13. Ammonyak sintez dövriyyəsinin təzyiqləndirilməsi və qızdırılması:
-Sintez bölməsi N2 ilə üfürülür təzyiqləndirilir.Dövriyyə buxar qazanına(AE501) BFW ilə səviyyə yığılır.Sintez qaz kompressoru(AK431) antipompaj klapanları tam açılmaqla istismara verilir və Sintez bölməsində dövriyyə yaradılır.İşə buraxma sobası(AH501) yandırılır və temperatur artımı saatda ˂50˚C saxlanılır. NH3 konvertorun birinci katalizator layında temperatur fərqi yaranmağa başladıqda Ammonyak soyutma kompressorunun(AK441) məhsuldarlığı artırılır. Ammonyak konvertorunun(AR501) giriş klapanlarını tənzimləməklə konvertotun hər üç katalizator yatağında temperatur tənzimlənir. Sintez bölməsindən inert qazların çıxarılması üçün üfürmə başlanılır. Hər üç katalizator layında reaksiya başladıqdan sonra işə buraxma sobasında (AH501) yanma azaldılmağa başlayır. Bundan sonra qurğu məhsuldarlığı 100%-ə qaldırılır. Sintez bölməsində təzyiq kompressor(AK431) vasitəsilə 152kg/sm2-ə artırılır.-Ammonyak separatorunda səviyyə yaranmağa başladıqdan sonra maye ammonyak AV502 tutumuna verilir və həll olmuş qazlar ayrıldıqdan sonra ammonyak AV502-dən AV503 separatoruna verilir. AV503 separatorundan AP501A/B nasosları vasitəsilə ammonyak saxlama çəninə göndərilir.