Q Ə t n a m ə Azərbaycan Respublikası Adından



Yüklə 169,97 Kb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü169,97 Kb.
#7349

        

 

 



                                                     Q Ə T N A M Ə   

                                     Azərbaycan Respublikası Adından  

  14 oktyabr 2016-cı il              İş № 2(106)1845/2016                                              Şirvan şəhəri                                                                            

 

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala 



oğlu, (sədrlik edən, məruzəçi) Kərimov Qəzənfər Babaxan oğlu və Eyvazov Rafael Əmir oğlundan 

ibarət  tərkibdə,  Əliyev  Həsən  Əhliman  oğlunun  katibliyi,  iddiaçı  “Bank  Respublika”  ASC-nin 

nümayəndəsi Şamilov Əliabbas Yadigar oğlunun iştirakı ilə, 

İddiaçı  “Bank  Respublika”  ASC-nin  cavabdehlər  Xəlilov  Aris  Əflatun  oğluna  və  Atayeva 

İlhamə  Əlisamid  qızına  qarşı  kredit  müqaviləsinin  ləğv  edilməsi  və  kredit  borcunun  ödənilməsi 

tələbinə  dair  mülki  iş  üzrə  Şirvan  Şəhər  Məhkəməsinin  01  sentyabr  2015-ci  il  tarixli  2(032)-

1740/2015  saylı  qətnaməsindən  cavabdeh  Xəlilov  Aris  Əflatun  oğlu  tərəfindən  verilmiş 

apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq 

 

                                        MÜƏYYƏN    ETDİ: 



 

Şirvan  Şəhər  Məhkəməsinin  01  sentyabr  2015-ci  il  tarixli  2(032)-1740/2015  saylı 

qətnaməsi ilə (sədrlik edən Z.Əliyev) iddia qismən təmin edilərək cavabdeh Xəlilov Aris Əflatun 

oğlu ilə “Bank Respublika” ASC arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 14033-1/436422 

saylı  kredit  müqaviləsi  ləğv  edilmiş,  cavabdehlər  Xəlilov  Aris  Əflatun  oğlundan  və  Atayeva 

İlhamə  Əlisamid  qızından  2709,67  (iki  min  yeddi  yüz  doqquz  dollar  altımış  yeddi  sent)  ABŞ 

dolları  əsas  kredit  borcu  434,88  (dörd  yüz  otuz  dörd  dollar  səksən  səkkiz  sent)  ABŞ  dolları 

məbləğində  kreditdən  istifadəyə  görə  faiz  borcu  və  500  (beş  yüz)  ABŞ  dolları  borc  üzrə  cərimə 

borcu  cəmi  3644,55  (üç  min  altı  yüz  qırx  dörd  dollar  əlli  beş  sent)  ABŞ  dolları  pul  məbləğinin 

qətnamənin  icra  olunduğu  gün  üçün  bank  faizlərinin  ucot  dərəcəsi  nəzərə  alınmaqla  manatla 

müştərək  qaydada  alınaraq  “Bank  Respublika”  ASC-yə  verilməsi,  30  (otuz)  manat  cavabdehlər 

Xəlilov  Aris  Əflatun  oğlundan  və  Atayeva  İlhamə  Əlisamid  qızından  müştərək  qaydada  alinaraq 

iddiaçi “Bank Respublika” ASC-yə verilməsi qət edilmişdir. 

Cavabdeh Xəlilov Aris Əflatun oğlu tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. 

                                                       İŞİN  HALLARI: 

 

İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Bank Respublika” ASC-nin Şirvan filialı 



ilə cavabdeh Xəlilov Aris Əflatun oğlu arasında 13 fevral 2014-cü il tarixli, 14033-1/436422 saylı 

kredit  müqaviləsi  bağlanmış  və  həmin  müqaviləyə əsasən Bank  cavabdehə 18  ay  müddətinə  illik 

faiz  dərəcəsi  29  faiz  olmaqla  3800  ABŞ  dolları  məbləğində  kredit  verilmiş,  öhdəliyin  icrasının 

təmini  məqsədi  ilə  həmin  tarixdə  “Bank  Respublika”  ASC-nin  Şirvan  filialı  ilə  Atayeva  İlhamə 

Əlisamid qızı arasında 14033-1/436425 Z saylı  zaminlik müqaviləsi bağlanmış, cavabdeh krediti 

və  kreditlə  hesablanmış  faizləri  müvafiq  surətdə  vaxtlı-vaxtında  ödəməyi  öhdəsinə  götürmüş, 

müqavilə  üzrə  öhdəliklərini  icra  etmədiyinə  görə  cavabdehin  09.07.2015-ci  il  tarixə  banka  

2709,67 ABŞ dolları  məbləğində əsas kredit borcu, 434,57 ABŞ dolları kreditdən  istifadəyə görə 

faiz  borcu,  3718,57  ABŞ  dolları  əsas  borc  üzrə  cərimə  borcu  cəmi  6863,12  ABŞ  dolları  borcu 

yaranmışdır,  bundan  əlavə  hazırki  ərizənin  verilməsi  ilə  bağlı  30  manat  məbələğində  dövlət 

rüsumu  ödənilmişdir,  cavabdehlərə  dəfələrlə  xəbərdarlıq  edilməsinə  baxmayaraq,  kreditin  və 

kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmillər. 



 

İddia tələbində Xəlilov  Aris Əflatun oğlu  ilə  “Bank Respublika”  ASC arasında  bağlanmış 



13 fevral 2014-cü il tarixli 14033-1/436422 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər 

Xəlilov Aris Əflatun oğlundan və Atayeva İlhamə Əlisamid qızından 2709,67 (iki min yeddi yüz 

doqquz dollar altımış yeddi sent) ABŞ dolları əsas kredit borcu 434,88 (dörd yüz otuz dörd dollar 

səksən səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3718.57 ABŞ 

dolları borc üzrə cərimə borcu cəmi 3718,57 ABŞ dolları pul məbləğinin, 30 (otuz) manat dövlət 

rüsumunun  müştərək  qaydada  alınaraq  iddiaçı  “Bank  Respublika”  ASC-yə  verilməsi  xahiş 

edilmişdir. 

Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. 

 

APELLYASİYA  ŞİKAYƏTİNİN  DƏLİLLƏRİ: 



 

Cavabdeh Xəlilov Aris Əflatun oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci 

instansiya  məhkəməsinin  qətnaməsi  maddi  və  prosessual  hüquq  normaları  pozulmaqla 

məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün fatkiki halların araşdırılmaması və 

sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. 

Apellyasiya    şikayətində  Şirvan  şəhər  Məhkəməsinin  01  sentyabr  2015-ci  il  tarixli  2(032)-

1740/2015 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş 

edilmişdir. 

 

                                     TƏRƏFLƏRİN  İZAHATLARI: 



 

   Cavabdeh  Xəlilov  Aris  Əflatun  oğluna  məhkəmə  iclasının  yeri  və  vaxtı  barədə  qanunla 

müəyyən  olunmuş  qaydada  rəsmi  məlumat  verilməsinə  baxmayaraq  məhkəmə  kollegiyasının 

iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə bildirməmişdir. 

   Məhkəmə  kollegiyası  Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  376.2-ci 

maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.  

 Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  376.2-ci  maddəsinin  tələblərinə 

əsasən  işə  baxılmanın  vaxtı  və  yeri  haqqında  lazımi qaydada  xəbərdar edilmiş  bu  maddədə qeyd 

olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.                

Məhkəmə  kollegiyasının  iclasında  iddiaçı  “Bank  Respublika”  ASC-nin  nümayəndəsi 

Şamilov  Əliabbas  Yadigar  oğlu  izahatında  apellyasiya  şikayətinin  təmin  edilmədən  Şirvan  şəhər 

Məhkəməsinin 1 sentyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə 

kollegiyasından xahiş etdi. 

Məhkəmə  kollegiyası  iddiaçının  nümayəndəsinin  izahatını,  məruzəçi  hakimin  məruzəsini 

dinləyib,  iş  materiallarını  araşdırıb, apellyasiya şikayətinin dəlillərini  müzakirə edərək  hesab edir 

ki, cavabdeh Xəlilov  Aris Əflatun oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, 

Şirvan  şəhər  Məhkəməsinin  01  sentyabr  2015-ci  il  tarixli  2(032)-1740/2015  saylı  qətnaməsi 

dəyişdirilmədən saxlanılmalıdır. 

 

İŞİN  HÜQUQİ  MƏSƏLƏLƏRİ: 



                    

 

        Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə  əsasən 



apellyasiya  instansiya  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə  işdə  olan  və  əlavə  olunmuş 

sübutlar əsasında mahiyyəti üzrə baxır. 

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən  apellyasiya  instansiya  məhkəməsi  şikayətin 

dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini 

yoxlayır. 

        Bu  baxımdan  məhkəmə  kollegiyası  hesab  edir  ki,  apellyasiya  şikayətinin  dəlillərindən  asılı 

olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş 

üzrə  toplanmış  sübutlar  obyektiv  araşdırılmalı  və  birinci  instansiya  məhkəməsinin  işə  baxarkən 



 

maddi  və  prosessual  hüquq  normalarına  düzgün  riayət  edib  etməməsinə  hüquqi  qiymət 



verilməlidir. 

“Məhkəmə  qətnaməsi  haqqında”  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun 

2005-ci  il  24  noyabr  tarixli  qərarının  17-ci  bəndində  göstərilmişdir  ki,  kassasiya  və  apellyasiya 

instansiya  məhkəmələri  aşağı  instansiya  məhkəmələrinin  qətnamələrindən  şikayətlərə  baxdıqda, 

qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərinə  müfəssəl  hüquqi  qiymət  verərək 

hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  tərəfindən  işə  baxılarkən  maddi  və  prosessual  hüquq 

normaları düzgün tətbiq və təfsir edilmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına 

və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. 

İş materiallarında olan “Bank Respublika” ASC-nin Şirvan filialı ilə cavabdeh Xəlilov Aris 

Əflatun  oğlu  arasında  13  fevral  2014-cü  il  tarixli,  14033-1/436422  saylı    kredit    müqaviləsindən 

görünür ki, bank borc alana illik faiz dərəcəsi 29 faiz olmaqla 18 ay müddətinə 3800 ABŞ dolları 

məbləğində kredit  verməyi,  borc alan  isə  müqavilədə göstərilmiş  müddətdə və qaydada kredit  və 

kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 

           İş  materiallarında  olan  “Bank  Respublika”  ASC-nin  Şirvan  filialı  ilə  cavabdeh  Atayeva 

İlhamə  Əlisamid  qızı  arasında  13  fevral  2014-cü  il  tarixli,  14033-1/0436425  Z  saylı  Zaminlik 

müqaviləsinin  surətindən  məlum  olur  ki,  Atayeva  İlhamə  Əlisamid  qızı  borcalan  Xəlilov  Aris 

Əflatun oğlunun bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərınə 

götürmüşdür. 

 

 İş  materiallarında  olan  13.03.2014-cü  il  tarixli  kreditin  odəmə  cədvəlindən  görünür  ki, 



borclu hər ay 262,95 ABŞ dolları ödəməklə borcunu və ona hesablanmış faizləri 13.08.2015-ci il 

tarixə kimi ödəməli idi. 

İşdə olan 13.02.2014-cü il tarixli qəbzdən görünür ki, Xəlilov Aris Əflatun oğlu 3800 ABŞ 

dolları pulu bankdan almışdır. 

 Məhkəmə  araşdırmaları  ilə  müəyyən  edilmişdir  ki,  Xəlilov  Aris  Əflatun  oğlu  kredit 

müqaviləsinə  əsasən  borc  alan  qismində  öhdəsinə  götürdüyü  vəzifələri  yerinə  yetirməmiş,  kredit 

müqaviləsinə  əlavə  edilmiş  ödəniş  cədvəli  üzrə  aylıq  ödənişi  və  faiz  borcu  da  daxil  olmaqla 

göstərilən  ödənilməli  olan  aylıq  məbləği  kreditor  “Bank  Respublika”  ASC-yə  ödəmədiyi  üçün 

müqavilə şərtlərini pozmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  76.1-ci  maddəsinə  əsasən 

tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan 

başqa  halların  mövcud  olduğunu  və  ya  olmadığını  məhkəmə  müəyyən  edərkən  bu  Məcəllədə  və 

başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 

Həmin  Məcəllənin  76.2-ci  maddəsinə  əsasən  bu  məlumatlar  yazılı  və  maddi  sübutlarla, 

ekspertlərin rəyləri  ilə,  yerində  müayinə keçirməklə, səs  və  video  yazıları  ilə, şahidlərin  ifadələri 

ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 

Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq 

o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və 

hallarla əlaqədardır. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  106.1-ci  maddəsinə  əsasən  işdə 

iştirak  edən  şəxslərin  iş  üçün  əhəmiyyəti  olan  və  onlara  məlum  olan  faktlar  barədə  izahatları  iş 

üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  442-ci  maddəsinə  əsasən,  öhdəliyin  icra 

edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, 

mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər 

şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir 

şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, 

əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, 

kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 



 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  449.1-ci  maddəsinə  əsasən  özgəsinin  pul 



vəsaitini  qanunsuz  saxlamaqla,  onu  qaytarmaqdan  boyun  qaçırmaqla,  onun  ödənilməsini  digər 

şəkildə  gecikdirməklə  və  ya  başqa  şəxsin  hesabına  pul  vəsaitini  əsassız  əldə  etməklə  və  ya 

toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  425.1-ci  maddəsinə  əsasən  öz  hüquqlarını 

həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, 

yəni  şərtləşdirilmiş  vaxtda  və  yerdə  lazımi  şəkildə,  öhdəliyin  şərtlərinə  və  bu  Məcəllənin 

tələblərinə  müvafiq  surətdə,  belə  şərtlər  və  tələblər  olmadıqda  isə  işgüzar  adətlərə  və  ya  adətən 

irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 

Həmin  Məcəllənin  442-ci  maddəsinə  əsasən  öhdəliyin  icra  edilməməsi  dedikdə  onun 

pozulması  və  ya  lazımınca  icra  edilməməsi  (vaxtında  icra  edilməməsi,  mallarda,  işlərdə  və 

xidmətlərdə  qüsurlarla  və  ya  öhdəliyin  məzmunu  ilə  müəyyənləşdirilmiş  digər  şərtləri  pozmaqla 

icra edilməsi) başa düşülür. 

Həmin  Məcəllənin  445.1-ci  maddəsinə  əsasən  icranı  gecikdirmiş  borclu  gecikdirmə 

nəticəsində  vurduğu  zərər  üçün  və  gecikdirmə  zamanı  təsadüfən  baş  vermiş  icra 

mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır

Həmin 


Məcəllənin 

445.2-ci 

maddəsinə 

əsasən 


öhdəliyin 

onun 


icrası 

üçün 


müəyyənləşdirilmiş  müddətdə  icra  edilməməsi  və  icra  müddəti  çatanadək  kreditorun  etdiyi 

xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.  

Azərbaycan  Respublikası  Mülki  Məcəllənin  472.1-ci  maddəsinə  əsasən  borclu  zaminliklə 

təmin  edilmiş  öhdəliyi  icra  etmədikdə  və  lazımınca  icra  etmədikdə,  əgər  bu  Məcəllədə  və  ya 

zaminlik  müqaviləsində  zaminin  subsidiar  məsuliyyəti    nəzərdə  tutulmayıbsa,    zamin  və  borclu 

kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.  

Həmin  Məcəllənin  472.2-ci  maddəsinə  əsasən  zaminlik  müqaviləsində  ayrı  qayda  nəzərdə 

tutulmayıbsa,  faizlərin,  borc  tutulması  üzrə  məhkəmə  xərclərinin  və  borclunun  öhdəliyi  icra 

etməməsi  və  ya  lazımınca  icra  etməməsi  nəticəsində  kreditora  dəyən  digər  zərərin  əvəzinin 

ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  467-ci  maddəsinə  əsasən  məhkəmə  işin 

hallarını  nəzərə  alaraq  tənasübsüz  surətdə  yüksək  dəbbə  pulunu  azalda  bilər.Tənasüb 

müəyyənləşdirilərkən  kreditorun  həm  əmlak  mənafeləri,  həm  də  bütün  əsaslı  mənafeləri  nəzərə 

alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 

Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir 

ki,  iddia tələbinə  baxılarkən birinci  instansiya  məhkəməsi  iddianın qismən təmin edilməsi  barədə 

düzgün  nəticəyə  gəlmişdir,  ona  görə  də  birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə 

razılaşaraq qətnaməni qanuni və əsaslı hesab etmişdir. 

Apellyasiya  şikayətində  qeyd  edilmişdir  ki,  birinci  instansiya  məhkəməsinin  qətnaməsi 

maddi  və  prosessual  hüquq  normaları  pozulmaqla  məhkəmənin  gəldiyi  nəticə  üçün  mühüm 

əhəmiyyəti olan  bütün  fatkiki  halların araşdırılmaması  və sübutlara obyektiv qiymət verilməməsi 

ilə qəbul edilmişdir. 

Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, 

birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq 

edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün 

mühüm  əhəmiyyəti  olan  bütün  fatkiki  halların  araşdırılmaması  və  sübutlara  obyektiv  qiymət 

verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. 

Apellyasiya    şikayətində  Şirvan  şəhər  Məhkəməsinin  01  sentyabr  2015-ci  il  tarixli  2(032)-

1740/2015 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş 

edilmişdir. 

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb əsassız 

olduğu  üçün  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  ləğv  edilməsi,  iş  üzrə  yeni  qətnamə 

qəbul edilməsi baxımından qanuni əsaslar müəyyən etməmişdir. 

           Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  14.2-ci  maddəsinə  əsasən 

məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 


 

            Həmin  Məcəllənin  77.1-ci  maddəsinə əsasən  hər  bir tərəf öz tələblərinin  və  etirazlarının 



əsası  kimi  istinad  etdiyi  halları  sübut  etməlidir.İşin  materiallarından  görünür  ki,  cavabdeh  öz 

etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. 

           Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  88-ci  maddəsinə  görə  məhkəmə 

sübutlara  obyektiv,  qərəzsiz,  hərtərəfli  və  tam  baxdıqdan  sonra  həmin  sübutlara  tətbiq  edilməli 

hüquq  normalarına  müvafiq  olaraq  qiymət  verir.Heç  bir  sübutun  məhkəmə  üçün  qabaqcadan 

müəyyən edilmiş qüvvəsi yoxdur. 

         Həmin  Məcəllənin  217.1-ci  maddəsinə  görə  məhkəmənin  qətnaməsi  qanuni  və  əsaslı 

olmalıdır. 

         Həmin  Məcəllənin  217.3-cü  maddəsinə  əsasən  qətnamə  iş  üzrə  müəyyən  edilmiş  həqiqi 

hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 

     Həmin  Məcəllənin  217.4-cü  maddəsinə  əsasən  məhkəmə  (hakim)  öz  qətnaməsini  yalnız 

məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 

    Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər 

üzrə qətnamə çıxarır.  

        Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  385.2-ci  maddəsinə  əsasən  birinci 

instansiya  məhkəməsinin  faktlar  nöqteyi-nəzərindən  qanuni  və  əsaslı  olan  və  mahiyyəti  üzrə 

düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.  

 Məhkəmə kollegiyası işin tədqiq edilən hallarına əsasən nəticəyə ki, cavabdeh Xəlilov Aris 

Əflatun oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan şəhər Məhkəməsinin 

01 sentyabr 2015-ci il tarixli 2(032)-1740/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  384.0.1-ci  maddəsinə  əsasən 

apellyasiya  instansiyası  məhkəməsi  qətnaməni  dəyişmədən,  apellyasiya  şikayətini  isə  təmin 

etmədən saxlaya bilər. 

         Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  382-ci, 

384.0.1-ci, 392-393-cü, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası 

                             

                                       Q Ə T      E T D İ: 

 

Cavabdeh Xəlilov Aris Əflatun oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 



Şirvan şəhər Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli 2(032)-1740/2015 saylı qətnaməsi 

dəyişdirilmədən saxlanılsın. 

Qətnamədən  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay  müddətində 

Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Mülki 

Kollegiyasına  kassasiya  şikayəti  verilə  bilər,  qətnamədən  şikayət  verilmədikdə  qəbul  edildiyi 

gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.  

 

 

                 Sədrlik edən:İmza var.                                     



                 Hakimlər:İmzalar var. 

        Əsli ilə düzdür.Hakim:                                                     Zeynal Zeynalov                                                 



 

Yüklə 169,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin