Partenocissus Planch- 19 növü vardır. Şimali Amerikanın, Cənubi
və Qırbi Asiyanın mülayım isti iqlimli rayonlarında bitir. Buğumlarında
31
çoxlu miqdarda budaqlanan bığcıqları vardır. Gilələri xırda, qara rəngli və
yeyilən deyildir. Oduncağı ağ rənglidir və -30
0
C şaxtaya tab gətirir.
Fillokseraya tutulmur, göbələk xəstəliklərinə qarşı davamlıdır. Başqa
növlərlə calaq tutmur.
Xromosomların sayı 2n=40
Tetrasiqma Miq- 120 növü vardır. Asiya və Avstraliyanın isti və
mülayim iqlimi zonalarında rast gəlinir. Bığcıqları budaqlanmayan
sarmaşan liandır. Digər cinslərdən fərqli olaraq çiçək qrupu yarpağın qarşı
tərəfində deyil, qoltuğunda yerləşir. Kolları ikievlidir, yəni bir bitkidə öz-
özünü tozlayan, digərində isə erkək tipli çiçəkləri olur. Bəzi növlərində
gilələr kifayət qədər iridir, yeyiləndir. Bu cinsin kolları mədəni halda
becərilir.
Xromosomların sayı 2n=22,44,52
Vitis L. cinsinin botaniki xarakterizəsi
Bu cins sarmaşan çoxillik ağac bitkisidir(L.V. Kolesnik 1964).
Avropanın, Amerikanın və Asiyanın subtropik və mülayim iqlimli
zonalarında yayılmışdır.
Zoğu nazik, uzun və üzərində yarpaq, çiçək qrupu və bığcıqları
saxlayır. Yarpaqlar növbəli yerləşir, yəni bığcığı olan hər iki buğumdan bir
bığcığı olmayan buğum yerləşir (bığcığı olan buğumlar generativ buğum
adlanır). Bu qayda ancaq V.Labruskada pozulur, onlar zoğun uzunu boyu
fasiləsiz yerləşir.
Çiçək qrupları xırda, süpürgə şəklində yığılmış vəziyyətdədir,
çiçəkləri özü-özünü tozlayan və təkcinslidir.
Vitis cinsi iki yarım cinsə bolünür- Muskadina Planch və Euvitis
Planch.
Muskadinia Planch yarımcinsi iki subtropik növə V.Rotundifolia
Michx və V.Munsoniana slimps. Bunların xarakterik əlaməti odur ki,
bığcıqları budaqlanmamış olur. Birillik zoğların səthi mərciməklidir,
buğumlarda diafraqma yoxdur; toxumun bel tərəfindəki xalazada şirim
yoxdur. Xromosom 2
n
= 40.
Muskadinia Planc yarımcinsinin növləri. V.Rotundifoliya Michx
Şimali Amerikanın cənubunda bitir. Güclü kolları, filloksera və göbələk
xəstəliklərinə davamlılığı ilə fərqlənir. Mədəni üzümlərlə pis calaq tutur və
kökvermə qabiliyyəti çox zəifdir. Bu baxımdan ondan calaqaltı kimi
istifadə etmək mümkün deyil. Torpaqda əhəngə davamlılığlı pisdir.bu
sahədə çoxlu tədqiqat işləri aparəlmasına baxmayaraq hələlik bu məsələ
tam həll edilməmişdir. əgər bu məsələ müvəffəqiyyətlə həll edilərsə
32
fillokseraya davamlı əkin materialı alınmasına ehtiyac qalmazdı. V.
Rotundifoliya Michx yarımcinsinin carpaz tozlandırılmasından alınmış
toxumlarından 70-ə qədər mədəni sort alınmışdır.
Vitis Munsoniana Simps. Floridanın bataqlıq yerlərində bitir. Zəif
böyümə gücünə və xırda gilələrə malikdir. Biomorfoloji xüsusiyyətlərinə
görə V.Rotundifoliya növünə yaxındır, ancaq ondan fərqli cəhətləri də
vardır. Kolları zəif böyüyən, gilələri nisbətən xırda, rəngi tünd göydür.
Qabığı və ləti zəif və ətirsizdir. V. Rotundifoliyaya nisbətən az
öyrənilmişdir. Xromosomlsrın sayı 2
n
=40
Euvitis Planch yarımcinsinin növləri- bığcıqları budaqlıdır, Birillik
zoğlarında mərcimək olur, buğumlarında diafraqma vardır, ikinci qabığı
zolaq şəklidə ayrılır, toxumun bel tərəfindəki xalaza ətrafında şırımlıdır.
Xromosom 2
n
=38-dir.
Vitis Rotundifoliya növündən meşə şəraitində təbii seçmə və
hibridləşdirmə yolu ilə 20-dən çox sort alınmışdır. Bunların içərisində ən
geniş yayılanı Skapperionq sortudur. Bu sortun kolları çox güclüdür. Bir
kolu 0,4 ha sahəni tutur və baxımsızlıq şıraitində 1 ton gilə verir. Belə
becərmə şəraitində salxımlar yığılır, kol silkələnərək gilələr tökülür. Ancaq
keyfiyyətinə görə V.Vinifera L. Məhsulundan geri qalır.
Yuxarıda qeyd edilən kimi V.Rotundifoliya fillokseraya tam
immundur, göbələk xəstəliklərinə, nematoda qarşı nisbətən davamlıdır. Bu
yeganə növdür ki,Şimali Amerikanın tropik və subtropik zonalarında
becərilir.
Vitis Rotundifoliya növündən meşə şəraitində təbii seçmə və
hibridləşmə yolu ilə 20-dən çox sort alınmışdır. Bunların içərisində ən
geniş yayılanı Skapperionq sortudur. Bu sortun kolları çox güclüdür. Bir
kolu 0,4 ha sahəni tutur və baxımsızlıq şəraitində 1 ton gilə verir. Belə
becərmə şəraitində salxımlar yıgılmır, kol silkələnərək gilələr tökülür.
Ancaq keyfiyyətinə görə V.Vinifera məhsulundan geri qalır.
Yuxarıda qeyd edilən kimi V.Rotundifoliya fillokseraya tam
immundur, göbələk xəstəliklərinə nematoda qarşı nisbətən davamlıdır. Bu
yeganə növdür ki, Şimali Amerikanın tropik və subtropik zonalarında
becərilir. Avropada və digər gitələrdə bu növ becərilmir.
1962-ci ildə ABŞ-da çoxsaylı çarpaz tozlanmalardan alınan F hibridi
Vitis Vinifera birinci dəfə olaraq Evvitislə V.Rotundifoliya arasında
müvəfəqiyyətli əlaqə yaratmaq mümkün olmuşdur. Bu hibridlər Fransaya
gətirilmiş və 1974-cü ildə SSRİ-yə gətirilərək Moldova Elmi Tədqiqat
üzümçülük və şərabçılıq İnstitutunda əkilmişdir və nəticədə ilk dəfə olaraq
33
xromosomu 2n=38 və 2n=39 olan uzaq hibridlərin alınmasına nail
olmuşdur.
Keçən əsrin 80-ci illərində SSRİ-də xromosomu 2n=57 və 2n=76 olan
F3 uzaq hibridlər alınmışdır. Bu məsələ yüksək keyfiyyətli giləli olan,
kompleks xəstəlik və zərərvericilərə davamlı və fillokseraya qarşı mütləq
immun sortların alınmasında V.Rotundifoliya genlərin keyfiyyətinin sabit
saxlanılmasında donor rolunu oynaya bilər. Bu hibridlər əsasında
Moldovada, Ukraynada və Rusiya elmi-tədqiqat üzümçülük və şərabçılıq
institutlarında intensiv işlər aparılır.
Xromosomları 2n=38 olan Envitis yarımcinsi kifayət qədər
öyrənilmişdir. Onun 68 növündən 20-i mədəniləşdirilmişdir və onlar
keyfiyyətli məhsul alınmasında, fillokseraya davamlı calaqaltıların
alınmasında və seleksiya işlərində istifadə olunur.
Buzlaşma dövrünə qədər Euvitis yarımcinsinin yüksək istiliyi və
nəmliyi olan tropik iqlimli onun şimal hissəsində (Arktikada), Şimali
Amerikada və Şərqi Asiyada geniş yayılmışdır. Qitələrin ayrılmasından və
buzlaşma dövründən sonra onlar 3 coğrafi qrupda-Avropa-Asiya, Şərqi-
Asiya və Amerikada qalmışdır. Ayrılmış qitələrdə ciddi iqlim dəyişikliyi
nəticəsində üzümün bir çox növləri cənuba doğru çəkilmiş, çoxu isə məhv
olmuşdur. Avropa qitəsində bir növ V.Vinifera qalmışdır ki, bu da Aralıq
dənizi hövzəsinin Şimal hissəsində,Qərbi Aiyada və Şimali Afrikada geniş
yayılmışdır.
Şərqi Asiyada şaxtaya davamlı 42 növ, o cümlədən V.Amurenzis Rupr,
V.Coignettae Full və bir çox digər növlər qalmışdır. Şimali Amerikada
buzlaşma nisbətən az olduğundan amerikanın və şərqi Asiyanın üzüm
növləri indiyə qədər qalmışdır.. (28 növ ). Qitələrin ekoloji şəraitinin təsiri
altında üzüm növləri uzun müddətli təkamül prosesində morfoloji əlamətlər
kimi bioloji xüsusiyyətlərinə görə də növlər arasında ciddi fərqlər
yaranmışdır. Ən çox dəyişkənliyə uğrayan V.Viniferanın Avropa-Asiya
qruplu üzümləri məruz qalmışdır. Avropa-Asiya qitəsinin son dərəcə
kəskin iqlim şəraitində çoxlu miqdarda formaların yaranmasına səbəb
olmuşdur. Lakin eyni cinsin nümayəndələri olduqlarına görə növlərin
hamısında cinsə məxsus xüsusiyyətlər öz aralarında yaxşı tozlanması və
calaq tutması xüsusiyyətləri saxlanmışdır. Onların gilələri iri deyil,qara
rənglidir ləti şirəlidir, tez vaxtda şəkər toplamaq qabiliyyəti vardır.
Mədəni üzüm sortlarının başlanğıcı hesab edilən vitis cinsinin
aşağıdakı növləri əsil üzüm hesab edilir.
Vitis Viniferanın Avropa-Asiya növləri, üzümçülüyün Aralıq dənizi
hövzəsi, Qara dəniz və Xəzər dənizi reqionlarında intişar tapmışdır.
34
Şərqi Asiya növləri keçmiş SSRİ-nin cənub rayonları (Moldova,
Ukrayna, Rusiyanın cənubu, Zaqafqaziya Respublikaları, Orta Asiya
Respublikaları ), Çin, Yaponiya, Koreya və Hindistanda yayılmışdır.
Amerika növləri Meksikadan Kanadaya qədər yayılmışdır. Mədəni üzüm
növlərinin bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi onların
becərilməsinin elmə əsaslanan texnoloqiyasının işlənib hazırlanması,
üzümlüklərin məhsuldarlığının artırılması və keyfiyyətli calaqaltı material
alınmasına yönəlmişdir. Bu sahədə işlər hazırda da davam etdirilməkdədir.
Vitis cinsinin mədəni növlərinin bioloji xüsusiyyətləri və təsərrüfat
xarakterizəsi.
Bu mövzuya aid indiyə qədərki dərsliklərdə (A.M.Neqrul-
vinoqradarstvo 1959,Q.T.Bolqarev- vinoqradarstvo -1960, A.C.Uinkler –
vinoqrodarstvo SŞA, 1966 L.M.Maltabar – vinoqrodarstvo Moldavii –
1968, CŞ. Suleymanov və R.Ə.Məmmədov üzümçülük -1982, L.Kolesnik
– vinoqradarstvo -1968 , F.H.Şərifov – üzümçülük -1988). Vitis cinsinin 70
növü olduğu göstərilir. Ancaq K.V.Smirnov və başqaları – vinoqradarstvo
kitabında bu cinsin 1000 – yaxın növü olduğu göstərilir. Görünür bu
məsələ üzrə son məlumat adları çəkilən müəlliflərin əlində olmayıb. Bu
baxımdan sözü gedən mövzu işlənərkən ən çox K.V.Smirnov və başqaları -
vinoqradarstvo 1987 kitabına istinad edilmişdir.
Yer kürəsinin müxtəlif qitələrində yayılan vitis cinsinin çoxsaylı
növlərindən ancaq 20-nin prakti əhəmiyyəti vardır ki, dekorativ bitkilər,
fillokseraya davamlı calaqaltılar, təzə halda istifadə və emal üçün yararlı
məhsul alınması məqsədi ilə mədəniləşdirilmişdir.
Avropa – Asiya üzümü ( Vitis Vinifera L ) çox vaxt avropa üzümü
adlandırılır ancaq, bu ad şərtidir. Bu üzümlər nəinki Avropada, eyni
zamanda Asiya və Afrikanın şərq və qərb hissələrində bitir. Ən geniş
yayılan və böyük praktiki əhəmiyyət kəsb edən üzümün gilələri yüksək dad
keyfiyyətinə malikdir. Becərilən mədəni üzüm sortlarının əksəriyyəti bu
növə daxildir. Vitis vinifera son dərəcə polimorfdur. O iki yarım növə
bölünür: V.Vinifera SSP, Silvestris Gmel (yabanı üzüm) və yaxud qısa
olaraq V.nifera silvestris adlandırılır və V.Vinifera SSP, sativa D.S (mədəni
üzüm) və yaxud vitis sativa. Professor A.M.Neqrulun yazdığına görə
V.Silvestrisin yarpaq və toxumlarının daşlaşmış qalıqları (yuxarı Pleiosen
dövrünə aid) Naxçıvanda Araz çayı ( Azərbaycan ) sahillərində, cənubi
Fransada və İtaliyada tapılmışdır. V.vinifera SSP, silvestrisin öz
35
növbəsində 2 növ müxtəlifliyi vardır: var. tipika Neqr – tipik yabanı meşə
üzümüdür, daha şimal və qərb rayonlarında bitir. Bu formanın bitkiləri
polimorfdur, gilələrin rənginə və çiçəyin tipinə görə fərqlənir.
Morfoloji əlamətlərinə görə yabanı üzümlər bir-birinə çox oxşardırlar.
Vitis cinsi öz inkişafında 3 mərhələ keçmişdir:
1.
Cinslərin başlanğıc formaları Şimal yarımkürəsində ümumi areala
malik olmuşdur. Üzümün müasir növlərinin ümumi əlamətlərinə
görə fikir söyləmək olar ki, onların uzaq keçmiş nəsilləri xırda, şirəli
və qara giləyə malik, kifayət qədər şəkər toplayan olmuşdur.
Filloksera və göbələk xəstəliklərinə davamlı olmamışlar.
2.
Bitdiyi yerin qeyri -bərabər ekoloji şəraitində (iqlim və torpaq
şəraitinə uyğunlaşması, göbələk xəstəliklərinə və zərərvericilərə
qarşı davamlılığı) müxtəlif bioloji xüsusiyyətləri ilə fərqlənən yeni
növlərin yaranması.
3.
İnsanlar tərəfindən süni seçmə yolu ilə yeni formaların yaradılması.
Avropa-Asiya üzümlərinin bir çox becərilən sortları yarpaq, salxım və
gilələrin kəskin dəyişkənliyi ilə xarakterizə olunur. Onlar fillokseraya,
göbələk xəstəliklərinə və şaxtaya davamlı deyildir. Bu üzümün meyvəsində
kənar dad yoxdur, şəkər və turşuluğun nisbətinə və ahəngdar dadına görə
istifadə üçün yararlıdır.
Yabanı üzümlə (silvestris) mədəni üzüm (sativa) arasında fərq az
görünən və az hiss olunandır və bu fərqlər aşağıdakılardan ibarətdir: yabanı
üzüm kifayət qədər yekcinsdir (salxım, gilə və toxum ), mədəni üzümlər isə
bu göstəricilər üzrə çox dəyişkəndir. Mədəni üzüm sortlarının çiçəyi özü-
özünü tozlayan və funksional dişi tiplidir, yabanı üzümlərinki isə erkək və
funksional dişi tiplidir. Mədəni üzümlərdə erkək tipli çiçəklər olmur.
Yabanı üzüm fillokseraya tam davamsızdır, göbələk xəstəliklərindən
çox zədələnir. Meyvəsinin keyfiyyətinə görə şərqi asiya və amerikan
üzümlərindən üstündür. Şirələrində amerika üzümlərində olduğu kimi
xoşagəlməyən dad yoxdur.
Mədəniləşdirilənə qədər yabanı üzüm insanlar tərəfindən şərab
hazırlanmasında və təzə halda yeyilməkdə istifadə edilmişdir. Üzümün
yabanı formalarından təbii forma əmələ gəlmə prosesində yabanı üzümdən
yaranmış formalardan istifadə edərək insanlar yeni sortlar seçmişdir.
Mədəni üzümlərin toxumları quşlar vasitəsilə meşələrə gətirilmiş və
bunlardan əmələ gələn üzümlər müəyyən nişanələrinə görə yabanı
üzümdən müsbət istiqamətdə fərqlənmişdir. Onlar yabanı üzümlə və öz
aralarında tozlanmış, nəticədə yeni formaların başlanğıcının əsasını
qoymuşdur. Forma əmələ gəlmə prosesi cənub üzümçülük rayonlarında
36
daha intensiv getmiş və indinin özündə də yabanı cəngəlliklərdə mədəni
üzümə çox yaxın formalar aşkar edilməkdədir. Bu bitkilər yeni sortların
seçilməsində başlanğıc material kimi iştirak etmişlər. Uzun müddət ərzində
seçmə prosesi getmiş və nəticədə mədəni üzümün yeni sortları
yaradılmışdır. Yabanı üzümlər arasında yeni sortların axtarılması işi
hazırda da davam etdirilir.
Yabanı üzümlərdən başqa yabanılaşmış üzüm ifadəsi də mövcuddur.
Yabanılaşmış
üzüm
mədəni
üzümlərdən
əmələ
gəlir.
SSRİ
Ampeloqrafiyasının birinci cildində verilən məlumata görə vaxtı ilə yaşayış
məskəni olan məntəqə müəyyən səbəblərdən insanlar tərəfindən tərk
edilmiş və orada olan mədəni üzümlər baxımsızlıqdan yabanılaşmışdır.
Ancaq bu yabanılıq onlarda dominantlıq təşkil etmir. Onlara qulluq işləri
aparıldıqda mədənilik xüsusiyyəti yenidən bərpa olunur. Adı çəkilən
mənbədə göstərilir ki, Kopetdağda çəkisi 400 qram olan nüsxələrə rast
gəlinmişdir.
Yabanı və yabanılaşmış üzümlər haqqında Dnepr çayı sahilində
professor D.Qaçoski tədqiqat apararaq mədəni üzümlərin formalaşmasında
təbii hidridləşmə işində onların rolunu xüsusi qeyd etmişdir. Azərbaycanda
yabanı üzümlərin öyrənilməsi üzrə çox az tədqiqat işləri aparılmışdır.
A.M.Neqrula görə ilkin mədəniləşdirilən üzümlərin mənşəi Ön Asiya,
sonralar isə Orta Asiya reqionu olmuşdur. Uzun müddətli seçmələr və
ekoloji təsirlər nəticəsində üzüm becərilən rayonların özünün yerli sortları
formalaşmışdır.
A.M.Neqrulun təsnifatına görə avropa-asiya üzümlərinin becərilən
sortları 3 ekoloji –coğrafi qrupa bölünür (konvar və yaxud proles ); Convar
orientalis neqr şərq üzümləri; Convar pontika neqr – Qara dəniz hövzəsi
ətrafı üzümləri; Convar occidentalis Neqr-qərbi avropa üzümləri. Keçən
əsrin 70 –ci illərində ampeloqraf F.M.Qramotenko tərəfindən dördüncü
ekoloji-coğrafi qrup – Convar Nord Afrika Gram – Şimali Afrika üzümləri
ayrılmışdır. Hər bir ekoloji –coğrafi qrupa mənsub olan üzümlərin
fərqləndirici morfoloji əlamətləri və bioloji xüsusiyyətləri vardır.
Şərq üzümləri qrupuna daxil olan sortları əsasən Orta Asiya,
Azərbaycan, Gürcüstanın şərq rayonları, İran, Əfqanıstan və Yaxın şərq
ölkələrində yayılmışdır. Bu ölkələrin hər bir rayonunun özünün yerli
sortları vardır. Bu sortlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:
yarpaqları çılpaq, cod tüklü, kənarları yuxarıya qatlanmış olur. Salxımı çox
iri və əksər hallarda budaqlıdır. Gilələri iri və yaxud çox iri, oval,
yumurtavari, tərs yumurtavari, uzanmış, ləti ətli-şirəli və yaxud
xırtıldayandır.
37
Əksər sortlarında gilələri ağ və cöhrayıdır.Yerli təbii şəraitə uyğun
olaraq bu sortlar uzun veqetasiya müddətli, aşağı səviyyədə şaxtaya
davamlı, bəzən yüksək dərəcədə quraqlığa davamlı, isti səhra küləklərinə,
eləcə də duza nisbətən davamlıdır.
Bu sortların kolları çox güclüdür, barlı zoğların miqdarı azdır, bar
əmsalı aşağıdır, biz zoğda bir az hallarda iki salxım olur. Salxımın orta
kütləsi çox, məhsuldarlığı yüksəkdir. Kollar güclü formaları tələb edir.
Şərq qruplu sortlar 2 yarımqrupa bölünür: subconvar caspika Neqr və
subconvar antraktika Neqr. Birinci yarım qrupun sortları çox qədimdir və
ən çox Azərbaycanda, ondan da az Şərqi Gürcüstanda intişar tapmışdır.
İstifadə istiqamətinə görə əsasən aşağıdakı sortlar daxildir: Bayanşirə,
Soyaki, Terbaş, Xindoqnı, Kuidcinski, Voskeat, Haçabaş,və.s. İkinci qrupa
(bu eyni zamanda gənc qrup adlanır) əsasən süfrə və süfrə-mouz sortları
daxildir,bir qayda olaraq bunların ləti xırtıldayan, bərk lətli və lətlidir.
Bunlara Hüseyni, Nimrəng, Kafta-Kurqan, Tayfilər, Qaraburnu, Kardinal,
İtaliya, Parkent və s. daxildir.
Şərqdə İslam dininin yayılması ilə əlaqədar olaraq şəraba qadağa
qoyulmuş beləliklə də texniki sortlar minimuma endirildikdən sonra xalq
seleksiyası nəticəsində bərk lətli iri giləli süfrə və toxumsuz sortların
seçilməsinə və yaradılmasına geniş yer verilmişdir.
Qara dəniz hövzəsi ətrafı üzümlər əsasən Moldova, Gürcüstan( qədim
Kolxida ) Rumıniya, Bolqarıstan, Yunanıstan və Türkiyədə yayılmışdır. Bu
sortlar aşağıdakı əlamətlərlə xarakterizə olunur: yarpaqları alt tərəfdən
qarışıq tükcüklə (cod və hörümçək toruna bənzər) örtülüdür. Salxımı orta
irilikdə, sıx, az halda seyrəkdir.
Gilələri girdə, az hallarda oval, orta iri, ləti şirəli, qara və ağ rəngli, az
hallarda cöhrayıdır. Toxumları orta irilikdədir. Bu qrupun sortları Qara
dəniz hövzəsi ölkələrində yerli yabanı üzümlərin seçilməsi və uzun
müddətli xalq seleksiyası nəticəsində alınmışdır. Morfoloji əlamətlərinə
görə yabanı üzümlərə yaxındır.
Birinci qrupa nisbətən bu qrupun veqetasiya müddəti qısadır, şaxtaya
nisbətən davamlı, quraqlığa davamlılığı azdır. Kolları orta və güclüdür.
Barlı zoğların miqdarı birinci qrupa nisbətən çox, onların üzərində
salxımlar da çoxluq təşkil edir. Bir çox sortları yüksək məhsuldardır. Bar
əmsalı 0,6-0,8 və daha çoxdur. Əksər sortları texniki istiqamətlidir-
Rkasiteli, Saperavi, Ocelaşi, Çinuri, Aleksandrouli, Mtsvane, texniki süfrə
istiqamətliləri isə aşağıdakılardır: Ağ Çauş, Şabaş, Qalan və s. Tam süfrə
istiqamətli sortlar azdır. Gilələri az noxudlanan (partenokarp)və çox obliqat
noxudlanan (korinka qrupu). Gilələrin rəngi əksər sortlarda qaradır.
38
Əslində heç bir üzüm sortunun giləsində qara rəng olmur, qara adlandırılan
bu rəng tünd- bənövşəyidir. Morfoloji əlamətlərinə görə yabani üzümlərə
çox yaxındır.
Qərbi Avropa ekoloji-coğrafi qrupuna mənsub olan sortlar əsasən Qərbi
Avropada yayılmışdır (Fransa, Almaniya, İtaliya, İspaniya, Portuqaliya və
onlara yaxın ölkələr). Bu ölkələrin hər birinin özünün yerli sortları vardır.
Hazırda bu sortlar dünyanın hər yerinə sürətlə yayılmaqdadır. Fransada
calaq üzüm tingi istehsalı o qədər genişlənmişdir ki, onun məhsulu (ting)
demək olar ki, dünyanın 5 qitəsində artıq özünə yer eləmişdir.
Azərbaycan Respublikasında bu sortlar əsasən üzüm kolleksiyalarında
tək-tək nüsxələrdən olardı. 2003-cü ildən bizim respublikada bu sortlardan
minlərlə hektar iri sənaye üzümlükləri salınmışdır. O cümlədən Avstraliya,
Afrika və Çin son illərdə bu sortlardan geniş miqyasda istifadə edirlər.
Bu sortlar aşağıdakı əlamətləri ilə səciyyələnir: yarpağın alt tərəfində
hörümçək toruna bənzər tüklüdür, kənarları aşağıya doğru əyilmiş olur.
Salxımı iri deyil, sıxdır,silindrik və yaxud konusvaridir. Gilələri girdə ,
xırda və orta irilikdədir, qara və ağ rənglidir, ləti şirəlidir. Toxumu xırda
və qısa dimdiklidir.
Bu qrupun sortları əsasən yerli yabanı üzümlərdən əmələ gəlmişdir.
Morfoloji əlamətlərinə görə yabanı üzümlərə çox yaxındır.
Daha şimal mənşəli sortlar bundan əvvəlki qruplarla müqayisədə yerli
yabanı üzümlərin əlamətlərini daha çox özündə saxlamışdır. Bunlar daha
qısa veqetasiya müddəti və daha çox şaxtaya davamlılığı ilə xarakterizə
olunur. Bu bitkilər uzun gün bitkisidir və böyümə gücü nisbətən zəifdir.
Onlarda barlı zoğlar daha çox olur, bir barlı zoğda 3-4 salxım olur, bar
əmsalı 1-dən çoxdur. Kolları qısa və orta uzunluqlu kəsməni tələb edir.
Bu qrupun sortlarının hamısı texniki sortlardır. Partenokarp sortlar
demək olar ki yoxdur və bunlara misal olaraq aşağıdakıları göstərmək olar:
Aliqote, Pino qrupu, Kaberne, Kaberne sovinyon, Sovinyon, Rislinq,
Semilyon, Alikant, Merlo və.s.
Bu üç qrupun yerli köhnə sortlarından başqa avropa-asiya üzümlərinə
daha gec tapılan və yaradılan sortlar da daxildir.
Əsas qruplar üzrə sortların bioloji xüsusiyyətlərinin öyrənilməsi onların
sorta məxsus aqrotexnikasının işlənib hazırlanmasında əsas vasitələrdən
hesab edilir.
Şimali Afrika qrupu ( konvar Nord-Afrika).
Əksər sortları uzun veqetasiya müddətli və və həmişə yaşıldır.
Tumurcuqları gec açılır, yarpaqları gec tökülür, şaxtaya və göbələk
xəstəliklərinə davamsızdır İstifadə istiqaməti əsasən süfrə üzümçülüyüdür.
39
Поделитесь с Вашими друзьями: |