Psixoanalizin əsas anlayışları. Psixikanın strukturunun psixoanalitik izahı Z. Freydin üç komponentli struktur modeli


Şəxsiyyətə tipoloji yanaşmalar (K.Yunq, E.Şpranqer, K.Xorni, E.Fromm)



Yüklə 40,5 Kb.
səhifə9/11
tarix15.11.2022
ölçüsü40,5 Kb.
#69226
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 4-BLACK

Şəxsiyyətə tipoloji yanaşmalar (K.Yunq, E.Şpranqer, K.Xorni, E.Fromm).

Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr vardır. Bu nəzəriyyələri fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, bunların heç də hamısı bir başa şəxsiyyətin psixoloji mahiyyətini müəyyənləşdirməyə yönəldilməyib. Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər vardır. Ona görə də insanların uyğun, oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bunu da adətən şəxsiyyət tipləri adlandırırlar.
Alman psixoloqu E.Şpanqer şəxsiyyətin 6 tipini nəzərdən keçirir:

  • nəzəri tip (həqiqəti aşkara çıxarmağa meyllilik, tənqidi yanaşma),

  • iqtisadi tip (faydaya meyllilik, praktiklik),

  • estetik tip (dünyanın obrazlı qurulmasına meyllilik),

  • sosial tip (insanlara sevgi),

  • siyasi tip (hakimiyyətə meyllilik),

  • dini tip (fövqəltəbiiliyə inam).

K.Xorni şəxsiyyətin 3 tipini qeyd edir:



  • güzəştə gedən (insanlara istiqamətlənmə),

  • təcrid edilmiş (insanlardan),

  • düşmən (insanlara qarşı).

K.Yunq əsas psixoloji tipləri 2 qismə ayırır:

  • ekstravert tip

  • introvert tip.

E.Fromm şəxsiyyətin 5 tipini göstərir:

  • reseptiv,

  • istismarçı,

  • yığıcı,

  • bazar,

  • məhsuldar.

Amerikan psixoloqu Kartin Xorni (1885-1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlıq hissini qoymuşdu. Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.
Kurt Levinin fikrincə şəxsiyyətin hərəkətverici qüvvəsi təlabatlarla şərtlənir. İnkişaf özünü 3 formada dönməzlik (ilk vəziyyətə qayıtmamaq) qanunauyğunluq və dəyişkənliyi müəyyən istiqamətdə cərəyanı formasında büruzə verir və o köhnənin məhv olması, yeninin meydana gəlməsi kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, sadədən mürəkkəbə, asandan çətinə doğru spiral xətti boyunca hərəkətdən, yüksəlişdən ibarətdir.
Bu cür inkişafın əsasını ziddiyyətlərin mübarizəsi təşkil edir. Şəxsiyyətin onun fəallığının mənbəyi olan təlabatların ödənilməsi prosesində əmələ gələn, ziddiyətləri inkişaf etdirir və bu ziddiyətlər şəxsiyyətin inkşafının hərəkətverici mexanizmini təşkil edir.
İnsanda ictimailəşmiş blopoisi (maddi) və ictimai tələbatlar vardır. Bunlar əməyə, geyimə, yaşayış binasına, istirahətə, istehsala, ünsiyyətə, idraka və s.olan tələbatlardır.
Amerika psixoloqu Erix Fromm ünsiyyət vasitəsilə təmin olunan 5 xüsusi tələbat növünü qeyd edir:

Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin