65) İki depressiv epizoddan sonra depressiv pozuntunun residiv ehtimalı nə qədərdir?
A) 20%-ə yaxın
B) 10%-dən aşağı
C) 60-75%
D) 30%-ə yaxın
E) 90%-dən çox
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2008
66) Bipolyar pozuntu çərçivəsində depressiv pozuntunun ilkin müalicəsi nədən ibarətdir?
A) Əhval-ruhiyyə stabilləşdiricisi və trisiklik antidepresantla (TSA) kombinasiya edilmiş dərman müalicəsi
B) Əhval-ruhiyyə stabilləşdiricisi ilə dərman (normotimik) müalicəsi
C) Serotininin interreseptor udulması seçici inhibitoru (SİUSİ) ilə dərman müalicəsi
D) Serotininin interreseptor udulması seçici inhibitoru (SİUSİ) və ECT ilə kombinasiya edilmiş müalicə
E) Serotininin interreseptor udulması seçici inhibitoru (SİUSİ) və atipik neyroleptiklə kombinasiya edilmiş dərman müalicəsi
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008
67) Psixoterapiyanın hansı metodlarında depressiv pozuntuların müalicəsinin effektliliyi randomizasiya olunmuş plasebo-kontrollu tədqiqatlar vasitəsilə sübuta yetirilmişdir?
A) İnterpersonal psixoterapiya və Koqnitiv-davranış terapiyası
B) Rocersin yönəlmiş qeyri-direktiv (ekzistensial) terapiya və psixoanaliz
C) Geştalt-terapiya və psixodrama
D) Neyrolinqvistik proqramlaşdırma (NLP) və qısa müddətli psixodinamik terapiya
E) Hipno-suggestiv terapiya və autotreninq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol, Bakı 2008
Dostları ilə paylaş: |