Q ə r a r
Azərbaycan Respublikası adından
Surəti:
28 iyun 2016-cı il №1(106)278/2016 Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Dosiyev Amil Qaraxan oğlu
(sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət
tərkibdə, məhkəmə iclas katibi Mehdiyev Rahid Baxşəli oğlu, dövlət ittihamçısı Azərbaycan Respublikası
Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası
məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Sadıqov
Səyavuş Köçəri oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlu, onun müdafiəçisi
Şirvan şəhər Hüquq Məsləhətxanasının vəkili Fərəcov Salman Böyükağa oğlu, məhkum edilmiş şəxs
Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Hüququ Məsləhətxanasının
vəkili Şirinov Bağban Səfər oğlu, məhkum edilmiş şəxs Həmidov Əfqan Əli o
ğlu və onun müdafiəçisi
Masallı rayon Hüquq Məsləhətxanasının vəkili Allahverdiyev Arif Tariverdi oğlunun iştirakları ilə,
Məmmədov Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü
maddələri, Məmmədov Aqil Məhəmməd oğlunun və Həmidov Əfqan Əli oğlunun Azərbaycan
Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilmələri barədə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs
Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş
şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən
ayrı-ayrılıqda tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Məmmədov Anar Ələsgər
oğlu tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
İşin halları:
İbtidai istintaq orqanı tərəfindən Məmmədov Ceyhun Məhəmməd oğluna Azərbaycan
Respublikası CM-nin 126.2.4 və 221.3-c
ü maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, o, 02
iyun 2015-ci ildə, saat 18:35-də Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən «Köhnə Bazar»
şadlıq evində keçirilən toy mərasimində Əfqan Həmidovla qardaşı Aqil Məmmədov arasındakı
münaqişəni görüb, əsaslı bir səbəb olmadan xuliqanlıq niyyətilə, ictimai qaydanı kobud surətdə pozan,
cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən
qərəzli hərəkətləri ilə istintaqa məlum olmayan kəsici-deşici xarakterə malik olan alətdən silah
qismində istifadə edərək həmin toy məclisində iştirak edən Həmidov Əfqan Əli oğluna qəsdən
sağlamlığına ağır zərər vurmaq niyyəti ilə üzünün sol nahiyəsindən bir dəfə vuraraq qulaq seyvanının
boylama istiqamətində sifətdə kəskin nəzərə çarpan asimmetriya və mimika pozğunluğu törədən üz
sinirinin tamlığının pozulması, qulaqətrafı tüpürcək vəzisinin kapsulasının kəsilməsi ilə nəticələnən
17x0,2 sm ölçüdə kəsilmiş kobud yaradan ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə
pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirib sifətini silinməz dərəcədə
eybəcərləşdirməklə, qəsdən sağlamlığa ağır zərər vuraraq, toy məclisinin normal gedişinin
pozulmasına səbəb olan xuliqanlıq etmişdir.
İbtidai istintaq orqanı tərəfindən Məmmədov Aqil Məhəmməd oğluna Azərbaycan
Respublikası CM-nin 221.3-c
ü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, 2015-ci ilin iyun
ayının 2-də saat 18:30 radələrində Kürdəmir rayonunun Xırdapay kənidində yerləşən «Köhnə Bazar»
şadlıq evində keçirilən toy məclisində iştirak edən zaman heç bir səbəb göstərmədən onun şadlıq
evindən çıxıb getməsini tələb edən həmkəndlisi Həmidov Əfqan Əli oğluna qarşı etiraz edərək, əsaslı
səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən
qərəzli hərəkətlərlə silah qismində istifadə etdiyi, əyləşdiyi masanın üstündən üzərində «Delovaya
2
Rus» sözləri yazılmış, 700 qramlıq, ağzı bağlı, qara rəngli araq şüşəsini götürüb Əfqan Həmidovu
vurmaq məqsədi ilə ona tərəf atmış, həmin şüşə Əfqan Həmidova dəyməyərək döşəməyə düşüb
sındıqdan sonra, ilkin olaraq Əfqan Həmidovun həmin masanın üstündən eyni çeşiddən olan araq
şüşəsini götürüb masaya vuraraq sındırmaqla əlində qalan hissəsini, onun üstünə atmış və sinəsinə
dəyərək yanındakı stulun üstünə düşmüş həmin şüşə parçasını götürüb təkrar olaraq Əfqan Həmidovu
vurmaq məqsədi ilə ona tərəf atmış, nəticədə Əfqan Həmidova dəyməyən həmin şüşə parçası
yaxınlıqda olub toyda iştirak edən Kürdəmir rayonu Şıxımlı kənd sakini Qurbanov Vüsal Hikmət
oğluna dəyərək, onun sol baldır nahiyəsində çapıq toxumasından ibarət dərəcəsi təyin edilməyən
xəsarət yetirməklə, toy məclisinin normal gedişinin pozulmasına səbəb olan xuliqanlıq etmişdir.
İbtidai istintaq orqanı tərəfindən Həmidov Əfqan Əli oğluna Azərbaycan Respublikası CM-
nin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, 02 iyun 2015-ci ildə saat 18:30
radələrində Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən «Köhnə Bazar» şadlıq evində keçirilən
Məmmədov Teymur Alim oğlunun toy məclisində, əvvəllər aralarında ailə münaqişəsi olan
həmkəndlisi Məmmədov Aqil Məhəmməd oğlunu görüb, əsassız olaraq ondan toy məclisini tərk
etməyi tələb edərək, sonuncunun onun tələbinə əməl etmədiyinə görə ictimai qaydanı kobud surətdə
pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaş üzərində zor tətbiq olunması ilə
müşayiət edilən qərəzli hərəkətlər edərək, masanın üstündən götürdüyü üzərində «Delovaya Rus»
sözləri yazılmış, qara rəngli, ağzı bağlı, 700 qramlıq araq şüşəsini masanın üstünə vurub sındırmaqla,
şüşənin əlindəki hissəsini silah qismində istifadə edib Aqil Məmmədova tərəf qəsdən ataraq,
sonuncunun döş qəfəsinin ön səthində çapıq toxumasından ibarət dərəcəsi təyin edilməyən xəsarətlər
yetirməklə, toy məclisinin normal gedişinin pozulmasına səbəb olan xuliqanlıq etmişdir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmü ilə (sədrlik edən hakim Quliyev Nizami Fərzi oğlu, hakimlər Cəfərov Rafiq Musa oğlu və
Nuriyev Xamməd Abış oğlu)
14 sentyabr 1984-cü ildə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan
olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işsiz,
məhkum olunmuş, Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda
olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş
Məmmədov Ceyhun Məhəmməd oğlu Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-
cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 126.2.4-cü
maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 5
(beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan
Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq
yolu ilə ona cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin
edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Ceyhun Məmmədova Lənkəran
Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 4 il 6 ay müddətə
azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 24 gün hissəsi hazırki hökm üzrə təyin
edilmiş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 9 (doqquz) il 2 (iki) ay müddətə
azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində
çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 sentyabr 2015-ci il tarixdən hesablanması, barəsində
seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması,
30 yanvar 1981-ci ildə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan
olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum
olunmuş, Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla
həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş
Məmmədov Aqil Məhəmməd oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində
nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam
3
növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından dərhal
həbsə alınması, cəza çəkmə müddətinin əvvəlinin 10 fevral 2015-ci il tarixdən hesablanması, cəzasını
ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm
qanuni qüvvəsini alana kimi dəyişdirlmədən saxlanılması və
26 dekabr 1977-cü ildə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan
olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Azərbaycan
Respublikası FHN-nin DYMN-nin YH-nin böyük yanğınsöndürəni
vəzifəsində işləyən, hazırda sərəncamda olan, əvvəllər məhkum olunmamış,
Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda
yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə
qətimkan tədbiri tədbiri seçilmiş
Həmidov Əfqan Əli oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə
tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum
etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq
edilməklə ona təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti
müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına
nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulması, davranışı üzərində nəzarətin
həyata keçirilməsinin Kürdəmir Rayon İcra Şöbəsinə tapşırılması, hökm qanuni qüvvəyə minənədək
barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin dəyişdirilmədən
saxlanılması, iş üzrə mülki iddianın tam təmin edilməsi, Məmmədov Ceyhun Məhəmməd oğlundan
3.017 (üç min on yeddi) manat alınıb Həmidov Əfqan Əli oğlunun xeyrinə verilməsi, iş üzrə maddi
sübut olan və Kürdəmir Rayon Prokurorluğunda saxlanılan iki ədəd araq şüşələrinin sınıqları, bir ədəd
şalvar və bir ədəd köynəyin məhv edilməsi, iş üzrə cinayətin aləti olan bir ədəd rezak kəsici alətinin
tapılıb işə əlavə edilməsinin mümkün olmamasının nəzərə alınması, iş üzrə məhkəmə xərci olan 73
manatın təqsirləndirilən şəxs Ceyhun Məmmədovdan tutulub dövlət büdcəsinə keçirilməsi hökm
edilmişdir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə
Elşən Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi
Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti və dövlət ittihamçısı
Məmmədov Anar Ələsgər oğlu tərəfindən apellyasiya protesti vermişdir.
Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri:
Məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlunun müdafiəçisi Musazadə Elşən
Möhrab oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq və məhkəmə dövründə hadisənin
bir başa səbəbkarları aşkar edliməməmişdir. Belə ki, məhkəmə iclasında şahidlərin ifadələrinə hüquqi
qiymət verilməmişdir. Hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2016-cı il
tarixli, 1(089)-40/2016 nömrəli hökmü tam qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə iclasında
dindirilən digər təqsirləndirilən şəxslər də eyni məzmunlu ifadələr verərək istintaqda verilən ifadələri
təsdiq etmədiklərini, həmin ifadələrin onlara edilən təzyiq və təsirlərlə əlaqələndirdiklərini bildirdilər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü çıxarılarkən qanunvericiliyin normalarına əməl
edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə bir
daha təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs Məmmədov Aqil Məhəmməd oğlu Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməmişdir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmü
çıxarılarkən «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27
dekabr 1996-cı il tarixli Qərarında göstərilənlər qətiyyən nəzərə alınmamış, Azərbaycan Respublikası
CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq edilməmişdir.
Göstərilənlərə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli,
4
1(089)-40/2016 nömrəli hökmünün qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməsi və
Məmmədov Aqil Məhəmməd oğlunun barəsində bəraət hökmünün çıxarılmasını apellyasiya
instansiyası məhkəməsində xahiş etmişdir.
Məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu apellyasiya şikayətini onunla
əsaslandırmışdır ki, 02.06.2015-ci il tarixdə həmkəndliləri onları toya dəvət etmiş və bu toyda onlar
həmkəndliləri Həmidovlar ailəsi tərəfindən hücuma məruz qalmışlar. Belə ki, Əfqan Həmidov ona araq
şüşəsi ilə xəsarət yetirmiş, qardaşı Cavid isə stəkan və stul ilə xəsarət yetirmişdir. Kürdəmir rayon
prokurorluğunda Cavid məsuliyyətdən kənarda qalmış Əfqanın əməli isə CM-nin 221.3-cü maddəsi ilə
tövsif olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsində CM-nin 126.2.4-cü maddəsilə
təqsirləndirilən Ceyhun Məmmədov 9 il, CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirlən özü 4 il 6 ay
müddətə azadlıqdan məhrum edilmişlər. CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən Əfqan Həmidov
isə məsuliyyətdən kənarda qalmışdır. Göstərilənlərə əsasən, özünün və qardaşı Məmmədov Ceyhun
Məhəmməd oğlunun barəsində ədalətli qərar qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən
xahiş etmişdir.
Məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən
Əliş oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqında Ceyhun
Məmmədovun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində göstərilmiş cinayət
əməllərini törətməsi öz təsdiqini tapmamışdır. Buna görə də onun barəsində bəraət hökmü çıxarılmalıdır.
Məmmədov Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü
maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmasını təsdiq edən kifayət qədər
mötəbər sübutlar məhkmə istintaqı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, Lənkəran Ağır
Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 1(089)-40/2016 nömrəli hökmünü Məmmədov
Ceyhun Məhəmməd oğluna münasibətdə ləğv edib, onun barəsində bəraət hökmünün çıxarılmasını
apellyasiya instansiyası məhkəməsində xahiş etmişdir.
Dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu apellyasiya protestini onunla əsaslandırmışdır
ki, hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli hökmü cinayət
qanununun normaları düzgün tətbiq edilməklə Məmmədov Ceyhun Məhəmməd oğlu və Həmidov
Əfqan Əli oğluna aid hissədə dəyişdirilməli, Ə.Həmidovun barəsində CM-nin 70-ci maddəsinin tətbiq
olunmasına dair müddəalar hökmdən xaric edilməlidir. Qeyd olunmalıdır ki, Əfqan Həmidovun əməli
toplanmış sübutlarla tam sübuta yetirilməsinə baxmayaraq Ə.Həmidov ibtidai istintaq və məhkəmə
baxışı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərəfindən cinayətini
etiraf etməyərək əməlindən peşman olmayan Əfqan Həmidova təyin edilmiş azadlıqdan məhrum etmə
cəzasının şərti tətbiq edilməsi anlaşılan deyildir. İşin hallarından isə görünür ki, məhkəmə CM-nin
221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Əfqan Həmidova təyin edilmiş 3 il 6 ay
müddətə azadlıqdan məhrum etmə cəzasını CM-nin 70-ci maddəsini tətbiq etməklə əsasssız olaraq şərti
hesab etmiş, hökmdə Əfqan Həmidova cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik
dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, nəzərə almamışdır ki,
Ə.Həmidov ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar
üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət
edilən qərəzli hərəkətlər edərək masanın üstündən götürdüyü 700 qramlıq araq şüşəsini masanın üstünə
vurub sındırmaqla, şüşənin əlindəki hissəsini silah qismində istifadə edib Aqil Məmmədova tərəf
qəsdən ataraq, sonuncunun döş qəfəsinin ön səthində çapıq toxumasından ibarət dərəcəsi təyin
edilməyən xəsarətlər yetirməklə, toy məclisinin normal gedişinin pozulmasına səbəb olan xüsusilə
qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hallar Ə.Həmidov tərəfindən törədilən cinayətin xarakterinin
və ictimai təhlükəlilik dərəcəsinin yüksək, nəticələrinin ağır olmasına dəlalət edərək ona təyin edilmiş
azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini deyil, məhz çəkilməsini şərtləndirməsinə,
şəxsiyyəti nəzərə alınaraq Əfqan Həmidovun həmin cəzanı çəkmədən islah olunmasının mümkün
olmamasına baxmayaraq, məhkəmə bunun əksinə olaraq ona təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan
məhrum etmə cəzasını şərti hesab etməyi məqsədəuyğun hesab etmişdir. Təqsirləndirilən şəxs Əfqan
Həmidov tərəfindən törədilən, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan
cinayət əməli qəsdən törədilmiş cinayət olmaqla az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayətin
bilavasitə obyekti ictimai qaydadır. Əlavə obyektini insan sağlamlığının, şərəf və ləyaqətinin, habelə
5
mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Obyektiv cəhətdən ictimai
qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq
olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud
zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsində ifadə olunur. Şərh olunan cinayət
formal tərkibli olduğu üçün CM-nin 221-ci maddəsində qeyd olunan hərəkətlər törədildiyi andan başa
çatmış hesab olunur. Göründüyü kimi, Ə.Həmidov ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə
açıqca hörmətsizlik ifadə edən və vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər
etməklə şüşə parçasını silah qismində istifadə edərək Aqil Məmmədovun sağlamlığına dərəcəsi təyin
edilməyən xəsarət yetirməklə xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bütün bunlar,
təqsirləndirilən şəxs Ə.Həmidovun törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik
dərəcəsi, onun şəxsiyyəti ona təyin edilmiş cəzanın çəkilməsini şərtləndirən amillərdir. Azərbaycan
Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə
cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın
şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinin tələbinə
əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik
dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə
almalıdır. Məhkəmə isə yuxarıda qeyd edilənlərlə yanaşı qanunda nəzərdə tutulmamış halları əsassız
olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmişdir. Belə
ki, Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yalnız
sübutlara əsasən müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxslər Məmmədov Ceyhun Məhəmməd
oğlu, Məmmədov Aqil Məhəmməd oğlu və Həmidov Əfqan Əli oğlunun hər birinin himayəsində
azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxsin onlardan heç bir tələb və şikayəti olmamasını
Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar
kimi nəzərə almışdır. İş materiallarından görünür ki, iş üzrə zərər çəkmiş şəxs Qurbanov Vüsal Hikmət
oğlu təqsirləndirilən şəxs Aqil Məmmədova elan olunmuş ittiham üzrə zərər çəkmiş şəxsdir. Məhkəmə
zərərçəkmiş şəxsin onlardan heç bir tələb və şikayəti olmamasını təqsirləndirilən şəxsin hər üçünün, o
cümlədən Ə.Həmidov və C.Məmmədovun cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı
olmamışdır. Bundan əlavə iş materiallarından görünür ki məhkəmə 59.1-ci maddəsinə istinad edərək
zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərən heç bir tələb və şikayəti olmamasını cəzanı yüngülləşdirən
hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, cinayətin
törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət
nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması,
zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına
yönəldilmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Göründüyü kimi, Cinayət
Məcəlləsində cəzanı yüngülləşdirən hal kimi konkret olaraq cinayətin törədilməsindən bilavasitə sonra
zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi
zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə
cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi
cəzanı yüngülləşdirən hal kim nəzərə alınmışdır. Lakin məhkəmə qanunsuz və əsassız olaraq CM-nin
59.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin təqsirlədirilən şəxslərən heç bir tələb və şikayətinin
olmamasını cəzanı yüngülləşdirən hal qismində nəzərə almışdır. Məhkəmə şərti məhkum etmə haqqında
qərar qəbul edərkən təqsirləndirilən şəxs Ə.Həmidovun zərər çəkmiş şəxslə barışmasını cəzanı
yüngülləşdirən hal kimi qəbul edərkən həmçinin nəzərə almamışdır ki, Əfqan Həmidov tərəfindən
törədilən xüsusilə qərəzli xuliqanlıq cinayəti ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayət
olmaqla ictimai ittiham qaydasında təqib olunur. Həmin cinayətlərin bilavasitə obyekti ictimai qaydadır.
Əlavə obyekti insan sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan
ictimai münasibətlərdir. Göründüyü kimi, qanunverici qeyd olunan cinayətlərdə daha çox ictimai
qaydanın qorunmasına önəm vermişdir. Azərbaycan Respublikasi CM-nin 221-ci maddəsi ictimai
təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətdir. Konstitusiya Məhkəməsi mövqeyinə görə
ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərdə tərəflərin barışmasını cəzanı
yüngülləşdirən hal kimi qəbul edilməsi qanunun tələblərinə uyğunsuzluq təşkil etdiyi halda məhkəmə
CM-nin 59.1-ci maddəsinə istinad edərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını cəzanı
6
yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan əlavə Ə.Həmidov məhkəmə istintaqı nəticəsində tam
sübuta yetirilən, törətmiş olduğu cinayət əməlinə görə özünü təqsirli bilməmiş, davranışı ilə islah
olunma yolunda olduğunu göstərməmiş, belə olan halda məhkəmə tərəfindən əsassız olaraq
Ə.Həmidovun cəza çəkmədən islah olunması mümkün sayılaraq onun barəsində CM-nin 70-ci maddəsi
tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi həmin maddənin müstəsna əhəmiyyətinin
itirilməsinə səbəb olmuşdur. Sadalananlardan göründüyü kimi, məhkəmə Ə.Həmidov tərəfindən
törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, hadisənin baş vermə səbəbi və
şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək təyin edilmiş cəzanı şərti hesab
etmiş, həmin hissədə hökmü əsaslandırmamış, qeyd olunan hallar və Ə.Həmidovun şəxsiyyəti nəzərə
alınmaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr
tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun Qərarındakı tövsiyələri nəzərə almamışdır. Məhkəmə cinayət törətməkdə
təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin
müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin
edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm
məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail
olmaq sahəsində mühüm vasitədir. Lakin məhkəmənin Əfqan Həmidova təyin etdiyi cəza ilə sosial
ədalət bərpa olunmamış, şərti hesab edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən
həmin cəza gələcəkdə həm Ə.Həmidov, həm də başqa şəxslər tərəfindən ictimai təhlükəsizlik və ictimai
qayda əleyhinə olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza
ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Bundan əlavə iş
materiallarında görünür ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən
hökmlərin məcmusu üzrə Ceyhun Məmmədova cəza təyin edərkən və cəzaçəkmənin əvvəlinin
hesablanmasında səhvə yol vermişdir. Belə ki, Məmmədov Ceyhun Məhəmməd oğlu Lənkəran Ağır
Cinayətlər Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmünə əsasən CM-nin 29,149.1-ci maddəsi ilə
təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin
əvvəli 13 iyul 2011-ci il tarixdən tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məntəqə tipli
cəzaçəkmə müəssisəsində olarkən hazırki cinayət əməlini törətmiş, 19 avqust 2015-ci il tarixdə həbsə
alınmışdır. Göründüyü kimi həmin cəzanın 4 ay 24 gün hissəsi çəkilməmiş qalmışdır. Lənkəran Ağır
Cinayətlər Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmü ilə Ceyhun Məmmədova təyin edilmiş 4 il 6 ay
müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 ay 24 gün hissəsi hazırki 10 fevral
2016-cı il tarixli hökmlə təyin olunmuş cəzaya birləşdirilməli olduğu halda məhkəmə qanunsuz və
əsassız olaraq 3 ay 24 gün hissəsini qismən birləşdirmişdir. Bundan əlavə məhkəmə Ceyhun
Məmmədovun cəzaçəkməsinin əvvəlini onun həbsə alındığı tarixdən, yəni 19.08.2015-ci il tarixdən
hesablamalı olduğu halda həmin hissədə də səhvə yol verərk C.Məmmədovun cəzaçəkməsinin əvvəlini
19.09.2015-ci il tarixdən hesablamışdır. Göründüyü kimi məhkəmə tərəfindən Ceyhun Məmmədova aid
hissədə də cinayət qanunu normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nın
399.1.4-cü maddəsinə əsasən cinayət qanunun normasının düzgün tətbiq olunmaması birinci instansiya
məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ona görə də,
Məmmədov Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3,
Məmmədov Aqil Məhəmməd oğlu və Həmidov Əfqan Əli oğlunun CM-nin 221.3-cü maddələri ilə
məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı
il tarixli hökmü Ceyhun Məmmədov və Əfqan Həmidova aid hissədə dəyişdirilməli, cinayət qanunu
normaları düzgün tətbiq edilməklə Ə.Həmidov barəsində Azərbaycan Respublikası CM-nin 70-ci
maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilməlidir. Göstərilənlərə əsasən,
Məmmədov Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3,
Məmmədov Aqil Məhəmməd oğlu və Həmidov Əfqan Əli oğlunun CM-nin 221.3-cü maddələri ilə
məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı
il tarixli hökmü Ceyhun Məmmədov və Əfqan Həmidova aid hissədə dəyişdirilməsini, cinayət qanunu
normaları düzgün tətbiq edilməklə Ə.Həmidov barəsində Azərbaycan Respublikası CM-nin 70-ci
7
maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsini apellyasiya instansiyası
məhkəməsindən xahiş etmişdir.
Dostları ilə paylaş: |