Azərbaycan dilində akademik və işgüzar kommunikasiya
Akt
Akt müəyyən bir faktı və hadisəni, məsələn, idarəni, müəssisəni və sairəni başqasına təhvil verdikdə və yaxud aparılmış yoxlamanın nəticəsini və s. dəqiq surətdə təsvir etmək lazım gəldikdə tərtib edilir. Aktda aşağıdakı məsələlər əks olunur: sərlövhə şəklində akt sözü, tərtib olunma tarixi, aktı tərtib edən şəxslərin ad və familiyası, aktda qeyd olunan hadisəyə dair faktik məlumatlar, nəticə və aktı tərtib edənlərin imzası.
AKT (nümunə)
2011-ci il mart ayının 15-də pedaqoji fakültədə auditoriyaların vəziyyəti yoxlanıldı. Yoxlama zamanı aşağıdakılar müəyyənləşdirildi:
137 və 139 №-li otaqlarda pəncərələr sınmışdır.
129 və 147 №-li auditoriyaların qapıları bağlanmır.
Auditoriyadakı bəzi stolların üstü yazılmışdır.
Bu nöqsanlar həmin auditoriyalarda məşğələ keçən bəzi tələbələrin intizamsızlığı, təsərrüfat işlərinə baxanların məsuliyyətsizliyi nəticəsində baş vermişdir. Həmin nöqsanların üç gün ərzində aradan qaldırılması üçün fakültə dekanlığı və təsərrüfat işləri üzrə prorektor tədbir görsünlər:
Aktı tərtib etdilər:
1. (imza) İ.İsmayılov – fakültə həmkarlar ittifaqı komitəsinin sədri
2. (imza) G.Əliyeva – 403-cü qrupun təşkilatçısı
3. (imza) H.İbrahimov – müəllim
Akta tanış edildilər:
1. (imza) C.Əzizov – fakültə dekanı
2. (imza) F.Seyidov – təsərrüfat işləri üzrə prorektor
Atam Qədirov Müslüm Oruc oğlu təqaüdçüdür.
Anam Qədirova Gülövşə Rəcəb qızı həkim işləyir
Evliyəm. Həyat yoldaşım Qədirova Məsmə Əli qızı müəllimdir. Oğlum Qədirov Mahmud Xəlil oğlu Azərbaycan İqtisadiyyat Universitetinin IV kurs tələbəsidir. Qızım Təranə Bakı Ali Pedaqoji Qızlar Universitetində oxuyur.
Vəkalətnamə
Vəkalətnamə qiymətli bir əsyanı müəyyən təşkilatdan almaq üçün lazımi səxsə verilən xüsusi formada tərtib edilmis sənəddir. ǝdarə və təşkilat onu etibar etdiyi səxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir.
Vəkalətnamə təkcə təşkilatlar arasında əməliyyata deyil, müəyyən səxsə də aidedilə bilər. Fərq bundadır ki, təşkilatların bir-birinə verdiyi vəkalətnamə xüsusi formada mətbəədə
hazırlanır. Həmin sənəd asagidakı kimi tərtib edilir:
1. Vəkalətnamə verilən səxsin adı, atasının adı, vəzifəsi.
2. Vəkalətnaməni verən səxs və ya təşkilat (onun adı, atasının adı, soyadı, vəzifəsi, yaxud müəssisənin adı, yeri tam səkildə göstərilməlidir).
3.Alınan ǝsyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu.
4. Vəkalətnamənin müddəti (həm rəqəm, həm də hərflə).
5. Vəkalətnaməyə məsul olan səxsin imzası.
6. Vəkalətnamənin verildiyi tarix.
7. Vəkalətnaməyə məsuliyyət dasıyan səxsin vəsiqəsinin seriya və nömrəsi, hansı daxili islər söbəsindən verildiyi və səxsiyyət vəsiqəsinin verilmə tarixi.
Nümunə
VƏKALƏTNAMƏ
Biz Sizin rəhbərlik etdiyiniz «Bilgisayar» magazasından universitetimiz üçün sifaris edilən 2 ədəd bilgisayarı əməkdaşımız Telman eman oglu Məhərrəmliyə etibar edirik. Bizim hesabımız 0250001, Bakı səhəri, 10 saylı Yasamal Rayon əmanət Bankıdır.
T.Ə.Məhərrəmlinin səxsiyyətini təsdiq edən vəsiqə: II-JO ǝ344205. 28 oktyabr
2006-cı ildə Bakı s., Səbael RǝK-in Polis idarəsi tərəfindən verilmisdir.
T.Ə.Məhərrəmlinin imzasının nümunəsi
Təsdiq edirik: (möhür)
Rektor: prof.Ə.Həsənli
Hesabat
Ərəb mənşəli «hesabat» sözünün mənası «hesab» sözünün cəmi olub, verilən tapşırığın yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazılı şəkildə və ya şifahi verilən rəsmi məlumatdır.
Hesabat idarə və təşkilatın, habelə mülki şəxslərin yuxarı təşkilatlar və ya vəzifəli şəxslər qarşısında götürdükləri cari, illik və beşillik işin nəticələri haqqında məlumat verilməsidir. Hesabat hüquqi sənəd deyil, amma istintaq zamanı bir mənbə kimi hesabatlardan istifadə olunur. Hesabat öz işini hesablayıb, sistem şəklində təqdim etməyə deyilir. Dediyimiz kimi, hesabatı cavabdeh müəssisə və ya şəxs qarşısında məsul olduğu yuxarı idarə və ya
Hesabatda hesabat verənin bütün gördüyü işlər dolğun şəkildə, ardıcıl olaraq şərh edilməlidir. Yerinə yetirilməyən işin səbəbi göstərilməlidir. Hesabatda bütün faktlar və rəqəmlər dürüst verilməli, cümlələr aydın olmalıdır. Hesabat yalnız yazılı şəkildə tərtib edilir. Şifahi hesabat verilmir.
Hesabatların növü çox olduğu kimi məzmunu da müxtəlif ola bilər. Amma bütün hesabatların forması, demək olar ki, eyni olur.
Əvvəlcə hesabat verən idarənin, müəssisənin, şöbənin, mülki və ya hüquqi şəxsin və ya şəxslərin kimliyi haqqında məlumat, sətrin ortasında isə «Hesabat» sözü yazılır. Əgər hesabatı tək bir adam verirsə, yalnız onun özü, bir neçə şəxs verirsə, onların hamısı imza edir, aşağıda hesabatın tərtib edildiyi tarix göstərilir.
Hesabata verilən tələblər bunlardır:
1. Hesabat inandırıcı olmalıdır.
2. Hesabatdakı faktlar və rəqəmlər dəqiq verilməlidir.
3. Hesabatda təkrarlara, yorucu fikirlərə, yersiz sitatlara yol verilməməlidir.
4. Hesabat ictimai xarakter daşıyırsa, qorunub saxlanılmalıdır.
5. Hesabatın əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstərilməli, sonunda isə imza qoyulmalıdır.