Üzüm bitkisinin orqanları, onların morfologiyası,
anatomiyası və fiziologiyası.
Üzüm bitkisinin biolji xüsusiyyətləri və əlamətləri bir çox əsrlər ərzində xarici
mühit şəraitinin təsiri altında olmuşdur. Ona görə müxtəlif üzüm sortlarının ayrı-ayrı
orqanları: yarpaq, salxım, gilə forma və ölçü etibarı ilə müxtəlifdir. Üzüm bitkisini
öyrənmək üçün ən əvvəl onun orqanlarını, onların adını, kolda yerləşən yerini və
vəzifəsini bilmək lazımdır.
Hər bir üzüm bitkisində, toxumsuz üzümlərdən başqa onun varlığını davam etdirən
proseslər baş verir. Toxumsuz üzümlər vegetativ orqanlarla artır. Üzüm bitkisinin
varlığını və cinsin davam etdirilməsini təmin edən funksiyaların yerinə yetirilməsində
digər bitkilərdə olduğu kimi üzüm bitkisində də xüsusi orqanlar vardır. Yerinə
yetirdikləri işə görə orqanları iki qrupa bölmək olar: vegetativ və reproduktiv.
Kök, ştamb, zoğ və yarpaqlar vegetativ kolun həyatının qorunub davam
etdirilməsinə xidmət edir. Onlar suyu və mineral maddələri torpaqdan udub yarpağa
ötürür. Yarpaqda əmələ gələn karbohidratlar və digər qida maddələri əmələ gəlir. Bu
orqanlarda tənəffüs, maddələrin yerdəyişməsinə və böyümə gedir. Reproduktiv
orqanların inkişafında yabanı üzümün həyatını davam etdirən toxum və meyvələr əmələ
gəlir. Üzüm kolunun hər hansı orqanının mikroskopik təhlilinə görə onlar xırda
hüceyrələrdən ibarətdir.
Canlı bitkidə fiziki və kimyəvi çevrilmələr kompleksi hüceyrədə gedir. Orqanların
funksiyasından asılı olmayaraq hüceyrələr əsasən eyni quruluşludur. Fermentlərin
köməyi ilə nüvə kolun forma və xarakterini müəyyən edir. Nüvənin daxilində olan
hissəciklər valideynlərin əlamətlərini nəslə ötürür.
Sitoplazmanın tərkibinə plastidlər də daxildir. Yaşıl plastidlərdə - xloroplastlarda
fotosintez prosesi gedir. Bu prosesdə torpaqdan gələn su və karbon qazı günəş
enerjisinin köməyi ilə şəkər əmələ gətirir. Digər plastidlər- leykoplastlar nişasta
dənələrini, xromoplastlar isə meyvənin rəngini əmələ gətirir.
Protoplazmanın digər funksiyası maddələr mübadləsi prosesini idarə etməkdir.
Eyni quruluşlu hüceyrələr birlikdə xüsusi funksiya yerinə yetirir- toxumanı əmələ
gətirir. Üzüm bitkisinin toxumaları -yeni əmələ gətirmə, assimilyasiyaedici, ehtiyat
yığan, müdafiəçi, mexaniki və ötürücü toxumalardır.
Kök sistemi
Kolun yeraltı hissəsində olan köklərin toplusudur. Zoğlardan fərqli olaraq köklərdə
buğum və buğumaraları olmur. Bitkini su və mineral maddələrlə təchiz edən kök sistemi
fotosintezin məhsulları ilə birlikdə bitkilərin qidalanmasını ―onların böyüməsini‖
inkişafının əsasını təşkil edir. Kök sisteminin torpaqda yerləşmə xarakteri üzümün
becərilməsində bir çox aqrotexniki tədbirləri müəyyən edir. Becərilən üzümün kök
sistemi torpağın eninə və dərinliyinə işləyir. Əlverişli şəraitdə kök sistemi geniş yayılır.
Əsas kütləsi torpağın 0,6-1,5m dərinliyində yerləşir. Ancaq əlverişli mexaniki tərkibi,
yaxşı strukturlu və havalı torpaqda kök daha dərin qatlara işləyə bilir. Kökün 12 m
dərinliyə işləməsi barədə qeydə alınmış müşahidələr məlumdur. P.T.Bolqarevin
yazdığına görə kök 15-18m dərinliyə gedə bilir.
49
Toxumdan əmələ gələn əsas-mil kök üzüm bitkisinin uzun ömürlü olmasını təmin
edir. Müəyyən edilmişdir ki, vegetasiya dövründə kökün iki böyümə dalğası vardır -
birinci, iyulun ortalarına qədər, ikinci sentyabrda. Köklərin çox yayılan təbəqəsində
temperatur 17-21°C-ə çatanda- təqribən iyul ayının ikinci yarısında köklər maksimum
böyümə həddinə çatır. Böyümənin ikinci dalğası sentyabrda başlayır, torpaqda
temperatur müsbət 8°C-ə çatana (enənə) qədər davam edir. Böyümənin yaz dövrü payız
dövrünə nisbətən uzun müddətlidir.
Üzümün kök sisteminə təsir edən xarici amillərdən ən başlıcası temperaturdır.
Ripariya x Rupestris101-14 -də kök sisteminin fəaliyyəti +6°C-də başlayır və bu
göstərilən calaqaltı üçün bioloji sıfır hesab edilir. Kök fəaliyyətinin başlanğıcı 6-9°C
amplitudasında, zəif regenerasiya 9-13°C-də, fəal kök əmələ gəlmə 13-18°C, intensiv
böyümə 18-24°C və böyümənin ən yüksək surəti 24-36°C-də baş verir. Daha yüksək
teperaturda (36-45°C) köklərin böyüməsi zəifləyir 46°C-dən çox olduqda köklər
zədələnir və məhv olur.
Köklərin böyüməsi üçün optimal temperatura 28-32°C hesab edilir. Bu şəraitdə kök
sutkada 12mm böyüyə bilir.
Torpaqda kök sisteminin yayılmasına bir çox amillərin təsiri vardır: sort, torpağın
mexaniki tərkibi və becərilməsi, əkilmə dərinliyi, suvarma, ekspozisiya, yamaclardan
istifadənin öyrənilməsi və s.
Üzüm bitkisinin kök sistemi ilə yerüstü hissə arasında qarşılıqlı əlaqə vardır.Yarpaq
səthi üzvi maddələrlə yerüstü hissəni təmin etdiyi kimi kök sistemini də təmin edir.
Yeraltı hissə isə öz növbəsində yerüstü hissəni su və mineral maddələrlə təmin edir.
Müəyyən edilmişdir ki, yerüstü hissə nə qədər güclü olursa yeraltı hissə də bir o qədər
güclü böyüyər və inkişaf edər.
Müvafiq tədbirlərin tədbiqi ilə plantaj, əkin qatının dərinləşdirilməsi, kübrələmə və
s. ilə kök sistemini nizamlamaq mümkündür.Yerüstü hissələrin güclü boyüməsi kök
sisteminin güclü böyüməsini təmin edir. Yerüstü hissə ilə kök sisteminin nisbətinin
artırılması yarpaq səthinin artırılmasına, köklərin diametrinin və uzunluğunun
artırılmasına səbəb olur.
Tədqiqatlarla müəyyən olunmuşdur ki, zoğların ucunun qoparılması və cavan
kollarda yükün artırılması və başqa tədbirlərlə kök sisteminin böyüdülməsini
stimullaşdırmaq mümkündür.
K.Stoyevin tədqiqatlarına görə kök sistemi vegetasiya fazalarına və vegetasiya
dövrünə əhəmiyyətli dərəcədə təsir göstərir. Məlumdur ki, vegetasiya dövrü calanmış
tənəklərdə öz kökü üstündə olanlardan 8-10 gün tez başlayır. Tumurcuqların
açılmasında da bu fərqlər müşahidə edilir. Çiçəkləmə fazasından etibarən göstərilən
əlamətlər calaq tənəklərdə geriləməyə başlayır. Öz kökü üstündə olan tənəklərdə
yarpaqlar 6-13 gün tez tökülür. Beləliklə, nəticədə kök sisteminin təsiri ilə vegetasiya
müddəti calaq tənəklərdə vegetasiya dövrü 15-19 gün qısalır. Ən incə köklər kökcük
adlanır (sorucu köklər). Bunların əksəriyyəti çox qısa müddətdə fəaliyyətini dayandırır,
bəziləri isə cəmi 18 saat yaşayır. Vegetasiya dövrü boyunca yeni köklər əmələ
gəlməkdə davam edir. Ölməmiş kökcüklər inkişaf edib yan köklərə çevrilir. Orta
irilikdə olan kol on minlərlə kökcüklər əmələ gətirir.
Fəal böyümə vaxtında kökcüyün ucu sarımtıl rəngdə olur, kökcüyün uzunluğu çox
kiçik ölçüdə 25mm olur. Bu hissədə uducu zona, boy zonası, boy nöqtəsi və kök üsküyü
50
yerləşir. Kök üsküyü kökün yuxarı meristemini qoruyur. Bitkiyə daxil olan böyük
miqdarda su və mineral maddələrin sorulmasını öz üzərinə götürür. Bu hissədən sonra
kök mantar qatı ilə örtülü olur. Lazım olduqda bu hissə suyun bitkiyə daxil olmasını
ləngidir və yaxud tamamilə dayandırır. Kökcükdə uducu zonadan sonrakı hissənin su və
mineral maddələri sorma qabiliyyəti yoxdur.
Əksər bitkilərdə kökcüyün uducu hissəsi kök tükcükləri ilə əhatə olunmuşdur. Kök
tükcükləri epidermiş hüceyrəsinin çıxıntılarıdır.
Üzüm bitkisinin kök sisteminin gücünün öyrənilməsində bir çox metodikalar
mövcuddur. Tədqiqatçıların çoxu qazmaq və köklərin yuyulmasından istifadə etmişlər.
K.Stoyev qeyd edir ki, qəbul olunan metodikaların çoxu təkmil deyildir. Sorucu
köklərin yoğunluğunun öyrənilməsində də müəlliflərin fikir ayrılığı vardır. Ona görə də
üzüm bitkisində kök sisteminin öyrənilməsinə aid metodikalar dərinləşdirilməlidir.
Üzüm bitkisinin kök sisteminin gücünün öyrənilməsində şirə hərəkətindən istifadə
edilmişdir. Bu təcrübə ilə müəyyən edilmişdir ki, üzüm bitkisindən axan şirənin miqdarı
kök sisteminin gücünü göstərir. Kökün çəkisi ilə axan şirənin tam uyğunluğu olmur.
Müəlliflərin fikrincə ―ağlama‖ kök sisteminin fəaliyyəti haqqında təsəvvür yaradır. Kök
sisteminin gücü ilə axan şirənin miqdarına aid təcrübələrdə Rkasiteli və Saperavi
sortlarında yük və əkin sıxlığına aid təcrübə tənəklərində köklərin çəkisi və həcmi
müəyyən edilmişdir. Belə nəticəyə gəlinmişdir ki, kök sisteminin gücü ilə bitkinin
―ağlama‖sı arasında paralelizm vardır. Kökün əsas vəzifələri aşağıdakılardır:
1) su və mineral qida maddələrinin udulması;
2) ehtiyat qida maddələrinin toplanması:
3) bitkinin torpağa bərkidilməsi.
Bunlardan başqa torpaqdakı mineral maddələrin həll oluna bilməyən şəkildən həll
oluna bilən şəklə salınması,torpağın üzvi qalıqlarla zənginləşdirilməsi və udulan
maddələrin yüksək təzyiqlə yuxarı orqanlara ötürülməsi kimi məsələlər də kökün
vəzifələrinə daxildir.
Üzüm bitkisinin həm yerüstü, həm yeraltı hissəsində polyarlıq vardır. Kök
sistemində polyarlığı onda görmək olur ki, budaqlanma ən çox kökün ucunda baş verir.
Bu mənzərəni ən çox kökün ucunda baş verir və ən çox da köhnə kollarda görmək
mümkündür. Bu kollarda kökün çılpaqlaşması kökün əsasından müəyyən məsafədə
görünür. Polyarlığın təsiri altında yeraltı ştambın ancaq aşağı hissəsində nazik köklər
birbaşa ştambdan ayrılmış olur.
Polyarlıq kolun şaquli vəziyyətində üfüqi vəziyyətdə olduğundan daha çox özünü
göstərir.
Bir vaxtlar bizim respublikada da bağsalmada əkin materialı (ting və çubuq) çalada
maili əkilirdi.
Polyarlığa görə ilk vaxtlar köklər ən çox gövdənin maili tərəfindən əmələ gəlirdi.
Köklər böyüyüb şaxələndikcə yeni köklər şaquli yönəlir.
Əkin vaxtı çubuq və yaxud qələm buğumun altından (2-3 mm aşağı) kəsildikdə
kökvermə yaxşılaşır. Bu halda kök qütbü buğuma köçürülmüş olur. Basmalarda kök
qütbü olmadığından burada hər buğumunda saçaqlı köklər əmələ gəlir.
Müxtəlif növ və sortlarda kök sistemi köklərin uzunluğu və yoğunluğu, dərinliyi və
yayılma radiusu, budaqlanma qabiliyyəti və qidalandırıcı incə köklərin dəstə şəklində
çıxması ilə fərqlənir. Məsələn, V. Ripariada köklər V.Viniferadan nazik və uzundur.
51
Tək-tək güclü böyüyən sortlarda - Təbrizi, Kəberne -Sovinyon, Çauş daha yoğun və
uzun köklərə malikdir. Müxtəlif amerika calaqaltılarında əsas köklərin geotropizminin
öyrənilməsi üzrə aparılan təcrübələrdə müəyyən olmuşdur ki, Vitis cinsinin və onun
hibridlərinin özünə məxsus bucaqlı geotrpizmi vardır, məsələn: Ripariya Qluar de
Monpelye köklərini əsasən üfüqi istiqamətləndirir. Geotropizmi bucağı 80
0
olur.
Buradan belə nəticə çıxarmaq olur ki, yeni üzümlüklər salınarkən torpağın və
calaqaltının bütün xüsusiyyətləri nəzərə alınmalıdır. Torpaq var ki, orada köklər şaquli
yox, üfüqi istiqamətləndirilməlidir və yaxud tərsinə. Rupestris dyu Lo-da bu rəqəm 20°-
dir (təxminən şaquli).
Yadda saxlamaq lazımdır ki, köklərin geotropizminə uyğun olmayan torpaq tipinin
seçilməsi gələcəkdə üzüm bitkisinin böyüməsi və ömrü qeyri- müəyyən olur. Su
keçirmə qabiliyyəti pis olan torpaqlarda Ripariya Qluar de Monpelye tipli calaqaltılar
seçilməlidir. Kök sisteminin böyüməsinə və onun yayılma radiusuna kompleks xarici
şəraitinin böyük təsiri vardır. Torpağın həmcins olmayan mexaniki tərkibi, nəmliyin və
mineral qida maddələrin qeyri-bərabər paylanması, böyümənin əsas amillərinin
müxtəlifliyi və dəyişkənliyi üzümlükdə kolların bütün göstəricilərində müxtəliflik
yaradır.
Xarici amillərin kök sisteminə təsirinə üç tərəfdən baxmaq lazımdır:
1) ayrı-ayrı kölərin istiqaməti; 2) onların böyümə gücü; 3) kök sisteminin
budaqlanması.
Əlverişli mühit şəraitinin böyüməyə birtərəfli təsiri köklərin istiqamətini müəyyən
edir. Məsələn: torpağın bir hissəsində normal nəmlik olduqda köklər bu istiqamətə
yönəlir. Başqa bir misal, torpağın bir hissəsində normal miqdarda qida maddələri və
havalanma olduqda köklər həmin səmtə yönəlir. Bunlar müsbət tropizmlərdir. Kök
sisteminin böyüməsində mənfi tropizmlər də vardır. Mənfi tropizmlər iki səbəbdən baş
verir. Məsələn: nəmliyin normada artıqlığından və azlığından kök sistemi böyüyərkən
əks istiqamətə yönəlir. Bu misal qida maddələrinə də aiddir. Qida maddələri az olan
tərəfdən əks istiqamətə yönəlir. Qida maddələrinin çoxluğundan (onun yandırıcı
xususiyyətindən) köklər əks istiqamətə yönəlir.
Üzümlük torpağında qrunt suları yaxın olduqda köklər ya üfüqi istiqamətə və yaxud
torpağın səthinə istiqamətlənir. Bütün bunlar torpağa qulluq işlərinin nə dərəcədə elmli
və səriştəli olmasından xəbər verir.
Xarici şəraitin kökün böyümə gücünə təsiri vardır. Bir çox müəllifin yazdığına görə
bioloji sıfır adlandırılan müsbət 8°C təqribidir. Bu məsələ tam dəqiqliyi ilə
öyrənilməmişdir. Əlverişli şərait kökün budaqlanmasını təmin edir. Kifayət qədər nəmli
və məhsuldar torpaqda köklər daha çox budaqlı, nazik və qısa qidalandırıcı köklərlə
zəngin olur. Əksinə, quru və qida maddələrindən kasıb torpaqlarda köklərin
budaqlanması zəif,qidalandırıcı nazik köklər az olur. Bu şəraitdə, xüsusilə torpağın
qeyri məhsuldar qatlarında çılpaqlaşır və dərin qatlara gedir. Bu fikir onu göstərir ki,
qida tapana qədər kök öz axtarışlarını davam etdirir. Əksinə, nəmlik, qida, hava və
əlverişliliyi təmin edən digər amillər normal olduqda köklər dərinə getmir və çox
yayılmır. Xırda budaqlanmanın maksimum həddini torpağın əlverişli şərait olan qatında
müşahidə etmək olar. Ayrı-ayrı mineral qida maddələrinin artıqlığı və çatışmazlığı
kökün budaqlanmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Torpağın müxtəlif qatlarında
qidalandırıcı nazik köklərin yayılması öyrənilərək belə qənaətə gəlinmişdir ki, köklərin
52
uzunluğu və çəkisi eyni ola bilməz.
Kök sisteminin böyüməsinə və yayilmasına aqrotexniki tədbirlərin təsiri böyükdür.
Kəsilərkən kolda yarpaq səthi kəskin azaldığından yeraltı hissə ilə yerüstü hissə
arasında asılılıq pozulur. Nəticədə bir neçə uzun köklər lazımı miqdarda plastik
maddələr ala bilmədiyindən köklər budaqları ilə birlikdə məhv olur və yaxud onların
ucu və çox nazik budaqlar quruyur.
Dərin plantaj əsas köklərin daha dərinə getməsini təmin edir. Kök sisteminin
budaqlanmasına və dərinə getməsinə əkin materialı kimi istifadə edilən çubuğun
uzunluğunu, təsiri vardır. Gödək çubuqlarda kök sistemi ağac görkəmini alır.
Uzunçubuqlarda kök sistemi ağac formasından uzaqlaşır, buğumlarda dəstə şəklində
köklər əmələ gəlir və onların içərisində nazik köklər üstünlük təşkil edir.
Kolun ətrafında torpağın becərilməsi kökün böyüməsinə, yayılmasına və
budaqlanmasına təsir göstərir. Cərgə arasında torpaq dərin becərildikdə üzdəki köklərin
kəsilməsi digər köklərin dərinə getməsinə səbəb olur. Torpağın üzdən becərilməsi
həmin qatda nəmlik qorunub saxlandığına görə köklər dərinə getmir. Bundan başqa,
yaşlı tənəklərdə çılpaqlanmış uzun köklər plantaj kotanı ilə kəsilir. Bu kəsilmə kökün
həmin hissədə yeni budaqlanmanı təmin edir. Bu məsələyə görə üzümlüklərdə hər 5
ildən bir plantajın təzələnməsi aqrotədbir kimi həyata keçirilməlidir. Bu baxımdan səthi
köklərin də kəsilməsi əsas köklərin dərinə işləməsinə şərait yaradır.
Üzümlüklərin kübrələnməsi də köklərin, xüsusilə də qidalandırıcı köklərin
böyüməsinə şərait yaradır.
Üzüm kökünün su və mineral qida maddələrini sorma qabiliyyəti çox güclüdür.
Bunun sorma qabiliyyəti digər meyvə bitkilərindəkindən yüksəkdir. Kökün yüksək
təzyiqi (1,5 atm) alınmış su və qida maddələrinin daha yüksəklərə qaldırılmasını təmin
edir. Üzüm bitkisinin ilk yazda ―ağlama‖ sı da yüksək təzyiqin nəticəsidir. Belə güclü―
ağlama‖ təkcə üzüm bitkisinin kök sisteminin yaratdığı adsorbsiya zonası ilə deyil, kök
hüceyrələrinin güclü sorma qabiliyyəti ilə izah olunur.
Üzüm bitkisinin kökündə, xüsusilə onun yetişmiş hissəsində su oduncaqdan çoxdur.
Təzə köklərdə su 40- 60% olur. Əlbəttə suyun miqdarı kökün yaşından, onların
yoğunluğundan, torpağın nəmliyindən, mexaniki tərkibindən və sortdan asılı olaraq
dəyişir.
Vegetativ üsulla artırılan tənəyin kök sistemində yeraltı ştamb (yeraltı ştambın
davamı) və onun buğumlarından çıxan köklər müxtəlif adlar daşıyır. 10-15 sm torpaq
səthindən aşağıda yerləşənlər səthi yaxud şeh kökləri (şeh toplayan ) 20-30sm
dərinlikdə yerləşənlər yan köklə , kök dabanından (yeraltı ştambın qurtaracağı ) çıxan
köklə əsas köklər adlanır. Səthi köklər torpağın 10-15 sm dərinliyində yerləşir. Torpağın
bu qatındakı əlverişli şəraitdən (torpağın bu qatında istilik havalanma və nəmlik ) daha
yaxşı olur. Yaz-yay aylarında səhərlər torpağın səthinə düşən şehdən səthi köklər
istifadə edir və çox hallarda kolun suya olan tələbinin çox hissəsini ödəyir. Belə olan
halda, yəni kolun suya olan tələbinin çox qisminin ödənildiyi tərzdə yan köklər-xüsusilə
əsas köklər aşağılara gedib su axtarmaq fəaliyyətini zəiflədir. Bu əlverişli şəraitdən
istifadə edən səthi köklər güclü böyüyür. Qəflətən baş vermiş yay quraqlığında və qış
şaxtalarında səthi köklər məhv olur. Bu hadisə üzüm bitkisinə zərbə endirir. Belə ki,
müvəqqəti əlverişli şəraitdən istifadə edən şeh kökləri sıradan çıxdıqda funksiyasını
tədricən zəiflədən köklər tezliklə özünə gələ bilmir. Belə tənəklərin kök sistemini bərpa
53
etmək üçün yerüstü hissələri xeyli azaltmaq lazım gəlir.
Göstərilən xoşa gəlməz hadisə baş verməsin deyə üzümçülər çox qədimdən hər il və
yaxud iki ildən bir səthi köklərin kəsilməsini aqrotexniki tədbirlərə daxil etmişlər.
Yan köklər yeraltı ştambın orta buğumlarında çıxır, səthi köklərə nisbətən güclü,
əsas köklərdən zəif olur. Bunlar sayca da əsas köklərdən çox olur. Torpaq becərmə işləri
əsasən yan köklər yerləşən qatda aparılır və bitkiyə verilən qidanın da çox hissəsi bu
köklərin hesabınadır.
Əsas, yaxud daban kökləri yearltı ştambın dabanından ayrılır və yuxarıda göstərilən
köklərin hər ikisindən güclüdür. Bu köklər miqdarca az, çox dərinliyə gedən və geniş
radiusludur. Bu köklərin bir qismi kolun özü qədər yaşayır. Üzümlükdə kolların
çoxunda bu köklər müəyyən vaxt keçdikdən sonra təzələnir (plantaj təzələndikdə və
yaxud başqa səbəblərdən). Kolun yaşı artdıqca əsas köklərin miqdar azalır və onlarda
çoxdərəcəli budaqlanmalar gedir.
Kök sisteminin inkiĢafının əsas qanunauyğunluqları.
Üzüm bitkisinin həyatında kök sisteminin əhəmiyyətinin izahından aydın olur ki,
onun həyat tərzi haqqında hansı səviyyədə bilik tələb olunur. Torpaq şəraitində baş
verən hər hansı dəyişkənlik kök sisteminə, nəticə etibarı ilə isə bitkinin qidalanmasına
zərərli təsiri böyükdür. Bitkinin böyüməsinə və məhsul verməsinə yönəldilən
aqrotexniki tədbirlərin çoxu birbaşa kök sisteminə qulluq kimi qəbul edilməlidir. Üzüm
bitkisinin kök sistemi yazda havanın temperaturu müsbət 10-12°C olduqda fəaliyyətə
başlayır. Bu norma üzümün növ və sortlarının hamısı üçün norma hesab edilə bilməz.
Köklərin böyüməyə başlamasından 4-5 gün keçmiş yan köklər inkişaf etməyə
başlayır. Hər bir kökün qurtaracağında yeni kök tükcükləri əmələ gəlir ki, onların
miqdarı əsasən torpağın nəmliyindən asılıdır. Nəmlik artdıqca kök tükcükləri azalır,
quru torpaqda isə artır. Hər bir kökcüyün qurtaracağında tükcük olan məsafə 1-1,5sm
məsafə tutur. Kök qurtaracağı uzandıqca kök tükcüklərinin yeri dəyişir, yeni kökün ucu
irəlilədikcə yeni hissədə yeni tükcüklər əmələ gəlir, köhnə isə ölür.
Köklərin böyüməsi xüsusilə çiçəkləməyə qədər (kökün böyüməsinin birinci
dalğası), bir də gilənin yetişməyə başlamasından yarpağın tökülməsinə qədər (kökün
böyüməsinin ikinci dalğası ) güclü olur. Yarpaq töküldükdən sonra əgər temperatur
10°C-dən aşağı düşmürsə köklər qışda da öyüməkdə davam edir. Torpağın temperaturu
8°C-ə düşdükdə kök tükcükləri, ondanda aşağı düşdükdə xırda kökcüklərin ucundakı ağ
hissə də ölür.
Üzüm bitkisinin kök sistemi son dərəcə plastikdir, mühit şəraitinə o asanlıqla
uyğunlaşır. Köklərin torpaqda yayılmasının və inkişafının xarakterini müəyyən edən
amillər əsasən aşağıdakılardır: torpağın nəmliyi, fiziki xüsusiyyətləri, kimyəvi tərkibi,
oksigenin və mikroorqanizmlərin olması .
Torpaqda temperatur yüksəldikcə köklər güclü böyüyür və oksigenə təlabat artır.
Quraqlıq şəraitində kök sistemi daha dərinə gedir və yayılması geniş radiuslu olur. Bu
vəziyyətdə skelet kökləri gücləni ancaq onun budaqlanması zəifləyir. Normal nəmli və
qidalı torpaqlarda kök sisteminin skelet hissəsinin inkişafı zəifləyir, ancaq budaqlanma
və kök ucluqları artır.
Kök sisteminin ümumi gücünə təkcə torpaq şəraiti yox, sortların bioloji
54
xüsusiyyətləri də təsir göstərir. Müəyyən edilmişdir ki, inkişafının üçüncü ilindəki
köklərin miqdar təqribən onun sonrakı illərindəki köklərinə bərabər olur.
Növ və sortların əlverişsiz mühit şəraitinə davamlılığı onların kök sisteminin
xüsusiyyətləri ilə şərtləndirilir.
Hər hansı bir çox qiymətli üzüm sortunun çoxaldılması lazım gəldikdə və onun
bütün lazımı keyfiyyətləri (xloroza davamlılıq, şaxtaya davamlılıq və duza davamlılıq )
olmadıqda onları müvafiq calaqaltına calamaq lazımdır.
Ona görə də üzümlük üçün sahə seçdikdə göstərilən xüsusiyyətlər nəzərə
alınmalıdır. Yadda saxlamaq lazımdır ki, torpaq seçimində buraxılan səhvlər nəinki
böyümə və məhsuldarlığa ziyandır, həm də üzümlüyün məhv olması ilə nəticələnə bilər.
Поделитесь с Вашими друзьями: |