Q Ə r a r d a d azərbaycan respublikasi adindan



Yüklə 105.64 Kb.
Pdf просмотр
tarix07.06.2017
ölçüsü105.64 Kb.

 

 

 



 

                                                                                                              

                                                                                                                                                                                                                                                                          

                                  

                                 

                

                                                                  Q Ə R A R D A D 

 

                         AZƏRBAYCAN   RESPUBLIKASI   ADINDAN 



 

23 sentyabr 2016-cı il                            İş № 2(106)2028/2016                                                      Şirvan şəhəri                                                                                                                           

                                                        

Şirvan  Apellyasiya  Məhkəməsinin  Mülki  Kollegiyasının  hakimləri  Zeynalov  Zeynal  Ağabala  oğlu 

(sədrlik edən, məruzəçi), Kərimov Qəzənfər Babaxan oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, 

Əliyev  Həsən  Əhliman  oğlunun  katibliyi,  cavabdehin  nümayəndələri  Mütəllimov  Mehman  İman  oğlunun, 

Şahverənova Mənsurə Gülağa qızının iştirakı ilə açıq məhkəmə iclasında, 

İddiaçı Qalabəy Tomar oğlu Əmirovun cavabdeh Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam 

orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair mülki iş üzrə Biləsuvar 

rayon  məhkəməsinin  12  may  2016-cı  il  tarixli  2(022)-659/2016  saylı  qərardadından  Mütəllimov  Mehman 

İman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq 

 

                                                       MÜƏYYƏN    ETDİ: 



 

Biləsuvar  rayon  məhkəməsinin  12  may  2016-cı  il  tarixli  2(022)-659/2016  saylı  qərardadı  ilə  (sədrlik 

edən  A.Səmədov)  iddiaçı  Qalabəy  Tomar  oğlu  Əmirovun  cavabdeh  Biləsuvar  rayon  İ.İsmayılov  adına 

Ovçubərə kənd tam orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iş 

üzrə  Biləsuvar  rayon  məhkəməsinin  29  mart  2016-cı  il  tarixli  2(022)-659/2016  saylı  qətnaməsindən 

Mütəllimov Mehman İman oğlunun verdiyi apellyasiya şikayəti qaytarılmışdır. 

Biləsuvar  rayon  məhkəməsinin  12  may  2016-cı  il  tarixli  2(022)-659/2016  saylı  qərardadından 

Mütəllimov  Mehman  İman  oğlu  tərəfindən  verilmiş  şikayət  həmin  məhkəmənin  25  avqust  2016-cı  il  tarixli 

2(022)-659/2016  saylı  qərardadı  ilə  təmin  edilməmiş,  şikayət  baxılması  üçün  Şirvan  Apellyasiya 

məhkəməsinə göndərilmişdir. 

                                                     İŞİN  HALLARI: 

 

Biləsuvar   rayon    məhkəməsinin   29   mart   2016-cı   il  tarixli  2(022)-659/2016 saylı qətnaməsi ilə 



iddia təmin edilmiş, Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin sabiq direktorunun 

Qalabəy  Tomar  oğlu  Əmirovun  işdən  azad  edilməsinə  dair  30  yanvar  2016-cı  il  tarixli  49  saylı  əmri  ləğv 

edilmiş və Qalabəy Tomar oğlu Əmirov Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinə 

əvvəlki  vəzifəsinə  bərpa edilərək,  iddiaçı Qalabəy Tomar oğlu Əmirova  məcburi  işburaxma  müddətinə görə 

orta aylıq əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. 

İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. 

 

                         APELLYASİYA  ŞİKAYƏTİNİN  DƏLİLLƏRİ: 



   

Cavabdehin  nümayəndəsi  Mütəllimov  Mehman  İman  oğlu  apellyasiya  şikayətini  onunla 

əsaslandırmışdır ki, Biləsuvar rayon məhkəməsinin 12 may 2016-cı il tarixli 2(022)-659/2016 saylı qərardadı 

qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.  

Apellyasiya    şikayətində  Biləsuvar  rayon  məhkəməsinin  12  may  2016-cı  il  tarixli  2(022)-659/2016 

saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. 

 

                                         TƏRƏFLƏRİN   İZAHATLARI: 



 

Məhkəmə  kollegiyasının  iclasında  cavabdehin  nümayəndəsi  Mütəllimov  Mehman  İman  oğlu 

apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi Biləsuvar rayon 


 

məhkəməsinin  12  may  2016-cı  il  tarixli  qərardadının  ləğv  edilməsini,  Biləsuvar  rayon  məhkəməsinin  29 



mart  2016-cı  il  tarixli  qətnaməsindən  apellyasiya  şikayətinə  baxılmasının  təmin  edilməsini  məhkəmə 

kollegiyasından xahiş etdi. 

Məhkəmə  kollegiyasının  iclasında  cavabdehin  nümayəndəsi  Şahverənova  Mənsurə  Gülağa  qızı 

Mütəllimov  Mehman  İman  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  təmin  edilməsini  məhkəmə 

kollegiyasından xahiş etdi. 

İddiaçıya  məhkəmə  iclasının  yeri  və  vaxtı  barədə  qanunla  müəyyən  olunmuş  qaydada  məlumat 

verilməsinə  baxmayaraq  məhkəmə  kollegiyasının  iclasına  gəlməmiş,  məhkəməyə  teleqram  göndərərək  işə 

onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. 

   Məhkəmə  kollegiyası  Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  376.2-ci  maddəsinə 

əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 

 Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  376.2-ci  maddəsinin  tələblərinə  əsasən  işə 

baxılmanın  vaxtı  və  yeri  haqqında  lazımi  qaydada  xəbərdar  edilmiş  bu  maddədə  qeyd  olunan  şəxslərin 

gəlməməsi işə baxılmasına mane olmur.                

Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  397.2-ci  maddəsinin  tələblərinə  əsasən 

apellyasiya  instansiyası  məhkəməsi  şikayətə  onun  məhkəməyə  daxil  olduğu  vaxtdan  20  gün  müddətində, 

apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. 

Məhkəmə  kollegiyası  cavabdehin  nümayəndələrinin  izahatlarını,  məruzəçi  hakimin  məruzəsini 

dinləyib,  iş  materiallarını  araşdırıb,  apellyasiya  şikayətinin  dəlillərini  müzakirə  edərək  hesab  edir  ki, 

Mütəllimov  Mehman  İman  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  təmin  edilmədən  Biləsuvar  rayon 

məhkəməsinin 12 may 2016-cı il tarixli 2(022)-659/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 

 

                                             İŞİN  HÜQUQİ  MƏSƏLƏLƏRİ: 



 

Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə  əsasən  apellyasiya 

instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında 

mahiyyəti üzrə baxır. 

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsi  şikayətin 

dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 

Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  267.1-ci  maddəsinə  əsasən  məhkəmə 

tərəfindən  ayrıca  akt  şəklində  qəbul  edilmiş  qərardaddan  bu  Məcəllədə  göstərilmiş  hallarda  şikayət  verilə 

bilər. 

Məhkəmə araşdırmaları  ilə  müəyyən edildiyi kimi Biləsuvar rayon  məhkəməsinin 29  mart 2016-cı  il 



tarixli 2(022)-659/2016 saylı qətnaməsi  ilə iddia təmin edilmiş, Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə 

kənd tam orta məktəbinin sabiq direktorunun Qalabəy Tomar oğlu Əmirovun  işdən azad edilməsinə dair 30 

yanvar  2016-cı  il  tarixli  49  saylı  əmri  ləğv  edilmiş  və  Qalabəy  Tomar  oğlu  Əmirov  Biləsuvar  rayon 

İ.İsmayılov  adına  Ovçubərə  kənd  tam  orta  məktəbinə  əvvəlki  vəzifəsinə  bərpa  edilərək,  iddiaçı  Qalabəy 

Tomar oğlu Əmirova məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqı hesablanaraq ödənilməsi qət 

edilmişdir. 

Biləsuvar  rayon  məhkəməsinin  29  mart  2016-cı  il  tarixli  2(022)-659/2016  saylı  qətnaməsindən 

Biləsuvar  rayon  İ.İsmayılov  adına  Ovçubərə  kənd  tam  orta  məktəbin  nümayəndəsi  qismində  Mütəllimov 

Mehman İman oğlu tərəfindən 12 fevral 2016-cı il tarixli etibarnamə əsasında apellyasiya şikayəti verilmişdir. 

 Birinci  instansiya  məhkəməsi  apellyasiya  şikayətini  ona  görə  qaytarmışdır  ki,  etibarnamə  12  fevral 

2016-cı  il  tarixdə  verilmişdir.Məhkəmə  apellyasiya  şikayətini  qaytararkən  müəyyən  etmişdir  ki,  işdə  olan 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Biləsuvar  rayon  Təhsil  Şöbəsinin  14  mart  2016-cı  il  tarixli  101 

saylı məktubundan görünür ki, Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbin direktoru 

Şahverənova  Mənsurə  Gülağa  qızı  05  fevral  2016-cı  il  tarixli  11/84  saylı  əmrlə  işdən  azad 

edilmişdir.Məktəbin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq digər şəxsə tapşırılmışdır. 

İşin  həmin  halı  ilə  əlaqədar  məhkəmə  kollegiyasının  sorğusuna  əsasən  təqdim  edilmiş  Azərbaycan 

Respublikası Təhsil Nazirinin İntizam tənbehinin tətbiqi və əmək müqaviləsinin ləğvi barədə 05 fevral 2016-

cı il tarixli 11/84 saylı əmrinin məzmunundan görünür ki, məktəbə rəhbərlik və nəzarətdə, mövcud normativ 

hüquqi  aktların  tələblərini  icrasında  ciddi  nöqsanlara  yol  verərək  vəzifə  funksiyalarını  və  əmək  müqaviləsi 

üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbinin direktoru 

Şahverənova  Mənsurə  Gülağa  qızı  ilə  bağlanmış  əmək  müqaviləsinin  Əmək  Məcəlləsinin  70-ci  maddəsinin 


 

“ç”  bəndinə  əsasən  ləğv  edilməsi  üçün  əsasların  olduğu,  lakin  tutduğu  vəzifədən  öz  xahişinə  əsasən  azad 



edilməsi  barədə  ərizəsi  nəzərə  alınaraq  onunla  bağlanmış  əmək  müqaviləsi  Əmək  Məcəlləsinin  69-cu 

maddəsinə əsasən 8 fevral 2016-cı il tarixdən ləğv edilmişdir. 

Məhkəmə araşdırmaları müəyyən edilmişdir ki, Mütəllimov Mehman İman oğluna verilmiş etibarnamə 

səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş və imzalanmışdır. 

Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  73.1-ci  maddəsinə  əsasən  nümayəndənin 

səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 

Həmin  Məcəllənin  73.4-cü  maddəsinə  əsasən  hüquqi  şəxs  adından  etibarnamə  onun  rəhbərinin  və  ya 

təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla 

verilir. 

Həmin  Məcəllənin  361.2-ci  maddəsinə  əsasən  apellyasiya  şikayəti,  şikayəti  vermiş  şəxs,  onun  qanuni 

nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır.Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən 

apellyasiya  şikayətinə,  əgər  işdə  yoxdursa,  nümayəndənin  səlahiyyətini  təsdiq  edən  etibarnamə  və  ya  digər 

sənəd əlavə edilməlidir. 

Həmin  Məcəllənin  363.1-ci  maddəsinə  əsasən  apellyasiya  şikayəti  birinci  instansiya  məhkəməsi 

tərəfindən  aşağıdakı  hallarda  qaytarılır:  363.1.1.  apellyasiya  şikayəti  imzalanmamışdırsa  və  ya  onu 

imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa.  

  Məhkəmə kollegiyası işin tədqiq edilən halları və tətbiq edilmiş prosessual hüquq normalarına əsasən 

birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qərardadı qanuni və əsaslı hesab etmişdir. 

Apellyasiya  şikayətində  qeyd  edilir  ki,  Biləsuvar  rayon  məhkəməsinin  12  may  2016-cı  il  tarixli 

2(022)-659/2016 saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.  

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərini  iş  materialları  üzrə  araşdırıb  qərardadın 

qanunsuz və əsassız olması barədə dəlilləri əsassız hesab etmişdir.  

          Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  14.2-ci  maddəsinə  əsasən  məhkəmə  yalnız 

tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 

Həmin  Məcəllənin  77.1-ci  maddəsinə  əsasən  hər  bir  tərəf  öz  tələblərinin  və  etirazlarının  əsası  kimi 

istinad etdiyi halları sübut etməlidir. 

Həmin Məcəllənin 80-ci  maddəsinə əsasən  məhkəmə  işin gedişində təqdim olunmuş ancaq o sübutları 

qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 

Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  398.0.1-ci  maddəsinə  əsasən  apellyasiya 

instansiyası  məhkəməsinin  şikayətə  baxıb  qərardad  qəbul  etdikdə  məhkəmənin  qərardadını  dəyişdirmədən 

saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü, 

397.2, 398.0.1, 400-cü, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası 

              

                                          Q Ə R A R A     A L D I: 

 

Mütəllimov Mehman İman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 



İş  üzrə  Biləsuvar  rayon  məhkəməsinin    12    may    2016-cı  il  tarixli  2(022)-659/2016  saylı  qərardadı 

dəyişdirilmədən saxlanılsın. 

  Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. 

  Qərardaddan  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  10  gün  müddətində  Şirvan 

Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Mülki  Kollegiyasına 

kassasiya şikayəti verilə bilər. 

 

 

           Sədrlik edən:İmza var.                                   



           Hakimlər:İmzalar var.           

  Əsli ilə düzdür.Hakim:                                                        Zeynal Zeynalov 



 

 

 





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə