Apellyasiya şikayətinin dəlilləri:
Müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı apellyasiya şikayətini onunla
əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli hökmünü
qanunsuz və əsassız hesab edir. Məmmədov Səbuhi Xalis oğlu ona görə təqsirli
bilinmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi
istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,865 qram olan narkotik vasitə
heroini əldə edib üstündə saxlamaqla Şirvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində
yerləşən «Elite» ticarət mərkəzinin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat
əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış
tədbirləri zamanı o, 20 oktyabr 2015-ci il tarixdə saat 17.00-da qeyd olunan ticarət
mərkəzinin qarşısında saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy
rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd sellofan bükümdə olan 2,865 qram
çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək
götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məmmədov Səbuhi Xalis
oğlu özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 20 oktyabr 2015-
ci il tarixdə Şirvan
şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən «Elite» ticarət mərkəzinə gəlib özü üçün
mobil telefon nömrəsi almaq istəmiş, lakin nömrə almaq üçün pulu çatmadığına və
3
şəxsiyyət vəsiqəsi evdə qaldığına görə evə qayıtmış, şəxsiyyət vəsiqəsini və pulu evdən
götürüb «Elite» ticarət mərkəzinə mobil telefon nömrəsi satılan mağazaya qayıtmışdır.
Mağazada olan satıcı mobil telefon nömrəsini onun adına rəsmiləşdirərkən arxadan
gələn Şirvan şəhər Polis Şöbəsində əməliyyatçı kimi tanıdığı Müşfiq Eyvazov və
Azərbaycan Respublikası DİN-nin BMCMİ-inin əməkdaşları ona yaxınlaşıb əl-qolunu
tutduqdan sonra onu Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. Şirvan şəhər Polis
Şöbəsində üzərindən 3 manat pul, telefon və kibrit qutusu aşkar edilərək götürülmüşdür.
Şirvan şəhər Polis Şöbəsində Müşfiq Eyvazov ona hədə qorxu gələrək «sənə qulaq
burması veririk» deyə narkotiki masanın üstünə atıb üzərinə götürməyi təklif etmişdir.
Müşfiq Eyvazov hətta ona köməklik edərək narkotikin növünü dəyişməyi bildirmiş,
polis şöbəsinin digər əməkdaşı Ruslan adlı şəxs otağa daxil olaraq narkotikin miqdarını
azalda biləcəyini, həmin narkotik vasitəni dəmiryolunun kənarından tapmasını deməsini
tövsiyə etmişdir. Lakin DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
əməkdaşı Rövşən adlı şəxs ona narkotik vasitəni parkda ağacın dibində tapdığını
boynuna almasını bildirimişdir. Sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, həmin idarədə Rövşən adlı şəxs
dediklərini boynuna almadığı təqdirdə evinə silah atacağı ilə hədələmişdir. O da anası
xəstə olduğundan ilkin izahatını onların dediyi kimi yazmış, məhkəmə iclasında onun
barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən döyülməsi və
təhdid edilməsi barədə bir söz deməmişdir. Əvvəlcə barəsində Azərbaycan
Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış, sonradan guya
onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə
tövsif edilmişdir. О heç vaxt narkotik vasitədən istifadə etməmiş, Polis Şöbəsində ona
qarşı zorakılıq hərəkətləri edildiyindən məcburiyyət qarşısında qalıb cinayət törətməsini
etiraf etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi 18 oktyabr 2015-ci il
tarixdə Səbuhi Məmmədovun barəsində, yəni onun narkotik vasitələrin satışı və
dövriyyəsi ilə məşğul olması barəsində idarəyə məlumat daxil olmuş və 20 oktyabr
2015-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul
edilmişdir. Lakin nədənsə bu barədə əməliyyat-qeydiyyat işi açılmamşıdır. Məhkəmə
hökmündə şahidlərin də Səbuhi Məmmədovu “Elite” ticarət mərkəzinin qarşısında
yerləşən istirahət parkında tutduqları göstərilsə də, məhkəmə hökmündə bu hal düzgün
olmayaraq Səbuhi Məmmədovu “Elite” ticarət mərkəzinin qabağında tutulması qeyd
edilmişdir. İş üzrə məhkəmə iclası zamanı dindirilmiş hal şahidləri Əliyev Müşfiq
Qağamkişi oğlu və Qurbanov Rəşad Şamil oğlu isə əməliyyat işçilərindən fərqli olaraq
Səbuhi Məmmədovun “Elite” ticarət mərkəzinin qabağında tutulmasını bildirmişlər.
Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş Məmmədov Elxan Zakir oğlu və
Əkbərzadə Qumru Ədalət qızı onların işlədiyi “Elite” ticarət mərkəzində telefon və
telefon nömrələri satışı mağazasında Səbuhi Məmmədovun onlardan telefon nömrəsi
aldığı zaman 4-5 nəfər mülki geyimdə olan şəxslər tərəfindən, daha doğrusu Səbuhi
Məmmədov onların mağazasında olan zaman Şirvan şəhər polis şöbəsinin əməliyyat
müvəkilli vəzifəsində işləmiş Eyvazov Müşfiq Həsən oğlu tərəfindən arxadan iki
qolları altından qucaqlanaraq 4-5 nəfər mülki geyimdə olan şəxslərlə aparılmışdır.
Göründüyü kimi cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri arasında ziddiyətlər
mövcuddur. Məhkəmə iclasında onların çarpaz dindirilmələri zamanı bütün bu
xüsusatlar öz təsdiqini tapsa da məhkəmə hökmündə bu hallar, demək olar ki, öz əksini
4
tapmamışdır. Bundan başqa cinayət işinin materiallarından göründüyü kimi, hüquqlarını
müdafiə etdiyi təqsirləndirilən şəxs Səbuhi Məmmədovun barəsində 7 ay ərzində
cinayət işinin istintaqı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə aparılsa
da son nəticədə onun etmədiyi əməli başqa maddəyə--CM-nin 234.1-ci maddəsinə
tövsif edilmişdir. Qeyd olunanlara əsasən Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-
cı il tarixli, 1(032)-49/2016 nömrəli hökmünü ləğv edərək Azərbaycan Respublikası
CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis oğlunun
barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya şikayətinə məhkəmə baxışını
məhkum edilmiş şəxsin iştirakını təmin etməklə və məkəmə istintaqı aparılmaqla
keçirilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.
Dostları ilə paylaş: |