Prof. ġərifov Famil Həsən


Üzüm bitkisinin quruluĢu və onun həyatı



Yüklə 3 Mb.
Pdf просмотр
səhifə6/44
tarix27.06.2017
ölçüsü3 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   44

Üzüm bitkisinin quruluĢu və onun həyatı. 

 

Üzüm  bitkisinin  xarakterik  əlamətlərindən  biri  onun  gövdəsinin  uzun  və  nazik 



olmasıdır.  Gövdənin  torpaq  səthindən  birinci  budaqlanmaya  qədər  olan  hissəsi  ştamb 

adlanır.  Bəzi  formalarda  ikinci  və  üçüncü  budaqlanmalara  qədər  ştamb  davam  edir 

(məs.  şaquli  və  maili  kordonlar).  Torpaq  səthindən  axırıncı  budaqlanmaya  qədər  olan 

hissə  gövdə  adlanır.  Yabanı  üzümlərdə  gövdə  nazik,  uzun  və  yığcam  olur.  Kəsmə 

vasitəsi ilə gövdə müxtəlif vəziyyətə salınır, bəzən heç olmur. Bütün bu müxtəliflik çox 

şərtdən  asılıdır:  becərmə  sistemləri,  becərmə  şəraiti,  sortun  böyümə  xüsusiyyətləri, 

temperatur və s. 

Cərgədə  bitki  arası  məsafənin  becərilməsinin  mexanikləşdirilməsi  məsələsində 

bəzən ştambın iki ədəd götürmək lazım gəlir. Ştambın torpaq səviyyəsindən hündürlüyü 

çox  diqqət  çəkən  məsələdir.  Bütün  bunlar  ―üzüm  bitkisinin  kəsilməsi  və 

formalaşdırılması‖ bəhsində izah ediləcəkdir. 

 Ştamb aşağıdakı vəzifələri yerinə yetirir: 

1) məhsul verən hissəni torpaqdan müəyyən məsafədə saxlayır. 

2) torpaqdan udulmuş su və mineral maddələri yerüstü hissəyə ötürür. 

3) yerüstü hissədə hazırlanmış üzvi maddələri yeraltı hissəyə ötürür. 

Ümumiyyətlə,  mədəni  üzümçülükdə  kolun  ştambı  və  forması  məsələsi  kəsmə  ilə 

həll olunur. Ştambdan yuxarıda birinci budaqlanmada ayrılan hissə çoxillik qol adlanır. 

Çoxillik qol müxtəlif hallarda bir və yaxud iki ola bilər. Çoxillik qolun özü uzun qısa, 

güclü - zəif ola bilər. Ştamb və qol üzüm kolunda ikinci qida ambarı adlandırılır. Birinci 

qida  ambarı  kök  sistemidir.  Çoxillik  qollara  da  münasibət  müxtəlifdir  və  bir  çox 

şərtlərdən asılıdır. 

Üzümçülük  üzrə  ədəbiyyatın  çoxunda  çoxillik  qollar  ―daimi  qollar  ‖  adlandırılır. 

Kolun özü daimi  deyil,  çoxillik qol  haradan daima ola bilər. Kolun həyatında çoxillik 

qol 1-2 dəfə dəyişə bilər. 

Üzümçülük üzrə mövcud ədəbiyyatda üzüm bitkisinin orqanlarından bəhs edərkən ― 

başcıq  ‖  adında  bir  orqanın  da  adı  çəkilir.  Ancaq  hansı  halda  və  şəraitdə  bu  orqan  öz 

yerini  tapır,  bu  barədə  məlumat  yoxdur.  Qışda  üzümlükləri  basdırılan  şəraitdə  ştamb 

torpaq səthinə yaxın (qısa ) kəsilirsə, çoxillik qollar da qısa kəsilir. Vaxt keçdikcə ştamb 

və çoxillik qolların birləşdiyi hissə böyüyür, şişir və ― başçığa‖ çevrilir. Bu vəziyyətdə 

kolun  kəsilməsinə,  formasına,  orqanlara,  yük  məsələsinə  münasibət  dəyişir.  Başcıq 

formalı kollar tez qocalır. 


 

55 


Çoxillik  qollar  üzərində  çoxillik  qısa  qollar  olur  ki,  bar  manqası  onların  üstündə 

oturur.  Əksər  ədəbiyyatda  ―  buynuzcuq‖  adında  orqanın  da  adı  çəkilir.  Əslində  bar 

barmağı ilə əvəzedici çilik (bar barmağı qısa kəsiləndə) bir yerdə malın qoşa buynuzunu 

xatırladır. Kolun formalaşdırılmasının ilk vaxtlarında bar manqası həqiqətən çoxillik qol 

üzərində  oturur,  ancaq  vaxt  keçdikcə  bar  manqasının  oturduğu  qısa  hissə  uzanır  və 

ayrıca orqana çevrilir. Bu orqanı biz qısa çoxillik qol adlandırırıq. Məsələn; 10-15 illik 

kolda  qısa  qol  adlandırdığımız  hissə  25-30  sm  uzanmış  olur,  bar  manqası  isə  bunun 

üstündə oturur. Onda  25-30smlik hissə adsız qalır və mövcud  ədəbiyyatın heç birində 

bu  məsələnin  şərhinə  yer  verilmir.  İlk  dəfə  bu  orqanın  adını  bizim  1988-ci  ildə  dərc 

etdirdiyimiz ―Üzümçülük ‖ kitabında çəkmişik. 

Tumurcuqdan  çıxan  və  üzərində  yarpaq  olan  orqan  yaşıl  zoğ,  onlar  yetişdikdə  və 

yarpağını tökdükdə birillik zoğ adlanır. Bunların ikisi də gövdə quruluşuna malikdir. 

Tənək  zoğunun  buğumları  və  buğumaraları  vardır.  Buğumaralarınln  orqanı  olmur. 

Üzüm bitkisində zoğ toxmacardan və yaşlı tənəkdə isə müxtəlif adda olan tumurcuqdan 

çıxır. Toxmacarda olan zoğ başlanğıcını toxumun rüşeymindən alır və filqə yarpaqları 

arasından qalxmağa başlayır. Üzüm bitkisindəki yaşıl zoğlar muxtəlif mənşəlidir, yəni 

onların əmələ gəldiyi tumurcuğun özü müxtəlif bioloji xüsusiyyətli və adda olur: Əsas 

zoğ  qışlayan  gözcükdəki  əsas  tumurcuqda  (mərkəzi  tumurcuqdan),  əlavə  zoğ  qışlayan 

gözcükdəki  bir  neçə  əvəzedici  tumurcuğun  birində  (şərait  yarandıqca  onlar  bir  –bir 

oyanır), haramı adlandırılan zoğ kolun çoxillik hissələrindəki yatmış tumurcuqdan, bic 

zoğu  yarpaq  qoltuğunda  qışlayan  gözcüklə  bir  sırada  (onun  yanında  )  ancaq  4-5  gün 

ondan  gec  əmələ  gələn  bic  tumurcuğundan  əmələ  gəlir.  Bunlardan  başqa  üzüm 

bitkisində adı  tez- tez çəkilən sulu  zoğ da vardır. Göstərilən dörd adda zoğun hər biri 

özlüyündə sulu zoğa çevrilə bilər, deməli sulu zoğ xüsusi adda olan tumurcuqdan əmələ 

gəlmir.  Torpaq  normal  nəmlikdə  olduqda,  qida  maddələri  ilə  tam  təmin  olduqda  və 

kolun  yükü  (zoğ  və  salxım  )  çox  az  olduqda  məlum  zoğlar  sulu  zoğlara  çevrilir.  İlk 

növbədə  haramı  və  əsaszoğlar  sulu  zoğlara  çevrilir.  Sulu  zoğlarda  salxım  başlanğıcı 

olan tumurcuqlar bir qədər gec, yəni 3-4-cü buğumdan yox, 6-7-ci buğumdan başlayır. 

Kolda  sulu  zoğların  olması  yaxşı  əlamət  kimi  qiymətləndirilmir,  yəni  adi  zoğlara 

nisbətən,  eyni  uzunluqda  olan  bar  barmağından  məhsulu  az  olur.  Ancaq  sulu  zoğların 

biologiyasına və onların bar vermə potensialına diqqət yetirdikdə görünür ki, b heç də 

belə deyildir. Əksinə sulu zoğlarda daha çox məhsul potensialı vardır. 

Üzümçülük  üzrə  mövcud  ədəbiyyatda  sulu  zoğların  məhsuldarlığının  artırılması 

barədə  heç  bir  məlumat  yoxdur.  Öz  tədqiqatlarımızda  bu  məsələnin  müsbət  həlli 

yollarını aşkar etmişik. 

Hər bir zoğun özünə məxsus bioloji xüsusiyyətləri, o cümlədən böyümə tərzi vardır. 

Şərq  ekoloji-coğrafi  qrupa  mənsub  olan  üzüm  sortlarının  çox  qismində  haramı 

zoğlar  məhsulsuz  olur.  Bu  sortların  içərisində  istisnalıq  təşkil  edənləri  də  vardır.  Bu 

baxımdan  Bayanşirə  sortunun  haramı  zoğları  məhsuldardır.  Ancaq  Təbrizi,  Ağadayı, 

Tayfilər, Parkent,  Nimrəng və s. Sortlarda haramı zoğlar məhsulsuzdur.  Göstərilən bu 

sortlarda  əsas  zoğda  ikidən  artır  salxım  olmur.  Ancaq,  Qərbi  Avropa  sortlarından 

pinolarda, Kabernedə, Kaberbe-Sovinionda, Alikant, Petit Verdo, Sira və s. Sortlarda və 

şərq  üzümlərindən  Bayanşirədə  becərildiyi  mühit  şəraitindən  və  tədbiq  edilən 

aqrotexnikanın  səviyyəsindən  asılı  olaraq  bir  zoğda  4-5-ə  qədər  salxım  olur.  Ancaq 

Vitis Labruska mənşəli sortlarda (İzabella, Lidiya, Noa, Kuderk, Zeybellər) salxımların 


 

56 


sayı 7-ə qədərdir. Adi becərmə texnologiyasında bu sortlarda bir zoğda 2-3 salxım var. 

Üzüm  bitkisində  zoğlarda  budaqlanma  müxtəlif  xarakterlidir.  Şərq  ekoloji-coğrafi 

qrupa mənsub olan sortların çoxunda simpodial budaqlanma 5-6 –cı buğumdan, Qərbi 

Avropa  üzümlərində  3-4  –cü  buğumdan,  Qara  dəniz  hövzəsi  ətrafı  üzümlərdə  4-5–ci 

buğumdan başlayır. 

Üzüm  bitkisinin  zoğlarında  budaqlanma  monopodial  və  simpodialdır.  Monopodial 

budaqlanmada  yarpağın  qarşı  tərəfində  meyvə  orqanı  olmur.  Bir  zoğda  həm 

monopodial,  həmdə  simpodial  budaqlanma  vardır  və  bunlar  zoğ  boyu  bir 

qanunauyğunluqla  davam  edir.  Zoğda  simpodiallıq  neçənci  buğumdan  başlamasından 

asılı  olmayaraq  iki  simpodial,  bir  monopodial  düzülüşü  ilə  davam  edir.  Bu 

qanunauyğunluq  ekoloji-coğrafi  qrupların  hamısına  aiddir.  Ancaq  şimali  Amerika 

üzümlərində bu qayda pozulur. Vitis Labruska növünün özündə və təbii törəmələrində 

zoğda hər 3,4,5 və 6 fasıləsiz gələn simpodiallıqdan sonra bir monopodial budaqlanma 

gəlir. Zoğun ucuna doğru budaqlanma qanunauyğunluğu pozula-pozula davam edir. 

İki  simpodialdan  yuxarıdakı  bığcıqdırsa  ondan  sonra  həmin  zoğda  salxım 

gözlənilmir.  Zoğun  əsasında  birinci  iki  bığcıqlı  buğumdan  sonra  da  salxım  olmur. 

Bunları bilmək ona görə lazımdır ki, yaşıl əməliyyat zamanı kolda saxlanan və kəsilib 

atılan  hissəyə  qəti  münasibət  göstərilə  bilsin.  Üzüm  bitkisinə  məxsus  iki  cür 

budaqlanma  -monopodial  və  simpodial  budaqlanma  haqqında  müəyyən  bilgi  verdik. 

Ancaq  üçüncü  növ  budaqlanma  üzrə  üzləşdiyimiz  bir  məsələ  haqqında  da  məlumat 

verməyi  lazım  bilirik.  Bu  növ  budaqlanma  dixotomik  budaqlanmadır  və  meşə 

bitkilərinə  və  tək-tək  meyvə  cinslərində  rast  gəlinir.  20  il  öncə  seleksiya  yolu  ilə 

aldığımız  Nail  adında  üzüm  sortunda  zoğların  60-70  %  -də  dixotomik  budaqlanma 

müşahidə  edilmişdir.  Eynilə  belə  yox,  ancaq  fassasiya  (anamoliya)  nəticəsində  çox  az 

hallarda  haçalanmış  zoğlara  rast  gəlinir.  Bu  barədə  üzümçülük  üzrə  mövcud 

ədəbiyyatda  məlumat  vardır.  Ancaq  Nail  sortunda  budaqlanma  tamamilə  başqa 

xarakterlidir. İkinci və yaxud üçüncü buğumda zoğ haçalanır və haçalanmış hər bir zoğ 

özünü  müstəqil zoğ  kimi  aparır,  belə  ki,  hər  bir  zoğda  2-3  salxım  olur. Elə  buğumlar 

olur ki, onda 8-9 ədəd orqan vardır. Dünyada mövcud üzüm sortlarının hamısı haqqında 

müfəssəl məlumatımız olmasa da bizə bəllidir ki, belə xarakterli üzüm sortları yoxdur. 

Salxımın  sayı  dünyada  ən  məhsuldar  sortlardan  biri  hesab  edilən  Bayanşirə  sortundan 

çoxdur.  Sorta  aid  problem  odur  ki,  salxım  hamısı  kolda  saxlandıqda  onlar  yaxşı 

yetişmir. Bu cür budaqlanmanın mexanizmini aça bilən tədqiqat işlərinin aparılmasına 

ehtiyac vardır. 

Haramı zoğlar kolun çoxillik hissələrindəki yatmış tumurcuqdan çıxır. Zoğun adı nə 

qədər xoş səslənməsə də xalq tərəfindən qəbul olunmuş sözdür. Yəqin ki, gələcəkdə bu 

ad daha bir uyar adla əvəz edilər. Haramı sözü yaxşı mənada işlənən söz deyil, ancaq 

müəyyən  mənada  doğruluğa  yaxınlığı  vardır.  İlk  yazda  kolun  yeraltı  və  yerüstü 

ştambından,  eləcə  də  digər  çoxillik  hissələrindən  çoxlu  haramı  zoğları  çıxır,  bunların 

çox  cuzi  hissəsi  müxtəlif  məqsədlər  üçün  seyrəkliyin  aradan  qaldırılmasında,  kolun 

bərpa edilməsində, cavanlaşdırılmasında, kola forma verilməsində, çox məhsul olduqda 

yarpaq səthinin nizamlanmasında və s. istifadə edilir. Bu məqsədlər üçün lazım olmayan 

zoğlar kəsilib  atılmadıqda onlar kolu  zəiflədir. Belə məna çıxır ki,  lazımsız zoğ kolda 

saxlandıqda onların aldığı qida haram kimi qəbul edilir, başqa sözlə desək onların aldığı 

qida havayı mənimsənilmiş olur. Bəzi müəlliflər bu zoğu yay zoğu adlandırır və bu adda 


 

57 


heç bir uyarlıq yoxdur. 

Üzüm  bitkisi  qocalıqda  haramı  zoğ  əmələ  gətirmə  qabiliyyəti  azalır.  Bunu  iki 

səbəblə izah etmək olar: 

1) kolun yaşı artdıqca yatmış tumurcuqların miqdarı azalır. 

2) qalan az miqdarda yatmış tumurcuqların oyadılmasına kolun enerjisi çatmır. 

Üzüm  kolunun  yeraltı  ştambından  çıxan  zoğlar  ən  nüfüzlu  müəlliflər  tərəfindən 

səhvən  pöhrə  adlandırılır.  Bu  yanlış  fikirdir,  çünki  üzüm  bitkisinin  kök  sistemində 

yatmış tumurcuq olmur. Bir çox meyvə cinslərinin köklərində kök tumurcuğu olduğuna 

görə  gövdədən  5-10  metr  aralıda  kök  pöhrələri  olur.  Üzüm  bitkisində  isə  ştambın  ( 

gövdənin  )  dibindən  çıxan  zoğ  pöhrə  yox,  haramı  zoğdur  və  bunun  mənşəi  yeraltı 

ştambdakı yatmış tumurcuqdur. Bu zoğlardan üzüm bitkisinin həyatında bir çox xeyirli 

məqsədlər  üçün  istifadə  olunur.  Bu  məsələni  ilk  dəfə  biz  1988-ci  ildə  çapdan  çıxmış 

üzümçülük dərsliyində qaldırmışıq. 

Üzümçülükdə  seyrəkliyin  aradan  qaldırılmasında  və  üzüm  kolunun  bərpa 

edilməsində  yeraltı  ştambdan  çıxan  haramı  zoğlardan  istifadə  olunur.  Bu  zoğların 

enerjisi də digər zoğlardan üstündür. Çoxillik təcrübələrimizdə müəyyən etmişik ki, bu 

zoğların  çox  yüksək  enerjisindən  istifadə  etməklə  ən  mürəkkəb  formalı  kolun  itmiş 

yerüstü hissəsini tezliklə bərpa etmək mümkündür. Bu iş üçün üzümçüdə yüksək nəzəri 

bilik və səriştə lazımdır. 

Bizim Bayanşirə sortunda və bir çox Qərbi Avropa sortlarında bu zoğlar barlı olur. 

Əsas,  əlavə  və  haramı  zoğlardan  budaqlanmalar  olur  və  onlar  cari  vegetasiya 

dövründə  yarpaq  qoltuğunda  qışlayan  gözcüklə  bir  sırada  formalaşan  bic 

tumurcuğundan  əmələ  gəlir.  Buna  görə  də  bu  zoğa  belə  ad  veririk.  Cari  ildə  yarpaq 

qoltuğundan çıxan zoğ bic zoğu adlanır. 

Üzümçülükdə bic zoğların qoparılması aqrotədbir kimi qəbul edilir. Bir vegetasiya 

dövründə biclər məhsul verən üzümlüklərdə 2-3, fillokseraya davamlı calaqaltılarda 5-6 

dəfə vurulur. 

Bic  zoğu  ilə  əsas  zoğu  bir-birindən  fərqləndirən  əlamətlər  və  xüsusiyyətlər  vardır. 

Yarpaq  qoltuğunda  qışlayan  gözcük  girdə  uzundursa  bic  tumurcuğu  uzundur.  Əsas 

zoğda simpodiallıq gec başlayır (3-5 –ci buğumlar), həm də bucaq tumurcuğu olur, bic 

zoğunda  bucaq  tumurcuğu  olmur,  simpodiallıq  isə  bir  qayda  olaraq  2-ci  buğumdan 

başlayır. Bic zoğundakı qışlayan gözcükdən çıxan zoğun bütün əlamət və xüsusiyyətləri 

əsas  zoğdan  çıxan  əlamət  və  xüsusiyyətləri  ilə  eynidir.  Bic  zoğların  əsas  bioloji 

xüsusiyyətlərindən  onun  tumurcuğunun  istirahət  etməməsi,  yarpağının  nisbətən  xırda 

olması,  fotosintetik  fəaliyyətinin  əsas  zoğ  yarpağından  5-6  dəfə  artıq  olması,  soyuğa 

nisbətən davamlı olması və məhsul vermə qabiliyyətinin olmasıdır. Çox güclü kolu və 

yüksək bic əmələ gətirmə qabiliyyəti olan sortlarda 7-ci  dərəcəyə qədər (budaqlanma) 

bic  zoğu  verən  sortlarda  elə  6-7  ci  məhsuluda  görmək  olur.  Ancaq  2-ci  məhsulun 

yetişməsi  adi  hal,  az  hallarda  3-cü  məhsulun  da  yetişməsini  müşahidə  etmək 

mümkündür. Hər iki halda məhsulun  yetişdirilməsi istiqamətli  becərmənin  nəticəsində 

mümkün ola bilər. 

Bic zoğu və onun məhsulunu əmələ gətirmək qabiliyyətinə görə üzüm sortları bir-

birindən çox fərqlidir. Təbrizi, Rkasiteli , Nail, Mədrəsə və Çaus sortlarının bic əmələ 

gətirmə  qabiliyyəti  zəif,  Şamaxı  Mərəndisi,  Saperavi,  Bayanşirə,  Tavkveri,  Ağ  şanı 

sortları  güclüdür.  Fillokseraya  davamlı  calaqaltıların,  xüsusilə  Montikolada  (Rupestris 


 

58 


dyu  Lo)daha  güclüdür.  Montikolada  hər  bir  yarpağın  qoltuğundan  bic  zoğu  çıxır  və 

bicvurma əməliyyatında onun 6 dəfə vurulması normalaşdırılır. 

Deyilənlərə istinadən demək olmaz ki,  bic zoğu  üzüm  bitkisində parazit xarakterli 

orqandır. Onlar üzüm bitkisinin həyatında mühüm əhəmiyyətə malikdir. 

Üzüm  bitkisində  ―  artıq  zoğ  ‖  termini  də  işlənir.  Artıq  zoğ  kola  lazım  olmayan 

zoğdur və göstərilən növ zoğların hər biri lazımsız zoğa çevrilə bilir. Kolun gücündən 

üzərindəki  məhsulun  miqdarından,  eləcə  də  kola  verilən  formadan  asılı  olaraq  haramı 

zoğ  ,  əsas  və  əlavə  zoğlar,  bic  zoğların  bir  qismi  saxlana  və  qoparılıb  atıla  bilər.  Bu 

məsələ  yüksək diqqət çəkən olduğundan üzümçü bu işi məsuliyyətlə  yerinə  yetirməyə 

çalışır.  

Üzüm  bitkisinin  itmiş  yerüstü  hissəsinin  bərpasında  və  kola  sürətli  forma 

verilməsində bic zoğlarından istifadə olunur. 

Zoğda və tənəkdə çiçək topasının miqdarına görə bar əmsalı müəyyən edilir.Üç cür 

bar əmsalını fərqləndirmək lazımdır: 1) gözcüyün bar əmsalı, bu eyni zamanda kolun və 

yaxud sortun bar əmsalıdır. 2) yaşıl zoğun bar əmsalı. 3) barlı zoğun bar əmsalı  

Koldakı ümumi çiçək qrupunun (salxım) gözcüyə nisbəti gözcüyün və yaxud sortun 

bar əmsalıdır. Ümumi çiçək qrupunun ümumi yaşıl zoğa nisbəti yaşıl zoğun bar əmsalı, 

ümumi çiçək qrupunun barlı zoğa nisbəti barlı zoğun bar əmsalıdır. Bar əmsalının ölçü 

vahidi ədədlə ifadə olunur. Bunları konkret misalla da izah etmək olar. Tutaq ki, kolda 

gözcüyün miqdarı 80 ədəd, yaşıl zoğ 72 ədəd, barlı zoğun çiçək qrupu 80 ədəddir. Çiçək 

topası ayrı-ayrılıqda həmin rəqəmlərə bölünür. Nəticədə gözcüyün bar əmsalı 1,0, yaşıl 

zoğun bar əmsalı 1,1-ə, barlı zoğun bar əmsalı isə 1,4-ə bərabərdir. Bu rəqəmlər orta və 

yuxarı göstəricilərdir. Aşağı göstəricilər 0,2-0,3,yuxarı göstəricilər 1,6-1,7 ola bilər. Bu 

göstəricilər birinci növbədə sortun bioloji xüsusiyyətlərindən, torpaq-iqlim şəraitindən, 

qida ilə təmin olunma dərəcəsindən və aqrotexnikanın səviyyəsindən asılıdır. Elə sortlar 

var  ki,  salxımın  azlığı  onların  bioloji  xüsusiyyətləri  ilə  əlaqədardır.  Aqrotexniki 

tədbirlərin səviyyəsini qaldırmaqla onların bar əmsalını çox cuzi artırmaq mümkündür. 

Ümumiyyətlə  bar  əmsalı  ekoloji-coğrafi  qruplardan  da  asılıdır.  Bar  əmsalı  Qərbi 

Avropa  üzümlərində  çox,  Qara  dəniz  hövzəsi  ətrafı  üzmlərdə  orta,  Şərq  üzümlərində 

azdır. 


Bar  əmsalı  üzrə  çoxillik  müşahidələrimizdə  başqa  mənzərənin  də  şahidi  olmuşuq. 

Bayanşirə  və  Nail  (şərq  ekoloji-coğrafi  qrupu),  Rkasiteli  (Qara  dəniz  hövzəsi  ətrafı), 

Alikant, Şardone və Pino qrupu (Qərbi Avropa ekoloji-coğrafi qrupu) sortlarının cavan 

kollarında  gözcüyün  bar  əmsalı  2-2,5-ə  çatmışdır.  Belə  məlumat  heç  bir  ədəbiyyatda 

yoxdur.  Bir  qayda  olaraq  üzüm  kolu  yaşlandıqca  onda  çiçək  qruplarının  (salxımın) 

miqdarı  azalır.Görünür  mövcud  ədəbiyyatda  göstərilən  bar  əmsalları  yaşlı  tənəklərdə 

aparılan  müşahidələrin  nəticəsidir.  Barlı  zoğların  miqdarı  bir  göstərici  kimi  üzüm 

bitkisinin  vacib  bioloji  göstəricilərin  -dəndir.  Ekoloji-coğrafi  qruplardan  üzüm 

sortlarından və kolun becərildiyi şəraitdən asılı olaraq kolda barlı zoğların miqdarı 20-

25%-dən  70-80  %-  ə  qədər  olması  haqqında  mövcud  ədəbiyyatda  olan  məlumatlar  o 

qədər  də  həqiqətə  uyğun  deyildir.  Ədəbiyyatın  verdiyi  məlumata  görə  barlı  zoğların 

miqdarı Qərbi Avropa üzümlərindən çox (30- 40%-yuxarı ), Qara dəniz hövzəsi və Qara 

dəniz ətrafı üzümlərdə orta miqdarda (25-30 %), şərq üzümlərində azdır (15-20%). Bu 

baxımdan yeni üzümlüklər üçün sortlar seçildikdə bunlar nəzərə alınmalıdır. 

Üzüm  bitkisinin  məhsuldarlıq  göstəriciləri  haqqında  ədəbiyyatda  müfəssəl 


 

59 


məlumatlar  vardır  və  onlar  aşağıdakılardır:  Üzüm  bitkisində  ümumi  zoğun  miqdarı, 

barlı zoğun miqdarı, salxım miqdarı və salxım çəkisi. Məhsuldarlıq üçün bu göstəricilər 

vacib  şərtdir.  Tayfi  sortunda  respublikamız  şəraitində  barlı  zoğların  miqdarı  15-20%, 

ancaq  Bayanşirə,  Rkasiteli,  Nail,  Pino  qrupunda,  Alikant  və  başqalarında  80-100% 

arasındadır.  Heç  bir  ədəbiyyatda  kolda  barlı  zoğların  miqdarının  80-100  %  olması 

göstərilmir.  Söz  yox  ki,  bu  qədər  məhsulu  yetişdirmək  üzüm  kollarının  enerjisindən 

kənardadır və barlı-barsız zoğlarının nisbətinin nizamlanmasında bu məsələ həll edilir. 

Zoğun böyüməsi hələ XIX əsrin axırlarında bir çox müəlliflər tərəfindən öyrənilmiş 

və  zoğun  böyümə  mexanizminə  aid  bir  çox  məsələlər  həll  edilmişdir.  Çoxsaylı 

ədəbiyyatda bu məsələlər barəsində ətraflı məlumatlar vardır. 

Məlumdur ki, zoğun uzanması 2-ci və 3-cü buğumaralarının əsasındakı hüceyrələrin 

dartılması  hesabına  gedir.  Embrional  böyümə  zoğun  ucundakı  yuxarı  meristem 

hüceyrələrinin bölünməsi nəticəsində baş verir. K.D.Stoyevin fikrincə buğumaralarının 

maksimal  artımı  5-6-cı  buğumlar  əmələ  gəldikdə  müşahidə  olunur.  Bir-biri  ilə 

müqayisədə buğumaraların  böyümə artımı eyni  deyildir. Simpodial buğumlar arasında 

böyümə monopodial buğumlardakından çoxdur. K.T.Stoyevin yazdığına görə zoğun 3-

4-cü buğumdan sonra buğumaraları qısa, orta və uzun olur. Əlbəttə, ilk baxışda bu fərq 

nəzərə çarpmır. 

Cavan  zoğun  böyüməsi  tumurcuq  açılandan  sonra  başlayır,mühit  şəraitindən  və 

sortun  xüsusiyyətlərindən  asılı  olaraq  K.Stoyevə  görə  oduncaqda  yetişmənin 

başlanğıcına qədər və yaxud gilənin fizioloji yetişməsinə qədər davam edir. K.Stoyevin 

birinci  fikri  ilə  razılaşmaq  olmaz,  ona  görə  ki,  Respublikamız  şəraitində  əksər  üzüm 

sortlarında  zoğlar  iyulun  birinci  və  yaxud  ikinci  dekadasında  yetişməyə  başlayır.  Bu 

vaxtda ultra-tez və  ən-tez  yetişən sortlar artıq  yeyilmə  yetişkənliyinə, orta  yetişənlərdə 

isə gilələr yetişməyə başlamış olur. Qəti olaraq demək lazımdır ki, bu tarixlərdə zoğda 

yetişmə dayanmır, ancaq ləngiyir. 

Çoxillik təcrübə və müşahidələrimizə əsasən inamla deyə bilərik ki, üzüm bitkisində 

böyümənin  ləngiməsi  və  dayanmasına  dair  mövcud  ədəbiyyatda  göstərilən  nə  varsa 

onlara bitkinin yaşını da əlavə etmək lazımdır. 

Suvarılan  şəraitdə  yeni  salınan  üzümlükdə  oğlarda  böyümə  oktyabrın  əvvəllərində 

və  ortalarında,  2010-cu  ildə  isə  ADAU-nun  kafedrayanı  üzümlüyündə  oktyabrın 

əvvəllərində  kolun  bir  qismində  dayandı  və  bir  qismində  isə  ləngidi.  Həmin  kollarda 

zoğun vurulması (çekanka) əməliyyatını  oktyabrın  əvvəllərində  apardıq.  20-25 il öncə 

üzümlüyün  becərilməsinə  dair  qüvvədə  olan  normativdə  zoğun  ucunun  vurulması 

(çekanka)  sortdan  və  mühit  şəraitindən  asılı  olamayaraq  iyulun  axırına  və  yaxud 

avqustun əvvəllərinə planlaşdırılırdı. Əlbəttə, bu mərkəzləşmiş qaydada ümumi göstəriş 

idi, bəzi təsərrüfat, briqada və üzümçülər hər bir konkret şəraitdə hər bir üzüm sortunda 

bu əməliyyatı müxtəlif vaxtlarda aparırdı. Bu baxımdan zoğda böyümənin ləngiməsini 

və dayanmasını dəqiq bildirən müşahidələr aparılmalıdır. 

Başqa  bir  fikrə  görə  zoğlarda  böyümə  çiçəklənmənin  başlanğıcında  maksimum 

həddə çatır. Digər məlumatlara istinadən demək olar ki, zoğun böyüməsinin maksimum 

həddə çatması illər üzrə dəyişə bilir. 

Müəyyən  olmuşdur  ki,  zoğun  sutkalıq  böyüməsi  gündüz  saat  12  ilə  16  arasında, 

gecə isə axşam saat 20 ilə səhər 8 arasında maksimuma çatır. 

Yeraltı  ştambdan,  kolun  çoxillik  hissələrindən  o  cümlədən  əvəzedici  çıliklər  çıxan 


 

60 


zoğlar  enerjili  olduğundan  yuxarıdakı  zoğlara  nisbətən  güclü  böyüyür.  Bu  nöqteyi-

nəzərdən  ayrı-ayrı  sortlarda  və  şəraitdə  zoğun  böyümə  dinamikası  müəyyən  edilərkən 

eləcə  də  zoğun  ucu  qoparılarkən  və  yaxud  kəsilərkən  (çekanka)  göstərilən  vəziyyət 

nəzərə alınmalıdır. 

Başqa bir mənbədə  göstərilir ki,  kolun  çoxillik hissəsinə  yaxın  və ən ucqar zoğlar 

digər  zoğlardan  güclü  olur.  Çoxillik  hissəyə  yaxın  zoğun  güclü  olması  onun  ehtiyat 

enerjiyə yaxın olması ilə, ucqar zoğun güclü olması polyarlıqla əlaqələndirilir. 

Zoğun  böyüməsi  karbohidratların,  zülalların,  dabbaq  maddələrinin,  üzvi  turşuların 

və  s.  fəal  mübadiləsi  ilə  müşayiət  olunur.  Maddələr  mübadiləsinin  indiyə  qədərki 

öyrənilmələrində ən çox diqqət çəkən karbohidratlar olmuşdur. Zoğda karbohidratların 

olması haqqında məlumata bir çox müəlliflərin əsərlərində rast gəlinir. C.Uinkler zoğda 

karbohidratların  əsas  forması  olan  şəkər  və  nişastanın  öyrənilməsinə  daha  çox  yer 

varmişdir. O, belə nəticəyə  gəlmişdir ki,  zoğun  yetişmiş hissəsinin oduncağında şəkər 

və saxarozanın miqdarı yay ərzində azalır. 

Çoxillik  hissələrdə  həyat  prosesləri  birillik  zoğlarda  olduğundan  passivdir. 

Onlardakı ehtiyat qida maddələri köklərdə toplanır, yayda isə yenidən boy nöqtələrinə 

yönəlir. Çoxillik qollar birililik zoğlarla ehtiyat qida maddələri toplanan (köklər) orqan 

arasında aralıq vəziyyət yaradır və bir növ göndəriş məntəqəsi rolunu oynayır. Zoğlarda 

karbohidratların  toplanmasına  dair  tədqiqatlarında  Stoyev  və  Zankov  göstərirlər  ki, 

üzüm  bitkisində  quru  kəsmənin  vaxtından  asılı  olaraq  qida  maddələrinin  nisbəti  və 

miqdarı  dəyişir.  Onların  fikrincə  tez  budama  (yarpaq  tökülməyə  qədər)  və  gec 

budamada (tumurcuqlar açıldıqdan sonra) məhsul azalır. Tez budamada qida maddələri 

hələ  aşağılara  axmamış  olduğundan  kəsilib  atılan  hissələrdə  xeyli  qida  maddələri 

gedir(tez  budama).  Gec  budamada  isə  şirə  hərəkəti  vasitəsilə  qida  maddələri  kəsilib 

atılacaq hissələrə axır.  

Müşahidələr göstərir ki, kolda yükün optimaldan çox olması zoğda karbohidratların 

(saxaroza və nişasta) miqdarını azaldır. 

 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə