Publisher


XVI əsr Azərbaycan divan ədəbiyyatının nümayəndəsi İbrahim gülşəni Bərdəi və onun ərəbcə yaradıcılığı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə37/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   33   34   35   36   37   38   39   40   ...   86
Filologiya 2021 2

XVI əsr Azərbaycan divan ədəbiyyatının nümayəndəsi İbrahim gülşəni Bərdəi və onun ərəbcə yaradıcılığı
 
101 
Məhəbbət zövqüm sənin camalının şövqündən ibarətdir,
Kaş o vəchini eyn gözüylə bir görə idim.
[6, s.46b-47a]
 
beytləri ilə başlayır və məhəbbəti inkar edən münkirə səslənərək bu zövqü anlamağa çağırır 
onu şair. Bu kiçik qəzəldə bütün həyat fəlsəfəsini açıqlayan şair 56 qəzəlin hər birində bu 
fəlsəfənin rüknlərini izaha cəhd etməkdədir.
Rübailər 
Klassik Şərq ədəbiyyatında istər “Divan” sistemi daxilində, istərsə də müstəqil əsər olaraq 
rübailərdən mürəkkəb çoxsaylı nümunələr mövcuddur. Qəzəl və qəsidədən sonra ən məşhur 
nəzm şəkli sayılan rübai ərəb dilində “dördlü, dördlük” mənalarına gəlir. Dörd misradan ibarət 
olub həzəc bəhrində söylənilir. Fars ədəbiyyatında ilk dəfə Rudəki ilə yarandığı nəql edilən rübai 
dubeyt
adlandırılmışdır.[24]Bu janr fikri qısa və lakonik ifadə etməyə imkan verdiyi, təsəvvüf 
həyəcanını dörd misralıq bir nəzm qəlibi içərisində təsvirə yaradığı və musiqi-şeir rabitəsi də 
güclü olduğu üçün təsəvvüfi çevrədə rəğbət görmüşdür. Təsəvvüfi rübainin fars ədəbiyyatında 
ilk müəllifi olaraq Əbu Səid Əbül-Xeyr (v: 1049) anılır. Rudəki (v: 941), Əbu Səid Əbül-Xeyr (v: 
1049), Ömər Xəyyam (v: 1132), Mövlanə Cəlaləddin Rumi (v: 1132), sultanul-aşiqin İbnül-Fariz 
(v: 1235), Ruhi Bağdadi (v: 1605/1606) üç dildə bu janrın ən gözəl örnəklərini yaratmışlar.
Qeyd etdiyimiz kimi, iki nüsxənin müqayisəsi nəticəsində ümumilikdə 171 rübai təsbit 
edildi. Bakı nüsxəsində əlyazma kitabının 19a yarpağından başlanan rübailər “Və ləhu 
rübaiyyat” başlığı altında qəsidə və qəzəllərdən ayrılmış və 31b yarpağına qədər davam 
etmişdir. Həmçinin qırmızı mürəkkəblə çəkilmiş çərçivə içərisinə alınaraq daha səliqəli 
olmuşdur. Ankara nüsxəsində isə, xüsusi başlıq ayrılmamış, 70b yarpağında qəzəllərin ardınca 
birbaşa rübailərə keçilmiş və 84b yarpağında başa çatmışdır. Bu səhifələnmə əlyazma kitabının 
səhifələrinə əsasəndir. Ankara nüsxəsində 159 tam və bir rübainin ilk beyti vardır. 71b 
yarpağından sonra vərəq düşümü mövcuddur. Vərəq düşmə hadisəsi pavərəq uzlaşmazlığı 
nəticəsində müəyyənləşdirilmişdir. 11 ədəd rübai olan iki yarpaq düşmüşdür, bu əksik rübailər 
Bakı nüsxəsindən tamamlanır. Bakı nüsxəsində isə, 167 tam rübai təsbit edildi. Lakin hər iki 
nüsxə yarımçıq bitir. Bakı nüsxəsində olmayan 3 tam bir yarım rübai Ankara nüsxəsindən 
tamamlanır. Və yekun olaraq 171 tam rübai və bir beyt ortaya çıxır.
“Divan”ın iki əlyazma nüsxə əsasında tərtib edilən mətnində ilk rübai budur:
انمب بيبح لْص َو انل لْصَفلاب
انفب ّينه لصو انب لْصَفلا اذ 
ابجع ٌلاصو ُبرق انل دعُبلا يف 
انلب ٍديعب برق انل تْيَل اي
Ölümdəki ayrılıqda (fəsl) bizim üçün həbibin, sevgilinin vüsalı (vəsl) vardır, 
Aləmi-fənada bu ayrılıq (fəsl) bizim üçün xoş bir vüsaldır (vəsl). 
Bu’dda (yardan uzaqda) bizim üçün vüsal qürbü (yaxınlığı) vardır, 
Kaş ki, bu’dda (yardan uzaqda) ikən qürbü (Yarın yaxınlığını) dadaydıq.
[13, s.19a; 6, s.70b] 
Son rübai isə yarımçıq olub sadəcə iki misrası vardır:
هب صقنلا لطب لامك عرشلا 
هب ضاف ادبا ّيلزا مكح
(A-421,) 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin