Prof. ġərifov Famil Həsən



Yüklə 4.4 Mb.
PDF просмотр
səhifə9/44
tarix27.06.2017
ölçüsü4.4 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

Çiçəkləmə 

 

Tumurcuqların  açılmasından  çiçəkləməyə  qədər  təqribən  8  həftə  vaxt  keçir,  bəzən 



bu  müddət  6-9  həftə  çəkir.  Göstərilən  müddətin  çoxluğu  və  azlığını  temperatura  həll 

edir. Çiçəkləmənin müddəti havadan aslıdır. Əlverişli havada çiçəkləmə 8-10 gün çəkir. 

Çiçək qrupunun ilkin çiçəkləri saplağa yaxın və torpaq səthinə yaxın hissələrdə görünür. 

Bir  çiçək  qrupunda  1-2  gün  ərzində  çiçəklərin  hamısı  aça  bilər.  Çiçək  qruplarının 

inkişafındakı fərqliliyə görə əlverişli havada çiçəkləmə bir həftə və daha çox çəkə bilir. 

Üzümdə  çiçəyin  açılması  digər  bitkilərdən  əsaslı  fərqlənir.  Ancaq  bu  fərq  o  qədər  də 

böyük  deyildir.  Üzümdə  tacın  ləçəkləri  çiçəyin  əsasından,  digər  bitkilərdə  yuxarıdan 

başlayır.  Üzümdə  tac  bütövlükdə  qalpaqcıq  şəklində  düşür.  Digər  bitkilərdə  ləçəklər 

yuxarıdan aralanır və tədricən düşür. Bu proses bərabər irilikdə və səviyyədə olmayan 

ləçəkləri  açılmasından  və  erkəkcik  sapının  düzəlməsi  (hələ  qönçə  ikən  erkəkcik  sapı 

tacın  altında  əyilmiş  vəziyyətdə  olur)  nəticəsində  baş  verir.  Bu  vaxt  tacın  kənarları 

yuxarıya  tərəf  qatlanmış  olur.  Qalpağın  altında  dişiciyə  sıxılmış  erkəkciklər  düzəlir, 

erkəkcik sapları dişicikdən aralanır və iti bucaq altında şaquli vəziyyət alır. 

Tacın  ləçəkləri  kutinləşmiş  qlafı  epidermislə  örtülüdür.  Epidermisin  altında  zəif 

diferensləşmiş parenxim hüceyrələri vardır. 

Öz-özünü  tozlayan  çiçəklərdə  erkəkciklər  dişiciyin  ağızcığı  səviyyəsində  və  bir 

qədər uzun və dik duran erkəkcik saplarına malikdir. Erkəkcik sapı nazik, silindrik, orta 

hissədə  bir  qədər  yoğunlaşmış  rəngsizdir.  Yuxarı  hissədə  tozcuq  kisəsi  ilə  birləşmiş 

yerdə  bir  qədər  əyilmiş  olur.  Toz  kisəsi  erkəkcik  sapınına  özünün  uzunluğunun  1/3-  i 

qədər aşağıdan birləşmiş olur. 

Erkəkcik  sapının  və  onu  birləşdirən  orqanın  anatomik  quruluşu  eynidir:  xaricdən 

epidermis, sonra parenxim, mərkəzdə isə ötürücü dəstə yerləşir.  

 

Tozluq. 

 

Tozluq  iki  toz  kisəsindən  ibarətdir  və  onlar  əlaqələndirici  materialla  bir-biri  ilə 

birləşiblər. Onların arasında nazik arakəsmə vardır. Çiçəkləmə məqamında bu arakəsmə 

quruyur və dağılır. Toz zərrəcikləri xırda, sarı rəngli və çəllək formalıdır. 



Nektar  vəzcikləri  dişicikaltı  diskdə  yerləşir.  Onlar  iri,  girdə  formalı,  sarımtıl 

rənglidir. Tərkibində xoşa gələn aromatlı efir yağları vardır, əspərək (quzuotu) ətirlidir. 

Ancaq nektar şirəsi ifraz etmir. 

Dişicik  butulka  şəkillidir,  yaşıl  rənglidir,  yumurtalıq  iki  yuvalıdır.  Bəzi  sort 

əlamətləri  ilə  fərqlənirlər.  Armudşəkilli  yumurtalığı,  qısa  sütuncuğu  və  qeyri-hamar 

səthli genişlənmiş ağızcığı vardır. 

Yumurtalıq hər sortda özünə məxsus əlamətlərlə xarakterizə olunur. Bəzi sortlarda o 

qısa  və  enli,  bəzilərində  hamar  və  uzanmış  vəziyyətdədir.  Iki  meyvə  yarpaqcığının 

kənarları  möhkəm  birləşərək  yuvalar  arasında  arakəsmə  yaradır.  Bəzən  meyvə 

yarpaqcıqları bir-birinə çatmadığından onların arasında şırım əmələ gəlir. Yumurtalığın 

içərisində çoxhüceyrəli toxumadan ibarət toxum tumurcuğu formalaşır. 

Sütuncuq yaşıl rənglidir və müxtəlif sortlarda müxtəlif xarakterlidir. Qısa və qalın, 

incə  və  uzanmış  olur.  Bəzən  sütuncuq  silindrik  formalıdır,  bu  vəziyyətdə  yumurtalıq 

üzərində  aydın  görünməkdədir.  Çox  halda  aşağı  tərəfindən  genişlənmiş  olur  və 


 

76 


yumurtalığa  tədricən  keçir.  Sütuncuq  çox  qısa  olduqda  ağızcıq  oturmuş  vəziyyətdə 

görünür. 

Dişiciyin ağızcığı açıq-yaşıl rənglidir, boşqab formalıdır. Bir qədər qalxmış, bərabər 

və yaxud kənarları kəsimlidir. 

 

Tozlanma və mayalanma 

 

Ikievli yabanı üzüm küləklə tozlanan (anemofil) bitkidir. Funksional dişi tipli çiçək 

küləyin  gətirdiyi tozla tozlanır. Becərilən üzümün ikicinsli çiçəkləri əksər hallarda öz-

özününü tozlayan (avtoqamiya), çarpaz tozlanan (alloqamiya) və onun formaları: qonşu 

çiçəkdən  tozlanma  (heytenoqamiya)  və  özgə  çiçəkdən  tozlanma  (ksenoqamiya).  Bir 

neçə növ olan yerlərdə növarası tozlanmaya (bastardoqamiya) da rast gəlinir. 

Çiçəkləmə  vaxtı  havada  müəyyən  miqdar  tozcuq  olur.  Belə  bir  uçot  aparılmışdır. 

Kolun  yanında  qliserinli  predmet  şüşəciyinin  1sm

2

-də  50  ədəd  toz  zərrəciyi  müşahidə 



edilmişdir. 

Toz  borusu  ağızcıq  hüceyrəsindən  keçərək  sütuncuqda  cücərti  verir.  Cücərti 

sütuncuqda  xüsusi  ötürücü  yol  ilə  yumurtalığa  doğru  irəliləyir.  Ötürücü  yol  seyrək, 

kifayət  qədər  şirə  axıdan  uzununa  dartılmış  hüceyrələrdən  ibarətdir.  Tozcuq  borusu 

ötürücü  yolla  toz  yoluna  düşür  və  nəhayət  rüşeym  kisəsinə  düşür.  Toz  borusunda 

böyüyərkən  generativ  hüceyrələr  iki  spermaya  bölünür.  Onlar  erkək  generativ 

hüceyrələrdir. Rüşeym kisəsinə daxil olan toz borusu hüceyrə boşluğuna düşür. 

Üzümdə  tozcuğun  sterilliyi  olduğu  kimi  rüşeym  kisəsində  də  sterillik  vardır. 

Funksional  dişi  tipli  çiçəklərdə  erkəkciyin  sterilliyi  təkamül  prosesində 

möhkəmlənmişdir.  Sterillik  hər  il  təkrar  olunur,  müəyyən  sort  üçün  daimidir.  Toz 

kisəsində tozcuğun dişiciyin ağızcığına düşməsi tozlanma adlanır. Üzümün tozlanması 

haqqında  müxtəlif  fikirlər  vardır.  Tozlanma  külək,  həşərat  və  onlarsız  (öz-özünə 

tozlanma ) baş verə bilər. Bunlardan hansı əsas hesab edilir? Göstərilənlərin hər birinin 

ayrıca rolu vardır. 

Üzüm  çiçəyinin  müəyyən  qədər  anemofil  (küləklə)  tozlanmaya  uyğunlaşması 

aşağıdakılarla  izah  olunur:  kasa  yarpaqları  zəif  inkişaf  edib,  ləçəklər  sadədir,  yaşıldır, 

çiçəkləmə zamanı onlar düşür, ağızcığın nəzərə çarpan rəngi yoxdur, nektar ifraz etmir, 

erkəkcik  zərrələrinin  səthli  sığallı  və  qurudur.  Nektar  vəzcikləri  əspərək  (quşotu  )  ətri 

verir, ancaq bu ətir həşəratları cəlb etmir. 

Normal  ikicinsli  və  funksional  dişi  tipli  çiçəklərdə  erkəkcik  tozcuqları  toxum 

tumurcuğuna nisbətən inkişaf vəziyyətinə tez çatır. Onların arasında 3-6 gün fərq vardır. 

Üzüm çiçəklərinin tozlanma üsulları müxtəlifdir. 

Tozcuq  çiçəyin  ağızcığına  düşərkən  oradakı  nektar  şirəsi  mühitində  cücərib  boru 

verir.  Boru  inkiºaf  edərək  tozcuq  yolu  vasitəsi  ilə  rüºeym  kisəsinə  daxil  olur 

(poroqamiya).  Tozcuq  borusunda  generativ  hüceyrə  iki  spermaya  bölünür.  Rüºeym 

kisəsinə  düºən  toz  borusunun  bir  hissəsi  mürəkkəbləºir,  yəni  rüºeym  kisəsinə  düºən 

borunun  əmələ  gətirdiyi  spermalardan  biri  yumurta  hüceyrəsinə  düºür,  digəri  rüºeym 

kisəsindəki  vegetativ  nüvə  ilə  birləşir.  Mayalanmış  yumurta  hüceyrəsindən  rüşeym, 

vegetativ  nüvədən  isə  endosperm  əmələ  gəlir.  Ikiqat  mayalanma  nəticəsində  toxum 

tumurcuğunun  bir  hissəsi  toxumu,  digər  hissəsi  giləni  əmələ  gətirir.  Bir  yumurtalıqda 

olan  3-4  toxum  tumurcuğunun  hamısı  mayalanmır,  bir  qayda  olaraq  onlardan  biri  və 


 

77 


yaxud ikisi toxum əmələ gətirir. Ikiqat mayalanma prosesi 48-72 saat çəkir. 

 

 Üzüm giləsinin böyüməsinin və yetiĢməsinin əsas 



qanunauyğunluqları. 

 

Üzüm  bitkisinin  orqanlarının  fiziologiyası  öyrənilərkən  salxım  və  gilə  daha  çox 

diqqətdə  olmuşdur.  Bu  ondan  irəli  gəlir  ki,  salxım  və  gilə  daha  çox  təsərrüfat 

əhəmiyyəti  kəsb  edir.  Ona  görə  də  bir  çox  onilliklər  ərzində  salxım  və  gilənin 

böyüməsini  və  onlarda  qiymətli  qida  maddələrinin  toplanmasının  öyrənilməsinə 

çoxsaylı  tədqiqat  işləri  həsr  edilmişdir.  Bir  çox  yüzilliklər  ərzində  çoxsaylı  emprik 

müşahidələrlə  üzümün  keyfiyyəti  və  bu  keyfiyyəti  təmin  edən  amillər  üzrə  anlayış 

formalaşmışdır.  İkinci  elə  bir  kənd  təsərrüfat  bitkisi  yoxdur  ki,  onun  keyfiyyəti 

haqqında  bu  qədər  məlumat  əldə  edilmiş  olsun.  Bu  üzüm  bitkisi  və  onun  emal 

məhsullarıdır. 

Anatomik quruluşuna görə üzüm salxımı cavan və yetişmiş zoğu xatırladır. 

Gilə  epikarpiyadan  (qabıq),  mezokarpiyadan  (lət)  və  endokarpiyadan  ibarətdir. 

Qabıq epidermisdən və onun altında 10-15 qat hüceyrədən ibarətdir. Qabığın quruluşu, 

o  cümlədən  qalınlığı,  möhkəmliyi,  hüceyrə  qatlarının  miqdarı,  eləcə  də  kutinkulanın 

tərkibi  hər  sort  üçün  spesifiklik  təşkil  edir  və  əhəmiyyətli  dərəcədə  gilənin  çürümə 

(Botritis  Cinerea)  xəstəliyinə,  nəqliyyata  və  saxlanmağa  davamlı  olmasını  müəyyən 

edir. 

Qabıq  iki  yarım  zonaya  bölünür  2-dən  8-9-a  qədər  ensiz  tangental  uzanmış  və 



qalınlaşmış divardan ibarət xarici zona. Yenə də tangeltal istiqamətli bir neçə qat- daxili 

zona.  Hüceyrə  qatlarının  sayı,  onların  qalınlığı  və  möhkəmliyi  birinci  zonada  sortlar 

üzrə eyni deyildir. Epidermis bir qat hüceyrə qatından ibarətdir. 

Gilənin ən çox hissəsini lət (mezokarp) təşkil edir. Lət parenxim quruluşlu 11-16 qat 

iri  hüceyrələrdən  ibarətdir.  Hər  bir  hüceyrə  nazik  membrandan  ibarətdir  və  hüceyrə 

şirəsi-üzüm  şirəsi  ilə  doludur.  Gilə  lətinin  hüceyrə  membranları  bir-birinə  yaxın 

oturmamışlar, onların arasında hüceyrə araları vardır ki, bunlar vasitəsilə xarici mühitlə 

qaz  mübadiləsi  aparılır.  Lətdə  iki  zona  fərqlənir.  Birincisi  birbaşa  qabığın  altında 

yerləşir  və  bir  neçə  qatdan  ibarətdir.  Bu  hüceyrələrin  membranı  çox  nazikdir  və  gilə 

yetişəndə  çox  yumşalır.  Ikinci  zonada  çox  hissəsi  radial  yerləşən  hüceyrələrdən 

ibarətdir. Onların membranı bir qədər qalındır və yumşalmırlar. Toxuma yaxın və ona 

birləşən lət endokarpiya adlanır. 

Giləni  təşkil  edən  ümumi  hüceyrə  qatı  25-30-dur.  Beləliklə,  gilənin  həcminin 

böyüməsi qatların sayı ilə yox, onların böyüməsi ilə bağlıdır. 

Tədqiqatlara  görə  gilənin  böyüməsinin  ilk  mərhələsində,  yəni  mayalanmadan 

onların 2-3 mm-ə çatmasına qədər böyümə hüceyrələrin bölünməsi hesabına, sonra isə 

isə onların böyüməsi hesabına baş verir. 

Süfrə üzümlərində 6-7 kənar hüceyrə qatı epidermislə birlikdə gilənin qabığını təşkil 

edir.  Süfrə  sortlarının  gilələrində  qabıqdan  mezokarpiyaya  keşid  xüsusi  anatomik 

quruluşlu deyildir. 

Texniki  sortlarda  qabığın  hüceyrə  qatları  azdır,  hüceyrələr  xırdadır  və  membranı 

qalındır.  Buna  görə  də  texniki  sortların  gilələrinin  qabığı  hiss  olunan  dərəcədə  lətlə 

sərhədlənir. Mezokarpiya incə membranlı daha iri hüceyrələrdən ibarətdir və əzildikdə 


 

78 


qabıqdan asanlıqla ayrılır. 

 Salxım və gilənin böyüməsi bir çox tədqiqatların obyekti olmuşdur. Çiçək qrupu və 

gilənin  həcminin  böyüməsi  tsikl  boyu  qeyri-bərabər  gedir.  Çiçək  qrupunun  saplağı, 

eləcə  də  onun  digər  orqanları  əvvəlcə  surətlə  böyüyür,  sonra  onların  böyüməsi 

yavaşıyır, çiçəkləmənin əvvəlində demək olar ki, dayanır. Kütləvi çiçəkləmə dövründə 

çiçək  qurupunun  böyüməsinin  yeni  dalğası  başlayır  və  gilənin  noxud  boyda  olmasına 

qədər  davam  edir.  Beləliklə,  çiçək  qrupunun  iki  böyümə  dövrü  müşahidə  edilir. 

Çiçəkləmə  məqamında  çiçək  qrupunun  oxunda  böyümənin  dayanması  elə  bil  çiçək 

qrupunun  salxıma  keçidini,  yəni  mayalanmanın  sonunu,  yumurtalığın-gilənin 

böyüməsinin başlanğıcını göstərir. Yeni orqan-gilə ilə salxım əmələ gəlir. 

C. Uinklerə görə üzüm sortlarında gilənin böyüməsini bir-birindən aydın seçilən üç 

fərqli  dövrə  bölmək  olar.  Bir  çox  çəyirdəkli  meyvə  bitkilərində  və  üzümdə  birinci 

dövrdə  gilənin  həcmi  sürətlə  böyüyür,  rüşeymin  böyüməsi  zəifləyir,  ikinci  dövrdə 

rüşeym böyüməsi sürətlənir ancaq  gilənin  böyüməsi  yavaşıyır. Üçüncü dövrdə  gilənin 

böyüməsi yenidən surətlənir. Gilə ilə toxum arasında bu cür böyüməni onların arasında 

bir növ rəqabət kimi qiymətləndirmək olar. Gilə ilə toxum arasındakı bu cür inkişaf S 

şəkilli əyri adlanır. 

Tədqiqatların nəticələri göstərir ki, rüşeymin böyüməsinə lazım olan qida maddələri 

ən  çox  meyvə  və  gilənin  lətində  toplanır.  Ağ  oval  kişmişi  sortunda  toxum  rüşeymi 

böyümənin  ikinci  dövrünə  bir  həftə  qalmış  toxum  rüşeymi  olur.  Bu  nöqteyi  nəzərdən 

salxımda noxudlanmış gilələr digər gilələrə nisbətən tez yetişməyə başlayır. 

 Hiberellin  və  başqa  fizioloji  fəal  maddələrin  salxım  və  gilənin  böyüməsinə 

əhəmiyyətli dərəcədə təsiri vardır. Bu məsələ üzrə aparılan tədqiqatlar göstərmişdir ki, 

hiberllinlə işlənmədə salxım xeyli uzanır (salxımın əsasəndan əsas oxun axırına qədər). 

Hiberellinlə  işləmə  çiçəkləməyə  2-3  həftə  qalmış  aparıldıqda  müsbət  nəticələr  alınır. 

Yəni  salxım  darağı  uzanır  ki,  bu  da  seyrəltməyə  bərabər  olur.  Toxumlu  sortlarda  da 

hiberellinin  əhəmiyyəti  vardır,  ancaq  toxumsuz  sortlarda  salxım  və  gilənin  böyüməsi 

daha tez və çox nəzərə çarpır. Aparılan müşahidələrə görə hiberellinin təsirindən salxım 

daha  çox  uzanır.  Müəyyən  həddə  qədər  hiberellin  məhlulun  qatılığı  artırıldıqda  və 

işləmələrin  təkrarları  artırıldıqda  (məs:  3  dəfə  )  müsbət  nəticə  tez  nəzərə  çarpır. 

Hiberellinin təsirindən təkcə salxım və gilə həcmcə artmır, həm də onların çəkisi artır. 

K.V.Cmirnovun tədqiqatlarına görə üzümün hiberellinlə işlənməsində aşağıdakılara nail 

olunur: 

1) mərkəzi ox və yan budaqlar uzanır. 

2)  gilələr  böyüyür,  bu  böyümə  toxumsuz  və  funksional  dişi  tipli  çiçəkləri  olan 

üzümlərdə daha faydalı olur. Toxumun rudimenti nə qədər xırda olsa bir o qədər təsirli 

olur . Toxumlu sortlarda bu əməliyyat həmişə faydalı olmur. 

3) üzümün nəqliyyata davamlılığı azalır. 

4) salxımın orta çəkisi artır. 

5)  gilənin  böyüməsi  və  salxımın  çəkisinin  artması  hesabına  məhsuldarlıq  1,5  –  3 

dəfə artır. 

6)  ikicinsli  çiçəyi  olan  sortlarda  toxumsuzluq  çoxalır,  funksional  dişi  tipli  sortlara 

özgə erkəkcik tozcuğunu əvəz edir. 

Hiberellin  üzrə  başqa  tədqiqatlarda  müəyyən  olunmuşdur  ki,  hiberellin  turşusunun 

(ÇA-3  )  tətbiqi  nəticəsində  Konkord  sortunda  məhsulun  yetişməsi  15  gün  tezləşir. 


 

79 


Hiberellin gilənin qabığı ilə saplağı arasında kallyusa bənzər maddə əmələ gətirdiyindən 

gilələri  tökülməsini xeyli  azldır. Ancaq müxtəlif rəngli  gilələri  olan sortlar üçün təsiri 

müxtəlifdir. Ağ giləli üzümlərdə şəkər artır, qırmızı gilələrdə müsbət təsir görünmür. 

Salxımın  və  gilənin  böyüməsinə  L  -naftil-sirkə  turşusunun  0,5%-li  məhlulu 

hiberellin  qədər  təsiri  olmuşdur.  4-xlorfenol  turşusunun  da  müsbət  təsiri  aşkar 

edilmişdir. 

Nəticə  etibarı  ilə  qeyd  etmək  lazımdır  ki,  fizioloji  fəal  maddələrin  üzümün 

məhsulunun  keyfiyyət  və  kəmiyyətinə  təsirinin  öyrənilməsinin  təkmilləşdirilməsi  ilə 

daha yüksək nəticələr əldə etmək mümkündür. 

 

Salxım və gilənin anatomiyası. 

 

Salxım  saplağının  anatomik  quruluşu  cavan  zoğun  buğumarsının  anatomik 



quruluşuna  bənzərdir.  Saplağın  mərkəzində  özək  yerləşir,  onun  ətrafında  (dairəvi) 

ksilema  və  floyemadan  ibarət  ötürücü  dəstələr  yerləşir.  Zoğa  nisbətən  saplaq 

ksilemasında  libriform  çoxdur.  Peritsikl  sapları  yaxşı  inkişaf  edib.  Salxımın  çəkisi 

artdıqca bu sapların rolu da artır. Mərkəzi silindr qabıq parenximinin geniş qatı ilə əhatə 

olunmuşdur. Xaricdən saplaq ağızcıqları az olan epidermis və kutikula ilə örtülüdür.  

Gilənin saplağı anatomik quruluş etibarı ilə salxım saplağına oxşayır. Ancaq salxım 

saplağının özək hissəsinin oduncağa nisbətən zəif inkişafı və qabəğın güclü inkişafı  

qeyd  edilməlidir.  Yastıqcıq  parenxim  toxumalarının  güclü  inkişafı  ilə  xarakterizə 

olunur. 

Mayalanmadan  sonra  gilənin  böyüməsi  əsasən  mayalanmış  yumurtalıqların 

toxumlarının  bölünməsi  hesabına  baş  verir.  Ona  görə  də  gilənin  quruluşu  dişiciyin 

quruluşunu  xatırladır.  Yumurtalığın  divarlarında  və  arakəsmələrində  də  hüceyrələrin 

bölünməsi  gedir.  Ancaq  bu  proses  meyvə  yanlığına  təsir  göstərmir.  Gilənin  eninə 

kəsiyində gilənin qabığı, ləti, periferik borular, toxum və orta borular görünür. 

Qabıq  (ekzokarpiya)  epidermisdən  ayrılmayan  bir  neçə  qat  hüceyrədən  ibarətdir. 

Epidermisdə bir qat kiçik çoxbucaqlı qalınqabıqlı hüceyrələr vardır. Həmin hüceyrələr 

kutikula  və  mum  qatından  ibarətdir.  Müxtəlif  sortlarda  epidermis  hüceyrələrinin 

forması, qalınlığı, kutikulanı möhkəmliyi və mum qatı eyni deyildir. 

Gilənin  inkişafının  başlanğıcında  epidermisdə  az  miqdarda  ağızcıq  olur.  Gilənin 

həcmi  böyüdükcə  ağızcıqlar  deformasiya  edərək  göbəkciyə  oxşar  qonur  nöqtələrə 

çevrilir.  Epidermisin  altında  11-16  qat  qalınlaşmış  qlaflı  uzununa  dartılmış  hüceyrələr 

vardır.  Bu  hüceyrələr  qabığı  əmələ  gətirir.  Qabığın  hüceyrə  şirəsində  müxtəlif 

rəngverici  maddələr  və  tanin  vardır.  Qabıq  böyük  gərilmə  və  güclü  genişlənmə 

qabiliyyətinə malikdir. Bu xüsusiyyətlər xarici şəraitdən asılıdır. Çox quru havada qabıq 

vaxtından əvvəl gərilmə qabiliyyətini itirərək çatlaya bilər.  

Gilədə  çoxsaylı  piqmentlər  olur.  Onların  mənşəyi  müxtəlifdir.  Açıq-yaşıl  rəngdən 

qızılı-kəhrabaya qədər ağ rəng xloroplastda yerləşir və sonradan hüceyrə şirəsinə keçir. 

Bu xlorafilin iştirakı ilə ksantofildən, karotindən, xlorofildən və onların törəmələrindən 

alınmış  maddələrdir.  Çəhrayı,  qırmızı,  göy,  tünd-bənövşəyi  rənglər  hüceyrə  şirəsində 

həll  olunmuş  enosianinlə  bağlıdır.  Bu  piqment  antosian  qrupuna  müxtəlif  açıq  rəngli 

qlükozidlərə aiddir. 

 Gilənin yetişməsinə təsir edən amillər. Gilənin ölçüsünün artması ilə yanaşı əmələ 



 

80 


gəlməsindən tam  yetişməsinə qədər onda bir çox dəyişkənliklər baş verir. Dəyişkənlik 

fasiləsizdir,  ancaq  onun  inkişafının  müxtəlif  fazalarında-mərhələlərində  eyni  deyildir. 

Şəkərin  artması,  eləcə  də  gilənin  struktru  ilə  bağlı  olan  aşağıdakı  fazaları  qeyd  etmək 

olar:  


Yaşıl  faza-  mayalanmış  yumurtalığın  əmələ  gəlməsindən  yetişmənin  başlanğıcına 

qədərdir.  Bu  fazada  ən  əsas  dəyişkənlik  gilənin  surətlə  böyüməsidir.  Yumurtalığın 

əmələ  gəlməsindən  sonra  darağın  quruluşunda  dəyişkənlik  baş  vermir.  Bu  fazada 

gilənin tərkibində şəkər eyni səviyyədə qalır. Turşuluq yüksəkdir, gilə bərkdir. 



Yetişmə fazasıyetişmənin başlanğıcından yetişməyə qədər olan müddəti əhatə edir. 

Yetişmənin  başlanğıcı  gilənin  inkişafında  dönüş  nöqtəsidir.  Ağ  rəngli  gilələrdə  parıltı 

başlayır, yəni yaşıl rəng açıqlaşır və sarıya çalan olur. Qırmızı və qara gilələrdə uyğun 

rəng  görünməyə başlayır. Bu vaxta qədər bərk olan gilələr  yumşalmağa başlayır. Gilə 

yetişdikcə yaşıl rəng açıqlaşır və əmələ gələn qırmızı rəng intensivləşməyə doğru lət isə 

yumşalmağa doğru gedir. Şəkər və turşuluq, eləcə də digər əlamətlər surətlə dəyişir.  



Texniki yetişmə fazası - gilədə yeni vəziyyətin yaranması ilə xarakterizə olunur. Ilk 

növbədə  yeyilmək  üçün  yararlı  vəziyyətə  yaxınlaşır.  Gilədə  baş  verən  dəyişkənliklər 

tamamlanmır.  Yüksək  turşuluq,  az  şəkərlikdə  gilə  bir  məqsəd  üçün,  bunun  əksi  isə 

başqa məqsəd üçün tələb olunur.  



Yetişib ötmə fazasındasonraki dəyişkənliklər pisləşməyə doğru gedir ilk növbədə 

gilənin keyfiyyəti yaxşılaşmır. Şəkər toplanması dayanır, turşluq azalmağa doğru gedir. 

Gilələr mexaniki zədələnmələrə və çürüməyə qarşı davamlılığını itirir və soluxur. Bəzi 

sortlarda gilələr tökülməyə başlayır. 

Mayalanmadan  sonra  toxum  tumurcuğundan  inkişaf  etməyə  başlayır.  Ilk  növbədə 

mayalanmış  ikinci  nüvə  bölünməyə  başlayır.  Endospermin  sonrakı  inkişafı  ondan 

ibarətdir ki, onun hüceyrələri bölünməkdə davam edir. Toxumun endospermində çoxlu 

ehtiyat  qida  maddələri  toplanır  və  yağ  toplamaq  qabiliyyətinə  malikdir,  qloboidlər  və 

aleyron  danələri  formasında  zülallar  əmələ  gətirir.  Endospermin  hüceyrələri 

protoplazma ilə zəngindir. 

Toxum  fomalaşdıqda  birinci  növbədə  filqə  yarpaqlarını  əmələ  gətirir,  sonra 

rüşeymin  aşağı  tərəfi  dartılır  (uzanır).  Axırıncı  mərhələdə  filqə  yarpaqları  arasında 

epikotil  formalaşır.  Xarici  intequmentin  daxili  epidermisinində  böyük  dəyişkənlik  baş 

verir.  Hüceyrə  sıralarının  miqdarı  toxumun  hər  yerində  eyni  olmur.  Çoxsaylı  hüceyrə 

qatları  ən  çox  toxumun  dimdiyində  olur.  Epidermisdən  qalxmış  hüceyrələrin  divarları 

qalınlaşır. Beləliklə, daşlaşmış hüceyrələrdən ibarət toxumda möhkəm qat əmələ gəlir. 

Bu qat toxumun qabığına möhkəmlik verir. Daşlaşmış hüceyrələrdən ibarət örtük xalaza 

və  dimdikdən  başqa  toxumu  tamamilə  əhatə  edir.  Toxum  tumurcuğunun  daxili 

intequmentinin toxumları az dəyişir. Orta qat dəyişmir. 

Intequment  üç  qat  hüceyrədən  ibarətdir:  xarici  epidermis,  orta  qatın  bir  cərgə 

hüceyrələri  və  daxili  epidermis.  Toxumun  qabığı  rüşeymi  və  endospermi  müxtəlif 

təsirlərdən yaxşı qoruyur. Xalaza olan tərəfdə bel boyunca güclü inkişaf etmiş ötürücü 

və mexaniki toxumalar yerləşir. 

Yetişməyə  başlamazdan  əvvəl  gilədə  tənəffüsün  intensivliyi  aşağı  olur,  yetişmə 

başladıqdan  sonra  tənəfüsün  azalması  yavaşıyır.Plastik  maddələrin  tənəffüsə  sərf 

olunması prosesi azalır. 

Salxım və gilənin mexaniki tərkibinin təsərrüfat əhəmiyyatı vardır.Üzümün meyvəsi 


 

81 


salxımda toplanır. Salxım daraq və gilədən ibarətdir. Salxım və giləyə görə sortlar bir-

birindən fərqlidir. Daraq salxımın əsas oxudur və yan budaqlar ona birləşmiş olur. Gilə 

yetişdikdə daraq salxımın ümumi  çəkisinin  2-6 %  -ni  təşkil edir. Darağın quruluşu və 

gilənin  saplağa  birləşmə  möhkəmliyi  süfrə  üzümlərində  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Gilənin soluxma və darağın qonurlaşma surətinə görə üzüm sortları arasında fərq vardır. 

Toxum gilənin 10 % -ə qədərini təşkil edir. Tərkibində tanin (5-8 %), yağ (10-20%) 

və  az  miqdarda  qətran  maddələri  vardır.  Süfrə  üzümlərində  və  qurudulması  nəzərdə 

tutulan  üzümlərdə  toxum  arzuolunmaz  haldır.  Oval  ağ  kişmişi  sortu  toxumsuz 

olduğundan geniş populyarlıq qazanmışdır. Gilənin qabığı 5-12% təşkil edir. Kutin qatı 

gilədə  su  itkisinin,  mikroorqanizmlərin  daxil  olmasının  qarşısını  alır  və  ümumilikdə 

gilənin  xarici  görkəmini  yaxşılaşdırır.  Qabıq,  xüsusilə  kutin  altında  yerləşən  qatın 

hüceyrələri  rəngverici,  aromatik  və  dad  maddələrinin  əsas  hissəsini  özündə  saxlayır. 

Qabıq  C  vitamini  ilə  zəngindir  və  lətə  nisbətən  onda  daha  çoxdur.  Qırmızı  gilələrdə 

tamin daha çox olur. Gilə iri olduqda qabığın lətə nisbəti azalır. Xırda giləli üzümlərdən 

alınan  şərab  və  şirə  daha  rəngli  və  aromatlı  olur.  Iri  giləli  üzümlərdən  alınan  şərab 

xarakterik  olmur.  Şirə  çıxımı  hər  şeydən  əvvəl  lətin  konsistensiyasından  asılıdır.  Söz 

yox ki, yetişmə dərəcəsi, gilənin və toxumu ölçüsü, əzilmə keyfiyyəti də şirə çıxımına 

təsir  göstərir.  Əldə  olan  məlumata  görə  sortdan  asılı  olaraq  şirə  çıxımı  məhsulun 

çəkisinin 65-80 % -i təşkil edir. 

 

1   ...   5   6   7   8   9   10   11   12   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə