TƏLƏBƏ: Əlişah Əliyev FAKULTƏ: Tətbiqi və təbiət elmləri İXTİSAS: Meşəçilik QRUP: 232M TƏDRİS İLİ: 2023/2024 FƏNN: Ali Bitkilərin Sistematikasi SƏRBƏST İŞİN MÖVZUSU: Çılpaqtoxumlular şöbəsinin nəsli kəsilmiş nümayəndələrinin təsnifatı MÜƏLLİM: Qurbanova Lalə
Bakı-2023
Mündəricat Giriş
Mayelərdə elektrik cərəyanı
Elektrolitik dissosiasiya
Elektroliz üçün faradey qanunları
Nəticə
İstifadə olunan ədəbiyyat siyahısı
Giriş Elektrik cərəyanı – elektronların və ya ionların materialda və ya vakuumda nizamlanmış hərəkəti. Sükunət halındakı istənilən yüklü zərrəciyi hərəkətə gətirmək olar. Bu zaman Lorens və ya Kulon qüvvələrinin təsirindən istifadə olunur.
Cərəyan keçirən maddələrin məhlulu və ərintiləri elektrolit adlanır. Elektrolit kimi duzların, qələvilərin və turşuların suda məhlulunu göstərmək olar. Su molekullarının təsiri altında verilmiş maddələrin molekulları ionlara parçalanır.
Maddənin molekullarının su molekullarının təsiri nəticəsində ionlara parçalanması elektrolitik dissosiasiya adlanır. Temperaturun artması nəticəsində ionların sayı artır, və deməli dissosiasiya əmsalı da artır, ona görə də elektrolitin müqaviməti azalır
MAYELƏRDƏ ELEKTRİK CƏRƏYANI Mәhlulları (vә ya әrintilәri) elektrik cәrәyanını keçirәn maddәlәr (duz, turşu vә qәlәvi) elektrolitlәr adlanır.
Suda neytral molekulların parçalanması zamanı müsbәt vә mәnfi ionların yaranma prosesi elektrolitik dissosiasiya adlanır.
Təcrübi olaraq müəyyənləşdirilmişdir ki, elektrolitdən cərəyan keçdikdə, ondan maddə ayrılması baş verir. Şəkildə belə təcrübələrdən birinin sxemi təsvir edilmişdir (d): iki kömür elektrod cərəyan mənbəyinin qütblərinə birləşdirilir. Cərəyan mənbəyinin müsbət qütbünə birləşdirilən elektrod – anod, mənfi qütbünə birləşdirilən elektrod isə katod adlanır. Elektrodlar elektrolit vannasına, məsələn, mis 2-xloridin suda məhluluna daxil edilir və dövrə qapanır. Yaranan elektrik sahəsi müsbət mis ionlarına (Cu+) katoda doğru, mənfi iki xlor ionlarına (Cl2–) isə anoda doğru istiqamətlənmiş hərəkət verir – elektrolitdə cərəyan yaranır.
Elektrolitdә elektrik cәrәyanı müsbәt vә mәnfi ionların nizamlı hәrәkәtidir. Katoda çatan müsbət yüklü ionlar ondan elektron alaraq neytral atoma çevrilir və katod üzərində toplanaraq mis təbəqəsi yaradır. Mənfi yüklü ionlar isə artıq elektronlarını anoda verməklə neytrallaşır, onun səthində qaz qabarcıqları şəklində xlor ayrılır (bax: d). Deməli, ion keçiriciliyinin xarakterik xüsusiyyəti elektrik yükü ilə bərabər kütlə (maddə) daşınmasıdır:
Elektrolitdәn cәrәyan keçәrkәn elektrodlar üzәrindә maddә ayrılması prosesi elektroliz adlanır.