Prof. ġərifov Famil Həsən



Yüklə 3 Mb.
Pdf просмотр
səhifə44/44
tarix27.06.2017
ölçüsü3 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   44

QAZAXISTAN  ın  sənaye  üzümlükləri  ən  çox  cənub  və  cənub-şərq 

vilayətləridir.  Burada  fəal  temperaturların  miqdarı  3800-4500°C-ə  çatır  və 

vegetasiya müddəti uzundur. Üzümlüklərin çoxu Alma–Atı, Çimkənd və Cambul, 

az  miqdarda  isə  Taldı-Kurqan  və  Qızıl  orda  vilayətləridir.  Qazaxıstan 

üzümçülüyünün  qədim  tarixinə  baxmayaraq  zəif  inkişafa  malikdir.  Üzümlükləri 

öz  kökü  üstündə  bitəndir.  Burada  Nimrəng,  Hüseyni,  Çərəz  Kulcin  ağ  və 

çöhrayıları, Ağ və Qara kişmişilər, Buaki, Maska sortları becərilir. Qazaxıstanın 

təbii-iqlim şəraiti keyfiyyətl, müxtəlif vaxtlarda yetişən üzümlər üçün əlverişlidir. 

Qazaxıstanda  bu  cür  şəraitə  malik  geniş  ərazilər  vardır.  Fəal  temperaturların 

miqdarı 3800-4500°C-dır. Qışda üzmlükləri torpağa basdırılır. 

Üzümlüklərin  böyük  əksəriyyəti  texniki  sortlar  altındadır.  Texniki  sortların 

çoxu  Qərbi  Avropa,  az  qismi  isə  Qara  dəniz  hövzəsi  üzümlərdir.  Bayanşirə, 

Rkasiteli,  Kaberne-Sovinyon,  Saperavi,  Morastel,  Aleatiko,  Çöhrayı  muskat 

texniki sortlardır. Bunlardan Bayanşirə şərq ekoloji-coğrafi qrupuna mənsubdur. 

Yuxarıda göstərilənlərdən başqa süfrə üzümlərindən aşağıdakıları göstərmək olar: 

Jemçuk  saba,  Ağ  şasla,  Çöhrayı  tayfi,  Terbaş,  Macar  muskatı,  İsgəndəriyyə 

muskatı,  Özbəkistan  muskatı,  Senso,  Ağadayı,  Ranniy  VİRa,  Alma-ata 

tezyetişəni  və  Qaragöz.  Çimkənd  vilayətinin  Kaplanbek  təsərrüfatında  süfrə 

üzümlərinə  geniş  yer  verilmişdir.  Burada  tutumu  3-4  min  ton  olan  üzüm 

saxlayıcısı vardır. 

Respublikada  cəmi  700-800  ha  kişmişi  sortlardan  ibarət  üzümlükləri  vardır, 

məhsul əsasən təzə halda yeyilir. 

Qazaxıstanda  rayonların  hamısının  iqlimi  kontinentaldır,  mütləq  minimum  -

30 və  -40 °C-dir. Payız və  yaz şaxtaları üzümə ziyan vurur. Bu səbəbdən qışda 

üzümlüklər torpağa basdırılır, yazda üzümlüklərdə tüstü yaradılır, üzümlüklərə su 

buraxılır.  Düzən  yerlərdə  üzümlüklər  suvarılır,  dağ  ətəklərində  dəmyə 

üzümçülüyüdür.  


456

 

 



İsti  və  quraq  olan  Sır-dərya  düzənliyində  yağıntıların  miqdarı  300  mm,  fəal 

temperatur  4000°C  olan  yerlərdə  üzümlüklər  suvarılır  və  burada  eksport  üçün 

süfrə üzümləri becərilir. 

QIRĞIZISTAN  da  üzümçülüklər  əsasən  iqlimi  mülayim  olan  şimal 

tərəflərdə becərilir. Üzümlüklərin sahəsi azdır. Üzümçülüyün qədim tarixə malik 

olmasına  baxmayaraq  buranı  yeni  üzümçülük  rayonu  kimi  adlandırmaq  olar. 

Mövcud olan şərab zavodundan başqa yeni tikilən şampan zavodu çox keyfiyyətli 

məhsul buraxır. Çuy və Talas vadiləri üzümçülük üçün perspektivli rayon hesab 

edilir.  Şimali  Qırğızıstanda  iqlim  kontinentaldır.  Vadinin  torpaq  və  iqlimi 

yamacların  yüksəkliyindən  asılı  olaraq  dəyişir.  Burada  vegetasıya  müddəti  185 

gün,  fəal  temperatur  3300°C-dir.Yağıntılar  382  mm-dir.Mütləq  minimum 

38°Cdir. 

Dağ  ətəklərinin  torpağı  tund-şabalıdı,  bir  qədər  aşağılarda  açıq-şabalıdı  və 

boz  torpaqlardır.  Göbələk  xəstəliklərindən  oidiuma  rast  gəlinir.Ciddi 

zərərvericilər olmur. 

Üzüm  üçün  ən  yaxşı  şərait  dağ  ətəklərində  və  Çuy  çayı  hövzəsində  qrunt 

suları  üzdə  olan  (1-2m)  torpaqlardır.  Üzümlüklərin  öz  kökü  üstündə  bitən, 

suvarılan  və  qışda  basdırılandır.  Kollar  şaquli  şpalerdə  və  ştambsız  yelpik 

formalarda becərilir. 

Üzümçülüyün əsas istiqaməti  yerli əhəmiyyət daşıyan və eksport üçün süfrə 

üzümçülüyü,  şampan  şərab  materialı,  eləcə  də  süfrə,  bərk  və  çərəz  şərablar 

istehsalıdır. 

Çuy  vadisinin  aşağı  zonası  orta  və  tezyetişən  üzümlər  (Madlen  Auşevin, 

Şasla, Qara kişmişi və s.) üçün ixtisaslaşdırılır. ªampan materialı üçün Qara pino, 

Şardone,  Rislinq  və  Sereksiya,  süfrə  və  bərk  şərablar  Qara  muskat,  Bənövşəyi 

Muskat,  Furmint,  Aleatiko,  Saperavi  və  s.  becərilir.  Orta  zona  gec  yetişən  süfrə 

üzümləri  (Çöhrayı  Tayfi,  Nimrəng,  Qaraburnu,  Kulcinski)  üçün  ixtisaslaş  -

dırılmışdır. 

Talıs  vadisində  üzümçülüyün  istiqaməti  Çuy  vadisində  olduğu  kimidir. 

Cənubi Qırğızıstanda (Oş vilayəti) üzümçülük Fərqanə vadisinin aşağı hissəsində 

və  dağətəyi  zonalarda  müvəffəqiyyətlə  inkişaf  etdirilir.  Burada  torpaq-iqlim 

şəraiti nəqliyyata davamlı süfrə üzümləri, qurutmaq və çərəz şərablar istehsalına 

çox  yararlıdır.  Dağ  zonasında  yerli  məqsəd  daşıyan  süfrə  üzümləri  becərilməsi, 

şampan şərab materialı və süfrə şərabları üçün perspektivlidir. 

Orta  Asiya  respublikalarında  üzüm  bitkisinin  aqrotexnikasının  özünə 

məxsusluğu aşağıdakılardır: 

1. əksər üzümçülük rayonlarında qışda üzümlüklərin torpağa basdırılması. 

2. vegetasiya dövründə suyun çatışmazlığına görə üzümlüklərin suvarılması. 

Kolların su təminatının yaxşılaşdırılmasına yönəldilən suni suvarma onlara geniş 



457

 

 



qıda sahəsinin verilməsi tələb edilir.  

3. hədsiz buxarlanmanın və buxarlanma nəticəsində ikinci dəfə duzlaşmanın 

qarşısının alınması məqsədi ilə torpağın qorunması. 

4.  əsirlərlə  xalq  seleksiyası  ilə  seçilmiş,  xeyli  müxtəliflik  təşkil  edən,  təzə 

halda istifadə olunan süfrə və qurutmaq üçün yararlı, eyni zamanda güclü yerüstü 

hissəyə  malik  üzümlərin  dünya  üzüm  sortları  fonduna  verilməsi  imkanlarının 

olması. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



458

 

 



Ədəbiyyat 

 

1.



 

Süleymanov C.S., Məmmədov R.Ə.- Üzümçülük, ―Maarif‖ Bakı, 1982 

2.

 

Əfəndiyev M.M.- Azərbaycanda üzümçülük, Azərnəşr, Bakı,  



1973 

3.

 



Pənahov T.M., Səlimov V.S., Zari Ə.M.- Azərbaycanda üzümçülük, Bakı, 

2010 


4.

 

Şərifov F.H.- Üzümçülük, ― Maarif‖ Bakı, 1988 



5.

 

Cəfərov İ.H.- Fitopotologiya, Bakı, ―Şərq-qərb‖, 2012 



6.

 

Hasan Çelik və b. Genel bağçılıq, 



Türkiyə, 1998 

7.

 



Mozer  l.-  Üzümçülükdə  yeni  üsul,  Azərbaycan  Dövlət  nəşriyyatı, 

Bakı,1975 

8.

 

Колесник  Л.В.  Виноградарство-  «Катя  Молдовеняске»  Кишинев, 



1968 

9.

 



Смирнов  К.В.,  Калмыкова  Т.И.,  Г.С.Морозова-  Виноградарство, 

Агропромиздат , Москва, 1987 

10.

 

Недельчев  Н.,  Кондарев  М.-  Виноградарство,  Госиз-во  с-х 



литературы София, 1959 

11.


 

Уинклер А.Дж.- США, издателство «Колос» Москва, 1966 

12.

 

Руководство по виноградарству. Реч. с нем-го Р.В.Фоминой, «Колос» 



Москва, 1981 

13.Негруль А.М.-Виноградарство, госиз-во с-х литературы  

 Москва, 1959 

13.


 

Трошин  Л.П.,  Радчевский  Р.Р.-  Рауонирование  сорта  винограда 

Росии, Краснодар, 2005 

14.


 

Мальтабар Л.М. и др.- Виноградарство Молдавии, издателство Картя 

Молдовеняске» Кишинев, 1968 

15.


 

Квливидзе  Т.  Виноградарство  по  –  новому  Тбилиси.  Акционерное 

общество «Парнавази». Тбилиси: пр. Григор Робакидзе, №7, 1997. 178 с., 

16.Энциклопедия виноградарства- Молдавская Советская энциклопедия. 

Кишинев, Т-1-512с, 1986, Т-2, 504с, Т-3, 548с, 1987 

 

 



 

 

 



 

 

 





Поделитесь с Вашими друзьями:
1   ...   36   37   38   39   40   41   42   43   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə