Prof. ġərifov Famil Həsən


Gözcük və tumurcuğun quruluĢu



Yüklə 3 Mb.
Pdf просмотр
səhifə8/44
tarix27.06.2017
ölçüsü3 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

Gözcük və tumurcuğun quruluĢu. 

 

Cari  ilin  zoğunun  yarpaq  qoltuğunda  əmələ  gələn  tumurcuq  zoğda  qarşı-qarşıya 

növbə  ilə  yerləşir  və  az  keçmiş  mürəkkəb  quruluşa  malik  gözcük  adlanan  bir  orqana 

çevrilir (eyni zamanda qışlayan gözcük). Bu gözcükdəki tumurcuqlar zoğ başlanğıcıdır. 

Belə  tumurcuqları  prof.  A.  M.  Neqral  rüşeym  halında  zoğ  adlandırır.  Bu  orqanın 

uzununa  kəsiyinə  mikroskop  altında  baxıldıqda  ümumi  örtük  altında  azı  üç  tumurcuq 



 

68 


görünür. Onlardan biri digərindən iridir və mərkəzdə yerləşir. Adından göründüyü kimi 

bu əsas və yaxud mərkəzi tumurcuq adlanır. 

Yarpaq  qoltuğunda  qışlayan  gözcüklə  bir  sırada  və  bir  qədər  gec  ikinci  tumurcuq 

əmələ  gəlir,  bu  bic  tumurcuğudur.  Nə  anatomik,  nə  də  morfoloji  cəhətdən  bic 

tumurcuğu  ilə  qışlayan  gözcüyün  heç  bir  əlaqəsi  yoxdur.  Ancaq  onların  ikisi  də 

başlanğıcını döşənək qatının meristemindən götürür. 

Üzümçülük  sahəsində  dərin  biliyə  malik  məşhur  prof.  L.  Kolesnikin  bir  fikri  ilə 

razılaşmaq olmur ki, qışlayan gözcük bic tumurcuğundan sonra əmələ gəlir 

Qışlayan  gözcüyün  və  bic  tumurcuğunun  ayrı-ayrılıqda  pulcuqdan  ibarət  örtüyü 

olur. Örtüyün altındakı sıx tük təbəqəsi tumurcuğu əlverişsiz şəraitdən qoruyur. 

Yuxarıda qeyd etdik ki, qışlayan gözcükdə azı üç tumurcuq olur, ancaq göclü və çox 

güclü kollarda onların sayı 5-6 və yaxud 9-10-a çatır. 

L.  Kolesnik  qeyd  edir  ki,  pulcuqlar  altında  rüşeym  halında  zoğ,  yarpaq,  biclər, 

bığcıq və çiçək qrupları yerləşir. Göstərilən orqanların hamısı rüşeym halında hazır olur, 

ancaq bic zoğları rüşeym halında yox, sonradan əmələ gəlir. 

Yazda  qışlayan  gözcükdəki  tumurcuqlardan  ilk  oyanıb  zoğ  verəni  əsas  tumurcuq 

olur.  Digər  tumurcuqlardan-əvəzedici  tumurcuqlardan  əlverişli  şəraitdə  1-2-i  oyanır, 

qalanı yatır. Bu tumurcuqlar yatmış tumurcuqlar adlanır. İllər keçdikcə oduncağın dərin 

hissələrinə gedir. 

Kolda  boy  nöqtələri  korlandıqda,  dayandıqda,  lazımı  miqdarda  yük  olmadıqda 

yatmış  tumurcuqlar  oyanır.  Meyvə  bitkilərindən  fərqli  olaraq  üzümdə  yatmış 

tumurcuğun  yatma  müddəti  qısa  olur,  çünki,  hər  il  budanır  və  bir  ildə  bir  neçə  dəfə 

budama aparılır. 

Üzüm  bitkisində  tumurcuğa  təkcə  boy  nöqtəsi  kimi  baxmaq  olmaz.  Orada  bir  çox 

orqanların embrion halında əsası qoyulur, kolun potensial məhsuldarlığı da tumurcuqda 

formalaşır.  Bu  baxımdan  gələcək  məhsulun  əsası  qoyulan  məqamda  əlverişli  şəraitin 

olması diqqət mərkəzində olmalıdır. 

Əsas  tumurcuqdan,  bic  tumurcuğundan  və  yatmış  tumurcuqdan  çıxan  zoğlarda 

tumurcuğun  formalaşma  dinamikası  üzrə  aparılan  təcrübələrdən  müəyyən  olunmuşdur 

ki, tumurcuqlar zoğun əsasından uzaqlaşdıqca daha qısa müddətdə formalaşır. Belə çıxır 

ki,  tumurcuqların  formalaşması  nə  qədər  gec  başlayırsa  proses  bir  o  qədər  də  qısa 

müddətli olur. 

Tumurcuğun  formalaşmasına  dair  aparılan  başqa  təcrübədə  tumurcuğun  uzunluğu 

ilə onun əsasının diametrinin nisbəti yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, 1,0 –dən 

çox  olduqda  tumurcuq  məhsulsuzdur,  əksinə  tumurcuğun  əsasının  diametri  onun 

uzununa nisbəti 1,0-dən  azdırsa onda tumurcuqda məhsul vardır.  K. Stoyevin  fikrincə 

gözcüyün böyüməsi təqribən avqustun axırına qədər davam edir. 

K.  Stoyevin  kitabında  (1983)  göstərilir  ki,  1892–ci  ildə  bu  sahədə  aparılan  ilk 

tədqiqatlara  görə  qışlayan  gözcükdə  emrional  çiçək  qrupunun  əsası  avqust  ayında 

qoyulur.Ancaq Respublikamızda aparılan və bizim apardığımız analizlərə görə rüşeym 

halında çiçək qrupunun əsası may ayının axırlarında qoyulur. 

Qışlayan  gözcükdə  çiçək  qrupunun  əsasının  iyul  ayının  əvvəllərində  qoyulması 

haqqında çoxsaylı məlumatlar vardır. 

V. Kolesnikin tədqiqatına görə Odessa şəraitində qışlayan gözcükdə çiçək qrupunun 

əsası mayın axırları, iyulun əvvəllərinə, daha doğrusu çiçəkləmə ilə bir vaxta düşür. 


 

69 


Güclü kollarda ən yaxşı halda qışlayan gözcüyün əsas tumurcuğunda 10-12 və daha 

çox buğum və yarpaq başlanğıcı olur. Çiçək qrupu başlanğıcı olan tumurcuq məhsulu, 

çiçək qrupu yox, ancaq bığcıq olan tumurcuq məhsulsuz hesab edilir. 

Üzüm  tumurcuğunda  üç  cür  məhsuldarlığı  fərqləndirmək  lazımdır:  potensial, 

embrional  və  faktiki.  Tingdən  çıxan  hər  bir  tumurcuq  təbiəti  etibarı  ilə  generativ  ola 

bilər.  Çiçək  başlanğıcı  olan  tumurcuqlar  birlikdə  embrional  məhsuldarlıq  adlanır. 

Faktiki məhsuldar zoğlar faktiki məhsuldarlıq deməkdir. 

Potensial  məhsuldarlıq  tumurcuğun  formalaşdığı  şəraitdən  aslıdır.  Hər  bir 

tumurcuğun məhsuldar zoğa çevrilməsi üçün aşağıdakılar lazımdır: 

1)  tumurcuq  yuxarı  meristemin  stadiyaca  məhsul  verməyə  hazır  hüceyrələrindən 

əmələ gəlmiş olsun; 

2)  yaşıl  zoğda  tumurcuqların  formalaşdığı  vaxtda  və  onların  şişdiyi  vaxtda  qida 

maddələrinin axını və mühit şəraiti yaxşı olsun; 

3) tumurcuqda embrional zoğun böyüməsi ləngimiş olsun

Üçüncü  bəndlə  bağlı  bizim  dildə  belə  bir  məsələ  vardır:  tumurcuqların  şişməsi  və 

açılması mərhələsində yaz gecikdikdə üzüm məhsuldar olur. 

A.M.Neqrula  görə  tumurcuğun  formalaşmasında  bəzi  kritik  dövrlər  olur,  bitkidə 

dəyişkənlik baş verdikdə tumurcuq məhsuldar və yaxud qeyri məhsuldar olur. Daxili və 

xarici  şəraitdən  asılı  olaraq  yeri  dəyişmiş  boy  nöqtəsi  çiçək  qrupu  və  yaxud  bığcıq 

əmələ  gətirə  bilər.  Üzüm  bitkisində  bu  birinci  kritik  dövrdür.  Sonrakı  dövrləri  çiçək 

qruplarının oxluğu, onlardakı qönçələrin miqdarı, ikinci və üçüncü çiçək qupunun əmələ 

gəlməsi təyin edir. 

Tumurcuqda  çiçək  qruplarının  formalaşması  mərhələləri  müxtəlif  sortlarda  və 

müxtəlif  rayonlarda  eyni  vaxta  düşmür.  Tumurcuqda  embrional  çiçək  qrupunun 

başlanğıcı  mayın  axırlarına  düşürsə  uzun  vegetasiya  müddətli  Orta  Asiya  sortlarında 

iyul  ayının  axırlarına  təsadüf  edir.  Orta  Asiya  üzümlərinin  tumurcuğunda  ilk  çiçək 

qrupunun əmələ əlməsinin ləngiməsi ikinci və üçüncü çiçək qruplarının əmələ gəlməsini 

ləngidir. Avropa sortlarında əksinə, ilk çiçək qrupunun əmələ gəlməsinin tezliyi sonrakı 

çiçək qruplarınında əmələ gəlməsini tezləşdirir və bu sortların bar əmsalının artmasını 

təmin edir. 

Qışlayan  gözcüklərin  və  tumurcuqda  çiçək  qruplarının  formalaşması  və 

diferensasiyası  xarici  şəraitdən  asılıdır.  Belə  ki,  yazda  torpağın  kifayət  qədər  nəmliyi 

kolun  yaxşı  qidalanmasını  təmin  edir  və  qışlayan  gözcükdə  çiçək  qrupunun 

diferensasiyasını  surətləndirir.  Bir  çox  müəlliflərin  məlumatına  görə  may  ayında  orta 

aylıq  temperatur  16,5  və  17°  C,  iyunda  20-24°C  temperatur  çiçək  qruplarının 

formalaşması üçün kifayət edir. 

Ədəbiyyatda  (L.V.Kolesnik)  belə  bir  fikir  vardır  ki,  tez  yetişən  sortlarda  ilk  çiçək 

qrupu  tez  görünür.  Belə  nəticə  çıxarmaq  olur  ki,  onlarda  tumurcuqlarda  tez  açır. 

Müəlliflərin fikrində reallıq vardır, ancaq sortların hamısına aid etmək düzgün olmazdı. 

Məsələn,  Respublikamızın  şəraitində  gec  yetişən  Bayanşirə  və  İzabella  sortlarında 

tumurcuqlar tez açır. Əgər tumurcuqlar tez açırsa, deməli ilk çiçək qrupu da tez görünür. 

70-ə  qədər  sortdan  ibarət  genefondda  quru  bağlamanı  qabağa  salmağa  həmişə  cəhd 

göstərmişik. Gec yetişən sortlarda çiçək qruplar gec diferensiallaşır. 

L.Kolesnikin fikrinə görə payıza qədər çiçək qrupları əmələ gəlməyibsə qış - payız 

mövsümündə əmələ gələ bilər və diferensiallaşa bilər. 


 

70 


Barlı  tumurcuğun  diferensiallaşması  yarpaq  töküləndən  sonra  da  davam  edir,  bu 

proses  əlverişli  şəraitdə  qışda  və  ilk  yazda  da  davam  edə  bilər.  Qışlayan  gözcükdə 

embrional  çiçək  qrupu  başlanğıcı  bütün  vegetasiya  boyu  bitkinin  qida  maddələri  ilə 

təmin  olunmasından  çox  asılıdır.  Embrional  çiçək  qrupu  zoğ  boyu  20-25–ci  və  daha 

artıq  buğumda  qoyula  bilər  (L.  Kolesnik).  Bizim  təcrübələrdə  53-cü  buğumda  çiçək 

qrupu  müşahidə  edilmişdir.  Bundan  başqa  sulu  zoğların  məhsuldarlığının  öyrənilməsi 

üzrə  apardığımız  təcrübələrdə  Şamaxı  Mərəndisi,  Mədrəsə,  Təbrizi,  Bayanşirə  və  s. 

sortlarında 35–40–cı gözcüklərdə çiçək qrupu görünmüşdür. Zoğun uzunu boyu meyvə 

tumurcuqlarında çiçək qrupunun ölçüsü, miqdarı sortdan, ilin şəraitindən, tədbiq olunan 

aqrotexnikadan,  eləcə  də  bizim  əlavə  etdiyimiz  kimi  kolun  yaşından  və  enerjisindən 

asılıdır. 

Zoğun uzunu boyu tumurcuqların diferensasiyası və barlılıq dərəcəsi eyni deyildir. 

Zoğun əsasında ilk tumurcuqlar az diferensasiya etmiş olur. Diferensasiya etmişlərdə isə 

zoğ  başlanğıcı  zəif  olur.  Ən  yaxşı  diferensasiya  etmiş  tumurcuqlar  salxıma  yaxın 

buğumlarda və bir qədər yuxarılarda baş verir. Bu tumurcuqlardan əmələ gəlmiş zoğlar 

daha barlı və məhsuldar olur. 

K.Stoyevin məlumatına görə tumurcuqda çiçək qruplarının formalaşması Avstraliya 

və Cənubi Afrikada oktyabrın ortasında başlayır dekabrın axırında başa çatır. Bu proses 

Fransada  iyunun  ortalarında  başlayır  avqustun  ortalarında  başa  çatır.  İtaliayada  mayın 

16 -18-də başlayır. 

Orta Asiya şəraitində çiçək başlanğıclarının əsası mayın ikinci yarısında başlayır və 

çiçəklənmə  vaxtına  düşür.  Zoğların  böyüməsi  erkən  başa  çatan  sortlarda:  Qara  Pino, 

Rkasiteli və Saperavidə birinci çiçək qrupunun formalaşması təqribən bir ay çəkir. 

Gürcüstandan  A.  Menaqaraşvili  bildirir  ki,  maksimal  çiçək  qrupları  çiçəkləmə 

vaxtında əmələ gəlir. 

Bir  çox  sortlarda  əvəzedici  tumurcuqlarda  da  çiçək  qrupu  başlanğıcları  olur.  Bu 

məsələ  üzrə  tədqiqatlar  azdır.  Plakidanın  tədqiqatlarına  görə  mərkəzi  tumurcuğun 

qoparılması  ümumilikdə  gözcüyün  məhsuldarlığına  təsir  göstərməmişdir.  Əvəzedici 

tumurcuqlar  ən  çox  Orta  Asiya  sortlarında  məhsulsuz  olur.  Bayanşirə,  Rkasiteli,  Pino 

qrupunda  və  çoxsaylı  avropa  sortlarında  (cavan  kollarda)  əksərən  barlı  olur.  Bizim 

təcrübələrdə  (Bayanşirə  sortu)  elə  gözcük  olmuşdur  ki,  oradan  çıxan  üç  zoğda  yeddi 

salxım olmuşdur. 

Yazda  gözcüklərin  şişən  və  açılan  vaxtında  keçən  il  əsası  qoyulmuş  çiçək  qrupu 

böyüməkdə  davam  edir  və  yenilərinin  əsası  qoyulur.  Bu  məqamda  kolun  qida  rejimi 

pozulduqda  çiçək  qrupunun  inkişafı  zəifləyir  və  yaxud  qruyub  düşür.  Ting  və  yaşlı 

tənək torpağa əkildikdə bu vəziyyət baş verir. 

 Zoğda  çiçək  qrupları  bir  qayda  olaraq  7-8  -ci  buğumlara  qədər  olur.  Bu 

buğumlardan yuxarıda vegetativ orqan kimi bığcıqlar əmələ gəlir. 

Məlumdur  ki,  zoğda  salxımın  miqdarı  çoxaldıqca  birinci  salxımın  çəkisi  artır.  Bir 

çox səbəblər kimi zoğda çiçək qrupunun artmasında əsas olaraq bitkinin qida maddələri 

ilə təmin olunması qəbul edilir. 

Üzüm  bitkisində  tumurcuqdan  kənar  olaraq  çiçək  qrupları  əmələ  gəlir.  Bu  fakta  n 

çox  müəllifi  olduğumuz  Nail  sortunda  rast  gəlinir.  Əgər  başqa  sortlarda  (çox  az 

hallarda)  zoğun  təpə  tumurcuğunda  bir  salxım  olursa  Nail  sortunda  iki  salxım  olur. 

Fikrimizcə  bu  ən  yaxşı  seleksiya  materialıdır,  ancaq  nöqsan  cəhəti  odur  ki,  bu  zoğlar 


 

71 


cəmi  25-30  sm  uzunluğunda  olur.  Bu  təqdirdə  gələcək  bar  barmağı  üçün  zoğ 

çatışmazlığı baş verir. 

Bəzən  elə  hallar  olur  ki,  zoğun  yuxarılarında  çiçək  qrupu  istər  əsas,  istərsə  də  bic 

zoğlarında bığcıqdan sonra əmələ gəlir. Bunu bitkidə qida rejiminin pozulması ilə izah 

etmək olar. 

Qeyd edildiyi kimi əvəzedici tumurcuqlar əsas tumurcuğun ətrafında yerləşir, onlar 

iri və mürəkkəb quruluşlu tumurcuğa çevrilə bilər və yaxud o qədər zəif olur ki, inkişaf 

əvəzinə oduncağın içərisində qalır.  

Gövdə yoğunlaşdıqca onlar çox zəif böyüməkdə davam edir. Vaxt keçdikcə onların 

böyümə konusunda yeni təpəciklər əmələ gəlir. 

Beləliklə,  əvəzedici  tumurcuqlar  çoxillik  oduncaqda  yatmış  tumurcuğa  çevrilir. 

Bəzən əsas tumurcuq da oyanmır və onlar da yatmış tumurcuğa çevrilir. Bəzən səhvən 

yatmış  tumurcuğu  adventiv  kök  adlandırılır.  Tədqiqatlarla  müəyyən  edilmişdir  ki, 

V.Vinifera da adventiv tumurcuq əmələ gətirmir.  

Əlverişli  şərait  olduqda  yatmış  tumurcuq  regenerasiya  edərək  qışlayan  tumurcuq 

kimi o da zoğa çevrilir. Bu zoğlar morfoloji cəhətcə əsas zoğdan az fərqlənir. Əsas fərq 

ondadır  ki,  haramı  zoğ  güclü,  yoğun  və  çıxdığı  yerə  zəif  birləşmiş  olur.  Yatmış 

tumurcuqdan çıxan qışlayan gözcük növbəti ildə normal göstəricilərə malik olur.  

Yuxarıda qeyd etdiyimiz kimi bir çox Orta Asiya sortlarında və bizim yerli Təbrizi 

sortunda əvəzedici tumurcuqlar barsız olur. Odur ki, bu sortların haramı zoğları barsız 

olur. Yaş artdıqca yatmı tumurcuğun məhsuldarlığı azalır. 

K.Stoyev  yazır  ki,  yatmış  tumurcuqlar  üzüm  bitkisində  canlı  böyümə  nöqtələrinin 

ehtiyat mənbəyidir. Çoxillik oduncaqda kambi qatı və oduncaq hissə sağlam olduqda bu 

ehtiyat daha etibarlı olur.  

Yatmış  tumurcuqların  formalaşması  fasiləsiz  və  labüddür.  Normal  təbii  şəraitdə 

kolun çoxillik hissələrindən çıxan çoxlu haramı zoğlar o deməkdir ki, həm kolun yükü 

nisbətən azdır, həm də normal enerjisi vardır. Kolun yükü normadan az olduqda yatmış 

tumurcuqların oyanması və onlardan çıxan zoğların inkişafı intensivləşir. Nə qədər ki, 

qidalanma zoğun uzunu boyu bərabər getmir, barlı təpəciklərin (çiçək qrupu başlanğıcı) 

yaranması  və  onların  diferensasiyası  bərabər  ola  bilməz.  Bu  səbəbdən  də  tumurcuğun 

keyfiyyəti (tumurcuğun barlılığı) nəzəri və praktiki əhəmiyyət daşıyır. 

Öz  tədqiqatlarını  tumurcuğun  məhsuldarlığının  öyrənilməsinə  həsr  etmiş  bir  çox 

müəlliflər hesab edirlər ki, zoğun orta zonasında yerləşən tumurcuqların çiçək qrupları 

çox və daha iri ölçülü olur.  

V.Kolesnikə görə çiçək qruplarının intensiv artması dekabr-yanvar aylarına təsadüf 

edir. 


J.N. Kondonun məlumatına görə dərin yuxu fazası başa çatdıqdan sonra tumurcuqda 

embrional zoğun böyüməsi bərpa oluna bilir və buğumaraları bir qədər də artmış olur. 

Bu  böyümə  tumurcuğun  yuxarı  meristem  hüceyrələrinin  böyüməsi  ilə  yox,  əvvəllər 

əmələ gəlmiş buğumların və buğumaralarının dartılması hesabına baş verir. 

Bitki  orqanlarının  istirahət  vəziyyətini  fizioloqlar  böyümə  vəziyyətinə  qarşı 

qoyurlar.  İstirahət  o  orqanlara  aiddir  ki,  onlar  boy  vemə  qabiliyyətinə  malikdir. 

Orqanlarda istirahəti tumurcuğun embrional toxumaları və kambi törədir. 

Yuxarıda  qeyd  edildiyi  kimi  yarpaq  qoltuğunda  yerləşən  tumurcuqlar  qışlamadan 

sonra  yazda  oyanır.  Ona  görə  də  "qışlayan  tumurcuq"  və  yaxud  "qışlayan  gözcük" 


 

72 


adlanır.  Onun  payız  və  qış  vəziyyəti  istirahət  vəziyyəti  adlanır.  Bitkilərin  istirahət 

vəziyyətində  böyümə  tamamilə  dayanır,  maddələr  mübadiləsinin  intensivliyi  aşağı 

düşür, hüceyrələrdəki  maddələr  ciddi dəyişikliyə məruz qalır. N.A.Maksimov  istirahət 

anlayışını aşağıdakı kimi qəbul edir: istirahət edən orqanlarda boyatmadan (hətta onlara 

əlverişli şərait yaradılsa belə) başqa həyat fəaliyyətinin bütün hallarını müşahidə etmək 

olar. 


Qışlayan  gözcüyün  gələcək  inkişafı  üçün  payız-qışın  aşağı  temperaturunun  nə 

dərəcədə əhəmiyyəti hələ lazımınca öyrənilməmişdir. Bir çox müəlliflərin (J.N. Kondo) 

fikrincə üzüm bitkisi payız-qışın aşağı temperaturunun təsirinə məruz qalmayınca, onlar 

yazda oyanmaq xüsusiyyətini  qazanmaz və  gələcəkdə inkişaf etməz. Bizim fikrimizcə 

bu məsələnin əsaslı yoxlanmasına ehtiyac vardır. Azərbaycan şəraitində tək-tək illərdə 

qış  mülayim  keçir  və  üzüm  bitkisi  payız-qış  soyuqlarını  görmür.  Bundan  başqa 

dünyanın  bir  çox  hissələrində,  məsələn,  Ərəbistan  yarımadasında  və  Afrikada  üzüm 

bitkisi  aşağı  temperaturu  yaşamır,  ancaq  üzüm  bitkisi  yaşayır  və  məhsul  verir.  Bu 

məsələnin  həlledici  məqamı  vegetasiyanın  sonunda  üzüm  bitkisinin  aşağı  temperatur 

tələb  etməsidir  (J.N.Kondo  ).  Üzüm  bitkisinin  soyuğa  olan  tələbi  ödənilmədikdə 

meristem  hüceyrələri  mübadilə  reaksiyasını  -  tumurcuqları  fəal  böyümə  mərhələsinə 

keçə bilmir. 

Üzüm  çubuqlarını  ilk  yazda  soyuducuda  0°C  temperaturda  saxladıqda  onun  üzvi 

istirahəti 1,5 ay çəkir. A.J.Potapenko müəyyən etmişdir ki, qış nə qədər üzünmüddətli 

olarsa yazda tumurcuqlar bir o qədər tez açar. 1-8°C temperatur şəraitində kolun uzun 

müddət  qalması  üzvi  istirahət  fazasını  qısaldır.  Beləliklə,  soyuqla  bitkiyə  təsir 

göstərilməsi istirahət dövrünün qısalmasına təsir göstərən vasitə hesab edilir. 

 

 Çiçəyin morfologiyası, anatomiyası və fiziologiyası 



 

Üzüm bitkisində çiçəklər çiçək qrupunda yerləşir. Hər bir üzüm sortunda müəyyən 

formada  və  irilikdə  çiçək  qrupu  olur.  Bunlar  böyüdükcə  gələcək  salxımın  forma  və 

iriliyinə yaxınlaşır. Çiçək qrupu mürəkkəb salxım və süpürgəni xatırladır. Çiçək qrupu 

hələ  qışlayan  gözcükdə  embrion  vəziyyətdə  olarkən  əmələ  gəlir,  qışlayan  gözcüklə 

birlikdə qışlayır və ilk yazda tumurcuqlar açan kimi onlar da görünməyə başlayır. Çiçək 

qrupu və bışcıq gövdə quruuşlu olub bir tipli orqan hesab edilir.  

Bığcıq  zoğun  uzunu  boyu  müəyyən  qayda  ilə  düzülür:  iki  buğum  bığcıqla,  bir 

buğum bığcıqsız və qayda ilə zoğun uzunu boyu davam edir. Bığcıqlar əmələ gələn kimi 

fırlanıb  özünə  dayaq  axtarır.  Hər  iki  saatdan  bir  bığcıq  fırlanır  və  bu  vəziyyət  bir-iki 

sutka davam edir, dayağa rast gəlmədikdə artıq fırlanmır və tədricən quruyur. Bığcıqlar 

sadə  və  budaqlanmış  olur.  Budaqlanmışların  bir  tərəfində  kiçik  və  iri  çiçək  qrupları 

vardır.  Əksər  hallarda  kiçiklərdə  çiçəklər  tökülür,  bığcıq  qalır,  bəzilərində  isə  tərsinə, 

bığcıq quruyur, kiçik çiçək qrupu zingiləyə çevrilir. Ona görə də çiçək qrupu ilə bığcıq 

gövdə qruluşludur. 

Çiçək  qrupunun  əsas  oxundan  bir-birindən  müxtəlif  məsafədə  müxtəlif  dərəcəli 

budaqlanmalar gedir, axırıncı budağın ucunda çiçək saplağı yerləşir. Çox iri salxımlarda 

ikinci və üçüncü dərəcəli budaqlanmalar gedir. Əsas oxun zoğa birləşdiyi yerdən birinci 

budaqlanmaya qədər olan hissəsi saplaq adlanır. 

Bığcıqdan fərqli olaraq çiçək qrupunda budaqlanma monopodialdır. Çiçək qrupunun 



 

73 


diferensasiyası  iyun  ayının  birinci  yarısından  başlayır.  Vegetasiyanın  sonuna  əsas 

tumurcuqdan  bir,  iki,  bəzən  də  üçüncü  çiçək  qrupunu  görmək  olar.  Hələ  rüşeym  ikən 

çiçək  qrupunun  yan  budaqlarının  ucunda  çiçəyin  özünün  başlanğıcı  qoyulur.  İlk 

vaxtlarda budaqlanmalar geniş girdə formalı təpəciklər şəklində olur 

Çiçək qrupunun və çiçəyin ayrı-ayrı hissələri qısa inkişaf vaxtında çoxsaylı fizioloji 

funksiyalar yerinə yetirir. Bu baxımdan onların anatomik quruluşu da müxtəlifdir. 

Çiçək qrupunun oxu anatomik quruluş etibarı ilə cavan zoğa oxşayır. Epidermisdə 

ağızcıqlar az olur. 

Zoğ  boyüməyə  başlayarkən  çiçək  qrupları  örtücü  yarpaqla  qorunur.  Onlar 

epidermislə örtülü olur və onun altında parenxim hüceyrələrinin zəif diferensə olunmuş 

qatı yeləşir. V.Viniferada çiçəklərin inkişafı başa çatdıqda beş üzvlü quruluşa malik olur 

və  aşağıdakılardan  ibarətdir:  kasacıq,  tac,  erkəkcik,  toz  kisəsi  və  dişicik.  Kasacıq  zəif 

inkişaflı  olub  beş  kasa  yarpağından  ibarətdir.  Tac  da  beş  ləçəkdən  ibarətdir.  Avropa 

üzümlərinin çiçəyində beş bəzən çox erkəkcik olur. Toz kisəsi iki yuvalıdır, yetişdikdə 

onlar uzununa partlayır və iki yuva əmələ gətirir. Hər yuvada iki toz kisəsi olur. 

Dişicik  yumurtalıqdan,  sütuncuqdan  və  ağızcıqdan  ibarətdir.  Yumurtalığın  da  iki 

yuvası vardır, hər yuvada iki yumurta vardır. Ona görə də gilə tam  yetişdikdə əksərən 

onda  dörd  toxum  olur.  Gilədə  əgər  toxum  azdırsa  deməli  normal  mayalanma 

getməmişdir. 

Yaşıl  zoğlar  15-20  sm  uzunluğuna  çatdıqda  çiçək  qrupu  görünməyə  başlayır 

(L.M.Maltabar və b.). Onu demək yerinə düşər ki, zoğ yeni göründükdə də çiçək qrupu 

görünür.  Bu  vaxt  bitki  qida  çatışmazlığından  çiçək  qrupunu  itirə  bilər  (çiçək  qrupu 

quruya bilər ). Çiçək qrupunun böyüməsi tezliklə başa çatır və respublikamız şəraitində 

mayın 20-ilə iyunun 10-u arasında çiçəkləmə başa çatır. Çiçək qrupunun rüşeym halında 

əmələ gəlməsi ilə çiçəkləmə arasında bir il vaxt keçir. 

Barlı  tumurcuğun  vəziyyətindən  asılı  olaraq  çiçək  qrupunun  sonrakı  inkişafı 

müəyyənləşir.  Bir  qayda  olaraq  tumurcuqda  əsası  qoyulan  iki  çiçək  qurupundan 

birincisi  bir  qədər  iri  olur.  Bu  vəziyyət  salxım  formalaşanda  da  eyni  qaydada  davam 

edir.  Bu  baxımdan  əvəzedici  çilikdə  olan  salxımlar  digər  salxımlara  nisbətən  iri  və 

keyfiyyətli olur. Kolun qida maddələri ilə normal və fasiləsiz təminatı salxımın iriliyinə 

və  ondakı  proseslərin  normal  gedişatına  əsas  yaradır.  İki  koldan  birində  çiçək 

qruplarının yarısı seyrəldikdə salxımlar iri olacaq, onda çiçəkləmə və gilələrin yetişməsi 

tezləşəcək. 

Bu  məsələ  süfrə  üzümlərinə  daha  xarakterikdir.  Süfrə  sortlarında  iri  salxımlı,  iri 

giləli,  gözəl  rəngli,  eləcə  də  lazımı  konsistensiyalı  ləti  olan  məhsul  alınmasında  çiçək 

qruplarında  seyrəldilmə  aparılması  həmişə  müsbət  nəticələr  vermişdir.  Bundan  başqa 

C.Uinklerin fikrincə çiçək qrupunun özündə seyrəldilmə ilə yanaşı hələ çiçəklənmədən 

xeyli qabaq bütöv çiçək qruplarının kəsilib atılması həmişə uğur gətirmişdir. 

Çiçəklərin  inkişaf  surətinə  temperaturun  əhəmiyyəti  böyükdür.  Eyni  sortdan  olan 

müxtəlif  sahələrdə  çiçəkləmənin  vaxtında  fərq  olur.  Səthi  tez  qızan  üzümlükdə 

çiçəkləmə tez və qısa müddətli olur. Divaryanı üzümlükdə də çiçəkləmə tez başlayır. 

Avropa  üzümlərində  çiçəklər  xırda,  yaşılımtıl  və  əksərən  öz-özünü  tozlayan  olur, 

yəni bir çiçəkdə həm erkəkcik, həm də dişicik olur. Öz-özünü tozlayan çiçəklərin ayrı-

ayrı  orqanları  aşağıda  təsvir  olunur.  Kasacıq  beş  ədəd  kasa  yarpağından  ibarətdir  və 

bunlar qönçələri qoruyur. Zoğda çiçək qrupları göründükdən sonra böyümənin sonrakı 


 

74 


mərhələlərində kasa yarpaqları inkişafdan qalır. 

Tac  beş  ədəd  ləçəkdən  ibarətdir.  Anomal  çiçəklərdə  ləçək  3-9  arasında  olur. 

Ləçəklər yuxarı kənarları ilə möhkəm yapışdığına görə onun açılması digər çiçəklərdə 

olduğu  kimi  deyildir.  Çiçəkləmə  vaxtı  tac  çiçək  yatağından  ayrılır  və  qapaq  şəklində 

düşür. 

Erkəkcik  tozcuqları  hazırlayır.  Erkəkciklər  ləçəklərin  qarşısında  yerləşir.  Onların 



sayı ləçəklərin sayına bərabərdir. Hər bir erkəkcik sapdan və onun başında yerləşən toz 

kisəciyindən ibarətdir. Erkəkcik sapının vəzifəsi toz kisəsinə dayaq qurub onu dişiciyin 

ağızcığı  səviyyəsində  saxlamaqdır.  Erkəkcik  tozcuğun  orqanları  haqqında  yuxarıda 

məlumat verilmişdir. 

Erkəkcik  sapları  arasında  kasa  yarpağı  üzərində  nektar  vəzi  yerləşir.  Əksər 

bitkilərdə bu vəzlər ətirli nektar şirəsi hazırlayır ki, bir çox həşəratları özünə cəlb etsin. 

V.Viniferanın  əksər  sortlarında  nektar  vəzləri  öz  funksiyasını  lazımınca  yerinə  yetirə 

bilmir.  Buna  görə  də  çox  vaxt  həşəratlar  çiçəklərə  qonmur.  Bu  baxımdan  hər  hansı 

təsirlə olur-olsun kolda zəif titrəyişlər tozlanma əməliyyatına yardımcı ola bilir. 

Dişicik- çiçəyin dişi orqanıdır. Dişiciyin aşağı hissəsi genişlənmiş vəziyyətdədir və 

yumurtalıq  adlanır.  Yumurtalığın  iki  yuvasının  hər  birində  iki  yumurtacıq  olur. 

Yumurtacıqda  yumurta  hüceyrəsi  olan  rüşeym  kisəsi  yerləşir.  Mayalanmadan  sonra 

yumurta hüceyrəsi toxuma çevrilir. 

Yumurta sutuncuğunun  yuxarı  genişlənmiş hissəsi  ağızcıq  adlanır. Çiçək açdıqdan 

dərhal  sonra  ağızcıqda şirin  yapışqanlı maddə əmələ  gəlir ki, həmin maddə ora düşən 

erkəkcik  tozcuğunu  tutub  saxlayır.  Bu  maddə  erkəkcik  tozcuğunun  cücərməsini  və 

nəticədə  toz  borusunun  əmələ  gəlməsi  üçün  qida  mühiti  hesab  edilir.  Yumurtalığın 

xarici qlafı perikarpiya, yaxud meyvə yanlığı adlanan ətli qatla örtülüdür. 

Avropa  üzümlərinin  bəzi  sortlarında  çiçəklər  funksional  dişi  və  yaxud  erkək  tipli 

olur.  Amerika  üzümlərində  sortların  əksəriyyətində  çiçəklər  bu  tipli  olur.  Avropa 

üzümləri  qədimdən  becərildiyindən  çiçəyi  nöqsanlı  hesab  edilən  üzümlər  çıxdaş 

edilmişdir.  Amerika  üzümlərinin  becərilmə  tarixi  çox  da  uzun  olmadığından  hələ 

onların sırasında çiçəyi nöqsanlı üzümlər qalmaqdadır. 

Amerika  üzümləri  öyrənilərkən  onların  arasında  yəni  həqiqi  erkək  tipli  və  həqiqi 

dişi  çiçəklər  arasında  keçid  formalı  çiçəklərə  rast  gəlinmişdir.  Dişi  orqanı  tamamilə 

olmayan  və  yaxud  onun  əvəzinə  kiçik  qabarcığı  olan  nektarlardan  ibarət  çiçəklər. 

Onlarda  erkəkciklər  yaxşı  inkişaf  edib,  erkəkcik  tozcuqları  yüksək  cücərmə 

qabiliyyətlidir. Bir çox sortların çiçəkləri bu cürdür və calaqaltı kimi istifadə olunurlar. 

Məsələn: Ripariya x Rupestris 3309, 3306, 3309, 101-14 və s. bu sortların giləsi olmur. 

Erkəkcik əlamətlərini itirən və güclü inkişaflı dişiciyi olan və erkəkciyi zəif inkişaf edən 

çiçəklər: burada erkəkcik saplağı xeyli aşağı əyilmiş olur. Belə çiçəklərdə tozcuqlar pis 

formalaşmış  olur.  Belə  çiçəklərdə  tozcuqlar  pis  formalaşmış  olur.  Şəkər  və  aqar-aqar 

məhlulunda cücərmir. 

Avropa üzümlərində çiçəklərin  keçid  formaları  olmur. Aparılan müşahidələrə  görə 

Qara korinka sortunun çiçəyində dişi orqanlar funksiyasızdır (fəaliyyətsizdir). Erkəkcik 

tozcuqları güclü inkişaflıdır və yaxşı cücərti verir. Lakin təsadüfü hallarda toxumu olur. 

Yumurtalığı partenokarpik formalaşmışdır, yəni, mayalanmadan meyvə və toxum verir. 

Ağ kişmişi, Qara kişmişi və Perlet sortlarında da çiçəyin dişi orqanları nöqsanlıdır. 

 

1   ...   4   5   6   7   8   9   10   11   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə