Proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə2/34
tarix11.06.2022
ölçüsü1,02 Mb.
#61216
1   2   3   4   5   6   7   8   9   ...   34
c-sharp proqramlasdirma diline girish aze

Visual Studio IDE


Proqram yazmaq üçün, bir proqramçıya əslində 3 şey lazımdır:

  1. Bir mətn redaktoru

  2. Müvafiq proqramlaşdırma dilinin kompilyatoru

  3. Kompilyasiyadan alınan nəticəni icra edən, sistemə yüklü işləmə mühərriki (CLR). Amma real dünyada proqram yazmaq üçün müəyyən vasitələrdən istifadə edirlər. Adi bir mətn redaktorunda, məsələn hamımıza doğma Notepad- da bir bəsit proqram yazdığımızı düşünək. Bu zaman tutaq ki, 4 ədəd sintaktik səhv etmişik və bundan xəbərimiz yoxdur. İndi həmin proqram kodunu, icra edə biləcəyimiz *.exe genişlənməsinə malik bir fayla çevirməliyik, yəni kodu kompilyasiya etməliyik.

Kompilyasiya edəndə kompilyator həmin 4 dənə sintaktik səhvə görə kodların kompilyasiyasını başa çatdıra bilməyəcək və terminal pəncərəsində filan sətrin filan sütununda xəta var deyəcək. Bu zaman filan sətrin filan sütununu axtaracağıq və xətanı aradan qaldırıb kodları yenidən kompilyasiya etməyə çalışacağıq. Lap tutaq ki, proqramımız işlədi, çox gözəl. Bəs uzun bir proyekt yazmaq istəsəm, çox demirəm 100 sətirlik bir C# proqramını NotePad ilə yazmağa cəhd etmək tam olaraq dəlilikdir. Buna görə də proqram yazmaq üçün yüksək səviyyəli mətn redaktorlarından istifadə olunur hansı ki, bu redaktorlar kodlardakı sintaktik səhvləri avtomatik aşkar edir, xətaların altından qırmızı xətt çəkir və bu vəziyyətdə kodları kompilyasiya etməyə icazə vermir. Bu redaktorların işi ancaq bununla bitmir, bizə vizual olaraq proqramşaldırma etməyə də imkan verir, proqram fayllarını tam nəzarətdə saxlayır, kodlarımıza hakim çıxır və işimizi dəfələrlə asanlaşdırır və daha nələr nələr... Bax bu kimi, proqram yazmaq üçün istifadə olunan mətn redaktorlarına deyilir IDE – Integrated Development Environment. Məsələn, Microsoft Visual Studio, Adobe Dreamweaver, Java Eclipse və s. Biz də C# dilində proqramları Visual Studio IDE - si ilə yazacağıq. Proqramı http://www.microsoft.com adresindən yükləyə bilərsiniz. Proqramı kompüterə quraşdırmaq adi bir proqramı quraşdırmaq kimi asandır, sadəcə lisenziya razılaşmasını qəbul edirsiniz və lazımi komponentlərin sistemə qurulmasını gözləyirsiniz. Proqramımızı kompüterə quraşdırdıqdan sonra onu icra edin, aşağıdakı kimi bir pəncərə ilə qarşılaşacaqsınız:

Bu pəncərəyə Başlanğıc Səhifə (Start Page) deyilir. Burada Visual Studio – nun yenilikləri ilə tanış ola bilərsiniz və s. Proqram yazmaq üçün əvvəlcə müvafiq işə
uyğun proyekt yaratmalıyıq. Bir proyekt yaraqmaq üçün ya həmin bu başlanğıc səhifəsindən ―New project…‖ klikləyirsiniz, ya da File >> New >> Project yolunu izləyirsiniz. Açılan pəncərədə müxtəlif proyekt nümunələrini görə bilərsiniz. Qeyd edək ki, Visal Studio – nun hansı nəşrini istifadə etməyinizdən asılı olaraq, bu siyahıda göstərilənlərin sayı sizdə fərqli ola bilər.

Kənardan ―Visual C#‖ – ın optimizasiya olunduğuna diqqət edin. Əgər VS – ni ilk dəfə işə salırsınızsa, açılan pəncərədə sizə hansı proqramlaşdırma dilini seçməyiniz barədə seçim imkanı gəlir. Orada Visual C# - ı seçdiyinizdən əmin olun. Yuxarıdakı siyahı onu ifadə edir ki, C# proqramlaşdırma dili bizə bu proyektləri həyata keçirməyə imkan verir. Məsələn Windows sistemləri üçün ən məşhur proqramlaşdırma texnologiyası Windows Form Application, daha yüksək vizual qrafikaya malik proqramlar (məsələn 3D oyunlar) yazmaq üçün WPF – Windows Presentation Foundation Application, Console Application, Veb proqramlaşdırma üçün ASP.NET Web Forms Application ya da Microsoft – un yeni nəsil Veb proqramlaşdırma texnologiyası olan ASP.NET MVC Web Application kimi proyektləri hazırlaya bilərik. İstənilən proqramlaşdırma dili ən sadə struktura malik olan proqram növündə - konsolda öyrənilməyə başlayır. Eyniylə biz də C# dilini Console Application üzərindən öyrənəcəyik. Bir konsol proyekt yaratmaq üçün Console Application üzərində klikləyirsiniz və aşağıdan proyektinizə ad verirsiniz. Məsələn,
―MenimIlkProqramim‖ adlı bir konsol proyekt yaradaq və OK klikləyək:
Beləliklə biz, Visual Studio ilə ilk proyektimizi yaratmış olduq. Hamızını təbrik edirəm!

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin