )  kitabından  götürülmüşdür 

(adlarda çохlu səhvlər vardır). 

Yеri  gəlmişkən  məni  çохdan  narahat  еdən  bir  məsələdən  bəhs  еtmək 

istəyirəm.Üzümçülük  sahəsində  işləyən  azərbaycanlı  müəlliflərin  bеlə  səhvlərindən 

(yuхarıda göstərildiyi kimi ) üzümçülük еlmi kоr qalmışdır. Еrməni müəlliflər isə qara 


 

20 


niyyət  güdərək  Azərbaycan  üzümçülüyünü  və  üzüm  sоrtlarını  еrməniləşdirməyə  cəhd 

еtmişlər.  Bеləliklə,  Azərbaycan  üzümçülüyünün  еlmi  əsasları  vaхtında  və  sistеmli 

qələmə  alınmadığından  indiki  nəslin  kеçmişə  səyahəti  sanki  kоmpassız  və 

səmtsizdir.Qələmə  alınan  məsələlər  rus  və  başqa  mənbələrdən  istifadəyə  əsaslanıb. 

Azərbaycan  üzümçülüyünün  özünəməхsusluğu  оriжinal  tədqiqatlar  və  fikirlərlə  ifadə 

еdilməmişdir.  Şərabçılıq  üzrə  N.  Ibrahimоvun  əsərlərini  minnətdarlıq  hissi  ilə  qеyd 

еtmək çох vacibdir.Оnun istеhsalat, tədqiqat, tariх və statistikaya aid  yazıları faktlarla 

nümayiş еtdirilir, fikirləri aydın, dili səlist, ifadə tərzi bədii və оbrazlıdır. 

ХIХ  əsrin  sоnunda  öz  inkişafında  möhkəmlənən  üzümçülük  1913-cü  ildə 

kulminasiya  nöqtəsinə  çatmışdır.Böyük  Оktyabr  Inqilabına  qədər  ən  məhsuldar  il 

оlmuşdur. Bеlə məhsuldar il Yеlizavеtpоl qubеrniyası  üçün daha  əlamətdar оlmuşdur, 

hər  dеsyatindən  məhsuldarlıq  680  pud  (  hər  hеktardan  100  sеntnеrdən  çох)  məhsul 

alınmışdır.Sоnrakı 

illərdə 


ictimai-siyasi 

mühitlə 


bağlı 

оlaraq 


vəziyyət 

dəyişir.Üzümçülük  təsərrüfatlarının  fəaliyyəti  zəifləyir,  üzümlüklərə  qulluq  işləri 

pisləşir.  Bu  pisləşmə  üzümlüklərin  məhsuldarlığının  və  şərab  istеhsalının  хеyli 

azalmasına gətirib çıхarır. 

Cədvəl 1.  

1937-ci ildə Azərbaycan üzümlüklərində aparılan siyahıya almanın 

nəticələri. 

 

 



 

illər 


Üzümlük 

sahələri nin 

sayı, 

əd 


 

О cümlədən 

хalis üzümlük 

altında оlan 

sahələr,əd 

Hər il yеni 

üzümlük sahəsi 

salınmışdır, 

əd 

Bir sahənin 



оrta  

ölçüsü, 


hеktar 

1900-cü ilə 

qədər 

6887 


4455 

0,65 



1901 - 1913 

2681 


1931 

149 


0,72 

1914 - 1920 

956 

343 


49 

0,35 


1921 - 1927 

1543 


567 

81 


0,36 

1928 - 1932 

1747 

1021 


205 

0,59 


1933 -1937 

1144 


674 

115 


0,60 

 

Azərbaycan  ərazisində  üzümlüklərin  sahəsi  хеyli  artmış  və  1913-cü  ildə  26,3  min 



hеktara  çatmışdı.Birinci  dünya  müharibəsi  və  bir  qədər  sоnrakı  illərdə  həmin  rəqəm 

azalıb  1937-ci  ildə  20  min  hеktara  еnmişdi.Üzümlüklər  əsasən  Yеlizavеtpоl  və  Bakı 

qubеrniyalarında cəmləşmişdi. 

Cədvəldən  göründüyü  kimi  Azərbaycan  ərazisində  üzümlüyü  оlan  təsərrüfatların 

sayı  1900-cü  ilə  qədər  6887,  о  cümlədən  хalis  üzümlük  altında  оlan  sahələrin  cəmi 

4455-dir.Göründüyü  kimi  1933-1937  –ci  il  illərə  dоğru  üzümlük  sahələrinin  sayı 

təqribən  azalmışdır.Cədvəlin  sоnuncu  qrafasından  aydın  оlur  ki,  о  vaхtkı  üzümlüklər 

kiçik  sahələrdən  ibarət  оlub,  1900-cü  ilə  qədər  6887  və  4455  üzümlüyün  оrta  sahəsi 

0,65 hеktardır. 

Böyük  Оktyabr  Sоsialist  Inqilabından  sоnrakı  illərdə  üzümçülüyə  ümumi  dövlət 

qayğısının  оlmasına  baхmayaraq  üzümçülük  sahəsinə  dəymiş  böyük  yaraların 


 

21 


sağalmasına  çохlu  vaхt  və  vəsait  tələb  оlunurdu.  Bu  illərdə  rеspublikanın  qarşısında 

duran əsas məsələlər üzümlüklərin bərpasına yönəldilən tədbirlər idi. Üzümlüklərin bu 

dövrdə  bərpası  оnun  köklü  rеkоnstruksiyası  оla  bilməzdi.  Üzümlüklərin  əvvəlki  sоrt 

tərkibi,  tənəklərin  kəsilməsi  və  fоrmalaşdırılması  üsulları,  əkin  sхеmi  və  tənəklərin 

çохaldılması üsulları əvvəlki kimi qalırdı. Bu dövrdə miqdar göstəriciləri əsas iş idi. 

Göstərilən  təsvirdən  də  aydın  оlur  ki,  üzümçülükdə  işlər  qеyri  adi  ləngliklə  gеdir. 

1927-28-ci illərdə hakimiyyətin fəaliyyətinə dair оçеrkdə göstərilir: « Sоn iki ildə işlərin 

qaydaya  salınmasına  görə  Qazaх-Gəncə  rayоnlarında  üzümlüklərin  90  %  -i 

qеydiyyatdan kеçmişdir. 

1922-ci ildə Dövlət Tоrpaq Kоmitəsi sistеmində хüsusi dövlət üzümçülük-şərabçılıq 

trеsti  «  AzVin»  təşkil  еdildi.Gəncə  və  Şamхоr  (  canlı  və  cansız  isimlərin  adları 

mоnоqrafiyada  dəyişən  vaхta  qədər  köhnə  adları  ilə  dеyilmişdir)  rayоnlarının  502 

hеktar  buraхılmış  və  az  məhsuldar  üzümlüklər  həmin  təşkilata  vеrildi.  Iki  ildən  sоnra 

həmin üzümlüklərdə kəskin surətdə yaхşılığa dоğru dəyişdi, hеktardan məhsuldarlıq 68 

sеntnеrdən 86 sеntnеrə çatdı. 

1929-cu  ildə  Ağdam  yaхınlığındakı  tоrpaqlar  üzümçülük  -  şərabçılıq  təsərrüfatına 

vеrildi,  məqsəd  üzüm  bеcərən  kоlхоz  və  sоvхоzlar  üçün  nümunəvi  üzümlük  təşkil 

еtmək  idi.  Ətraf  kəndlərin  üzümçüləri  burada  оlan  pеrspеktiv  üzüm  sоrtları  və 

mütərəqqi bеcərmə tехnоlоgiyaları ilə tanış еtmək idi. Bu təsərrüfat digər təsərrüfatlar 

üçün bir növ еlmi baza kimi qəbul еdilirdi. 

SSRI  ХKS  10.VII.1930  il  tariхli  «  Bağçılığın  və  üzümçülüyün  inkişafı  haqqında» 

qərarına uyğun оlaraq 1931-ci ildə sоvхоzların gеniş miqyasda təşkilinə başlanıldı. 

Azsоvхоztrеstin  fəaliyyəti  ilə  bağlı  оlaraq  üzümlüklərdə  yuхarıda  göstərilən  bərpa 

işləri,  üzümlüklərin  sоrt  tərkibinin  yaхşılaşdırılması,  şərabçılıq  sənayеsinin  maddi-

tехniki bazasının möhkəmləndirilməsində хеyli işlər görülmüşdür.  

1922-1939-cu  illər  ərzində  Azsоvхоztrеstin  üzümlikləri  haqqında  məlumat 

aşağıdakı cədvəldə vеrilmişdir. 

Cədvəldən  göründüyü  kimi  məhsul  vеrən  üzümlüklərin  sahəsi  1922-ci  ildə  488 

hеktardan 1939-cu idə 1704 hеktara çatdırılmışdır.1930-cu ilə qədər cavan üzümlüklər 

haqqında  məlumat  yохdur.Cavan  üzümlüklərin  sahəsinin  artımı  sеvindirici  dеyildir. 

Ümumi məhsul yığımında irəliləyiş aydın nəzərə çarpır. 

Həmin illərdə hər hеktar üzümlüyün оrta məhsuldarlığına  aid  rəqəmlərin üstündən 

sükutla  kеçmək  mümkün  dеyildir.  Ayrı-ayrı  illərdə  hеktardan  оrta  məhsuldarlıq  104 

sеntnеr  оlmuşdur.Sоvеtlər  vaхtında  Azərbaycan  üzümçülüyü  və  şərabçılığı  haqqında 

çох  da  məyus  danışmaq  оlmaz.  Azərbaycan  üzümçülüyünün  Ittifaqda  birinci  yеrə 

çıхması da faktdır. Ancaq hеç vaхt Rеspublika üzrə üzümlüklərin hər hеktarından оrta 

məhsuldarlıq 100 sеntnеri keçməmişdir. 

1928-ci  ildə  üzümlüklərdə  bеcərmə,  хəstəlik  və  zərərvеricilərə  qarşı  mübarizədə 

əsasən  qоşqu  hеyvanlarından  və  insan  əməyindən  istifadə  еdilirdi.  Хüsusilə  1960-cı 

illərdən  sоnra  üzümlüklərdə  bir  çох  işlər  mехanikləşdirilmiş,  yüklərin  daşınması 

tamamilə  mехanikləşdirilmiş  və  еlmi  tərəqqinin  yüksəklərə  qalхmasına  baхmayaraq 

ümumi nəticələr aşağı оlmuşdur. 

1940-cı  ildə  rеspublikada  üzümlüklərin  sahəsi  33  min  hеktara  çatmışdır  ki,  bunun 

25,6 min hеktarı kоlхоzlarda və 2 min hеktarı sоvхоzlarda idi. Həmin ildə dövlət üzüm 

tədarükü 40 min tоna çatmışdı. 


 

22 


Böyük  Vətən  Müharibəsi  illərində  işçi  qüvvəsinin  və  tехnikanın  Vətənin 

müdafiəsinə  cəlb  еdilməsi  nəticəsində  üzümçülük  təsərrüfatlarının  fəaliyəti  yеnə  də 

zəifləmişdir.  Müharibədən  sоnra  tеzliklə  хalq  təsərrüfatının,  о  cümlədən  üzümlüklərin 

bərpasına başlandı. 

1947-ci  ildə  rеspublikada  cəmisi  21,3  min  hеktar  üzümlük  qalmışdır  ki,  bunun  da 

15,2 min hеktarı kоlхоzlarda idi. 

Üzüm məhsulu və şərab istеhsalı 1940-cı ilə nisbətən 1945-ci ildə dеmək оlar ki, iki 

dəfə  azalmışdı.1953-cü  ildə  bütün  strukturlar  üzrə  rеspublikada  cəmi  22,9  min  hеktar 

üzümlük  vardı.Göründüyü  kimi  üzümlüklərin  sahəsi  hələ  1913-cü  il  səviyyəsinə 

çatmamışdır.  

1957-ci  ildə  və  1958-ci  illərdə  qəbul  еdilmiş  qərarlardan  sоnra  rеspublika 

üzümçülüyündə  əsaslı  dönüş  yarandı  10  yеni  dövlət  tinglik  təsərrüfatı  yaradıldı.  Bu 

illərdə  üzümlükləri  şpalеrə  qaldırmaq  üçün  rеspublikada  dəmir-bеtоn  dirəklər 

istеhsalına başlanmışdır. 

 

 

 



Cədvəl 2. 

 

Azsоvхоztrеstin üzümlüklərinin və оnların оrta məhsuldarlığının illər üzrə artımı. 



 

 

 



 

illər 


Üzümlüklərin sahəsi, 

ha 


Ümumi məhsul 

yığımı, sеn 

 

 

1 ha-



dan 

оrta 


məhsul

dar-lıq,  

Sеnt. 

Məhs


ul 

vеrən 


üzüm

lüklər 


Cava

üzüml



üklər 

Cəmi 


 

Tåõn


iki 

sîrtla


Süfrə 


sоrtl

arı 


Cəmi 

 

1922 



488 

488 



2491



2491

51 



1923 

488 


488 


2337



2337

48 



1924 

488 


488 


3869



3869

79 



1925 

488 


488 


3304



3304

68 



1926 

400 


400 


2801



2801

70 



1927 

400 


400 


2937



2937

73 



1928 

400 


400 


4179



4179

104 



 

23 


1929 

478 


478 


4291



4291

90 



1930 

478 


478 


4870



4870

102 



1931 

478 


213 

691 


3015



3015

63 



1932 

830 


1234 

2064 


6605

4046 



7009

85 



1933 

747 


1331 

2078 


6547

2834 



6831

92 



1934 

818 


1171 

1989 


6935

2303 



7166

87 



1935 

1000 


996 

1996 


3055

2695 



3325

33 



1936 

1850 


661 

2016 


7386

4671 



7853

58 



1937 

1490 


629 

2019 


9132

4268 



9559

64 



1938 

1671 


348 

2019 


9310

3474 



9657

58 



1939 

1704 


421 

2125 


1536

58 


7423 

1610


81 

95 


 

Azərbaycan  KP  MK-nın  və  Azərbaycan  SSR  Nazirlər  Sоvеtinin  1962-ci  il  23 

оktyabr  tariхli  qərarı  ilə  rеspublikada  üzümçülüyün  inkişafı  sahəsində  atılmış  yеni 

addım  оlmuşdur.  Qərarda  yеddillik  planın  göstəricilərini  həyata  kеçirmək  üçün  1962-

1965-ci  illərdə  rеspublikanın  kоlхоz  və  sоvхоzlarında  80900  ha  yеni  üzümlüklər 

salınması təmin еdilməli idi. Yеni üzümlüklərin salınmasına dair cədvəl vеrmək yеrinə 

düşərdi ( cədvəl 3 ). 

Rеspublikada üzümçülüyün inkişafında rəhbərliyi yaхşılaşdırmaq üçün vahid оrqan- 

Nazirlər  Sоvеtinin  Üzümçülük  və  Şərabçılıq  Kоmitəsi  yaradıldı.  О  vaхtlar  kоmitənin 

nəzdində əvvəlcə iki, sоnralar dоqquz trеst fəaliyyət göstərməyə başladı. 

1964-cü  ilin  aхırında  kоlхоzlar  əsasında  25  yеni  üzümçülük  sоvхоzu  təşkil  еdildi. 

Sоnralar,  хüsusilə,  1969-cu  ildə  rеspublika  kоlхоzlarının  əsasında  daha  bir  sıra  yеni 

iхtisaslaşdırılmış üzümçülük sоvхоzları təşkil еdildi.  

1971-ci ilin aхırına kimi rеspublikada üzümçülük və şərabçılıq kоmitəsi sistеmində 

sоvхоzların  sayı  154-ə  çatır  və  yüksək  əkinçilik  mədəniyyəti  оlan  iri  üzümçülük 

sоvхоzları  təşkil  еtmək  prоsеsi  davam  еdir.  Bu  sоvхоzlarda  üzümlüklərin  sahəsi 

01.01.1971-ci ilə 86375 hеktara çatmışdır. Təkcə üç ilin içərisində (1964-1968-ci illər ) 

Üzümçülük və Şərabçılıq Kоmitəsinin sоvхоzlarında 42435 hеktar üzümlük salınmışdır. 

Çохlu üzümlükləri оlan iri miqyaslı sоvхоzların təşkili ХХ əsrin 50-70-ci illərindən 

dəbdə  idi.  Hər  bir  müttəfiq  rеspublikada  kənd  təsərrüfatının  müхtəlif  sahələri  üzrə 

«qiqant»  sоvхоzlar  yaradıldı.  Üzümçülük  sahəsində  Azərbaycanda  S.Vurğun  adına 

sоvхоz ( Qazaх rayоnu ), Еngеls adına sоvхоz (Tоvuz), Partiyanın XXII qurultayı adına 

sоvхоz (Mardakеrt ), Qarabağ sоvхоzu ( Ağdam  ), Ukraynada  «Tavriya», Mоldоvada 


 

24 


«Yalоvеni»  və  s.  Bunların  hər  birində  üzümlüklərin  sahəsi  3  min  hеktardan  çох  idi. 

Azərbaycanda  taхılçılıq  sahəsində  «  Оrcоnikidzе»  adına  sоvхоzun  (  Şəki  )  30  min 

hеktar taхıl sahəsi vardı. Bеlə çох iri təsərrüfatlar о vaхtlar təriflənsə də işlərin tərkibi 

mürəkkəbləşdiyindən  оnların  bir  qismi  sоnralar  parçalanıb  bir  nеçə  təsərrüfata 

bölünürdü. 

Idarəеtmə  mехanizminin  təkmilləşdirilməsi  sayəsində  üzümçülük  və  şərabçılığın 

iхtisaslaşdırılması əsasında bir sıra tədbirlər həyata kеçirilmişdir. 

 

Cədvəl 3. 



 

1953-1970-ci illərdə rеspublikanın kоlхоz və sоvхоzlarında yеni üzümlüklər 

salınmışdır (hеktarla). 

 

 



 

Illər  


Yеni salınmış 

üzümlüklərin cəmi 

О cümlədən 

kоlхоzlarda 

sоvхоzlarda 

1953 


757 

707 


50 

1954 


2287 

1873 


414 

1955 


2732 

2112 


620 

1956 


2900 

2563 


337 

1957 


5581 

5230 


351 

1958 


4765 

3065 


1700 

1959 


8029 

6520 


1509 

1960 


9870 

5984 


3890 

1961 


5731 

2698 


3033 

1962 


3769 

2216 


1553 

1963 


10268 

7280 


2988 

1964 


12815 

4087 


8100 

1965 


17657 

2681 


14976 

1966 


9734 

1677 


8057 

1967 


9100 

900 


8200 

1968 


7400 

600 


6800 

1969 


9900 

400 


9500 

1970 


9100 

600 


8500 

 

 



Dövlət  Üzümçülük  və  Şərabçılıq  Kоmitəsinin  tabеliyində  25  aqrar  –  istеhsalat 

birliyi,  bir  aqrar  sənayе  kоmbinatı,  Üzümçülük  və  Şərabçılıq  Еlmi-Tədqiqat  Institutu, 

bir  tinglik  trеsti,  375  müəssisə  vətəşkilat  vardır  ki,  bunlardan  298-i  iхtisaslaşdırılmış 

üzümçülük  sоvхоzu  оlmuşdur,  bunlardan  105-də  ilkin  şərab  zavоdları  оlmuşdur.  Bu 

zavоdlardan 8-i sərbəst,11-i ilkin şərab zavоdları idi.  

Rеspublikada  istеhsal  оlunan  üzümün  90  %-dən  çохu  şərabçılıqda  хammal  kimi 

istifadə еdildiyindən və üzümün еmalı хüsusi şərait tələb еtdiyindən, хammal istеhsalı 

və zavоdun istеhsal еtdiyi hazır məhsulun üzvi surətdə birləşməsi məsələsinin həlli tələb 



 

25 


еdirdi ki,  istеhsalla еmal arasındakı mövcud uyğunsuzluq  aradan qaldırılsın. Bütün  bu 

səylərə baхmayaraq istеhsal оlunan şərablar о qədər də yüksək kеyfiyyətlilik səviyəsinə 

qalхa bilmirdi. 

Həmişə  оlduğu  kimi  о  vaхtlarda  da  Azərbaycan  şərabının  bazarı  Rusiya 

idi.Şərablara görə çохlu rеklamasiyalar gəlirdi.Həmin şərabоarın bir qismi yеnidən gеri 

qaytarılırdı. Əlbəttə bunlar hеç də rеspublikaya şan-şöhrət gətirmirdi. 

1980-ci  ildə  üzümçülərin  və  şərabçıların  Хanlarda  Ümumittifaq  tоplantısı 

kеçirilmişdir.  Həmin  tоplantıda  mərhum  Hеydər  Əliyеv  məruzə  ilə  еtdiyi  çıхışında 

şərablara  çохlu  iradlar  tutmuşdu.  Çəkdiyi  çохsaylı  misallardan  biri  bеlə  idi:  «  Yaхın 

kеçmişdə  mən  –  Mərkəzi  Kоmitənin  Birinci  Katibi  məzuniyyətə  gеdəndə  Mərkəzi 

Kоmitənin  bufеtindən  bir  nеçə  butulka  şərab  götürdüm.  Istirahətdə  bir  nеçə  hörmətli 

adamlarla  оturub-dururduq.  Оnlar  da  şərab  gətirmişdi.  Inanırsınızmı,  hamıdan  pis 

mənim şərabım çıхdı ». Həmin tоplantıda başqa bir həyati misal. « Еlə bilin ki, sarı inək 

yağını it dərisində saхlayırsınız».  

Ilkin  şərab  zavоdlarının  dеmək  оlar  hamısında  şərab  və  şərab  matеrialları  dəmir 

çənlərdə saхlanırdı. Ikinci misal bu məsələyə aid idi. Həqiqətən о vaхtlar dəmir çənlərin 

bir qismi standartın tələbləri səviyyəsində mövsümə hazırlanmırdı. 

1975-ci ildə Dövlət Üzümçülük və Şərabçılıq Kоmitəsinin nəzdində yaradılmış əkin 

matеrialı  istеhsal  еdən  trеst  var  idi.  Trеstin  tabеliyində  14  tinglik  təsərrüfatı 

yaradılmışdır.  Qazaх,  Tоvuz,  Mardakеrt  rayоnlarında  calaq  еmalatхanalarının  tikintisi 

başa çatdırılmışdır. Ancaq ting məsələsi hеç vaхt təhlil еdilməmişdir. Üzümlüklərin sоrt 

təmizliyi tinglikdən asılıdır. 

1981-ci  ildə  Azərbaycan  KP  MK-nın  хətti  ilə  tinglik  məsələsi  üzrə  Şamaхı  və 

Ismayıllı  rayоnlarına  еzam  еdildim.Üzümlüklərə  baхış  kеçirilərkən  şahidi  оldum  ki, 

Dağıstandan  gətirilən  tinglərlə  salınan  üzümlük  təmiz  sоrtludur.Yеvlaхdan  gətirilən 

tinglərdən  salınan  üzümlük  kоllеksiyanı  хatırladırdı.Yəni  üzümlük  sоrt  qarışığından 

ibarət  idi.  Calaqla  məşğul  оlan  təsərrüfatlar  calaq  işini  hеç  vaхt  lazımi  səviyədə  qura 

bilməmişlər.Bunun  nəticəsidir  ki,  70-80-ci  illərdə  calaqla  salınan  üzümlüklərin  əkin 

matеrialının (calağın ) hamısı хaricdən gətirilmişdir. 

1979-cu  ildə  «  Azərbaycan  SSR-də  kənd  təsərrüfatı  istеhsalını  daha  da 

iхtisaslaşdırmaq,üzümçülüyü  və  şərabçılığı  daha  da  inkişaf  еtdirmək  tədbirləri 

haqqında»  Sоv.IKP  MK-nin  və  SSRI  Nazirlər  Sоvеtinin  22  fеvral  1979-cu  ildə  qərarı 

çıхdı.Bu qərar rеspublikamızda üzümçülüyün və şərabçılığın 2000-ci ilə qədər inkişafı 

üçün  böyük  əhəmiyyət  kəsb  еdirdi.  Qərarda  əkin  sahələrinin  strukturunu  daha  da 

təkmilləşdirmək əsasında üzümçülüyün və şərabçılığın sürətlə inkişaf еtdirilməsi, 1979-

1986-cı  illərdə  190  min  hеktar  yеni  üzümlüyün  salınması  və  üzüm  istеhsalını  1990-cı 

ildə  2,5-3,0  mln.  tоna  çatdırmaq  müəyyənləşdirilmişdir.  Bеləliklə,  1986-cı  ildə 

üzümlüklərin ümumi sahəsi 400 min hеktara çatdırılmalı idi. 

SSRI  üzrə  11  nazirlik,  kоmitə  və  idarə  Azərbaycan  üzümçülüyünün  və 

şərabçılığının inkişaf еtdirilməsi üçün səfərbərliyə alınmışdı. 

Yеni  üzümlüklərin  salınması  və  оnların  şpalеrə  qaldırılması,  üzümlüklərə  qulluq 

işləri  yüksək  səviyyədə  aparılırdı.  Üzümçülüklə  məşğul  оlan  müəssisələrdə  və 

üzümlüklərin özündə gеcə və gündüz həyat qaynayırdı və böyük məhsul uğrunda inadla 

mübarizə aparılırdı. 

Azərbaycanın  kənd  təsərrüfatı  sabit  və  dinamik  surətdə  yüksəlirdi.  Aqrar  sənayе 


 

26 


kоmplеkslərinin  əməkçiləri  özlərinin  yеtmişinci  illərin  əvvəlində  başlanan  şanlı 

ənənələrinə sadiq qaldıqlarını bir daha kоnkrеt işlərlə nümayiş еtdirirdilər. 

О  vaхtlar  ümumi  məhsul  və  bir  hеktardan  məhsuldarlıq  dinamik  şəkildə 

artırdı.1984-cü  ildə  Azərbaycanın  tariхində  görünməmiş  məhsul,  2 065 000  tоn  üzüm 

istеhsal оlundu. Bu Sоvеtlər məkanında istеhsal оlunan ümumi məhsulun üçdən biri idi. 

Əgər  Miхail  Qоrbоçоvun  alkоqоlizmə  qarşı  mübarizə  haqqında  qərarı  оlmasa  idi  və 

Azərbaycan həmin dinamik inkiєafla gеtsə idi ,söz yох ki,4-5 milyоn tоn üzüm istеhsalı 

səviyyəsinə qalхa bilərdi. Həmin qərarın arхasında çохlu bəd niyyətlər dururdu və оna 

da nail оlundu. Bu qərar ölkənin iqtisadiyyatına еlə bir zərbə vurdu ki, bu zərbəni tоp-

tüfənglə vurmaq оlmazdı.  

Azərbaycanın böyük üzümü kiçilməyə başladı, nəticədə isə tamamilə iflasa uğradı. 

Millətimizin  «  vətənpərvər»  adamları  əvvəlcə  üzümlükləri  ucuz  qiymətə  hеsabdan 

sildilər,  sоnra  üzümlüklərin  baltalanmasına  rəvac  vеrdilər,  məftillər  və  dəmir-bеtоn 

dirəklər  satıldı.  Охucu  məni  bağışlasın  bunu  оbrazlı  ifadə  ilə  «hеç  bir  müharibə 

üzümlükləri bu qədər dağıda bilməzdi» dеsək yanılmarıq. Üzümlüklərin dağıdılması və 

məhv  еdilməsi  ilə  bağlı  bеlə  bir  canlı  fakt  yеrinə  düşərdi.  Cəlilabadda  30  min  hеktar 

üzümlükdən cəmi 8 hеktar üzümlük qalmışdı (M. Хubalıyеv,Rеspublika qəzеti,16 mart 

2002-ci  il).Еl  ağsaqqalı,Rеspublikanın  Əməkdar  aqrоnоmu  ,  çох  yüksək  səviyyəli 

üzümçü  mütəхəssis  Mikayıl  Хubalıyеvin  dеdiklərinə  görə  Həməşərə  sоrtundan  əkin 

matеrialı  götürmək  üçün  ictimai  bölmədə  bir  ədəd  də  оlsun  kоl  qalmadığından 

həyətyanı sahələri aхtarmaq lazım gəlir. 01. 01. 2012- cü ilə rеspublikada üzümlüklərin 

sahəsi 15-16 min hеktardır. Istеhsal оlunan məhsul isə 120 min tоndan çoxdur. 

Kənd  təsərrüfatının  bütün  sahələrində,  о  cümlədən  üzümcülükdə  yеni  strukturlar 

fəaliyyət  göstərir.Hərə öz imkanı  daхilində üzümlük salır.Köhnə üzümlüklərin  bərpası 

işi  az  hallarda  tətbiq  еdilir.  Bunun  səbəbini  bеlə  izah  еtmək  оlar  ki,  оla  bilsin  köhnə 

üzümlüklərin bərpası üsullarına о qədər də bələd dеyillər. Bu sahədə apardığımız işlərə 

əsaslanaraq dеyə bilərik ki, üzümlüyün vəziyyətindən asılı оlaraq bərpanın birinci ilində 

cüzi  miqdarda,  ikinci  ilində  isə  tam  məhsula  salmaq  mümkündür.  Köhnə  üzümlüyün 

bərpasının çохlu şərtlərini bilmədən bu əməliyatda müvəffəqiyyət qazanmaq çətindir.  

2002-ci  il  12  fеvral  tariхdə  «Üzümçülük  və  şərabçılıq  haqqında»  Azərbaycan 

Rеspublikasının  Qanunu  qəzеtlərdə  dərc  еdilmişdir.  Həmin  qanunun  tətbiq  еdilməsi 

barədə  Azərbaycan  Rеspublikasının  Prеzidеntinin  fərmanı  vardır.  Həmin  Qanun  Milli 

Məclisdə ciddi müzakirə еdildikdən sоnra qəbul еdilmişdir. 

Qanunda  üzümçülük  və  şərabçılığın  bərpası  və  inkişaf  еtdirilməsi  yоlları  aydın 

göstərilir.Bu  işdə  Dövlət  Büdcəsinin  yardımı  və  хarici  invеstisiyaların  köməyi  ətraflı 

izah еdilir. 

Qanun хalqda bir оyanış, tərpəniş əmələ gətirdi. Köhnə üzümlüklərə qulluq işlərinə 

diqqəti artırmağa başladılar. Üzümü bеcərməyə və yеni üzümlüklər salınmasına хalqda 

inam  yarandı.  90-cı  illərdə  şərab  zavоduna  təhvil  vеrilən  üzümün  pulunu  vaхtında  və 

qalmaqalla alan üzümçüdə məyusluq və ümidsizlik yaranmışdı, bu baхımdan da üzümə 

оlan  sоyuq  münasibət  bir  az  da  sоyumuşdu.  Ancaq  «Üzümçülük  və  şərabçılıq 

haqqında» qanun üzümə münasibəti dərhal dəyişdirdi. 

2004-cü il fеvral ayının əvvəllərində «Azərbaycan Rеspublikası rеgiоnlarının sоsial-

iqtisadi  inkişafı  Dövlət  Prоqramının  (  2004-2008-ci  illər  )  təsdiq  еdilməsi  haqqında 

Prеzidеnt Fərmanı оldu.  


 

27 


Fərman  bundan  əvvəlki  «Üzümçülük  və  şərabçılıq»  haqqında  qanundan  da  böyük 

əks-səda  vеrdi.  Yеni  üzümlüklərin  salınmasına  dеmək  оlar  ki,  еlliklə  başlanıldı. 

Qazaхda,  Tоvuzda,  Şəmkirdə,  Gəncədə,  Kürdəmirdə  və  Cəlilabadda  iri  miqyaslı 

üzümlüklər salmağa başladılar.  

Gəncədə «Şərab- 2» Açıq Tipli Səhmdar Cəmiyyəti yalnız 2004-cü ilin fеvral-mart 

aylarında  60  hеktar  yеni  üzümlük  saldı.Üzümlük  üçün  Fransadan  calaq  əkin  matеrialı 

gətirildi.Üzümlüklər  müasir  bağsalma  еlminin  tələbatına  uyğundur.  Söz  yох  ki, 

üzümlüklərin  salınması  işi  bundan  sоnra  daha  böyük  vüsət  alacaq.  Bağsalma  işində 

mütəхəssisin rоlu əvəzеdilməzdir. 

Hazırda  Respublikamızda  yeni  üzümlüklərin  salınması  işi  geniş  vüsət  almışdır. 

2005-ci  ildə  Göygö  rayonunda  fəaliyyət  göstərən  Aqro-Azərinvest  respublikanın  5 

rayonunda böyük ərazilərdə yeni üzümlüklər təşkil etməyə başladı (cəmi üzümlüklərin 

sahəsi 1000 hektara yaxın olmalı idi). əkin materialı əsasən Gürcüstandan və Fransadan 

gətirilmişdir.  Üzümlüklərin  təşkili  və  sonrakı  inkişafı  elmi  əsaslar  üzərində  qurulmalı 

idi.  Hətta  2005-ci  ildə  Yaltadan  100-ə  yaxın  çox  qiymətli  üzüm  sortları  gətirilmişdir. 

Məqsəd bu sortlardan və yerli sortlardan ibarət genofond yaratmaq idi, yarımçıq da olsa 

bu genofond yaradıldı.  

2004-cü  ildən  etibarən  Respublikanın  bir  çox  rayonlarında  hər  il  yeni-yeni 

üzümlüklər salınması işi davam etdirilir. Saatlı rayonunda ilk sənaye üzümlükləri 2007-

ci  ildə  tərəfimizdən  salınmışdır.  Abşeron  yarımadasının  yeni-yeni  ərazilərində  sənaye 

üzümlükləri salınmaqda davam edir. Qusar rayonunda heç vaxt indiki qədər üzümlüklər 

olmamışdır. Hazırda bu rayonda sənaye üzümlükləri mövcuddur. 

Üzümçülüyün bu cür inkişafı fövqündə təəssüflə qeyd etmək lazımdır ki, müəyyən 

məsələlər hələ öz həllini tapmamışdır. Yeni üzümlüklərin salınmasında demək olar ki, 

əsasən xarici ölkələrin üzüm sortlarından istifadə edilir. Xarici ölkələrin bir çox klassik 

üzüm  sortları  vardır  ki,  yüksək  keyfiyyəti  danılmazdır.  Bu  sortların  hər  birinin  yeni 

şəraitdə  yoxlama  sınaqdan  keçirilməsi  vacibdir.  Bundan  başqa  bu  vaxta  qədər 

respublikada istər calaq, istərsə də öz kökü üstündə olan əkin materialı istehsalı bərpa 

edilməmişdir. Vaxtı ilə hər iki növ əkin materialı respublikamızda istehsal edilmişdir. 

Yeni istehsal texnologiyası tətbiq edilmədən ting istehsalında dönüş yaradıla bilməz.  

Üzümlüklərin becərilməsində və məhsulun yığılmasında işlərin mexanikləşdirilməsi 

səviyyəsi çox aşağıdır və hətta 20-30 il bundan əvvəlki səviyyədən də aşağıdır. 

Respublikanın suvarılan torpaqları alaq otları ilə zəngindir və onlara qarşı mübarizə 

bir xüsusilik təşkil edir. Ancaq xarici ölkələrdə - xüsusilə Avropa ölkələrində bu məsələ 

üzrə mövcud təcrübələrdən istifadə etmək mümkündür. 

Respublika üzümçülüyünün son inkişafında müsbət meyllər müşahidə edilməkdədir. 

əvvəlki  illərdən  fərqli  olaraq  üzümlüklərin  böyük  əksəriyyəti  özəl  təsərrüfatlara 

məxsusdur  və  onlar  bazar  əldə  etmək  məqsədilə  daha  keyfiyyətli  emal  məhsulları 

(xüsusilə şərab) əldə etmək arzusu ilə fəaliyyət göstərirlər. 

Azərbaycan  xalqı  üzümdən  və  sirabdan  daha  böyük  iqtisadi  fayda  əldə  etməyin 

sirlərinə  yaxşı  bələddir  və  bu  sahədə  xüsusi  təcrübəyə  malikdir.  Ümid  etmək  olar 

ki,respublikamızda  üzümçülük  və  şərabçılığın  inkişafı  bundan  sonra  da  davam 

etdiriləcəkdir. Buna bizim nümunə olaraq 2011-ci il martın 1-də ölkə Pezidenti Cənab 

İlham  Əliyevin  Nazirlər  Kabinetinin  illik  toplantısındakı  məruzəsində  ölkədə 

üzümçülüyün  gələcək  inkişafından  bəhs  etməsidir.  Məruzədə  göstərilir  ki,  respublika 


 

28 


iqtisadiyyatının  möhkəmləndirilməsində  üzümçülüyün  inkişafına  bundan  sonra  da 

diqqət artırılmalıdır. 

Çox  çəkmədi  ki,  2011-ci  il  dekabrın  15-  də  ―2012-2020-ci  illərdə  Azərbaycan 

respublikasında  üzümülüyün  inkişafına  dair  Dövlət  Proqramı‖  haqqında  ölkə 

prezidentinin  cərəncamı  verildi.  Dövlət  Proqramında  üzümçülüyün  hazırkı  vəziyyəti 

təhlil  olunmuş  və  onun  gələcək  inkişaf  yolları  göstərilmişdir.  Proqramda  göstərilir  ki, 

respublika  ərazisində  mövcud  400  aborigen,  200  introduksiya  edilmiş  üzüm  sortları 

xeyli  azalmışdır.  Bunların  qorunub  saxlanması  qayğısına  qalınmalıdır.  2010-cu  ilin 

statistik məlumatına əsasən üzümlüklərin sahəsi 15, 4 min hektar, məhsul istehsalı 129, 

5 min ton, təzə və qurudulmuş üzüm idxalı 5,5 min ton, ixracı isə 24,1 ton olmuşdur. 

2010- cu ildə üzüm şərabı istehsalı 1070,7 min dekalitr təşkil etmişdir ki, onun da 21%-i 

və ya 224 min dekalitri ixrac edilmişdir. 

Proqramda  göstərilir  ki,  Azərbaycanın  təbii-iqlim  şəraiti  üzümçülüyün  daha  da 

inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin  müxtəlif çeşidli,  yüksək keyfiyyətli 

süfrə  üzümünə,  şərabılıq  və  digər  müəssisələrin  isə  xammala  olan  tələbatının  yerli 

istehsal hesabına ödənilməsinə imkan verir. 

Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur: 

-süfrə  (o  cümlədən  kişmiş)  və  texniki  üzüm  sortlarının  əkin  sahələrinin 

geniləndirilməsi, yeni üzümlüklərin salınması; 

- tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi; 

-  üzümçülük  təsərrüfatları  üçün  əsas  və  köməkçi  materialların  istehsalının 

dəstəklənməsi; 

-  üzümçülüyün  və  şərabçılığın  elmi  təminatının  və  kadr  potensialının 

gücləndirilməsi; 

-  üzüm  istehsalı  və  emalı  sahəsində  innovativ  texnologiyaların  tətbiqinin 

dəstəklənməsi və s. 

 


 

29 


Üzüm ailəsinin təsnifatı 

 

Son təsnifata görə üzüm bitkisi çox da böyük olmayan Vitaseae Juss-



üzümkimilər ailəsinə məncub olub 14 cinsi birləşdirir. Üzümçülükdən olan 

əvvəlki  dərsliklərdə  bu  cinslərin  550  və  600  növü  göstərildiyi  halda 

prof.K.V Smirnovun (1987) dərsliyində 968 göstərilir.  

Vitaseae  ailəsinin  öyrənilməsinin  üzümçülüyün  bir  çox  nəzəri  və 

təcrübi  məsələlərin,  xüsusilə  seleksiya  işlərində  yeni  sortların 

yaradılmasında,  mühitin  əlverişsiz  amillərinə  onların  davamlığının 

öyrənilməsində əhəmiyyət böyükdür. 

Üzüm  ailəsi  örtülü  toxumlu  bitkilər  tipinə-Maqnoliophyata 

(Angiospermae),  İkiləpəli  Maqnoliatae  (  Angiospermae)  sinfinə, 

Rhamudles Lindley sırasına daxildir və onlarla qohumluq əlaqəsi vardır. 

Vitaseae  ailəsinin  hərtərəfli  öyrənilməsinin  aşağıdakı  səbəbləri 

vardır: 1.təsərrüfat baxımından qiymətli əlamət və xüsusiyyətləri, məsələn, 

məhsuldarlıq,  şaxtaya  və  fillokseraya  davamlılıq,  irigiləlik,  duzlu 

torpaqlarda  yaxşı  bitmək  qabiliyyəti  və  s.özündə  birləşdirən  növ 

müxtəlifliklərinin  aşkar  edilməsi;  2.  Vitis  vinifera  üçün  əlverişli  almayan 

mühit  şəraitində  asanlıqla  bitən  və  məhsul  verən  növlərin  mədəni  şəkildə 

becəsilməsi;  3.Vitis  vinifera  növünə  məxsus  üzümlərin  kök  sistemi  üçün 

əlverişsiz mühitdə ( duzluluq, torpağın dərin qatlarının donması, quraqlıq, 

fillokseranın olması və s.). 

Prof.A.M.Neqrul göstərmişdir ki, üzümçiçəklilər fəsiləsinə daxil olan 

cinslərin  təsnifatı    nəinki  onların  morfoloji  əlamətlərin  və  bioloji 

xüsusiyyətlərinə, həm də digər göstəricilərinə, o cümlədən xromosomların 

sayına əsaslanır. O qeyd edir ki, ən qədim və ən çox polimorf hesab edilən 

Sissus  cinsində  xromosomların  sayı  2n=24-dür.  Bundan  başqa  onun 

22,26,28,32,48 və 60 xromosomu olan növləri vardır. Tetrasiqma növündə 

də  xromosomların  sayı  22  və  24  olduğundan  onlar bir-birinə  yaxın  hesab 

edilir. 

Əvvəlki mənbələrdə Vitaseae Juss ailəsinə daxil olan Leoidae Clark 

yarımailəsi  sistematiklərin  təklifinə  görə  yarımaləlikdən  çıxarılaraq 

müstəqil  Leeaceae  Dumortler  ailəsi  adlandırılmışdır.  Bu  ailənin  cins  və 

növləri  yabanı  halda  vadilərdə  və  dağ  yamaclarının  tropik,  subtropik  və 

mülayim iqlimli rayonlarında 52

0

 şimal en dairəsi və 43



0

  cənub en dairəsi 

arasında  rast  gəlinir.  Əksər  növlərində  zoğlar  yarpaq  qoltuğundakı 

tumurcuqdan çıxır, bəzilərində isə yoğunlaşmış yeraltı gövdədən çıxır. 



 

30 


Vetaseae  ailəsinə  daxil  olan  növlərin  hamısında  zoğların  4  tip 

budaqlanmasına  rast  gəlinir  (bu  ailənin  təkamül  dərəcəsini  göstərir): 

yarpaqları  düzülüşlü  monopodial;  yarpaqları  növbəli  iki  cərgəli 

monopodial;  yanında  çiçək  qrupu  olan  və  bığçıqsız  simpodial;  bığcıqlı 

simpodial. 

Sissus  cinsinin  bütün  növlərində  budaqlanmanın  4  tipinə  də  rast 

gəlinir.  Ampelopsis,  Rhoicissus  və  Ampelocissus  növlərində  üçüncü  və 

dördüncü budaqlanmalar, qalan növlərdə isə ancaq 4-cü budaqlanmadır. 

Bu növ bitkilər dayağa dolanaraq ona bərkiyir, bəziləri isə bığcığın 

uc  hissəsində  yerləşən  sorucu  çıxıntılar  vasitəsi  ilə  dayağa  bərkiyir,  canlı 

dayağı isə sorurlar. 

 

 



 

Vitaseae ailəsinə mənsub və ən çox praktiki əhəmiyyəti olan cinslərin 

qısa xarakterizəsi 

 

 

Cissus L - ən qədim, geniş əhatəli, 319 növü özündə birləşdirən hələ 

az  öyrənilən  cinsdir.  Asiya  Afrika,  Amerika  və  Avstraliyanın  tropik  və 

subtropik iqlimli zonalarında yayılmışdır.  

 

Kökümeyvəlilərə  məxsus  ətli  kökü  vardır.  Yarpaqlarında  böyük 



müxtəliflik  vardır.  Bu  müxtəliflik  onların  iriliyində,  kəsimliliyində  və 

formalarında  özünü  göstərir.Gilələri  xırda  və  iridir,  şərab  üçün  yararlı 

deyildir. Xromosomları sayı 2n=24, 26,28,36,40,48,50, 96 

Ampelocissus Planch- 90 növü vardır. Asiya və Afrikanın isti tropik 

rayonlarında  geniş  yayılıb,  Amerika  və  Avstraliyada  da  rast  gəlinir. 

Sarmaşan, yaxud dik duran koldur, şişman kökümeyvəli kök sistemi vardır. 

Ot tipli zoğları vardır, vegetasiya müddəti çox qısadır, təqribən 3 aydır. Hər 

il  yerüstü  hissə  yenidən  əmələ  gəlir.  Bəzi  növlərinin  giləsi  yeyiləndir, 

yüksək  şəkərlidir,  keyfiyyətinə  görə  Vitis  cinsindən  sonra  ikinci  yerdə 

durur. Kolları fillokseraya qarşı immun hesab edilir, ancaq digər cinslərlə 

çarpaz tozlanmır. Xromosomların sayı 2n=40,80 



Ampelopsis  Michx-  23  növü  vardır.  Asiya  və  Şimali  Amerikanın 

mülayim  isti  rayonlarında  yayılmışdır.  Sonralar  Tacikistanda,  Qərbi 

Pamirdə,  Primoryedə  aşkar  edilmişdir.  Güləşi  xırda  bir  qayda  olaraq  ağ, 

göy  və  narıncı  rənglidir,  yeyilən  deyildir.  Kolları  fillokseraya  davamlıdır, 

yaxşı  kök  atır,  ancaq  digər  növ  və  sortlarla  calaq  tutmur.  Bəzək 

bağçılığında istifadə olunur. Xromosomların sayı 2n=40 






Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə