Q Ə t n a m ə s I



Yüklə 86.71 Kb.
PDF просмотр
tarix10.06.2017
ölçüsü86.71 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının

Q Ə T N A M Ə S İ

02 noyabr 2016-cı il

İş № 2(105)-2203/2016

Sumqayıt şəhəri

Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu

Quliyev (sədrlik edən və məruzəçi), Azər Qəmbər oğlu Hüseynov və Gülnarə Fikrət qızı Tağızadədən

ibarət tərkibdə,

məhkəmə iclas katibi Loğman Əlizamin oğlu Şahverdiyevin,

cavabdeh Quliyev Rasim Kamil oğlunun iştirakları ilə

Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2014-cü il tarixli, 2(067)-11/2014 saylı qətnaməsindən

iddiaçı Ə.H.Cavadovun verdiyi apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin

binasında açıq məhkəmə iclasında baxaraq,



M Ü Ə Y Y Ə N

E T D İ :

Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2014-cü il tarixli, 2(067)-11/2014 saylı qətnaməsi

ilə (hakim F.B.Mirzəquliyev) iddiaçı Cavadov Əhəd Həmdulla oğlunun cavabdeh Quliyev Rasim

Kamil oğluna qarşı mülkiyyətində olan torpaq sahəsində özbaşına tikdirdiyi yaşayış evinin

Quliyev Rasim Kamil oğlunun hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

İddiaçı Ə.H.Cavadov apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 08 iyul

2014-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2016-cı il tarixli,

2(105)-31/2016 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon

Məhkəməsinin 08 iyul 2014-cü il tarixli, 2(067)-11/2014 saylı qətnaməsi dəyişdirilmədən

saxlanılmışdır.

Həmin qətnamədən

iddiaçının nümayəndəsi və vəkili A.M.Məmmədov kassasiya şikayəti

vermişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2016-cı il tarixli,

2(102)-3118/2016 saylı qərarı ilə

iddiaçı Cavadov Əhəd Həmdulla oğlunun nümayəndəsi və vəkili

A.M.Məmmədovun kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi

Mülki Kollegiyasının

13 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya

qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

İ Ş İ N H A L L A R I :

İddiaçı Ə.H.Cavadov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla

əsaslandırmışdır ki, Xaçmaz rayonu, Qaraçay-Cek kəndində Xaçmaz rayon Aqrar İslahat

Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı Qərarı ilə torpağa mülkiyyə hüququna dair Dövlət

Aktına əsasən ailə üzvlərinin mülkiyyətinə 3.08 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onun ailə

üzvlərinə verilənə qədər cavabdeh Quliyev Rasim Kamil oğlu torpaq sahəsinin 14 sotunu zəbt etdiyi

üçün Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli qətnaməsilə cavabdeh və digər

şəxslərin dövlət aktındakı çizgilər daxilindəki 0.28 ha torpaq sahəsindən çıxarılıb həmin sahəni onun

ailə üzvlərinə qaytarılması qət edilmişdir. Lakin bu qətnamə icra edilməmişdir. Bundan istifadə edən

cavabdeh 2011-ci ildə zəbt edilmiş torpaq sahəsinin 14 sotunda özbaşına ev tkmişdir. Azərbaycan

Respblikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasə tikinti məqsədləri üçün ayrılmayan torpaq

sahəsində yaşayış evi tikilirsə, həmin ev özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü

maddəsinə əsasən, özbaşına tikilən ev onu tikən şəxs tərəfindən məhkəmə qətnaməsinə əsasən sökülə


bilər. Ona görə də, cavabdeh Quliyev Rasim Kamil oğlunun mülkiyyətində olan torpaq sahəsində

özbaşına tikdirdiyi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini

xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.



A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ V Ə

P R O S E S İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T I :

İddiaçı Ə.H.Cavadov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon

Məhkəməsi 08 iyul 2014-cü il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq

normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki,

birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, cavabdehin tikdirdiyi ev onun

mülkiyyətində olan torpaq sahəsində yox, Qaraçay-Cek kəndinin torpaq sahəsində yerləşir. O,

subyektiv hüquqa malik deyildir. Məhkəmənin onun subyektiv hüquqa malik olmamağı barədə gəldiyi

nəticə əsassızdır. Çünki, Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli qətnaməsi ilə

təsdiq edilmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı

qərarı ilə JN 0028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onun mülkiyyətinə verilən

3.08 ha torpaq sahəsinin 28 sotu cavabdeh və başqaları tərəfindən zəbt edildiyi üçün, həmin şəxslər

0.28 ha torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi ona qaytarılmalıdır. Bu qətnamə icra

edilməmişdir. Həm Dövlət Aktı ilə, həm də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun

mübahisəli 0.28 ha torpaq sahəsi üzərində subyektiv hüququnun olmasın baxmayaraq, məhkəmə

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulan hüququnu pozmuş,

qanunu səhv təfsir etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki

iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak

edən şəxslər tərəfindən başqa məhkəmə prosessində mübahisələndirilmir və yenidən sübut edilmir.

Məhkəmə həmin qanunun tələbini pozmuşdur. O, 08 iyul 2014-cü il tarixdə məhkəmədə baxılanda

vəsatət vermiş və qeyd etmişdir ki, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində ev tikmişdir.

Əgər cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində yox, məhkəmənin bildirdiyi kimi kənd

yaşayış məntəqəsinin torpaq sahəsində tikdiyini bildirsə də, bu torpaq sahəsinin onun mülkiyyətində

olmasını təsdiq edən sənəd təqdim etməlidir. Cavabdehin tikdiyi evin altında olan torpaq sahəsinə aid

sənədi olmamasını bildirməsinə qiymət verən məhkəmə ev tikilən torpaq sahəsinin kənd yaşayış sahəsi

olması nəticəsinə gəlməsi əsassız hesab edilməlidir. Mübahisəli torpaq sahəsi onun mülkiyyəti kimi

qiymətləndirilməlidir. Beləliklə qeyd edilən dəlillər təsdiq edir ki, cavabdehin ev tikdiyi torpaq sahəsi

nə bələdiyyə, nə də dövlət mülkiyyətində olan torpaq sahəsində yox, ona Dövlət Aktı ilə mülkiyyətinə

verilən, cavabdeh tərəfindən zəbt edilməsi məhkəmə qətnaməsi ilə tanınan torpaq sahəsindədir.

Cavabdeh R.Quliyevin tikdirdiyi evin altında olan torpaq sahəsi ona məxsusdur. R.Quliyev tikinti

məqsədi üçün ayrılmayan torpaq sahəsində ev tikməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin

180.1-ci maddəsinin tələblərinə əməl etməmiş, məhkəmə Mülki Məcəllənin 180.4-cü maddəsinə

düzgün təfsir etməməklə, maddi hüquq normasını pozmaqla qətnamə çıxarmışdır. Ona görə də, birinci

instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.

Məhkəmə kollegiyasının əvvəlki iclasında

iddiaçı Ə.H.Cavadov apelyasiya şikayətini müdafiə

edərək, təmin olunmasını xahiş etmişdir.

Məhkəmə kollegiyasının iclasında R.K.

Quliyev apelyasiya şikayətinin dəlillərinə etiraz edərək,

birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R :

Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi

tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə

baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə

mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya

şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda

işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq

2


normalarına riayət etməsini yoxlayır.

Məhkəmə kollegiyası məruzəçi-ha ki min məruzəsini, tərəflərin izahatını dinləyib, iş

materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə

əsasən apelyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli

qətnaməsi qismən ləğv edilərək, iddianın təmin olunması baradə yeni qətnamə çıxarılmalıdır.

Belə ki, iş materiallarından görünür ki, JN-0028 kod 30206028 olan torpağa mülkiyyət

hüququna dair dövlət aktına əsasən Xaçmaz Rayon Aqrar İshalatı Komissiyasnın 27 noyabr 1998-

ci il tarixli 12 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 3.08 ha torpaq sahəsi

Cavadov Əhəd Həmdulla oğlu və ailə üzvlərinə verilmişdir.

Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli 2(067)-773/2009 saylı

qətnaməsindən görünür ki, Xaçmaz Rayon Aqrar İshalatı Komissiyasının 27 noyabr 1998-ci il

tarixli 12 saylı qərarı ilə verilmiş dövlət aktındakı cizgilər daxilində 0.28 ha torpaq sahəsinin

naturada Ağayev Məmmədağa Ağaşirin oğlundan, Quliyev Rasim Kamil oğlundan və Mustafayev

Eldar Süleyman oğlundan alınaraq Cavadov Əhəəd Həmdulla oğlu və ailə üzvlərinin ümumi

mülkiyyətinə qaytarılması qət edilmişdir.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəsisləri

tərəfindən verilmiş 29 iyul 2013-cü il tarixli rəydən görünür ki, JN-0028 kod 30206028 olan

torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 3.08 ha torpaq

sahəsində Quliyev Rasim Kamil oğlunun tikdiyi yaşayış evi Cavadov Əhəd Həmdulla oğluna

məsus torpaq sahəsində yerləşmir. Quliyev Rasim Kamil oğlunun tikdiyi yaşayış evi iddiaçının

mülkiyyətinə verilmiş torpaq payı ilə həmsərhəd ərazidə, kəndaltı torpaqlarda yerləşir.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəsisləri

tərəfindən verilmiş 03 iyul 2014-cü il tarixli rəydən görünür ki, JN-0028 kod 30206028 olan

torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 3.08 ha torpaq

sahəsində Quliyev Rasim Kamil oğlunun tikdiyi yaşayış evi Cavadov Əhəd Həmdulla oğluna

məsus torpaq sahəsində yerləşmir. Yaşayış evi Əhəd Cavadova məxsus torpaq sahəsində yox,

kənd yaşayış məntəqəsinin torpaqlarında yerləşir.

İş üzrə keçirilmiş

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin

30 oktyabr

2015-ci il tarixli, 20976 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinin nəticə hissəsindən

görünür ki, Xacmaz rayonu, Qaraçay Cek kəndində yerləşən Quliyev Rasim Kamil oğlunun inşa

etdiyi yaşayış evi Cavadov Əhəd Həmdulla oğlu və ailə üzvlərinin adına verilmiş JN-0028

KOD


30206028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından göstərilən plan-cizgisinin

sərhəddindən kənarda yerləşir. Quliyev Rasim Kamil oğluna və ailə üzvlərinə məxsus olan JN-

069A kod 30206028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə DƏDRX-nin 5 saylı

Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı üçün Quliyev Rasim Kamil

oğlunun inşa etdiyi evin JN-069A kod 30206028 saylı torpağın mülkiyyətə verilməsinə dair

şəhadətnamə üzərində tikilib-tikilməməsini müəyyən etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, hazırki

mübahisə üzrə mübahisə pretmeti olan ev iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq

sahəsində yerləşmədiyi üçün iddiaçı müvafiq subyektiv hüquqa, yəni, cavabdeh tərəfindən tikilmiş

yaşayış evinin sökülməsi haqqında iddia irəli sürmək hüququna malik olan şəxs kimi qəbul edilə

bilməz. Yalnız yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi bu idddia ilə məhkəməyə

müraciət edə bilər. Cavabdeh Quliyev Rasim Kamil oğlunun tikdiyi yaşayış evi iddiaçı Cavadov

Əhəd Həmdulla oğlu və onun ailə üzvlərinin mülkiyyətində olan 3.08 ha torpaq sahəsində deyil, kənd

yaşayış məntəqəsinin torpaq sahəsində yerləşir. Cavabdehin həmin evi özbaşına tikib-tikməməsindən

asılı olmayaraq, iddiaçının cavabdehin tikdiyi evin sökülməsi haqqında iddia ilə məhkəməyə

müraciət etməyə subyektiv hüququ yoxdur.

Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi əsası kimi Azərbaycan

Respublikasının Mülki Məcəlləsinin 152.5-cı, 180-cı və MPM-nin 50-ci maddələrinə, Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası

Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli

3


qərarına istinad etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələri işin

həqiqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir və birinci

instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin

mütəxəsisləri tərəfindən verilmiş 29 iyul 2013-cü il və 03 iyul 2014-cü il tarixli rəylərə, eləcə də,

iş üzrə keçirilmiş ekspertizanın 30 oktyabr 2015-ci il tarixli, 20976 saylı rəyə istinad etsə də,

qanuni qüvvəsini almış Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli 29(067)-

773/2009 saylı qətnaməsinin icra edilməməsinə və hazırki iddianın da məhz sözügedən

qətnamənin icrasında yaranan maneə ilə əlaqədar qaldırılmasına diqqət yetirməmişdir.

Belə ki, işin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il

tarixli 29(067)-773/2009 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsinin artıq iddiaçıya məxsus

olması müəyyən edilmişdir. Lakin, işə baxan məhkəmə buna diqqət yetirməmişdir.

İşin materiallarından görünür ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən

iddiaçının onun mülkiyyətinə qaytarılmalı olan torpaq sahəsində borclu Quliyev Rasim Kamil

oğlunun tərəfindən qeyri-qanuni inşa edilən yaşayış evinin söküntüsünü tələb etdiyi üçün icra

işinin icrası baş tutmamış, bununla əlaqədar iddiaçı Cavadov Əhəd Həmdulla oğluna icra şöbəsi

tərəfindən ona məxsus olan torpaq sahəsində borclu tərəfindən inşa edilən evin sökülməsi barədə

yenidən birinci instansiya məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə

əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən

Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli icra sənədi 06.04.2012-ci il tarixdə

Xaçmaz rayon məhkəməsinə qaytarılmışdır.

İşin materiallarından görünür ki, iddiaçı icra şöbəsinin müvafiq məktubundan sonra hazırki

iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə

mütəxəsisin arayışı və ekspertiza rəyi ilə Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2009- cu il

tarixli 29(067)-773/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş hallara tamamilə əks mövqe

nümayiş etdirmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınan və iddiaçının

mülkiyyətinə qaytarılmalı olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin

sökülməsi barədə iddiaya düzgün hüquqi qiymət verməmişdir.

Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni

qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər

tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki,

mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə

predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt

qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik

keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar,

vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki

əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya

əlaqəsi yaranmış olur.

Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin

şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş

məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın

mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı

qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual

qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni

qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi

xassələrə malikdir.

İşin materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il

tarixli 29(067)-773/2009 saylı qətnaməsi icra olunmadığından Quliyev Rasim Kamil oğlu həmin

ərazidə qanunsuz olaraq ev inşa etdirmiş və həmin torpaq sahəsi yenidən mübahisə predmeti kimi

4


qalmışdır.

Məhkəmə kollegiyası hesab edir ki, növbəti məhkəmə proseslərində, yəni Xaçmaz rayon

məhkəməsinin 08 iyul 2014-cü il tarixli 2(067) 11/2014 saylı qətnaməsində və Sumqayıt

Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-31/2016 saylı, 13 yanvar 2016-cı il

tarixli qətnaməsində sözügedən torpaq sahəsi mübahisə predmeti olması yol verilməz idi. Çünki

yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən həmin mübahisəli torpaq sahəsi

artıq başqa məhkəmə prosesində mübahisə predmeti ola bilməzdi.

Belə mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini

tapmışdır. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» 28.10.1999-cu il tarixli

qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik

prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə

qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin materiallarında olan Xaçmaz

Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli 29(067)-773/2009 saylı qanuni qüvvəsini almış

qətnaməsinə istinad etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin qətnamə ilə müəyyən

edilmiş halların hazırki mübahisə ilə əlaqədar hüquqi bağlılığının olmasına apellyasiya

məhkəməsi qeyd edilən məhkəmə qərarının mövcudluğu baxımından düzgün hüquqi qiymət

verilməmişdir.

Azərbaycan

Respublikası

Konstitusiya

Məhkəməsinin

Plenumu

özünün


«N.Məmmədovanın

şikayəti


üzrə

məhkəmə


aktlarının

Azərbaycan

Respublikasının

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli

qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra

məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.

İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə

etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd

etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək

hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə

tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

Hazırkı işin materiallarından isə iddiaçının cavabdehin qanuni qüvvəsini almış məhkəmə

qətnaməsinin icrasına yaranan maneələri aradan qaldırmaq üçün və beləliklə də pozulmuş

mülkiyyət hüquqlarının bir daha bərpası üçün məhkəməyə müraciət etmək hüququndan istifadə

etməsi görünür.

Kollegiya hesab edir ki, iddiaçının bu hüququnun həyata keçirilməsində yaranan maneələrin

aradan qaldırılması üçün hazırki iş üzrə iddiasına birinci instansiya məhkəməsi tərəfindən onun

mülkiyyət hüquqları və qanuni qüvvəsini almış məhkəmə qərarının icrasının məcburi xarakterli

olması baxımından düzgün hüquqi qiymət verilməmişdir.

Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin

qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə

minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları,

onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan

Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər

özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək

məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna

malikdir.

«İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs

kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli

məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və

azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

5


“İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki

Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına

və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında

Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə

baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk

növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi

ilə onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ona qaytarılması istiqamətində, həmçinin

sözügedən qətnamənin icrasının təmini məqsədilə inşa edilmiş tikilinin sökülməsinə dair iddia

qaldırmağa subyektiv hüququ olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də

səhvdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri

üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti

normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya

başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Qeyd edilən Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ

məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun

mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan

mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən

şəxsin özbaşına tikiliyə mülkiyyət hüququ tanına bilməz.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi

haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya

və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə

baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət

verməlidirlər.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsinin

dəlillərinə müfəssəl huquqi qiymət verməmiş, işə baxarkən həqiqətə nail olmaq üçün sübutları

tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir.

Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün

«S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın

28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına

uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-

prosessual qanunvericiliyin müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən

olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək

üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi

cəhətdən əsaslandırmalıdır».

Azərbaycan Respublikası MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas

vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası

Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün

tətbiqinin təmin olunması isə məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin

məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan

mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından

tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də

qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının

tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi

haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki,

məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə

qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir

ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və

6


mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən

faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin

materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia

tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir.

Qərarda göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn

işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq

münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla

qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin

gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və

əsaslı sayıla bilməz.

Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və

ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin

apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.

Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya

düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində

səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud

qanunu səhv təfsir etsin.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr

2015-cı il tarixli, 17430 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100

(yüz) manatdır.

Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 100 (bir yüz) manat

məbləğində pul cavabdeh Quliyev Rasim Kamil oğlundan alınaraq Dövlət hesabına tutulmalıdır.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və

tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmaqla belə hesab edir ki, birinci instansiya

məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı

mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq

etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə

qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzə rə alaraq, işdə olan sübut

ları obyektiv araşdırılmasına əsaslanmaqla qiymət lən dirərək belə nəticəyə gəlir ki, apelyasiya

şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə

qəbul edilərək, i

ddiaçı Cavadov Əhəd Həmdulla oğlunun cavabdeh Quliyev Rasim Kamil oğluna

qarşı mülkiyyətində olan torpaq sahəsində özbaşına tikdirdiyi yaşayış evinin cavabdehin hesabına

sökülməsi barədə iddiası təmin edilməli, iddiaçı Cavadov Əhəd Həmdulla oğlunun xüsusi

mülkiyyətində olan JN-069A kod 30206028 saylı torpağın mülkiyyətə verilməsinə dair

şəhadətnamədə göstərilən plan-cizgisinin sərhəddinin daxilində cavabdeh Quliyev Rasim Kamil

oğlunun tikdiyi tikili-yaşayış evi onun hesabına sökülməli, aparılmış ekspertiza tədqiqatının dəyəri

100 (bir yüz) manat məbləğində pul cavabdeh

Quliyev Rasim Kamil oğlundan alınıb AZ.MEM,

VÖİN 1700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN 1401555071 müxbir hesab

AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 hesabına keçirilməli və iddia

ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh

Quliyev

Rasim Kamil oğlundan alınaraq iddiaçı Cavadov Əhəd Həmdulla oğluna verilməlidir.



Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə T E T D İ :

İddiaçı Ə.H.Cavadovun apelyasiya şikayəti təmin edilsin.

Xaçmaz Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli, 2(067)-11/2014 saylı qətnaməsi ləğv

edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin.

İddiaçı Cavadov Əhəd Həmdulla oğlunun cavabdeh Quliyev Rasim Kamil oğluna qarşı

7


mülkiyyətində olan torpaq sahəsində özbaşına tikdirdiyi yaşayış evinin cavabdehin hesabına

sökülməsi barədə iddiası təmin edilsin.

İddiaçı Cavadov Əhəd Həmdulla oğlunun xüsusi mülkiyyətində olan JN-069A kod

30206028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən plan-cizgisinin

sərhəddinin daxilində cavabdeh Quliyev Rasim Kamil oğlunun tikdiyi tikili-yaşayış evi onun

hesabına sökülsün.

Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul cavabdeh

Quliyev Rasim Kamil oğlundan alınıb AZ.MEM, VÖİN 1700326621, Dövlət Xəzinədarlığı

Agentliyi, KOD 210005 VÖEN 1401555071 müxbir hesab AZ 41 NABZ01360100000000003944

SWIFT BIK CTREAZ 22 hesabına keçirilsin.

İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh

Quliyev Rasim Kamil oğlundan alınaraq iddiaçı Cavadov Əhəd Həmdulla oğluna verilsin.

Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya

şikayəti verilə bilər.

Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi

gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:imza

Hakimlər:imzalar

Əsli ilə düzdür



Hakim

T.O.Quliyev



8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə