Q Ə t n a m ə Azərbaycan Respublikasının adından



Yüklə 106.55 Kb.

tarix27.06.2017
ölçüsü106.55 Kb.

 

 

                           

        

 

           

 

 

       Q Ə T N A M Ə  

 

 

                

 

Azərbaycan Respublikasının adından 

 

 

 

 

          06 oktyabr 2016-cı il                № 2(106)1769/2016                   Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  mülki  kollegiyasının  hakimləri  -  Eyvazov  Rafael 



Əmir oğlu (sədrlik edən  və  məruzəçi), Zeynalov Zeynal  Ağabala oğlu  və Kərimov Qəzənfər 

Babaxan oğlundan ibarət tərkibdə, Hüseynov Elvin oğlunun katibliyi, 

İddiaçının nümayəndəsi və vəkili İslamov Nicat Qurbanəli oğlunun, 

Cavabdeh  Hüseynov  Zamir  Tərlan  oğlunun  nümayəndəsi    Abdullayev  Samir  Tofiq 

oğlunun iştirakı ilə,  

 

İddiaçı  Hüseynova  Səidə  Sərraf  qızının  cavabdeh  Hüseynov  Zamir  Tərlan  oğluna, 



Hüseynov  Ülvi  Tərlan  oğluna  və  Cavadov  Natiq  İsgəndər  oğluna  qarşı  “ümumi  birgə 

mülkiyyətdə olma faktının  müəyyən edilməsi və birgə yaşayış dövründə əldə edilmiş ümumi 

əmlakın bölünməsi” barədə  mülki iş üzrə  Lənkəran Rayon Məhkəməsinin 19  may 2016-cı il 

tarixli, 2(049)-37/2016 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 

açıq məhkəmə iclasında baxaraq, 

     


                                          MÜƏYYƏN   ETDİ: 

 

İddiaçı  Hüseynova  Səidə  Sərraf  qızı  cavabdehlər  Hüseynov  Zamir  Tərlan  oğluna, 



Hüseynov  Ülvi  Tərlan  oğluna  və  Cavadov  Natiq  İsgəndər  oğluna  qarşı  “ümumi  birgə 

mülkiyyətdə  olma  faktının  müəyyən  edilməsi,  birgə  yaşayış  dövründə  əldə  edilmiş  ümumi 

əmlakın  bölünməsi”  tələbinə  dair  iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət  edərək  Lənkəran 

rayonu,  Zövlə  kəndində  Hüseynov  Zamir  Tərlan  oğlunun  adına  birgə  yaşayış  dövründə 

tikdikləri  iki  yaşayış  evinin,  Bakı  şəhəri,  Xəzər  rayonu  Buzovna  qəsəbəsinin  Albalı  bağları 

deyilən  yerdə  iki  mərtəbəli  evin,  99  HJ  934  dövlət  qeydiyyat  nişanlı  “Toyota  Raf-4”  minik 

avtomobilin,  99  GE  934  dövlət  qeydiyyat  nişanlı  “Ford  Tranzit”  yük  avtomobilinin,    99  CA 

262  dövlət  qeydiyyat  nişanlı  “HOWO”    avtomobilinin,  90  XV  934  dövlət  qeydiyyat  nişanlı 

“Toyota Prado”  minik avtomobilinin ümumi mülkiyətdə olma faktının müəyyən edilməsi və 

dəyərlərinin bərabər qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 

İddiaçı  birinci  instansiya  məhkəməsində  iddia  tələbini  dəyişdirərək,  məhkəmədən 

Lənkəran  rayonu  Zövlə  kəndində  Hüseynov  Zamir  Tərlan  oğlunun  adına  birgə  yaşayış 

dövründə  tikdikləri  iki  yaşayış  evinin  birgə  nikah  dövründə  tikilməsi  faktının  müəyyən 

edilməsi  və  aralarında  bölünməsi,  Bakı  şəhəri  Xəzər  rayonu  Buzovna  qəsəbəsinin  Albalı 

bağları  deyilən  yerdə  iki  mərtəbəli  evin  birgə  nikah  dövründə  əldə  edilməsi  və  cavabdehlə 

aralarında  bölünməsi,  Bakı  şəhəri,  Xəzər  rayonu,  Binə  qəsəbəsi  atçılıq  deyilən  ərazidə  4  sot 

torpaq sahəsində iki otaqlı evin birgə nikah dövründə əldə edilməsi  və cavabdehlə aralarında 

bölünməsi, 99 HJ 934 dövlət qeydiyyat nişanlı “Toyota Raf-4” minik avtomobili, 99 GE 934 

dövlət  qeydiyyat  nişanlı  “Ford  Tranzit”  yük  avtomobilinin,  99  CA  262  dövlət  qeydiyyat 

nişanlı “HOWO”  avtomobilinin, 90 XV 934 dövlət qeydiyyat nişanlı  “Toyota Prado”  minik 



 

avtomobilinin  ümumi  mülkiyətdə  olma  faktının  müəyyən  edilməsi  və  dəyərlərinin  bərabər 



qaydada cavabdehlə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.   

İddiaçı  iddia  ərizəsini  onunla  əsaslandırmışdır  ki,  cavabdeh  Hüseynov  Zamir  Tərlan 

oğlu ilə 2002-ci ildə faktiki ailə həyatı qurmuş, sonuncuya məxsus məxsus, təzə tikilidə 1 otaq 

düzəltdirərək,  həmin  evə  gəlin  köçmüş,  nikahlarını  14  iyun  2008-ci  il  tarixdə 

rəsmiləşdirmişlər.  O,  orta  məktəbdə  müəllimə  işləmiş,  yüksək  maaş  almışdır.  Qayınanasının 

ailəyə  mütəmadi  olaraq  müdaxilə  etməsi  səbəbindən  aralarında  olan  ailə  münasibətləri 

pozulmuş  və  onlar  ayrılmışlar.  Birgə  nikahlarından  uşaqları  olmamışdır.  Cavabdehlə  birgə 

nikah dövründə onların Lənkəran rayonu, Zövlə kəndində birgə yaşayış dövründə tikdikləri iki 

yaşayış  evi  vardır.  Birinci  yaşayış  evi,  o  gəlin  köçərkən  tam  hazır  olmamış,  birgə  yaşayış 

dövründə  tikilərək  tamamlanmışdır.  Həmin  ev  Zamirin  adına  olan  0,06  ha  torpaq  sahəsində 

tikilmişdir.  İkinci  ev  isə  hazırda  yaşadıqları  evdir  ki,  onu  birgə  yaşayış  dövründə  tikmişlər. 

Həmçinin,  Bakı  şəhəri,  Xəzər  rayonu,  Buzovna  qəsəbəsinin  Albalı  bağları  deyilən  yerdə  iki 

mərtəbəli  ev  tikmişlər.  Bundan  başqa  isə,  Bakı  şəhəri,  Xəzər  rayonu,  Binə  qəsəbəsi  Atçılıq 

deyilən  ərazidə  4  sot  torpaq  sahəsində  iki  otaqlı  ev  inşa  etmişlər.  Həmçinin,  birgə  yaşayış 

dövründə  99  HJ  934  dövlət  qeydiyyat  nişanlı  “Toyota  Raf-4”  markalı  minik  avtomobili,  99 

GE  934  dövlət  qeydiyyat  nişanlı  “Ford  Tranzit”  markalı  yük  avtomobili,  99  CA  262  dövlət 

qeydiyyat  nişanlı  “HOWO”  markalı  avtomobil  cavabdeh  Zamirin  qardaşı,  iş  üzrə  digər 

cavabdeh  Ülvi  Hüseynovun  adına  sənədləşdirilmiş,  lakin  həmin  avtomobillər  Zamirlə  birgə 

nikah  dövründə  birgə  vəsait  hesabına  alınmışdır.  Həmçinin,  birgə  yaşayış  dövründə  90  XV 

934  dövlət  qeydiyyat  nişanlı  “Toyoto  Prado”  minik  avtomobili  birgə  vəsaitləri  hesabına 

alınmasına  baxmayaraq,  həmin  avtomobil  Zamirin  dostu  iş  üzrə  digər  cavabdeh  Cavadov 

Natiq İsgəndər oğlunun adına rəsmiləşdirilmişdir. Qeyd edilənlərə əsasən  məhkəmədən iddia 

ərizəsinin təmin olunması xahiş olunmuşdur.       

Lənkəran  Rayon  Məhkəməsinin  19  may  2016-cı  il  tarixli,  2(049)-37/2016  saylı 

qətnaməsi ilə 

(sədrlik edən hakim Mütəllim İsayev)

 iddia ərizəsi təmin olunmamışdır. 

İddiaçı  məhkəmənin  qeyd  edilən  qətnaməsindən  apellyasiya  şikayəti  verərək, 

qətnamənin  ləğv  olunmasını,  iddianın  təmin  olunması  barədə  yeni  qətnamənin  qəbul 

edilməsini xahiş etmişdir. 

 

      APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: 

 

İddiaçı apellyasiya şikayətin - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız və 



qanunsuz  olması,  maddi  və  prosessual  hüquq  normalarının  pozulması,  birgə  nikah  dövrundə 

cavabdehin  adına  Lənkəran  rayonu  Zövlə  kəndində  0,06  ha  torpaq  sahəsinin  alınması,  orada 

fərdi yaşayış evinin inşa edilməsi, məhkəmə qərarına əsasən həmin evə köçürülməsi, bununla 

yanaşı,  cavabdehlə  yaşadıqları  dövrdə  birdə  vəsaitləri  hesabına  avtomaşınlar  almaları,  lakin 

onların  həyat  yoldaşının  adına  deyil,  digər  cavabdehlərin  adlarına  rəsmiləşdirilməsi,  birinci 

instansiya  məhkəməsi  tərəfindən  bu  halların  araşdırılmaması  və  s.  kimi  əsaslandırmış, 

məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.         

  

     



 

 

 



TƏRƏFLƏRİN İZAHATLARI: 

  

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə 



edərək,  şikayətdə  göstərilən  dəlillərə  və  iddia  ərizəsində  göstərilənlərə  uyğun  izahat  vermiş, 

əlavə olaraq göstərmişdir ki, mübahisə predmeti olan daşınmaz və daşınar əmlaklar həqiqətən 

tərəflərin birdə nikahda olduqları müddətdə əldə edilmişdir. Lakin, iddiaçı Bakı şəhərində olan 

fərdi  yaşayış  evlərinə  dair  məhkəməyə  hər  hansı  sübut  təqdim  edə  bilməmişdir.  İddiaçı 



 

bilərəkdən  həmin  evləri,  eləcə  də  avtomobilləri  başqa  şəxslərin  adlarına  almışdır.  Bununla 



yanaşı, cavabdeh birgə nikah dövründə Lənkəran rayonu Zövlə kəndində 0,06 ha torpaq sahəsi 

almış və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, adına müvafiq çıxarış verilmişdir. 

İş materiallarına həmin çıxarışın surəti əlavə olunsa da, birinci instansiya məhkəməsi 0,06 ha 

torpaq  sahəsinin  bölünməsi  məsələsini  müzakirə  etməmişdir.  Qəbul  edir  ki,  iddiaçı  hüquqi 

savadsızdığı  ucbatından  həmin  torpaq  sahəsinin  bölünməsi  tələbini  irəli  sürməmişdir.  Qeyd 

edilənlərə  əsasən,  məhkəmə  kollegiyasından  apellyasiya  şikayətinin  təmin  olunmasını  xahiş 

etmişdir.  

Məhkəmə  iclasında  iştirak  edən  cavabdehin  nümayəndəsi  apellyasiya  şikayətinin 

dəlillərini  qəbul  etməyərək,  birinci  instansiya  məhkəməsində  verdiyi  izahatına  uyğun  izahat 

vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının iddia tələbində bölünməsini tələb etdiyi heç bir 

əmlak  cavabdeh  Hüseynov  Zamir  Tərlan  oğlunun  xüsusi  mülkiyyətində  olmamaqla,  birgə 

nikah  dövründə  əldə  olunmamışdır.  Həmçinin,  iddiaçının  iddia  etdiyi,  Bakı  şəhəri,  Xəzər 

rayonu,  Buzovna  qəsəbəsinin  Albalı  bağları  deyilən  yerdə  iki  mərtəbəli  evin  və  Bakı  şəhəri, 

Xəzər  rayonu,  Binə  qəsəbəsi  Atçılıq  deyilən  ərazidə  4  sot  torpaq  sahəsində  iki  otaqlı  evin 

cavabdehə  aidiyyəti  yoxdur.  Ümumiyyətlə,  həmin  evlərin  mövcudluğu  ilə  bağlı  iddiaçı 

məhkəməyə  hər  hansı  sübut  təqdim  etməmişdir.  Mübahisə  predmeti  olan  avtomobillər  isə 

başqa  şəxslərin  adlarına  olmaqla,  mülkiyyətçiləri  birinci  instansiya  məhkəməsində  öz 

mövqelərini  bildirmişlər.  Bununla  yanaşı,  iddiaçı  apellyasiya  şikayətində  Lənkəran  Rayon 

Məhkəməsinin  18  mart  2016-cı  il  tarixli  qətnaməsinə  istinad  edərək,  cavabdehə  məxsus  evə 

köçürülməsini qeyd etsə də, nəzərə almamışdır ki, həmin qətnamə hazıradək qanuni qüvvəyə 

minməmişdir. Həmçinin, iddiaçının evə  köçürülməsi faktı, daşınmaz  əmlakın tərəflərin birgə 

mülkiyyəti  hesab  edilməsi  üçün  də  əsas  ola  bilməz.  İddiaçı  tərəfindən  mübahisəli  evin 

cavabdehin adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair hər hansı 

sübut  təqdim  olunmamışdır.  Qeyd  edilənlərə  əsasən,  məhkəmə  kollegiyasından  apellyasiya 

şikayətinin təmin olunmamasını xahiş etmişdir.  

 

HÜQUQİ  MƏSƏLƏLƏR : 

 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  357.1-ci  maddəsinə  əsasən 



Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni 

qüvvəyə  minməmiş  qətnamə  və  qərardadlardan,  həmin  Məcəllədə  nəzərdə  tutulmuş  hallar 

istisna  olmaqla,  tərəflər,  üçüncü  şəxslər,  xüsusi  icraat  işlərində  ərizəçilər  və  maraqlı  şəxslər 

apellyasiya şikayəti verə bilər. 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən 

apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim 

olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 

Məhkəmə  kollegiyası  məruzəçi  hakimin  məruzəsini,  iddiaçının  və  cavabdehin 

nümayəndəsinin  izahatlarını  dinləyib,  iş  üzrə  toplanmış  sübutları  tam,  hərtərəfli  və  obyektiv 

araşdırıb, apellyasiya şikayətinin dəlillərinə  və iş üzrə  müəyyən edilmiş faktiki hallara tətbiq 

edilməli  qanun  normalarına  uyğun  qiymət  verərək  hesab  edir  ki,  apellyasiya  şikayəti  təmin 

edilməməli,  Lənkəran  Rayon  Məhkəməsinin  19  may  2016-cı  il  tarixli,  2(049)-37/2016  saylı 

qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.  

Belə ki, işdə olan Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən 19 may 2015-ci il tarixdə 

verilmiş  AZ-I  №  210674  saylı  nikahın  pozulması  haqqında  şəhadətnamədən  görünür  ki, 

Hüseynov  Zamir  Tərlan  oğlu  və  Hüseynova  Səidə  Sərraf  qızı  arasında  olan  nikah  ləğv 

edilmişdir.  Nikah  ləğv  edildikdən  sonra  kişiyə  Hüseynov,  qadına  Tağıyeva  soyadları 

verilmişdir. 



 

İşdə  olan  Lənkəran  Şəhər  İcra  Hakimiyyəti  Başçısının  Zövlə  kənd  inzibati  ərazi 



dairəsində  nümayəndəliyi  tərəfindən  14  oktyabr  2014-cü  il  tarixdə  verilmiş  33/17  nömrəli 

arayışdan  görünür  ki,  atası  Tağıyev  Sərraf  Beytulla  oğlunun  verdiyi  şifahi  məlumata  əsasən 

Hüseynova  Səidə  Sərraf  qızı  hal-hazırda  Lənkəran-Boradigah  magistral  yolunun  üstündə 

Zövlə kəndi ərazisində yerləşən Hüseynov Zamir Tərlan oğluna məxsus evdə yaşayır. 

İşdə  olan  Lənkəran  Şəhər  İcra  Hakimiyyəti  Başçısının  Zövlə  kənd  inzibati  ərazi 

dairəsində  nümayəndəliyi  tərəfindən  14  oktyabr  2014-cü  il  tarixdə  verilmiş  34/17  nömrəli 

arayışdan  görünür  ki,  Hüseynova  Səidə  Sərraf  qızı  2002-ci  il  tarixdə  Lənkəran  rayonunun 

Zövlə kəndində Hüseynov Zamir Tərlan oğluna məxsus (mərhum atasının evinin yaxınlığında 

yerləşən) evinə gəlin köçmüşdür.  

İşdə  olan  Baş  Dövlət  Yol  Polisi  İdarəsinin  Qeydiyyat  İmtahan  Şöbəsi  tərəfindən  19 

noyabr 2014-cü il tarixdə  verilmiş  məktubdan görünür  ki, DİN BDYPİ-nin QİŞ-in  kompüter 

uçot bazasına görə, Lənkəran rayon Zövlə kənd sakini Hüseynov Zamir Tərlan oğlunun adına 

avtomobil qeydiyyatdan keçməmişdir. DİN BDYPİ-nin QİŞ-in kompüter uçot bazasında olan 

məlumata  görə  42-BS-264  dövlət  nömrə  nişanlı  2003-cü  il  buraxılışlı  açıq  boz  metal  rəngli 

NT30108820  ban  nömrəli  “Nissan  XTrail”  markalı  minik  avtomaşını  AC113288  nömrəli 

şəhadətnamə  ilə  Lənkəran  rayon  Zövlə  kənd  sakini  Hüseynov  Ülvi  Tərlan  oğlunun  aldına 

qeydiyyata  alınmış,    99-HJ-934  dövlət  nömrə    nişanlı  2014-cü  il  buraxılışlı  açıq  ağ  mirvari 

rəngli  JTMDEREVE70D044808  ban  nömrəli  “TOYOTA  RAV4”  markalı  minik  avtomaşını 

AC241694 nömrəli şəhadətnamə ilə Lənkəran rayon Zövlə kənd sakini Hüseynov Ülvi Tərlan 

oğlunun  aldına  qeydiyyata  alınmış,  99-GE-934  dövlət  nömrə  nişanlı  1997-ci  il  buraxılışlı  ağ 

rəngli  Şassi  WF0LXXGBVLVK38515  nömrəli  “FORD  TRANSİT  YÜK”  markalı  minik 

avtomaşını AB680008 nömrəli şəhadətnamə ilə Lənkəran rayon Zövlə kənd sakini Hüseynov 

Ülvi  Tərlan  oğlunun  aldına  qeydiyyata  alınmış,  99-CA-262  dövlət  nömrə  nişanlı  2012-ci  il 

buraxılışlı  ağ  rəngli  Şassi  LZZSELND9CA713398  nömrəli  “HOWO  YÜK”  markalı  minik 

avtomaşını AB701262 nömrəli şəhadətnamə ilə Lənkəran rayon Zövlə kənd sakini Hüseynov 

Ülvi Tərlan oğlunun aldına qeydiyyata alınmışdır.  

İşdə  olan  Baş  Dövlət  Yol  Polisi  İdarəsinin  Qeydiyyat  İmtahan  Şöbəsi  tərəfindən  25 

oktyabr 2014-cü il tarixdə verilmiş məktubdan görünür ki,  DİN BDYPİ-nin QİŞ-in kompüter 

uçot  bazasına    görə  Lənkəran  rayonu,  Zövlə  kəndində  qeydiyyatda  olan  23  aprel  1977-ci  il 

təvəllüdlü  Hüseynov  Zamir  Tərlan  oğlunun  və  24  yanvar  1978-ci  il  təvəllüdlü  Hüseynova 

Səidə Sərraf qının adlarında avtomobil qeydiyyatdan keçmir. 

İşdə  olan  Lənkəran  Şəhər  İcra  Hakimiyyəti  Başçısının  Zövlə  kənd  inzibati  ərazi 

dairəsində nümayəndəliyi tərəfindən 11 may 2016-cı il tarixdə verilmiş 286 nömrəli arayışdan 

görünür  ki,  Tağıyeva  Səidə  Sərraf  qızı  Lənkəran  rayonun  Zövlə  kəndində  yaşayır  və 

qeydiyyatdadır. Onların  Lənkəran-Boradigah  magistral yolunun üstündə 2012-ci ildə tikilmiş 

iki mərtəbəli yaşayış evi və 0,06 ha həyətyanı torpaq sahəsi vardır. 

İşdə  olan  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidmətinin  Bakı  şəhər  Ərazi  İdarəsinin 

24  sentyabr  2016-cı  il  tarixli  məktubundan  görünür  ki,  cavabdeh  Hüseynov  Zamir  Tərlan 

oğlunun adına Bakı şəhərində qeydiyyat keçmiş daşınmaz əmlak müəyyən edilməmişdir. 

İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi  İdarəsinin 23 

sentyabr 2016-cı il tarixli məktubundan görünür ki, cavabdeh Hüseynov Zamir Tərlan oğlunun 

adına  yalnız  bir  halda  0,06  ha  torpaq  sahəsinə  dair  daşınmaz  əmlakın  dövlət  reyestrində 

müvafiq qeydiyyat aparılmış, başqa daşınmaz əmlak müəyyən olunmamışdır 

Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan 

hallar aşağıdakılardır: 

1)  iddiaçının  hazırki  iddianı  qaldırmaqda  subyektiv  hüquqlara  malik  olub-olmaması, 

yəni tərəflərin birgə nikah dövründə qanuni əsaslarla əldə edilmiş və ər-arvadın birinin adına 


 

dövlət qeydiyyatına alınmış iddia tələbində göstərilən daşınmaz əmlaklarının, həmçinin rəsmi 



reyestrdə qeydə alınmış daşınar əşyaların (avtomobillərin) olub-olmaması; 

2)  əgər  yuxarıda  qeyd  edilən  hallar  mövcuddursa,  cavabdehin  etirazları  nəzərə 

alınmaqla iddianın əsaslı olub-olmaması.  

İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını 

istisna  edir.  Məhkəmə  kollegiyası  qeyd  edilən  halların  mövcudluğunu  ardıcıllıqla  yoxlamağı 

(araşdırmağı) zəruri hesab edir. 

Məhkəmə  kollegiyası  aşağıdakılara  əsasən  apellyasiya  şikayətinin  dəlilləri  ilə 

razılaşaraq,  qeyd  edir  ki,  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  4.1-ci 

maddəsinə  əsasən  bütün  fiziki  və  hüquqi  şəxslər  özlərinin  qanunla  qorunan  hüquq  və 

azadlıqlarını,  eləcə  də  maraqlarını  qorumaq  və  təmin  etmək  məqsədi  ilə  qanunla  müəyyən 

edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 

“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə 

Məhkəmə  Kollegiyasının  04  may  2007-ci  il  tarixli  qərarının  Azərbaycan  Respublikasının 

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 

Konstitusiya  Məhkəməsi  Plenumunun  30  iyul  2008-ci  il  tarixli  qərarında  qeyd  edilmşdir  ki, 

“Mülki  mübahisənin  qanuni  həlli  üçün  işə  baxan  məhkəmə,  o  cümlədən  tam  hüquqlu 

məhkəmə  kimi  apellyasiya  instansiyası  məhkəməsi  ilk  növbədə  iddia  qaldırmış  şəxsin 

müvafiq  subyektiv  hüquqa  malik  olub-olmamasını  araşdırmalıdır.  Subyektiv  mənada  hüquq 

normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının 

bu  və  ya  digər  üsulunu  seçməklə  şüurlu  olaraq  məqsədləri  müəyyən  etmək  və  onların 

istiqamətində  hərəkət  etmək  imkanı  belə  azadlığın  daxili  cəhətidir.  Bu  cəhət  hüquqi 

tənzimlənmənin  əhatəsinə  düşmür.  Həmin  azadlığın  ictimai  münasibətlərdə  öz  məqsədini 

ifadə  etmək  imkanı  kimi  qəbul  olunan  xarici  cəhəti  isə  mühüm  əhəmiyyət  kəsb  edir.  İkinci 

(xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin 

məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən 

tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci 

elementin  mövcudluğu  ilə  bağlıdır.  Birinci  element  isə  bəzən  yalnız  qanunla  müəyyən 

olunmuş  qaydaya  riayət  edilməklə  yaranır.  Belə  qaydalara  riayət  edilmədən  subyektiv 

hüququn  digər  elementlərinin,  yəni  başqa  şəxslərdən  tələb  etmək  hüququnun  və  müdafiə 

hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.   

Qanunvericiliyin qeyd edilən tələblərindən  göründüyü  kimi, mübahisənin qanuni həlli 

üçün  ilk  növbədə  iddia  qaldırmış  şəxsin  müvafiq  subyektiv  hüquqa  malik  olub-olmamasını 

araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası 

məhkəməsinin araşdırmalı olduğu məsələdir.  

İddia  ərizəsindən  (iddianın  dəyişdirilmiş  formasında)  aydın  olur  ki,  iddiaçı  aşağıda 

göstərilən  əmlakların  cavabdeh  Hüseynov  Zamir  Tərlan  oğlu  ilə  birgə  nikah  dövründə  əldə 

olunmasını iddia edərək bölünməsini tələb etmişdir. 

- Lənkəran rayon Zövlə kəndində iki yaşayış evi, 

-  Bakı  şəhəri,  Xəzər  rayonu,  Buzovna  qəsəbəsinin  Albalı  bağları  deyilən  yerdə  iki 

mərtəbəli ev, 

-  Bakı  şəhəri,  Xəzər  rayonu,  Binə  qəsəbəsi  atçılıq  deyilən  ərazidə  4  sot  torpaq 

sahəsində iki otaqlı ev, 

-  99 HJ 934 dövlət qeydiyyat nişanlı “Toyota Raf-4” markalı avtomobil, 

- 99 GE 934 dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı yük avtomobili, 

- 99 CA 262 dövlət qeydiyyat nişanlı “HOWO”  markalı avtomobil, 

- 90 XV 934 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobil. 



 

Məhkəmə  kollegiyası  hazırki  mübahisə  ilə  bağlı  apellyasiya  şikayətinin  dəlillərinə 



hüquqi  qiymət  verərkən  Azərbaycan  Respublikası  Konstitusiyanın,  mülki  və  ailə 

qanunvericiliyinin,  həmçinin  beynəlxalq  müqavilələrin  müddəalarının  nəzərdən  keçirilməsini 

zəruri hesab edir. 

İlkin  olaraq  qeyd  edilməlidir  ki,  tərəflər  arasında  14  iyun  2008-ci  il  tarixdə  rəsmi 

nikahın  bağlanması,  birgə  nikahdan  uşaqlarının  olmaması,  nikahlarının  12  dekabr  2014-cü  il 

tarixdə ləğv edilməsi işin mübahisə edilməyən faktiki hallarıdır. 

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində 

ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 

Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə 

edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya 

təşkilatlarına  qoyulmuş  paylar,  əmanətlər,  kapitaldan  olan  paylar  və  əmlakın  ər-arvaddan 

kimin  adına  əldə  olunmasından,  yaxud  əmanətin  kimin  adına  və  ya  kim  tərəfindən 

qoyulmasından asılı olmayaraq nikah  dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak  da 

ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  225.1-ci  maddəsinin  tələbinə  görə  ərlə 

arvadın  nikah  dövründə  qazandıqları  əmlak,  əgər  nikah  kontraktında  və  ya  onlararasındakı 

razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan 

Respublikası  Qanununun  1-ci,  5-ci  və  12-ci  maddələrinin  şərh  edilməsinə  dair  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun  21  dekabr  2012-ci  il  tarixli  qərarında 

göstərilmişdir  ki,    Ailə  Məcəlləsinin  32-ci  maddəsinin  tələblərinə  əsasən  əmlakın  ər-arvadın 

birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 

- əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 

- əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. 

İkinci  şərt  müvafiq  əmlakın  ər-arvadın  birgə  mülkiyyəti  kimi  tanınması  üçün  onun 

əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. 

İddiaçı  cavabdeh  Hüseynov  Zamir  Tərlan  oğlu  ilə  birgə  nikah  dövründə  Bakı  şəhəri, 

Xəzər  rayonu,  Buzovna  qəsəbəsinin  Albalı  bağları  deyilən  yerdə  iki  mərtəbəli  evin  və  Bakı 

şəhəri,  Xəzər  rayonu,  Binə  qəsəbəsi  Atçılıq  deyilən  ərazidə  4  sot  torpaq  sahəsində  iki  otaqlı 

evin əldə olunmasını (tikilməsini) iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim 

etməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir.  

Eyni  zamanda,  birinci  instansiya  məhkəməsi  tərəfindən  müəyyən  edilmişdir  ki, 

iddiaçının iddia etdiyi - 99 HJ 934 dövlət qeydiyyat nişanlı “Toyota Raf-4” markalı avtomobil, 

99 GE934 dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı yük avtomobili, 99 CA 262 dövlət 

qeydiyyat  nişanlı  “HOWO”  markalı  avtomobil  cavabdehlərdən  Hüseynov  Ülvi  Tərlan 

oğlunun, 90 XV 934 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobil isə Cavadov 

Natiq İsgəndər oğlunun mülkiyyətindədir. 

İddiaçı həmin avtomaşınların da cavabdeh Hüseynov Zamir Tərlan oğlu ilə birgə nikah 

dövründə əldə olunmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.    

Mübahisə  predmeti  olan  avtomobillər  üzərində  olan  digər  şəxslərin  mülkiyyət 

hüquqları  isə  qanunla  qorunaraq,  dövlət  tərəfindən  müdafiə    olunur 

(Konstitusiyanın  13,  29-cu 

maddələri, “İnsan  hüquqları  və əsas azadlıqlarının  müdafiəsi  haqqında”  Avropa Konvensiyasının 1  saylı 

protokolunun  1-ci  maddəsi,  Mülki  Məcəllənin  152-ci  maddəsi  və  s.). 

Əks  yanaşmı,  həmin  şəxslərin 

mülkiyyət hüquqlarına əsassız müdaxilə təşkil edə bilər.

 

Bununla  yanaşı,  məhkəmə  araşdırması  zamanı  mübahisə  predmeti  olan  Lənkəran 



rayonu  Zövlə  kəndində  yerləşən  iki  yaşayış  evinin  də  cavabdehin  adına  daşınmaz  əmlakın 

dövlət reyestrində qeydə alınması müəyyən edilməmişdir. 



 

İddiaçı  apellyasiya  şikayətinin  dəlillərində  onun  məhkəmə  qərarına  əsasən  Lənkəran 



rayonu  Zövlə  kəndində  yerləşən  mübahisəli  evə  köçürülməsini  göstərsə  də,  həmin  fakt 

daşınmaz  əmlakın  ər-arvadın  birgə  mülkiyyəti  hesab  olunması  üçün  sübut  kimi  qəbul  edilə 

bilməz.    

Çünki,  qanunverici  daşınmaz  əmlaklara  hüquqların  yaranması  anını  dəqiq  müəyyən 

etmişdir.  Mülkiyyət  hüququ  isə  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə  alındığı  andan 

yaranır 


(Mülki Məcəllənin 139, 146.2 və s. maddələri).

 

İddiaçı  cavabdehlə  birgə  nikah  dövründə  ər-arvadın  birgə  vəsaiti  hesabına  onlardan 



birini  adına  mülkiyyət  hüquqları  dövlət  qeydiyyatına  alınmış  hər  hansı  daşınmaz  əmlakın 

mövcudluğu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. 

İşdə  olan,  icra  nümayəndəliyi  tərəfindən  verilmiş  arayışlarda  müvafiq  yaşayış  evinin 

mövcudluğunun  vurğulanması,  həmin  daşınmaz  əmlakın  xüsusi  mülkiyyət  hüququ  üzrə 

cavabdehə məxsus olması qənaətinə gəlməyə əsas verə bilməz.  

Bununla yanaşı, iddiaçı apellyasiya şikayətinin dəlillərində göstərilməsinə baxmayaraq, 

mübahisə  predmeti  olan  daşınmaz  əmlakların  tərəflərin  birgə  mülkiyyəti  hesab  edilməsi 

(mülkiyyət  hüququnun  tanınması)  barədə  hazırda  qanuni  qüvvədə  olan  məhkəmə  qərarını  da 

təqdim edə bilməmişdir.   

Həmçinin,  qeyd  edilməlidir  ki,  iddiaçı  apellyasiya  şikayətində  birgə  nikah  dövründə 

cavabdehin  adına  0,06  ha  torpaq  sahəsinin  əldə  olunmasını  göstərsə  də,  iddia  ərizəsində 

(iddianın  dəyişdirilmiş  formasında)  həmin  torpaq  sahəsinin  bölünməsini  tələb  etməmişdir 

(iddiaçıya qarşı qeyd edilən tələbi irəli sürməmişdir). 

Apellyasiya  instansiyası  məhkəməsində  isə  birinci  instansiyada  işə  baxılmanın 

predmeti olmayan yeni tələblərin irəli sürülməsinə yol verilmir. 

Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinin 

tələbinə  görə  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  birinci  instansiyada  işə 

baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və ona baxılmır. 

“Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.5-ci  maddəsinin  həmin 

Məcəllənin  155,  156  və  372.4-cü  maddələri  ilə  müqayisəli  şəkildə  şərh  edilməsinə  dair” 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun  27  avqust  2012-ci  il  tarixli 

Qərarındakı  hüquqi  mövqeyinə  görə    iddianın  həm  predmetinin,  həm  də  əsasının 

dəyişdirilməsi  yeni  iddianın  verilməsi  kimi  qiymətləndirilir.  Belə  iddia  isə  birinci  instansiya 

məhkəməsinin  baxışının  predmeti  olmadığı  üçün  apellyasiya  instansiyası  məhkəməsi 

apellyasiya  şikayətinin  olmasını  əsas  gətirərək  işi  yeni  iddia  üzrə  həll  etmək  və  bununla  da 

birinci  instansiya  məhkəməsini  əvəzləmək  hüququna  malik  deyildir.    Məhz  buna  görə  də 

MPM-in  372.4-cü  maddəsində  nəzərdə  tutulmuşdur  ki,  apellyasiya  instansiyası  məhkəməsi 

tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və 

onlara baxılmır. 

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında həmçinin, qeyd etmişdir ki, 

Azərbaycan  Respublikası  Müki  Prosessual  Məcəlləsinin  372.5-ci  maddəsində  nəzərdə 

tutulmuş  yeni  tələb  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  o  halda  qəbul  edilir  ki, 

ərizəçi  həmin  tələbin  birinci  instansiya  məhkəməsində  təqdim  edilməsinin  ondan  asılı 

olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 

Göründüyü  kimi,  yeni  tələblər  apellyasiya  instansiya  məhkəməsi  tərəfindən  müstəsna 

hallarda  qəbul  edilə  bilər  ki,  hazırki  işdə  də  belə  bir  hal  mövcud  deyildir 

(iddiaçı  birinci 

instansiya məhkəməsində iştirak etmiş, müvafiq tələbi irəli sürmək imkanında olmuşdur)

.

   



Beləliklə,  işin  faktiki  halları  və  qanunvericiliyin  qeyd  edilən  normalarına  əsasən 

məhkəmə kollegiyası hesab edir ki, iddiaçı irəli sürdüyü tələbinin faktiki və hüquqi əsaslarını 

sübut edə bilməmişdir.  


 

Qeyd edilməlidir ki, subyektiv hüquq hər hansı şəxsin qanun, müvavilə və ya inzibati 



aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və 

ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır.  

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  77.1-ci  maddəsinə  əsasən  hər 

bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə 

qanuna  və  ya  digər  normativ  hüquqi  aktlara  əsasən  müəyyən  sübutetmə  vasitələri  ilə  təsdiq 

edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 

Avropa  Məhkəməsi  “Mahmudov  Rusiya  Federasiyasına  qarşı”  iş  üzrə  26  iyul  2007-ci  il 

tarixli  qərarında  qeyd  etmişdir  ki,  Konvensiya  araşdırmalarında  sübutları  qiymətləndirərkən,  bir 

qayda olaraq affirmanti, non neganti incumbit  probation (sübut etmək yükü təkzib edənin deyil, 

iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə 

uyğun  qənaətlərin  həm  mövcudluğundan,  həmçinin  təkzib  olunmaz  oxşar  fakt  ehtimallarından 

irəli gəlir. 

“Qavazov  Bolqarıstana  qarşı”  iş  üzrə  06  mart  2008-ci  il  tarixli  Qərarında  Avropa 

Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar 

standartlar tətbiq olunur. 

Qanunvericiliyin qeyd edilən normalarından  göründüyü  kimi, iddiaçı öz tələbinin əsası 

kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır 

və  cavabdehin  etirazlarını  araşdırmağa  zərurət  yoxdur.  Məhkəmə  sübutlara  obyektiv,  qərəzsiz, 

hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq 

olaraq  qiymət  verməlidir.  Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq  əsaslı şübhədən  kənar 

standartlar tətbiq olunur. 

Beləliklə,  araşdırılmış  sübutlarla  işin  müəyyən  olunmuş  faktiki  hallarından  və 

qanunvericinin  qeyd  olunan  normalarından  aydın  olur  ki,  iddianın  təmin  olunmaması  barədə 

birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. 

Qeyd  edilənlərə  əsasən  məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlilləri  ilə 

razılaşmayaraq, onları əsassız hesab edir.  

 

“İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında”  Konvensiyanın  35-ci 



maddəsinin  3-cü  bəndinin  tələbinə  görə,  məhkəməyə  müraciət  olunan  istənilən  fərdi  şikayət 

açıq  əsaslandırılmamış  və  ya  şikayət  vermə  hüququndan  sui-istifadə  edilmiş  hesab  edirsə, 

qəbul olunmayan elan edilə bilər. 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən 

birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti 

üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.  

Beləliklə,  yuxarıda  qeyd  olunanlara  əsasən  məhkəmə  kollegiyası  hesab  edir  ki, 

apellyasiya  şikayəti  təmin  edilməməli,  Lənkəran  Rayon  Məhkəməsinin  19  may  2016-cı  il 

tarixli, 2(049)-37/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.  

Şərh  edilənlərə  əsasən  və  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinin 

372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası 

                                                          

QƏT ETDİ: 

 

Hüseynova Səidə Sərraf qızının cavabdehlər Hüseynov Zamir Tərlan oğluna, Hüseynov 

Ülvi Tərlan oğluna və Cavadov Natiq İsgəndər oğluna qarşı “ümumi birgə mülkiyyətdə olma 

faktının müəyyən edilməsi və birgə yaşayış dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi” 

barədə  mülki  iş  üzrə  Lənkəran  Rayon  Məhkəməsinin  19  may  2016-cı  il  tarixli,  2(049)-

37/2016 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 



 

İş üzrə Lənkəran Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli, 2(049)-37/2016 saylı 



qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. 

Qətnamədən  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  02  (iki)  ay 

müddətində  Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. 

Apellyasiya  instansiya  məhkəməsinin  qətnaməsindən  şikayət  verilməmişdirsə,  qəbul 

edildiyi gündən 02 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. 

 

Sədrlik edən: imza var. 

Hakimlər: imzalar var. 

 

Əsli ilə düzdür:                                                      

Sədrlik edən  

 

 

 

 

 

Rafael Eyvazov 

 

 







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə