Psixoloji müdafiə mexanizmləri Psixoloji müdafiə nədir? O, hansi formalarda özünü gostərir? Psixoloji müdafiənin əmələ gəlmisini nə ilə izah etmək olar?
Psixoloji müdafiə terminin adinda onun mənası da bu və ya digərdərəcədə öz əksini tapmışdır. Müdafiə hərbi, idman və s. sahələrdə geniş tətbiq olunur. Müdafiə həm də psixoloji xarakter daşıya bilər: bu cəhəti ifadə etmək üçün alimlər «psixoloji müdafiə» söz birləşməsindən istifadə etdilər.
Psixoloji müdafiənin geniş yayılmış formalarından biri iddia səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. Lakin dəqiq müəyyən edilmişdir ki, psixoloji miidafiəni təkcə iddia səviyyəosinin aşağı düşməsi ilə məhdudlaşdırmaq olmaz. Psixoloji müdafiə xüsusi təminedici sistem kimi özünü göstərir. Bir çox hallarda insan situasiyani sadəcə olaraq dəyişə bilmir: İnsanın vəziyyətini təsəvvür edoə bilirsinizmi? O, bu şəraitdə nə etləməli idi? Müəyyən edilmişdir ki, «Мәn - obraz» üçün təhlükəli olan şəraiti, hiss və həyəcanları neytrallaşdırmaq zərurəti meydana çıxdıqda, şəxsiyyət psixoloji yollarla özünümüdafiə etməyə başlayır.
О, bir halda özünə təsəlli verir və ya haqq qazandırır, öz səhvlərini etiraf edir və ya şəri özgənin üstünə atır, başqa bir halda hadisələri rasionallaşdırır, «Ağzı ətə çatmır, deyir ki, iy verir.», üçüncü bir halda, özünəməxsus motivləri, əməlləri, əlamətləri və xassəlori başqasının adına çıxır («Adımı sənə qoyum, səni yana-уаnа qoyum»), özünü sadəcə olaraq rastlaşdığı adamlarla eyniləşdirir (identifikasiya) və yaxud onu ələ salmaq, dolamaq məqsədilə sözlərin mənasını dəyişir, «sözün doğrusunu zarafatla deyir», bəzən isə nəyi isə, kimi isə inkar edir.
Frustratsiya şəraitində psixoloji müdafiənin xarakteri dəyişir.
İnsan belə hallarda adətən müxtəlif çətinliklərlə rastlaşır, onu aradan qaldıra bilmir, özünün düşdüyü bu vəziyyətə görə kimisə günahkar sayır, kimisə hədələyir («görsün onun başına nə oyun açacağam»), bu və ya digər adama qarşı kobudluq etməyə, ona düşməncəsinə yanaşmağa başlayır. Bir çox hallarda isə o, öz rəqibini təxəyyülündə canlandırır və «ürəyindən tikan çıxana qədər ondan intiqam alır. Bəzən isə frustratsiya şəraitində insan özünə qarşı aqressiv münasibət bəsləyir: özünü döyür, paltarını cırır və s.
Qeyd etmək lazimdir ki, psixoloji müdafiə heç də həmişə adekvat formalarda ifadə olunmur. Biz elə hallara rast gəlirik ki, insan ya psixoloji müdafiənin formalarından düzgün istifadə etmir, ya da özünü qeyri-adi şəkildə müdafiə edir, bu zaman onun davranışında nevrotik və bızi başqa simptomlar müşahidə olunur. Bu isə təsadüfi deyildir. Psixoloji müdafiənin məzmunu və forması insanin sosial yetkinliyi ilə bilavasitə əlaqədardır.
Beləliklə, aydın olur ki, insan psixoloji müdafiə vasitəsilə, bir tərəfdən, özünün davranış və rəftarını, digər tərəfdən isə qarşılıqlı münasibətlərini tənzim edir. Bu, psixoloji müdafiənin əsas funksiyasıdır. Onun mahiyyətini də ancaq bu baximdan təhlil etmək lazimdir. Z. Freyd psixoloji müdafıəni də biolojiləşdirirdi. О, psixoloji müdafiənin mahiyyətini əslindəo insanin şüursuz instinktləri ilə izah edirdi.
Ziqmund Freydin fikrincə, insanda əsas iki instinkt var ki, bunlardan da biri cinsəllik, digəri isə təzyiqdir (şiddət).Hər iki instinkt doyum axtarışındadır, lakin ətrafdakıların fikri, "mentalitet" və s. kimi amillər bu doyumun təmin olunmasına mane olduqda, insanda mudafiə mexanizmi özünü biruzə verir. Mexanizm insanın öz istəklərini cəmiyyət tərəfindən qəbul olunacaq "şəklə salmağa" xidmət edir.
Keçək mexanizmlərin izahatına:
1. "Basdırma": İnsan, özünü hədələyən hər hansı bir siqnalı, ya da həyatına girən və ona travma yaşadan hər hansı birini tamamən unuda bilər.Məsələn: Fobiyalar.İnsan səbəbsiz bir qorxu keçirsə də, bu qorxunun qaynağını xatırlamır.
2. Rəddetmə: Basdırmanın əksinə, gerçəyə dair hər hansı bir məlumata sahib olsa da, bu siqnalin varlığını rədd edərək yox sayır. Məsələn: imtahan nəticələri açıqlandı ve nəticə ürəkaçan olmadı. Bu pis qiymətin alınmış olmadığını hesab edərəkk, müəllimin balları toplayarkən səhvə yol verdiyini düşünmək.
3. Yönəltmə: İnsan qəbul edə bilmədiyi bir istəyi başqa bir obyektə yönəldir. Məsələn: İş yerində müdürlə bir mübahisə edib əsəbini evə dönəndən sonra həyat yoldaşından çıxır.
4. Hadisələri intelektuallaşdırma: İnsan hər hansı bir hadisənin duyğusal yönünü görməzlikdən gələrək, onun intelektual aspektdən gözə çarpan xüsusiyyətlərinə diqqətini yönəldir.Məsələn: Hər hansı bir yaxının itkisində qəmlənmək, kədərlənmək əvəzinə başını matəm işləri ilə qatmaq.
5. Yansıtma: Daxili bir həqiqətin yaratdığı qayğı səbəbilə insan şəxsi fəaliyyətlə əlaqəli bir vəziyyəti çöldəki bir qıcığa bağlayır.Məsələn: Kimsə mübahisədə məğlub olursa, mübahisədə haqsız görsənməmək üçün qarşıdakının "ağılsız" olduğunu demək.
6. Məntiqi nəticələr: Hadisələrin əsl səbəblərinə uyğun olmayan məntiqi nəticələrə gəlmək.Məsələn: Bəyəndiyi qadın tərəfindən rədde dilən bir kişi "Elə də çox xoşum gəlmirdi" - deyə bilər. "Pişiyin əli ətə çatmayanda "iylənib" - deyər.
7. Tərsinə göstərmək: Tərsinə göstərmək mexanizmində insan istəmədiyi düşüncə və davranışları rədd etməklə kifayətlənmir, özünün bu düşüncə və davranışları qəbul edən qrupdan olmadığını nümayiş etdirir.Məsələn: Hər hansı bir dostundan nifrət edən bir insan ona, əksinə, daha çox sevgi nümayiş etdirir.
8. Geri çəkilmə: İnsan keçmişdə özünü arxayın hiss etdiyi bir dövrə qayıdır. Məsələn: Yaşca böyük bir uşağın stresli olduğu bir dönəmdə yenidən yatağını islatmağa başlaması.
9. Sublimasiya: Dağıdıcılığın arxasında yatan itici qüvvə.Məsələn: Bir gəncin içindəki dağıdıcılıq duyğularını futbol oynayaraq atması..