Q Ə t n a m ə s I 25 noyabr 2016-cı IL Sumqayıt



Yüklə 93.62 Kb.
Pdf просмотр
tarix01.06.2017
ölçüsü93.62 Kb.

İş № 2(105)-2579/2016

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin

mülki kollegiyasının

Q Ə T N A M Ə S İ

25 noyabr 2016-cı il

Sumqayıt

şəhəri

Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının

hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Rəhimov Elman

Gülbaba oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Abdullazadə Turan Elşad

oğlunun katibliyi ilə, iddiaçı Həsənova (Əhmədzadə) Pərvin Vüqar qızının və cavabdehin

nümayəndəsi Ağayev Böyükağa Xurşud oğlunun iştirakı ilə iddiaçı Həsənova (Əhmədzadə)

Pərvin Vüqar qızının cavabdeh Həsənov İbrahim Fərhad oğluna qarşı maddi və mənəvi ziyanın

ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2016-cı il tarixli,

2(060)-4148/2016 saylı qətnaməsindən iddiaçı P.V.Həsənova və onun nümayəndəsi

M.K.Quliyeva tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq



M Ü Ə Y Y Ə N

E T D İ :

Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2016-cı il tarixli, 2(060)-4148/2016 saylı

qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Həsənov İbrahim Fərhad oğlundan

yataq mebeli - 3500 manat, divan - 2250 manat, stul - 500 manat, stol - 600 manat, soyuducu -

800 manat, televizor - 800 manat, tozsoran - 140 manat, ətçəkən maşın 100 manat, tül - 100

manat, 1 nəfərlik 1 ədəd odeyal - 70 manat, çarpayı örtüyü qış odeyalı 350 manat, atlas çarpayı

örtüyü qara, qırmızı gül - 150 manat, 2 nəfərlik pastel - 200 manat, 2 nəfərlik yataq döşəyi - 150

manat, 2 nəfərlik yorğan 1 ədəd - 110 manat, sintefon yorğan 2 ədəd - 240 manat, sintefon yastıq

3 ədəd - 270 manat, tük yastıq 2 ədəd - 120 manat, 2 nəfərlik yataq pasteli 4 ədəd - 600 manat,

süfrə 6 ədəd - 450 manat, çay dəsmalı 6 ədəd - 90 manat, əl-üz dəsmalı 24 ədəd - 240 manat, çay

dəsti 18-lik - 180 manat, salfet skater 6 - 45 manat, xalça 2 ədəd - 730 manat, saat 2 ədəd - 70

manat, naçnik 2 ədəd - 50 manat, güldan 1 ədəd - 300 manat, meyvə qabı xrustal 2 ədəd - 500

manat, ləpə qabı 1 ədəd - 80 manat, konfetqabı xurstal 1 ədəd - 50 manat, mürəbbə qabı xurstal 2

- 80 manat, razetka 4, 6 xrustal - 80 manat, padnos 3 tək - 120 manat, qaşıq-çəngəl - 50 manat,

bıçaq nabor - 70 manat, bıçaq gündəlik - 25 manat, çömçə 2 ədəd - 10 manat, meyvə qabı kobalt

göy rəng 2 ədəd -140 manat, lepkalı şirniyyat qabı 6 ədəd - 120 manat, tort boşqabı nabor 1 ədəd

- 30 manat, tort götürən 1 nabor - 75 manat, bulud boşqab 6 ədəd - 60 manat, gündəlik boşqab 18

ədəd-75 manat, kasalar 4 ədəd - 40 manat, ət taxtası 1 ədəd - 10 manat, göyərti taxtası 4 ədəd -

15 manat, jurnal stolu üçün süfrə 1 ədəd - 50 manat, qaşlı serviz çay, qəhvə - 1200 manat, serviz

kobalt - 250 manat, qəhvə servizi - 50 manat, kompot qabı 6 bokal - 75 manat, sok bokalı 6 ədəd

- 60 manat, su qabı 6 ədəd - 40 manat, araq rumkası 6 ədəd - 15 manat, armudu stəkan 6 ədəd -

60 manat, nəlbəki 6 ədəd - 30 manat, armudu nəlbəki 12 ədəd - 50 manat, külqabı 3 ədəd - 165

manat, pendir-yağ qabı - 30 manat, ədviyyat qabı 1ədəd - 70 manat, duz-istiot qabı 6 ədəd - 60

manat, qənd, pesok, duz və s. nabor - 70 manat, limon götürən 1 nabor 6 ədəd - 20 manat,



mürəbbə qabı sadə hərəsi 2, 6 ədəd - 60 manat, pendir boşqabı 6 ədəd - 15 manat, dəm çayniki 1

ədəd - 20 manat, çaydan 2 ədəd - 50 manat, qazan dəsti nabor - 180 manat, qazan dəsti - 250

manat, tava (jaroniklər) 4 ədəd - 220 manat, qazan alüminum - 30 manat, süd qazan - 50 manat,

ləyən dəsti marlov 3 ədəd - 60 manat, ləyən kauçuk 3 ədəd - 35 manat, aşsüzən 1 ədəd - 10

manat, düşbərə kəsən 1 ədəd -10 manat, pirojki götürən 2 ədəd - 15 manat, zibil vedrəsi 1 ədəd -

10 manat, zibil yığan 2 ədəd - 20 manat, pol silən pas-pas əski 2 ədəd - 20 manat, pol ağacı 1

ədəd - 5 manat, önlük 2 ədəd - 10 manat, klyonka süfrə 2 ədəd - 15 manat, qab şotkası fiqurlu 2

ədəd - 10 manat, qazan tutan 6 ədəd - 15 manat, ələk 1 ədəd - 5 manat, sabun qabı 2 ədəd - 12

manat, şam qabları 6 ədəd - 45 manat, oxlov 2 ədəd - 10 manat, vedrə 1 ədəd - 5 manat, güldan

lepkalı -50 manat, çörək qabı qoşa 3 ədəd - 20 manat, şirniyyat qabı 1 ədəd - 10 manat, banka

açan, bağlayan - 30 manat, çörək saxlamaq üçün qab - 40 manat, ayı - 600 manat, yumşaq ayı -

300 manat, quzu, qız, oğlan fiquru - 80 manat, şəkil qabı - 30 manat, Quran kitab suvenir -60

manat, qazan altı 6 ədəd - 10 manat, ütü - 90 manat, epilyator - 80 manat dəyərində olan

əşyaların alınaraq iddiaçı Həsənova Pərvin Vüqar qızına verilməsi, cavabdeh Həsənov

İbrahim Fərhad oğlundan 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı

Həsənova Pərvin Vüqar qızına verilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd

edilməsi qət olunmuşdur (hakim A.İ.İsmayılov).

Qətnamədən iddiaçı P.V.Həsənova və onun nümayəndəsi M.K.Quliyeva apellyasiya

şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2016-cı il tarixli, 2(060)-4148/2016 saylı

qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişlər.



İ Ş İ N

H A L L A R I :

İddiaçı Həsənova Pərvin Vüqar qızı cavabdeh Həsənov İbrahim Fərhad oğluna qarşı

nikahın pozulması ilə əlaqədar əmlakın tələb edilməsi, dəymiş maddi və mənəvi ziyanın

ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək

cavabdehdən onun xeyrinə 37.249 manat maddi ziyanın və 30.000 manat məbləğində

mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçı Həsənova Pərvin Vüqar qızı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət

edərək iddia ərizəsində əmlakların siyahısında 75-ci və 144-cü əmlaklar stəkan xrustal - 12 ədəd

180 manat və sumka - 200 manat olan əmlakların nəzərə alınmamasını və onun iddia ərizəsində

göstərdiyi qalan əmlakların cavabdehdən alınıb ona verilməsi, əmlaklar olmadıqda isə həmin

əmlakların dəyərinin verilməsi və ona dəymiş mənəvi zərərə görə 30.000 manat məbləğində

pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş

etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 22.12.2014-cü il tarixdə

rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından övladları olmamışdır.

İddiaçı gəlin köçərkən iddia ərizəsində qeyd etdiyi əmlakları cavabdehin yaşadığı evə

aparmışdır. Həmçinin əlavə xərclər, yəni nişan xərci evdə - 500 manat, oğlan toyuna atılan pul -

350 manat, restorana verilən pul qız toyu - 4500 manat, musiqiçilərə verilən pul - 500 manat,

masabəyinə verilən pul -200 manat, skripka çalana verilən pul -100 manat, toyun diski, bəy

xonçası - 400 manat, bəy köynəyi - 120 manat, qonaq çağırılanda bəyə verilən köynək, atasına

verilən köynək, anasına verilən paltar, açılan süfrə üçün - 200 manat, üçgünlükdə çəkilən xərc,

şirniyyatlar - 200 manat, yeməklər - 150 manat, taksi pulu - 20 manat, nişanda alınan şirinlik -

20 manat, musiqiçilərə verilən hər iki toyda şirinlik - 50 manat təşkil edir. Bundan başqa

cavabdehin ona vurduğu maddi zərərə görə bu müddət ərzində çoxlu psixoloji sarsıntı, əsəb və



stress keçirmiş və həkimlərə müraciətləri olub.

Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.



A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ :

İddiaçı Həsənova Pərvin Vüqar qızı və onun nümayəndəsi Quliyeva Mətanət Kərəm qızı

apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan

Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulan maddi və prosesessual hüquq

normalarının tələblərini kobud surətdə pozmuşdur.

P R O S E S İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T L A R I :

Məhkəmə kollegiyasının iclasında iddiaçı Həsənova (Əhmədzadə) Pərvin Vüqar qızı

apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, ailə qurduqdan

sonra ona məlum olmuşdur ki, cavabdeh Həsənov İbrahim Fərhad oğlu psixoloji xəstəlikdən,

yəni mərkəzi sinir sisteminin üzvü xəstəliyindən əziyyət çəkir, mütəmadi olaraq psixotrop

dərmanlar qəbul edir və buna görə də heç bir cinsi fəaliyyəti olmamışdır. Bununla əlaqədar

evlərində tez-tez narazılıqlar olurdu. Mübahisələr əsnasında cavabdehin valideynləri oğullarının

ələ salınmaması və əvvəlki toylara verdikləri pulu toplamaq üçün toy etdiklərini bildirmişlər. O,

gəlin gedərkən çox sayda əmlaklar aparmışdır. Həmin əmlakların bir qisminin qaytarılması

barədə qətnamə qəbul olunsa da iddiasının bir qismi məhkəmə tərəfindən təmin olunmamışdır.

Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamışdır. Həmçinin hesab edir ki, ona dəyən

mənəvi zərərin əvəzi ödənilməlidir. Çünki bütün bu olan hadisələr ona pis təsir etmiş və psixi

sarsıntılar keçirmişdir. Eləcə də göstərmişdir ki, cavabdeh onu hədələdiyi üçün boşanma ilə bağlı

iddia qaldırmamışdır. Daha sonra göstərmişdir ki, cehiz əmlakını aparmağa yeri yoxdur. Ona

görə də 30.000 manat dəyərində mənəvi ziyanın təmin olunmasını xahiş etmişdir ki, həmin pula

bir otaqlı mənzil ala bilsin və cehiz əmlaklarını orada yerləşdirə bilsin. Qeyd olunanlara əsasən

apellyasiya şikayətinin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2016-cı il tarixli,

2(060)-4148/2016 saylı qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin tam təmin olunması

barədə qətnamə qət edilməsini xahiş etmişdir.

Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ağayev Böyükağa Xurşud

oğlu apellyasiya şikayətininin dəlillərinə etiraz edərək izahatında göstərmişdir ki, cavabdeh

iddiaçının cehiz kimi gətirdiyi əmlakları qaytarmağa razıdır və həmin əmlaklar cavabdehin

atasının evindədir. Lakin iddia ərizəsində cehiz kimi gətirilməyən və qiymətləri şişirdilmiş

əmlaklar göstərilmişdir. Bundan başqa iddia tələbinin mənəvi zərər hissəsi əsassızdır və təmin

edilə bilməz. Çünki iddiaçı məhkəməyə mənəvi zərəri sübut edə biləcək heç bir mötəbər dəlil

təqdim edə bilməmişdir. Tərəflər bir müddət nişanlı olub, sonra ailə həyatı qurmuş və rəsmi

nikaha daxil olmuşlar. Yəni onların bir-birirni tanımaq üçün vaxtları olmuşdur. Bundan başqa

tərəflər 20 aprel 2014-cü il tarixdə el adəti ilə toy edib evlənmiş, nikahlarını isə 22 dekabr

2014-cü il tarixdə rəsmiləşdirmişlər. Cavabdehin iddia ərizəsinə əsasən tərəflərin nikahı 22

yanvar 2016-cı il tarixdə pozulmuşdur. Cavabdehin iddia ərizəsində göstərildiyi kimi xəstə

olması yalandır. Bundan başqa nümayəndə iddiaçıya məxsus bir ədəd çilçirağın, blender, mikser

və elektrik çaydanının qaytarılmasına da etirazları olmadığını bildirmişdir. Qeyd olunanlara

əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin

01.07.2016-cı il tarixli, 2(060)-4148/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını

xahiş etmişdir.


Məhkəmə kollegiyasının iclasında cavabdehin digər nümayəndəsi Həsənov Fərhad

İbrahim oğlu cavabdehin nümayəndəsi Ağayev Böyükağa Xurşud oğlu ilə eyniməzmunlu izahat

verərək apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2016-

cı il tarixli, 2(060)-4148/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə

kollegiyasının



iclasında

cavabdeh


Həsənov

İbrahim


Fərhad

oğlu


nümayəndələri ilə eyniməzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini,

Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2016-cı il tarixli, 2(060)-4148/2016 saylı qətnaməsinin

dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyasının iclasında dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru Taleh Mustafayev göstərmişdir ki, icra məmuru

A.R.Vəliyevlə birlikdə cehiz əmlakların olduğu evə gedərək 30. 06.2016-cı il tarixdə16.06.2016-

cı il tarixli aktda olmayan cehiz əmlakların siyahıya alınması barədə akt tərtib etmiş və yeni

əmlaklar siyahıya əlavə olunmuşdur. Akt tərtib edən zaman söz-söhbət olsa da sonda tərəflər

arasında razılıq olmuş və iddiaçı Həsənova Pərvin akta imza etmişdir.

H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:

Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası

məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında

mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və

ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya

apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti

bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi

və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin və onun

nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin

bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları

qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən

təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir.

Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 20 aprel 2014-cü il tarixdə el adəti ilə toy

edib evlənmiş, iddiaçı özünə məxsus cehiz əmlaklarını gəlin köçdüyü mənzilə gətirmiş,

nikahlarını isə 22 dekabr 2014-cü il tarixdə rəsmiləşdirmiş, birgə nikahdan övladları olmamışdır.

Cavabdehin iddia ərizəsinə əsasən tərəflərin nikahı Sumqayıt Şəhər Məhkəməsinin 22.01.2016-

cı il tarixli, 2(060)-583/2016 saylı qətnaməsi ilə pozulmuşdur.

Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Həsənov Fərhad İbrahim oğlu

ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. İddia

tələbində göstərilən əmlaklardan yataq mebeli, divan, stul, stol, soyuducu, televizor, tozsoran,

ətçəkən, tül, 1 nəfərlik odeyal 1 ədəd, çarpayı örtüyü, qış odeyalı, atlas örtük qırmızı güllü, 2

nəfərlik pastel, 2 nəfərlik yataq döşəyi, 2 nəfərlik yorğan 1 ədəd, sintefon yorğan 2 ədəd, sintefon

yastıq 2 ədəd, tük yastıq 2 ədəd, 2 nəfərlik yataq pasteli 4 ədəd, süfrə 6 ədəd, çay dəsmalı 6 ədəd,

əl-üz dəsmalı 20 ədəd irili-xırdalı, çay dəsti 6 ədəd, salfet skater 2 ədəd, saat 2 ədəd, naçnik 2

ədəd, padnos nabor 3 ədəd, qaşıq-çəngəl, bıçaq nabor, bıçaq gündəlik, çömçə 2 ədəd, meyvə qabı

Kobalt göy rəngli 2 ədəd, lepkalı şirniyyat qabı 2 ədəd, tort boşqabı nabor 1 ədəd, tort götürən 1

nabor, bulud boşqab, gündəlik boşqab 18 ədəd, kasa 4 ədəd, göyərti taxtası 3 ədəd, qaşlı serviz

çay kofe, serviz Kobalt, qəhvə servizi, kompot bokalı 5 ədəd, sok bokalı 5 ədəd, su qabı 6 ədəd,

araq rumkası 6 ədəd, armudu stəkan 6 ədəd, nəlbəki 6 ədəd, külqabı 3 ədəd, pendir-yağ qabı,



ədviyyat qabı 1 ədəd, duz-istiot qabı 6 ədəd, qənd, pesok, duz naboru, limon götürən 1 nabor,

pendir boşqabı 6 ədəd, çaydan 2 ədəd, qazan dəsti nabor, tavalar 4 ədəd, qazan alüminium, süd

qazanı, ləyən dəsti 3 ədəd, ləyən kauçuk 3 ədəd, aşsüzən 1 ədəd, düşbərə kəsən 1 ədəd, pirojki

götürən 2 ədəd, zibil qabı 1 ədəd, zibil yığan 2 ədəd, pol silən əski 1 ədəd, pol ağacı 1 ədəd,

önlük 1 ədəd, klyonka süfrə 2 ədəd, qab setkası 1 ədəd, qazan tutan 4 ədəd, ələk 1 ədəd, sabun

qabı 1 ədəd, şam qabı 2 ədəd, oxlov 2 ədəd, vedrə 1 ədəd, güldan lepkalı 1 ədəd, çörək qabı 3

ədəd, banka açan, çörək saxlamaq üçün qab, ayı, yumşaq ayı, quzu, qız, oğlan fiqurları, şəkil

ramkası, Quran kitab suvenir, qazan altı 5 ədəd, ütü, epilyator olan hissəsində və icra məmuru

tərəfindən siyahıya alınmış əmlakların iddiaçıya verilməsi hissəsində iddianın təmin edilməsinə

etiraz etmir.

İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin

edərkən yalnız cavabdehin etiraf etdiyi və icra məmurlarının siyahıya aldığı əmlakları təmin

etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş

olduğu bu nəticə ilə razılaşmaq olmaz.

Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ağayev Böyükağa

Xurşud oğlu ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlərdə qalan və iddiaçıya məxsus olan

əşyaların, bundan başqa çilçıraq, mikser, blender, elektrik çaydanının qaytarılmasına razı

olduqlarını bildirmişdir.

Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diskdən görünür ki,

mübahisəli evdə iddiaçının tələb etdiyi əşyalardan pərdə, bir ədəd çilçıraq, 3 ədəd xalça

mövcuddur.

Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin etiraf etdiyi və siyahıya alınmış əmlaklar

və bir ədəd pərdə, bir ədəd çilçiraq, 3 ədəd xalça, mikser, blender və elektrik çaydanı

cavabdehlərdən alınaraq idiaçıya verilməlidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, eləcə də Azərbaycan Respublikasının

Mülki Məcəlləsinin 225.2. maddələrində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus

əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər

üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir, yəni ər-arvadın hər

birinin əmlakıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2. maddəsinə əsasən mülkiyyətçi

özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi nişan xərci üçün 500 manat, oğlan toyuna

verilən 350 manat, qız toyu üçün restorana verilən 4500 manat, musiqiçilərə verilən 500 manat,

masa bəyinə verilən 200 manat, skripka çalana verilən 100 manat, toyun diski, bəy xonçasına

verilən 400 manat, bəy köynəyinə verilən 120 manat, qonaq çağrılanda bəy köynəyi, atasına

köynək, anasına paltar, açılan süfrəyə verilən 200 manat, üçgünlükdə çəkilən xərc, şirniyyatlara

verilən 200 manat, yeməklərə verilən 150 manat, taksiyə verilən 20 manat, nişanda şirinlik üçün

verilən 20 manat, musiqiçilərə hər iki toyda şirinlik üçün verilən 50 manat və qalan əmlaklar

hissəsində əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iddiaçı iddianın həmin hissəsini

məhkəmə iclasında əsaslandıra bilməmiş, həmin əmlakların cavabdehdə olması barədə və

çəkilən xərclər barəsində məhkəməyə heç bir sübut təqdim etməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 30.000 manat mənəvi zərərin ödənilməsi

hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.

Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 20 aprel 2014-cü il tarixdə el adəti ilə toy

edib evlənmiş, iddiaçı özünə məxsus cehiz əmlaklarını gəlin köçdüyü mənzilə gətirmiş,



nikahlarını isə 22 dekabr 2014-cü il tarixdə rəsmiləşdirmiş, birgə nikahdan övladları olmamışdır.

Cavabdehin iddia ərizəsinə əsasən tərəflərin nikahı Sumqayıt Şəhər Məhkəməsinin 22.01.2016-

cı il tarixli, 2(060)-583/2016 saylı qətnaməsi ilə pozulmuşdur. Yəni tərəflər ailə həyatı

qurmaq üçün könüllü olaraq rəsmi nikaha daxil olmuş, onların arasında olan nikah məhkəmənin

qətnaməsi ilə pozulmuşdur, etibarsız hesab edilməmişdir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə

qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü

ittifaqıdır.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi

təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il

tarixli 7 saylı Qərarının 2-ci bəndinin izahına əsasən Azərbaycan Respublikası

qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında

Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri

baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan

şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması

nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi

sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda

müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının

pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar

qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın

qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və

tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa

hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması,

sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Həmin Qərarın 8-ci bəndinin izahına əsasən Azərbaycan Respublikası Mülki

Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o

hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların

cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və

hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri

müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki

məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və

iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət

(hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı

mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi

formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

İş materiallarından görünür ki, iddiaçı iddiasının mənəvi zərərə dair hissəsini onunla

əsaslandırmışdır ki, cavabdeh psixoloji xəstəlikdən əzab çəkmiş, bunu ondan gizlətmişdir ki,

bunun nəticəsində o, mənəvi sarsıntı keçirmişdir.

Lakin iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə nişanlı olmuş, 20

aprel 2014-cü il tarixdə el adəti ilə toy edib evlənmiş, nikahlarını isə səkkiz ay sonra, 22 dekabr

2014-cü il tarixdə könüllü olaraq rəsmiləşdirmişlər. Bundan başqa müəyyən olunmuşdur ki,

iddiaçı nikahın etibarsız hesab edilməsi və ya nikahın pozulması barədə məhkəmədə iddia

qaldırmamışdır. İddiaçı cavabdehin hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində ona mənəvi

ziyan dəydiyini əsaslandıra bilməmişdir.

Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, onun cehiz

əmlaklarını aparmaq üçün münasib yeri yoxdur. Mənəvi ziyana görə 30.000 manat ödənilməsini



ona görə xahiş etmişdir ki, həmin məbləğə bir otaqlı ev ala bilsin.

Azərbaycan

Respublikası

Səhiyyə


Nazirliyi

1

saylı



Respublika

Psixiatriya

Xəstəxanasının 02.11.2016-cı il tarixli, 5698 saylı məktubundan görünür ki, Həsənov İbrahim

Fərhad oğlu üç dəfə qısa müddətdə müalicə almışdır.

Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər

özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək

məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək

hüququna malikdirlər.

Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün

hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra

onların təmin edilməsini tələb etməlidir.

Hazırkı halda iddiaçı məhkəmə iclasında iddiaçı bəzi əmlaklarının cavabdehdə qalması

və mənəvi ziyan çəkməsinə dair hissədə əsaslandıra və sübuta yetirə bilməmişdir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28

oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri

olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən

tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26

iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında

sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”,

yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.

Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya

təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

"Qavazov Bolqarıstana qarşı iş üzrə"

06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə

etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut

standartları tətbiq edilir.

Azərbaycan

Respublikası

Konstitusiya

Məhkəməsinin

Plenumu


özünün

“N.Məmmədovanm

şikayəti

üzrə


məhkəmə

aktlarının

Azərbaycan

Respublikasının

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli

qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra

məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.

İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə

etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd

etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək

hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi

hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü

maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə

araşdırmasının nəticələrinə əsaslanmalıdır.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya

məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır ki, bu da

Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin

apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən

apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər.

Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam,



hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki,

apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə qətnamə ləğv olunmalı, iddia qismən

təmin olunmalıdır.

Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini

əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin

bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını

əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya

başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut

etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü

bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və

sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş

iştirakçılarının üzərinə qoyur.

Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin

təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə

iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddiasının tam həcmdə təmin

olunmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab

edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və

405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T

E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2016-cı il tarixli, 2(060)-4148/2016 saylı qətnaməsi

ləğv edilsin.

İddia qismən təmin edilsin.

Cavabdeh Həsənov İbrahim Fərhad oğlundan yataq mebeli - 3500 manat, divan - 2250

manat, stul - 500 manat, stol - 600 manat, soyuducu - 800 manat, televizor - 800 manat, tozsoran

- 140 manat, ətçəkən maşın 100 manat, tül - 100 manat, 1 nəfərlik 1 ədəd odeyal - 70 manat,

çarpayı örtüyü qış odeyalı 350 manat, atlas çarpayı örtüyü qara, qırmızı gül - 150 manat, 2

nəfərlik pastel - 200 manat, 2 nəfərlik yataq döşəyi - 150 manat, 2 nəfərlik yorğan 1 ədəd - 110

manat, sintefon yorğan 2 ədəd - 240 manat, sintefon yastıq 3 ədəd - 270 manat, tük yastıq 2 ədəd

- 120 manat, 2 nəfərlik yataq pasteli 4 ədəd - 600 manat, süfrə 6 ədəd - 450 manat, çay dəsmalı 6

ədəd - 90 manat, əl-üz dəsmalı 24 ədəd - 240 manat, çay dəsti 18-lik - 180 manat, salfet skater 6

- 45 manat, saat 2 ədəd - 70 manat, naçnik 2 ədəd - 50 manat, güldan 1 ədəd - 300 manat, meyvə

qabı xrustal 2 ədəd - 500 manat, ləpə qabı 1 ədəd - 80 manat, konfetqabı xurstal 1 ədəd - 50

manat, mürəbbə qabı xurstal 2 - 80 manat, razetka 4, 6 xrustal - 80 manat, padnos 3 tək - 120

manat, qaşıq-çəngəl - 50 manat, bıçaq nabor - 70 manat, bıçaq gündəlik - 25 manat, çömçə 2

ədəd - 10 manat, meyvə qabı kobalt göy rəng 2 ədəd -140 manat, lepkalı şirniyyat qabı 6 ədəd -

120 manat, tort boşqabı nabor 1 ədəd - 30 manat, tort götürən 1 nabor - 75 manat, bulud boşqab 6

ədəd - 60 manat, gündəlik boşqab 18 ədəd-75 manat, kasalar 4 ədəd - 40 manat, ət taxtası 1 ədəd

- 10 manat, göyərti taxtası 4 ədəd - 15 manat, jurnal stolu üçün süfrə 1 ədəd - 50 manat, qaşlı

serviz çay, qəhvə - 1200 manat, serviz kobalt - 250 manat, qəhvə servizi - 50 manat, kompot qabı

6 bokal - 75 manat, sok bokalı 6 ədəd - 60 manat, su qabı 6 ədəd - 40 manat, araq rumkası 6 ədəd

- 15 manat, armudu stəkan 6 ədəd - 60 manat, nəlbəki 6 ədəd - 30 manat, armudu nəlbəki 12


ədəd - 50 manat, külqabı 3 ədəd - 165 manat, pendir-yağ qabı - 30 manat, ədviyyat qabı 1ədəd -

70 manat, duz-istiot qabı 6 ədəd - 60 manat, qənd, pesok, duz və s. nabor - 70 manat, limon

götürən 1 nabor 6 ədəd - 20 manat, mürəbbə qabı sadə hərəsi 2, 6 ədəd - 60 manat, pendir

boşqabı 6 ədəd - 15 manat, dəm çayniki 1 ədəd - 20 manat, çaydan 2 ədəd - 50 manat, qazan

dəsti nabor - 180 manat, qazan dəsti - 250 manat, tava (jaroniklər) 4 ədəd - 220 manat, qazan

alüminum - 30 manat, süd qazan - 50 manat, ləyən dəsti marlov 3 ədəd - 60 manat, ləyən kauçuk

3 ədəd - 35 manat, aşsüzən 1 ədəd - 10 manat, düşbərə kəsən 1 ədəd -10 manat, pirojki götürən 2

ədəd - 15 manat, zibil vedrəsi 1 ədəd - 10 manat, zibil yığan 2 ədəd - 20 manat, pol silən pas-pas

əski 2 ədəd - 20 manat, pol ağacı 1 ədəd - 5 manat, önlük 2 ədəd - 10 manat, klyonka süfrə 2

ədəd - 15 manat, qab şotkası fiqurlu 2 ədəd - 10 manat, qazan tutan 6 ədəd - 15 manat, ələk 1

ədəd - 5 manat, sabun qabı 2 ədəd - 12 manat, şam qabları 6 ədəd - 45 manat, oxlov 2 ədəd - 10

manat, vedrə 1 ədəd - 5 manat, güldan lepkalı -50 manat, çörək qabı qoşa 3 ədəd - 20 manat,

şirniyyat qabı 1 ədəd - 10 manat, banka açan, bağlayan - 30 manat, çörək saxlamaq üçün qab - 40

manat, ayı - 600 manat, yumşaq ayı -300 manat, quzu, qız, oğlan fiquru - 80 manat, şəkil qabı -

30 manat, Quran kitab suvenir -60 manat, qazan altı 6 ədəd - 10 manat, ütü - 90 manat, epilyator

- 80 manat, bir ədəd blender - 50 manat, bir ədəd mikser - 50 manat, bir ədəd elektrik çaydanı -

80 manat, pərdə 500 manat, xalça 3 ədəd - 1110 manat, çilçıraq 1300 manat dəyərində yşyalar

alınaraq iddiaçı Həsənova Pərvin Vüqar qızına verilsin.

İddia qalan hissədə rədd olunsun.

Cavabdeh Həsənov İbrahim Fərhad oğlundan 30 (otuz) manat ödənilmiş dövlət rüsumu

alınaraq iddiaçı Həsənova Pərvin Vüqar qızına verilsin.

Apellyasiya şikayəti qismiən təmin olunsun.

Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası

Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki

Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul



edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Lətifə Məmmədova

Hakimlər:

Elman Rəhimov

Səyyad Qafari



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə