Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə412/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   408   409   410   411   412   413   414   415   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Simbiotik sistem –
fır bakteriyaları 
rhizobium 
cinsinin sahibkar paxlalı bitkilərlə müştərək 
(qarşılıqlı) həyat tərzi, atmosfer azotunun təsbit edilərək bioloji dövrana daxil edilməsi. 
Skarifikasiya – 
suyun asan daxil olması və cücərmə qabiliyyətini artırmaq üçün toxum 
qılafının sındırılması (zədələnməsi). 
Stratifikasiya (lay-lay olma) –
çətin cücərti verən bitkilərin toxumlarının cücərmə 
qabiliyyətini artırmaq üçün nəm substratda 1-3 ay müddətində mənfi temperatura dözməsi. 
Şaxtayadavamlılıq –
payızlıq bitkilərin qış dövründə aşağı mənfi temperaturun əlverişsiz 
şəraitinə dözməsi qabiliyyəti. 
Tarla bitkilərinin becərilmə texnologiyası – 
bitkinin bioloji tələbatını və yüksək məhsul 
alınmasını təmin edən istiqamətdə müəyyən ardıcıllıqla yerinə yetirilən kompleks aqrotexniki 
tədbirlər. 
Tarla cücərməsi – 
alınan cücərtilərin, səpilmiş cücərmə qabiliyyətli toxuma nisbətinin faizlə 
ifadəsi. 
Təbii fitosenoz –
çoxnövlü davamlı bitki qrupu.
 
Tənzimləmə amilləri – 
böyük ərazilərdə insan tərəfindən tənzimlənməsi mümkün olan və 
onların köməyi ilə tənzimlənməyən və hissə-hissə tənzimlənən amilləri bitkinin boy və inkişafını, 
məhsulun həcmi və onun keyfiyyətinə mənfi təsirləri minimuma qədər endirmək. 
Toxumun basdırılma dərinliyi –
torpaq səthindən səpilmiş toxumun yuxarı hissəsinə qədər 
olan məsafə. 
Toxumun kalibrlənməsi –
forma və ölçüsünə görə toxum partiyasının fraksiyalara 
bölünməsi. 
Toxumun səpin yararlığı –
təmiz cücərmə qabiliyyətli toxum partiyası. 
Toxumun yoluxdurulması –
paxlalı bitkilərin toxumlarının səpinqabağı fır bakteriyası 
rizotorfin (
nitragin
) preparatı ilə işlənməsi. 
Uzun ömürlü əkinlər 
– təkrar əkilmədən uzun müddət bitkinin məhsuldar istifadəsi (yonca, 
xaşa, üçyarpaq və s.). 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   408   409   410   411   412   413   414   415   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin