11-CI MÖVZU. İNSANLARIN SOSIAL ƏLAQƏLƏRINDƏ HƏMRƏYLIK VƏ MÜNAQIŞƏ Fəlsəfə və digər sosial elmlərdə həmrəylik və münaqişə ictimai həyatın müəyyən bir durumu kimi qiymətləndirilir. Münaqişə-ziddiyyət, böhran, müharibə, deviant davranış, anomiya şəklində, həmrəylik isə -mexaniki və üzvi əlaqə şəklində, sinfi, milli, dini, mənəvi birlik, uyğunlaşma kimi öyrənilir.
K.Marks, kapitalizm cəmiyyətinin sosial-iqtisadi əsaslarını, sosial strukturunu tədqiq edərkən, sosial bərabərsizliyin artrması şəraitində fəhlə sinfinin (proletariatın) həmrəyliyini aşağıdakı şəkildə əsaslandırırdı: bu sinif əmək vasitələrindən məhrum olan, istismara məruz qalan muzdlu əməkçilərdir.
Fəhlə sinfinin tarixi vəzifəsi onun mənafelərinin ümumbəşər mənafeləri ilə üst-üstə düşməsi ilə bağlıdır. İri sənaye istehsalının inkişafı xırda sənətkarlar və kəndlilərin müflisləşməsi ilə nəticələnir, fəhlə sinfi isə sənayenin bilavasitə məhsulu və iri istehsal şəraiti proletarlarda təşkilolunma və intizam səviyyəsini artınr, onları kollektivçilik və həmrəylik ruhunda tərbiyə edir; fəhlə sınfi ruhən, mənafelərin ümumiliyinə görə qeyri-proletar kütblərlə sıx bağlıdır, ümumi əhali kütləsində bu sinfin sayı çoxaldıqca, sinfi mübarizədə onun gücü və rolu da artır; fəhlə sinfinin mübarizə və azadolunma şəraiti beynəlxalq xarakter daşıyır, proletar beynəlmiləlçiliyi milli və irqi düşmənçiliyə qarşı çıxış edərək, bütün ölkələrin zəhmətkeşlərinin bir-birinə yaxınlaşması və birləşməsinə səbəb olur.
Fransa sosioloqu və kriminoloqu Qabriyel Tard (1843-1904) sosial münaqişəni sosial-iqtisadi və psixoloji amillərlə izah edirdi, İctimai inkişaf - fərdlərarası proseslərin təzahürüdür. Bu proseslərdən başlıcaları - ixtiraetmə (ixtiraya həm texniki yeniliklər, həm də ictimaı-siyasi ideyalarla mənəvi dəyərlər daxildir) və təqlid etmədir (sonradan buraya Tard «müxalifəti» (sosial konflikti) də əlavə etdi).
İxtiralar-ictimai tərəqqinin yeganə mənbəyi olaraq ayrı-ayrı fərdlərin yaradıcılığı hüdudlarından çıxıb o zaman tətbiq oluna bilir ki, onlar mövcud cəmiyyət və mədəniyyətin xüsusiyyətlərinə uyğun gəlsin. Məhz buna görə bir çox ixtiralardan yalnız bəziləri qəbul olunur və yayılır.
Təqlidçiliyin sosial əhəmiyyəti çox böyükdür (adət-ənənə, moda), bunun nəticəsində qrup və ümumi dəyərlər və normalar yaranır, fərdlər, bu normaları qavrayaraq, sosiallaşır, yəni ictimai həyatın şəraitinə uyğunlaşma imkanını qazanırlar. «Aşağı» sosial təbəqələr «yuxarıları» daha çox təqlid edir. Sosial münaqişə («müxalifət») bir-birinə zidd olan ixtira tərəfdarları arasında olur. Sosial nəzarətin vacib elementləri olan telefon, teleqraf, kitablar, qəzetlər, kütləvi şüura təsir edərək, insanı cəmiyyətə tabe etdirir, kütləviləşdirir.
İnsanları bir-biri ilə birləşdirən, həmrəy edən nədir? Bu suala Fransa sosioloqu E.Dürkheym «İctimai əmək bölgüsü haqqında» əsərində belə cavab vermişdir: İnsanları cəmiyyətdə nəinki iqtisadi həyat (O.Kontun fıkri), həm də «daxili həmrəylik» birləşdirir. Kontun «əxlaqi razılaşma» ideyası köhnəlib, «funksional müxtəliflik əxlaqi müxtəlifliyə səbəb olur». Müasir cəmiyyətdə kollektiv hisslər zəifləyir. Spenserin cəmiyyət haqqındakı təsəvvürlərində fərdi xüsusiyyətlər ön plana çəkilir, fərdi mənafelərin sərbəst ifadəsi isə (Dürkheymin fikrincə) sənaye cəmiyyətində sosial həmrəyliyin səbəbi ola bilməz. Əmtəə mübadiləsi zamanı bir fərdin digəri ilə təması qeyri-sabit və müvəqqətidir, nəticədə mənafelər uyğunluğu gizli münaqişə ilə əvəz olunur.
Tönnisin fikri də (ictimai həmrəyliyi dövlət tənzim edir) Dürkheymi qane etmir. Sonuncu göstərirdi ki, cəmiyyətdən qabaq icma mövcud olsa da, hər ikisində kollektiv şüur və kollektiv birlik sosial qayda-qanunun əsasını təşkil edir. İstər böyük, istər balaca cəmiyyətdə həyat təbii, üzvi xarakter daşıyır. Fərdi fəaliyyətlə yanaşı burada əsil kollektiv fəallıq da müşahidə edilir.
Dürkheym öz əsərində qeyd edir ki, əmək bölgüsü sosial aqreqatların (institutların) ali növlərini birləşdirmək sayəsində daha çox ictimai inkişafı əvəz edir, onun yerini tutur. Əmək bölgüsü sosial əlaqə və fərdiləşmə prinsiplərini birləşdirən yeganə amildir. Əmək prosesində yaranan mübadilə bölgüsü zəruridir, nəticədə fərdlər qarşılıqlı inteqrasiyaya məruz qalırlar, sosial orqanizmin bütövlüyü təmin edilir, həmrəylik hissi yaranır. Həmrəylik - ali əxlaqi prinsip, universal dəyərdir. O, bütün cəmiyyət tərəfindən qəbul olunur; ictimai qayda-qanun, ahəngdarlıq, həmrəylik-əxlaqi dəyərlərdir, əmək bölgüsü də əxlaqdır, çünki həmrəyliyin səbəbidir.
Müasir cəmiyyətdə əmək və kapital arasında ziddiyyətlər-siniflərarası münasibətlərin kifayət qədər tənzim olunmaması üzündən irəli gəlir. Əmək bölgüsü dini şüuru əvəz edir, sinıfləri birləşdirir, həmrəy edir.
E.Dürkheym mexaniki həmrəyliyin yalnız qədim, inkişaf etməmiş cəmiyyətlərdə olduğunu qeyd edir. Burada fərdlər vasitəçisiz, birbaşa bir-biri ilə bağlıdırlar; mexaniki həmrəylik həmrəliyin kollektiv tipidir. Burada fərdlərin və onların icra etdiyi funksiyaların oxşarlığı çoxdur, şəxsi xüsusiyyətlər isə bir o qədər inkişaf etməmişdir. Belə cəmiyyətin sosial strukturu eyni seqmentlər (hissə) sistemindən iləarətdir.
Burada cəmiyyət xırda hissələrə bölünür, qarşılıqlı asılılıq yox dərəcəsindədir. İqtisadi baxımdan seqmentlər demək olar ki, tam avtonomdur, əmək bölgüsü inkişaf edə bilmir, ictimai təşkilin əlaqələri -əsasən icma və qohumluq əlaqələridir. Mədəniyyət qapalı, müstəqildir, əsasən öz həddlərində qalır, belə cəmiyyətlər nisbətən geniş ərazilərdə yerləşir. Hüquqi qanunlar -repressiv (cəzaverici) xarakter daşıyır - qanunu pozmuş şəxs hökmən öz cəzasını almalıdır.
Belə cəmiyyətin başlıca xüsusiyyəti - kollektiv və ya ümumi şüurdur. Bu şüurun həcmi, intensivliyi (ifadəolunma gücü) və konkretliyi onun daşıyıcıları olan fərdi şüurların həcmi, intensivliyi və konkretliyi ilə üst-üstə düşərsə, onda həmrəylik artır. Cəmiyyətdə inanclar, adət-ənənə nə qədər möhkəm olursa fərdi xüsusiyyətlərin ifadəolunma imkanları da bir o qədər azalır.
Kollektiv şüurun nüfuzu hədsizdir. Dürkheym belə şüurun dini olduğuna heç şübhə etmirdi. Belə cəmiyyətdə insanların ömrü-günü ümumi iləadətlər etməkdən, mərasimlər keçirməkdən iləarətdir. Dürkheym əmin idi ki, sosial qrupda əqidə birliyi yarandığı andan o dinə çevrilir.
Tədricən cəmiyyətin «təşkilolunmuş tipi» formalaşdıqca, lokal seqmentlərin hüdudları aradan qaldırılır. Çoxsaylı ictimai əlaqələr yaranır, əmək bölgüsü dərinləşir, ümumi şüur da öz qüvvəsini itirir. O daxilən bölünür, çünki daha mürəkkəb ictimai təşkil tələb olunur.
Belə cəmiyyət canlı orqanizmə bənzəyir, çünki burada hər bir fərd öz xüsusi vəzifəsini yerinə yetirir: Dürkheym bu cəmiyyətin həmrəyliyini də üzvi həmrəylik adlandırır. Burada artıq hər bir fərd - şəxsiyyətdir, onun şəxsi qabiliyyət və istedadının inkişafı üçün əmək bölgüsü nəticəsində hər cür şərait yaradılır. «Əmək bölgüsü sosial həmrəyliyin vacib mənbəyi olduğu üçün o, həm də əxlaqi qayda-qanunun əsasına çevrilir».
Üzvi həmrəyliyə restitutiv hüquq (bərpaedici) uyğun gəlir. Bu hüququn vəzifəsi - hadisələrin əvvəlki qaydasının bərpası, pozulmuş münasibətlərin əvvəlki normal formasını təmin etməkdir.
Belə şəraitdə kollektiv şüur yeni forma və məzmun kəsb edir. Onun həcmi azalır. O inkişaf etmiş cəmiyyətin kiçik bir hissəsinin şüuruna çevrilir. Bu şüurun intensivliyi, müəyyənlik dərəcəsi də məhdudlaşır. Öz məzmununa görə isə kollektiv şüur daha dünyəvi, rasional, fərdə yönümlü olur. Eynilə də dinin dairəsi azalır, lakin ümumi şüurun tamam itməsi qorxusu yoxdur. İnanclar, adət-ənənələrin dini xarakteri azaldıqca, yeni din əmələ gəlir, onun obyekti -fərd və fərdin ləyaqətidir. Nəhayət, cəmiyyətin həcmi artdıqca, kollektivin şüurunun abstrakt xarakteri də artır, əxlaq universal, onun kollektiv idealı isə bütün insan nəsli olur.
Onun fikrincə kapitalizmi münaqişə vəziyyətinə gətirilə çıxardan aşağıdakı «xəstəliklər»dir: anomiya, ictimai bərabərsizlik, bir də əmək bölgüsünün qeyri-dəqiq olması. Anomiya zamanı fərdlərin ictimai davranışının əxlaqi tənzimlənməsi düzgün aparılmır. Burada sosial funksiyaların münasibətlərini bir-birinə uyğunlaşdıran qaydalar hazır deyildir. Nəticədə üzvi həmrəylik pozulur (xüsusilə bu halı iqtisadi və ya ticarət böhranı zamanı daha asan müşahidə etmək olur). İqtisadi anarxiya və sinfi münaqişə sənayenin böyük sürətlə genişlənməsi və imkanların qeyri-bərabər olması nəticəsində baş verir.
Bazar iqtisadiyyatı şəraitində istehsalı idarə etmək, ona nəzarət etmək çox çətindir. Sahibkar və fəhlə arasıda münasibətləri tənzim etmək üçün anomiyanı aradan götürmək lazımdır. Bunun üçün planlaşdırma və iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi formalarından istifadə etmək lazımdır. Münaqişələrə son qoymaq üçün əmək bölgüsünü, istedad və qabiliyyətlərin bölüşdürülməsini (peşə və vəzifələr üçün) tənzimləmək, bir də elita tərəfindən yüksək peşə mövqelərinin zəbt edilməsinin qarşısını almaq tələb olunur. Lakin sinfı sistem imkanların bərabərliyində əngəllər yaradır, nəticədə müxtəlif xidmət növlərinin mübadiləsi ədalətsiz şəkildə apanlır.
Dürkheym münaqişələrin dinc yolla həll olunmasmı arzulayırdı. Bu yollar mübarizə və rəqabətin azaldılması, sinfi münasibətləri tənzimləyən sabit qaydaların qəbulu, sosial imkanların (hüquqi qaydaların) bərabər olması və sairdir. Cəmiyyətin həmrəyliyi əməyin təşkili, intensivliyi artdığı zaman arta bilər.
R.Merton, Dürkheymin anomiya nəzəriyyəsinə bəzi əlavələr etdi. Anomiyarım əsas səbəbini o, cəmiyyətin mədəni məqsədləri və onlara nail olmağın leqal yolları arasındakı ziddiyyətlərdə görürdü.
Görkəmli Amerika sosioloqu T.Parsons sosial sistemin fəaliyyətində üç qrup elementləri və fəaliyyət motivlərini müəyyən edir: a) məqsədə nail olmaq üçün istifadə olunan obyektlər haqqında ideyalar və informasiyalar; b) fəaliyyətdə olan şəxsin tələbatlarına uyğun məqsədə nail olmada istifadə olunan obyektlə emosional münasibət; v) seçim alternativi (imkanı). Hər üç element qarşılıqlı əlaqədədir. Onun fıkrincə, cəmiyyətin qarşılıqlı əlaqələr sistemində dörd iştirakçı vardır: 1) qarşılıqh fəaliyyətdə olan çoxlu vahidlər; 2) bu vahidlərin fəaliyyətini təmin edən qaydalar və digər «mədəni kodlar» toplusu; 3) qarşılıqlı fəaliyyət sistemi və ya prosesi; 4) bu sistemin fəaliyyətini təmin edən mühit və ya şərait. Həmrəyliyi qarşılıqlı hüquq və vəzifələr, bunlarm əsasında yaranan normalar, icra edilən rollar təmin edir.
Parsons, həmrəylık dedikdə, sosial sistemlərin daxili inteqrasiyasını, yəni müxtəlif fəaliyyət sahələrinin uzlaşması, qarşılıqlı kömək və dinc yanaşı yaşamasını nəzərdə tutur. Kiçik qrup və cəmiyyətlərdəki qarşılıqlı fəaliyyət bilavasitə və mütəmadi baş verdikdə, bunlara uyğun olaraq sistemin inteqrasiya səviyyəsi də yüksək olur.
Sosial sistemdə fəaliyyət göstərən insanların həmrəyliyi aşağıdakı 4 qrup problemlərin həllindən asılıdır: a) maddi, insani və mədəni resursların rasional təşkili və paylanması; b) əsas məqsədlərin və onlara nailolma yollarının müəyyən edilməsi; v) həmrəyliyin sabitliyi məsələsi; q) şəxsiyyətin sosiallaşmasının emosional və rasional cəhətlərinin uzlaşdırılması.
Parsons bu problemlərin ifadə səviyyələrini də qeyd edir: a) ayrı-ayrı fərdlərin münasibətləri səviyyəsində; institut (burada münasibətlərin subyektləri-fərdlər yox, təşkilatlardır) səviyyəsində; sosiyetal səviyyədə (burada həmrəyliyi və ya inteqrasiyanı bütövlükdə mədəniyyət təşkil edir).
Struktur-funksional nəzəriyyəsinin davamçıları münaqişəyə cəmiyyətdə funksional inkişafın zidiyyətli, qeyri-stabil olması, tərəflərin tarazlığının pozulması kimi baxırdılar. Artıq 60-cı illərdən başlayaraq sosial münaqişə struktur dəyişikliklərin başlanğıcı və strukturun daim yeniləşən elementi hesab edilirdi. Qeyd etdiyimiz kimi, Marksın sosial-fəlsəfi təlimində ictimai inkişafda ziddiyyət və münaqişələrin əhəmiyyəti artıq çoxdan müəyyən edilmişdi.
Alman ideoloqu və siyasi xadimi Ralf Qustav Darendorf T.Parsonsun «sosial sistemin tarazlığı» ideyasına qarşı ictimai həyatın yaradıcı mənbəyi olan «münaqişə»ni mərkəzi anlayış kimi irəli sürdü. Münaqişə - ümumiyyətlə həyatın əsası, cəmiyyətdə azadlığın mənbəyidir. Münaqişənin nizamlanması dövlət aparatının və siyasi həyatın rasional təşkili və elmi proqnozlaşdırılması yolu ilə mümkündür. Münaqişənin subyekti Marksın qeyd etdiyi kimi siniflər yox (siniflər tədricən bürokratlaşmış «qulluqçular sinfı»nə qarışır), münaqişəli qruplardır, bu qruplar bir-birilə hökmranlıq və tabelik münasibətlərindədir.
Onun fıkrincə, əvvəllər olduğu kimi, siyasi bərabərlik uğrunda mübarizə daha münaqişənin siyasi azadlığın təminatçısı rolunu ifa etmir. Vətəndaşların siyasətə olan marağı itir, dövlət də cəmiyyətə bu təsiretmə imkanından məhrum olur. İnsan fəaliyyətinin əsas məqsədi - tərəqqiyə nail olmaq, vasitəsi isə - ictimai bərabərsizlikdir. Darendorfun təklif etdiyi çıxış yolu - liləeral məqsədlərə liləeral vasitələrlə nail olmaqda, konservativ proqramdan istifadə etməkdir (həyat keyfıyyətinin yaxşılaşdırılması).
Sosioloqların və politoloqların əksəriyyəti sosial əlaqələrdə və münasibətlərdə münaqişələrin (konfliktlərin) aşağıdakı səbəblərdən yarandığını qeyd edirlər. Mövcud dəyərlərin gözlənilən ümidlər ilə uyğun gəlməməsi, sosial qrupların və təbəqələrin praktiki niyyətləri ilə əsas məqsədləri arasında uyğunsuzluq; insanların başqalarına münasibətdə etdiyi hərəkətləri düzgün anlamaması və nəhayət, informasiyanın kasadlığı, yaxud da keyfıyyətsiz olması.
Qeyd etmək lazımdır ki, sosial münasibətlərdə özünü göstərən konfliktlər nə isə təsadüfı və keçici bir şey deyildir. Əslində konfliktlərin olması hər bir cəmiyyətin normal halı kimi qəbul olunmalıdır, çünki, onsuz sosial sistem yaşaya və fəaliyyət göstərə bilməz. Heç elə bir cəmiyyət yaratmaq mümkün deyildir ki, orada hamının tələbatları və mənafeləri eyni şəkildə olsun və onların hamısı ödənilsin. Əgər belə cəmiyyət qurulmuş olsaydı da belə, o çox yaşaya bilməzdi. Çünki sosial həyat, onun inkişafı mövcud konfliktləri və ziddiyyətləri dərk edərək onları tənzimləmək yollarını işləyilə hazırlamaq və həyata keçirməkdən kənarda mümkün deyildir.
Beləliklə, sosial fəlsəfə tarixində cəmiyyətin inkişafında mühüm rol oynayan həmrəylik və münaqişə vəziyyətləri elmi təhlil olunur. Son dövrlərdə isə cəmiyyətin idarəolunma sisteminə təsir göstərmək məqsədilə bu proseslər həm də modelləşdirilir və proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, münaqişənin səbəbləri və xarakterindən asılı olaraq, onu tənzimləmək məqsədini müxtəlif ictimai elm sahələri tədqiq edir. Məsələn, hüquq, psixologiya və sosiologiyada deviant davranışı (sosial normalardan kənara çıxmaq), politologiyada siyasi münaqişə və müharibələr, iqtisadiyyatda və idarəetmədə -tələbatlar və onlan ödəmək imkanları arasında uyğunsuzluğun aradan qaldırılmasının yollan öyrənilir.
Cəmiyyətdə qəbul olunmuş hər hansı bir normadan kənara çıxma müsbət və mənfı xarakterli ola bilər. Müsbət hallarda cəmiyyətin tərəqqi yolunda inkişafı sürətlənir, köhnəlmiş davranış və ya həyat tərzi standartları rədd edilir, mənfi hallarda isə sistem laxlanır, onun əsasları sarsıdılır (məsələn, cinayətkarlıq, alkoqolizm, narkomaniya halları).
Müsbət və neqativ halları bəzən fərqləndirmək çətin olur; lakin nəzərdə tutulmalıdır ki, münaqişənin əsas səbəbi ictimai əmək bölgüsünün dərinləşməsi nəticəsində yaranan sosial bərabərsizlik, yəni ictimai münasibətlər sistemində müxtəlif sosial qrup və təbəqələrin qeyri-bərabər vəziyyəti, tələbat və mənafelərinin müxtəlifliyidir. ƏDƏBIYYAT 1. Kpитика современной буржуазной теоритической социологии. M., 1977.
E.B.Ocиnoвa. Coциология Э.Дюркгeймa. M., 1977.
Философский энциклопедический слoвapъ. M., 1989.
12-CI MÖVZU. İNSANLARIN ETNIK BIRLIKLƏRI Cəmiyyətin vacib struktur ünsürlərini təşkil edən, müəyyən əlamətlərə malik olan böyük insan qrupları vardır. Bu qrupların yaranması və fəaliyyət xüsusiyyətləri fəlsəfə və digər ictimai elmlər tərəfindən (tarix, etnoqrafıya, antropologiya, sosiologiya və s.) öyrənilir. Etnos adnıı daşıyan bu insan qrupları irqi, sosial-iqtisadi, mənəvi, dini, dil birliyi və başqa əlamətlərə görə formalaşır. Etnosun öyrənilməsi tarixində iz qoyan İbn Xaldun, Teodor Vays, İohan Yakob Baxofen, Artur Jozef Qobino, Lüdviq Voltman, Fridrix Ratsel, Lüdviq Qumiloviç, Lev Qumilyov və başqaları bu problemin tarixi, iqtisadi, mənəvi, fıloloji, metodoloji cəhətlərinə geniş diqqət yetirmişlər.
Etnosların tarixi inkişaf xüsusiyyətlərini «etnoqrafıya» (etnologiya) elmi öyrənir. Cəmiyyətin sosial strukturunu, məişət və həyat tərzini, mədəni və sosial-siyasi xüsusiyyətlərini insanların müxtəlif tarixi birlikləri müəyyən etdiyi üçün, etnosun mahiyyəti, ifadə və inkişaf formalarının öyrənilməsi sosial fəlsəfədə də çox vacibdir.
Bir sıra Rusiya tədqiqatçıları, o cümlədən Y.V.Bromley, S.İ.Bruk, N.N.Çeboksarov, V.I.Kozlov, M.I.Kuliçenko və başqaları etnik birliklərin mahiyyəti və təsnifatı məsələsinə öz münasibətini bildirilələr. Onlar göstərirlər ki, etnik və ya tarixi birliklər - müəyyən əlamətlərinə görə birləşən insan qruplarıdır; Tarixi inkişaf gedişində etnik proseslərdə bir sıra mürəkkəb dəyişikliklər baş verir, bunların da öyrənilməsi çox çətin olduğu üçün, etnosların təsnifatı məsələsi bir neçə istiqamət üzrə aparılır: 1) tarixi stadiyalar (mərhələlər) nəzəriyyəsi (diaxron yanaşma) və 2) sinxron yanaşma.
20-30-cu illərdə daha çox öyrənilən «tayfa» və «millət» anlayışları olmuşdur. 40-cı illərin sonunda isə sovet ictimai elmində «tarixi birlikləri» ictimai-iqtisadi formasiyalar həddlərində öyrənməyə başladılar; ibtidai-icma quruluşu üçün «tayfa», quldarlıq və feodal dövrləri üçün - «xalq», kapitalist və sosialist formasiyaları üçün «millət»in xas olduğu göstərilirdi. Qeyd edilən hər bir etnik birliyin öz xüsusiyyətləri vardır. Qəbilədə qan qohumluğu əsas idi, xalqı birləşdirən ərazi ümumiliyi, millətdə isə - iqtisadi və siyasi əlaqələrin inkişafı başlıca əlamətlər hesab olunurdu.
1964-cu ildə S.A.Tokarev tədqiqat zamanı belə bir nəticəyə gəldi ki, quldarlıq formasiyasın özünəməxsus etnik birlik forması vardır - «demos» (bu ideyanı o vaxt çox az adam bəyəndi). 1960-cı illərin ortalarından «millət» anlayışı ətrafında geniş diskussiyalar aparıldı, lakin bir nəticə alınmadı. Sonralar isə, «etnik birlik» anlayışı ətrafında da disputlar keçirilməyə başlanıldı.
Məsələn, N.N.Çeboksarov göstərir ki, ibtidai-icma formasiyanın əsas etnik birlik forması -tayfa yox, tayfalar ittifaqı olub. Y.V.Bromley isə «etnos» və «etnosial orqanizm» anlayışlarını fərqləndirməyi təklif etdi; (sonuncu -dövlətdə mövcuddur). 70-ci illərdə Bromley etnik birliklərin yeni təsnifatını müzakirəyə təqdim etdi: etnikos və etnososial orqanizmlərlə yanaşı o, etnik iyerarxiyaya (bölgüyə) uyğun aşağıdakı anlayışları da qeyd edir: a) «əsas etnik bölmələr, və yaxud «etnoslar» - daha intensiv (çoxlu, güclü) etnik keyfiyyətlərə malik olan insanlar məcmusu; b) «elementar etnik vahidlər» və ya «mikroetnik vahidlər» - ən xırda etnik bölmələr, artıq bölünmə həddinə yaxmlaşıblar; v) «makroetnik vahidlər» - bir neçə əsas bölmələri özündə birləşdirən etnik birliklər.
S.LBruk və N.N.Çebaksarov buraya həm də metaetnik (fövqəletnik) birliklər anlayışını əlavə etdilər (etnosların linqvistik, mədəni təsərrüfat, konfessional (dini) siyasi (dövlət) və başqa birlikləri). Qeyd edək ki, qərb ədəbiyyatında da etnik birliklər problemi hələ tam öz həllini tapmayıbdır.
«Etnik birlik» dedikdə, adətən insanların tarixən yaranmış sosial qruplaşması forması nəzərdə tutulur. Belə birliyin yaranmasının əsas şərtləri - ərazi və dil birliyidir. Burada əlavə şərt və ya faktor kimi din birliyi də çıxış edə bilər. Bəzən irqi xüsusiyyətlər, o cümlədən keçid (sərhəd) zonalarındakı proseslər (metislərin yaranması) də etnosların formalaşmasına müəyyən təsir göstərir (məsələn, Braziliya, Kuba və digər Latın Amerika ölkələrində bu vəziyyət müşahidə olunur).
Etnogenez - uzun müddətli prosesdir, buna etniki birliyin yaşadığı ərazinin təbii mühiti də təsir göstərir. Nəticədə etnik birliyə xas olan maddi və mənəvi mədəniyyət, məişət, bir sıra psixoloji xüsusiyyətlər əmələ gəlir, etnik özünüdərk formalaşır, ümumi ad yaranır (etnonim). Bütün qeyd olunan xüsusiyyətlər etnik birliyin mühüm əlamətləridir. Yeni yaranan etniki birlik özünü bir neçə yolla: etnik cəhətdən oxşar nikah bağlamaqla, yeni nəsillərə dil, mədəniyyət, adət-ənənə, etnik oriyentasiyaların ötürülməsi və sair yaşadır; Özünün tarixdə yerinı daha sabit etmək üçün etnik birlik həm də öz sosial ərazi vahidini (dövləti və s.) yaratmağa çalışır.
Zaman keçdikcə etnik birliklərin ayrı-ayrı hissələri ərazi bütövlüyünü itirə bilir. Eynilə bu birliyin üzvlərinin müəyyən təbii, sosial-iqtisadi və siyasi şərait əldə edərək, öz mədəni-məişət, dil və başqa əlamətlərini itirməsi mümkündür. Lakin o, etnik özünüdərki, onun rüşeym şəklində çıxış edən əlamət və xüsusiyyətlərini saxlayaraq, öz etnik mənşəyini təsdiqləyir və yaşadır.
Etnik birliklərin təsnifatının əsasını onun bütün əlamətləri - dil, ərazi, mədəniyyət parametrləri, sayı, yaşı, cinsi, tərkiləi, sosial-sinfi strukturu təşkil edir. Bu xüsusiyyətləri təhlil edərkən həm sinxronik, həm də diaxronik yanaşmadan istifadə etmək lazımdır.
Etnoslar müəyyən irqi əlamətlərə də malikdirlər (dəri, saç və göz bəbəyinin rəngi, başın, üzün forması və s.). Bunlan irqi antropologiya öyrənir: lakin sosial fəlsəfə tarixində də bir çox filosoflar irqçiliklə bağlı olan məsələlərə öz münasibətini bildirmişlər. Onların xalis irqçilikb heç bir əlaqəsi yoxdur. Çünki irqçilik - insanların ictimai mahiyyətini onların bioloji, irqi əlamətlərinə müncər edir, «ali» və «aşağı» irqlərin mövcudluğunu başlıca cəhət sayır.
Etnos haqqında özüroməxsus təlim yaradanlardan biri sovet etnoloqu və tarixçisi Lev Qumilyov olmuşdur. Özünün «Yer kürəsinin biosferi və etnogenezi» (1989) əsərində o, hər bir etnosun yaranması və inkişafını sırf coğrafi baxımdan izah edir.
Qurailyov etnosların fərqlərini irqdə, dildə, dində, təhsildə yox, landşafta uyğun fəal adaptasiyanın (uyğunlaşmanın) davranış stereotiplərində görür. Antroposferin inkişafı - tarixi prosesdir, ona görə də etnoloq tarixi coğrafiyanı öyrənməlidir. İnsan nəslinin təkamülü spiralvari, təkanlar şəklində gedir. Etnogenez - biosferin, canlı maddənin enerjisinin qısamüddətli alışması (partlayışı) nəticəsində yaranır. Təxminən 15000 il ərzində bu təkanın inkişafına iki səbəb təsir göstərir: a) passionar gərginliyin ölçüsü və dəyi-şilməsinin istiqaməti (söhbət insan fəaliyyətindən gedir); b) digər etnoslara aid olan münasibətlərin xarakteri (dostcasına və ya düşməncəsinə). Onun fikrincə, etnogenezin iki vəziyyəti mümkündür: passionar təkanın süstlüyü, bir də qeyri-sabit tarazlıq və ya homeostaz (süstlük dövrü bitəndən sonra əmələ gəlir). Horaeostaz dövründə də müəyyən dəyişikliklər baş verir; etnosun müqaviməti azaldıqca ətraf mühitin təsiri artır. Etnos yarandığı andan sistem yaratmalı, öz üzvləri arasında funksiyaları bölməlidir, yoxsa qonşular tərəfındən rnəhv edilə bilər. Özünü qoruyub saxlamaq üçün etnos sosial institutları təşkil edir; Sistem tezliklə böyüyür, onun ərazisi genişlənir, etnosdaxili əlaqələri mürəkkəbləşir; inkişafın gücü passionarlıqdan əmələ gəlir. Sistem artdıqca, inkişaf süstlüyü də əmələ gəlir, etnos süquta doğru irəliləyir. Bəzən sosial institutların ömrü etnosların ömründən uzun olur (məsələn, Roma hüququ). Etnosun inkişafı (zaman etibarilə) tonqalın sönməyinə, yarpağın solmağına bənzəyir.
Etnogenezin inkişaf mərhələləri davranışın mahiyyəti, təkanın başlanğıcı və hadisələrin inkişafının məntiqi ilə müəyyən edilir. Hər bir etniki sistem bir neçə etnosdan, etnos isə - subetnoslardan iləarətdir. Etniki tarix - belə sis-temlərin qarşılıqlı təsiri və inkişafı tarixidir. Bu sistemlərin öyrənilməsində I.Bertalanfınin sistemli yanaşma metoduna, bir də V.I.Vernadskinin canlı maddənin biokimyəvi enerjisinin rolu haqqındakı ideyalarına əsaslanmaq lazımdır.
Millət dedikdə kapitalizmdə əsas yer tutan etniki birlik forması nəzərdə tutulur. Feodalizmdən kapitalizmə keçid dövründə əmtəə münasibətlərinin inkişafı və ayn-ayrı təsərrüfat rayonları arasındakı iqtisadi pərakəndliyin ləğvi gedişində insanların daha geniş miqyasda birləşməsinə tələbat yarandı. Bu tələbat yeni, daha sabit birlik forması olan millətin yaranmasına gətirilə çıxartdı.
Millət kapitalizm cəmiyyətinin formalaşması dövründə qərarlaşmışdır. Sonralar kapitalizm inkişafı gedişində iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox xalqlar millətə çevrildilər. Lakin xalqlar millətə çevrilmədən, yəni xalq kimi qala da bilirlər. Genetik baxımdan tayfa xalqdan və xalq isə millətdən əvvəl gəlir. Lakin bu heç də həmişə belə olmur. Elə konkret hallar mövcuddur ki, bir ölkə daxilində (Afrika və Asiyada belə ölkələr xeylidir) onların hamısı bir-birilə yanaşı və sıx qarşılıqlı təsirdə mövcud olurlar.
Millət insanların elə bir nisbi sabit birliyidir ki, o vahid dilə, ərazi və iqtisadi birliyə, xalqın ictimai psixologiyasında, mədəniyyətin spesifık cəhətlərində ifadə olunan ümumiliyə əsaslanır. Millət həcmcə daha geniş birlik forması və keyfiyyətcə daha yüksək sosial hadisədir. O mürəkkəb daxili struktura malikdir. Millət aşağıdakı dörd əsas əlamət ilə səciyyələnir:
Birincisi ərazi ümumiliyidir. Bu əlamətin mühüm rolunu ondan görmək olar ki, böyük insan qrupları uzun illər ərzində məkan etibarilə bir-birindən ayrılmış şəkildə yaşadıqda onların eyni bir millətə mənsubiyyəti demək olar ki, aradan qalxır. Lakin eyni bir ərazidə yaşamaq da hələ özü-özlüyündə insanların vahid milbt halında birləşməsi demək deyildir. Məsələn, Şərqi slavyan xalqları keçmiş SSRI-nin ərazisində uzun müddət məskunlaşmalarına baxmayaraq burada rus və ukrayna millətlərinin formalaşması yalnız son əsrlərdə, kapitalizmin inkişafı nəticəsində baş vermişdir. Belorus millətinin təşəkkülü isə sovet dövründə olmuşdur.
İkinci əlamət dil ümumiliyidir. Milli dil dedikdə ümumxalq danışıq dili, millətin bütün üzvlərinin başa düşdüyü və ədəbiyyatda möhkəm qərarlaşmış dil başa düşülür. Yalnız bu səviyyədə götürülən dil ümumiliyi bir millətin tərkibini əhatə edən milyonlarla və on milyonlarla insanın birgə iqtisadi, siyasi və mənəvi həyatını təmin edə bilir. Lakin dil amilini mütləqləşdirmək doğru deyildir. Bəzən belə olur ki, bir neçə xalq eyni bir dildə danışır. Məsələn, ingilis dili ingiltərəlilərin, şimali amerikalıların və hətta yeni Zelandiya əhalisinin vahid dilini təşkil edir. Yaxud da Almaniya və Avstriya xalqları alman dilində, ispanlar, meksikalılar və kubalılar isə ispan dilində danışırlar. Deyilənlər sübut edir ki, millətin dil ümumiliyi ərazi ümumiliyi ilə ayrılmaz vəhdətdə götürülməlidir.
Millətin üçüncü və ən əsas əlaməti iqtisadi həyat ümumiliyidir. Bu əlamət o demək deyildir ki, millətin bütün nümayəndələri eyni bir məhsul istehsal edirlər. İqtisadi həyat ümumiliyi ölkənin müxtəlif rayonları arasında təsərrüfat fəaliyyətinin ixtisaslaşdırılması və onlar arasında ticarət-mübadilə əlaqələrinin möhkəmlənməsi əsasında əmələ gəlir. Buna görə də belə düşünmək doğru olar ki, kapitalizmin təşəkkülü və inkişafı prosesində həm də millətin iqtisadi cəhətdən konsolidasiyası (birləşməsi) baş verir.
Dördüncü əlamətixalqın milli mentalitetində təsbit olunan psixiki həyat tərzinin ümumi cəhətləri təşkil edir. Bu o deməkdir ki, hər bir millətin psixiki tərzi onun milli məişət xüsusiyyətlərində, xislətində, vərdişlərində, maraqlarında, mahnı, rəqs və folklorunda təzahür edir.
Millətyaradıcı əlamətlərdən danışarkən milli mənlik şüuruna xüsusi diqqət yetirilməlidir. Onun məzmununda millətin şüurlu surətdə öz varlığını, etniki mənsubiyyətini dərk etməsi əsas yeri tutur. Yuxarıda sadalananlardan fərqli olaraq bu əlamət öz təbiətinə görə subyektiv xarakter daşıyır. Bu səbəbdən də bəzən ona lazımi əhəmiyyət verilmir. Əslində isə o, millətin çox mühüm göstəricisidir. Çünki, real mövcud olan və normal fəaliyyət göstərən əsl millətdən yalnız o vaxt danışmaq olar ki, həmin millətin obyektiv əlamətləri onun dəqiq ifadə olunmuş milli mənlik şüuru ilə tamamlanmış olsun. Milli mənlik şüuru öz daxili məzmunu və strukturuna görə mürəkkəb hadisədir. Burada aşağıdakılar əsas yeri tutur. Xalqın öz keçmişini bilməsi və ona hörmətlə yanaşması (buna bəzən tarixi yaddaş da deyilir); milli ənənələrin və dilin qorunmasına daim qayğı göstərməsi; milli şərəf və milli ləyaqət hissinin yüksəkdə saxlanılması.
Milli mənlik şürunun formalaşması obyektiv və subyektiv amillərin birgə təsiri altında baş verir. Bu münasibətdə göstərilməlidir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqınm milli mənlik şüuru keyfiyyətcə yeni sosial əsasda formalaşmağa başlamışdır. Bu dövrdə yeridilən düzgün milli siyasət, xalqın tarixinin, mədəniyyətinin və dilinin qorımmasına daimi qayğı göstərilməsini ifadə edən tədbirlərin həyata keçirilməsi xalqımızm milli mənlik şüurunun formalaşmasına sürətləndirici təsir göstərir. Respublikamızın milli dövlət quruculuğu yolunda atdığı ardıcıl addımlar qeyd olunan prosesin intensiv getməsinə şərait yaradır.
Milli mənlik şüuru milbləçilik ilə əlaqəlidir. Lakin bu əlaqələri bəsit anlamaq doğru deyildir. Milli mənlik şüuru mütərəqqi millətçiliyi, yəni milli ləyaqətin və spesifık milli varhğın qorunmasına yönələn millətçiliyi qəbul edir. Lakin millətçiliyin ifrat səviyyəsi, milli əlahiddəlik təbliği, milli istisnalıq, həqiqi milli mənlik şüuruna yaddır, Təsadüfı deyildir ki, millətçiliyin mənfi təzahürləri (şovinizm, irqi ayrı-seçicilik, faşizm, soyqırım, milli münasibətlərdə plüralizm və demokratizmin qarşısırıın almması və s.) hazırda əksəriyyət tərəfındən pislənilir.
Müasir dövrdə dünyarım bir çox yerlərində müxtəlif milli proseslər gedir. Onların əsas istiqamətləri aşağıdakılardır: bir sıra xalqlar öz milli dövlətini yaratmaq uğrunda mübarizə aparırlar; iki dövlətə bölünmüş xalqlar birləşməyə doğru cəhd göstərirlər; bəzi unitar dövlətlərdə etnik prinsip üzrə federativ strukturlar yaranır: keçmiş federasiyalar müstəqil milli dövlətlərə parçalanırlar.
Müasir dövrdə etnik birliklərin inkişafı millətlərin, milli hərəkatların, milli özünüdərkin formalaşması və inkişafı tarixidir. Müasir ictimai ideologiyada millətçilik, beynəlmiləlçilik, kosmopolitizm («bütün dünya vətənimdir») mühüm rol oynayır, müasir milli hərəkatlara, o cümlədən etnik münaqişələrə böyük təsir göstərir. ƏDƏBIYYAT