Qadinlara qarşi ayri-seçKİLİYİn ləĞVİ ÜZRƏ bmt komiTƏSİ



Yüklə 178.88 Kb.

tarix16.06.2017
ölçüsü178.88 Kb.

QADINLARA QARŞI  

AYRI-SEÇKİLİYİN LƏĞVİ ÜZRƏ BMT KOMİTƏSİ

 

  



Alternativ hesabatın hazırlanması və təqdim edilməsi

 

  



Fərdi şikayətlər proseduru

 

  

 

 

 



 

 

  



Təlim Modulu

-2012 

1-ci  MƏŞĞƏLƏ

 

  



BMT-nin insan hüquqlarinin müdafiəsi  

mexanizmləri, müqavilə orqanlari, qadinlara qarşi  

ayri-seçkiliyin bütün formalarinin ləğvi üzrə konvensiya və  

qadinlara qarşi ayri-seçkiliyin ləğvi  

komitəsi haqqinda ümumi  

məlumatlar

 

 

 


BMT çərçivəsində insan hüquqlarına dair sənədlər, sistem və mexanizmlər 

 

 



 

 

 



BMT 

Nizamnam

ə

si 

IH

ÜB

 

BA 

İHŞ

 

Regional  

Müdafiə

  

Sistem

ləri

 

_______________________ 

Milli Müdafiə sistemləri

 

 

 

İnsan Hüquqlarına 

dair BMT Sənədləri

 

 

Müqavilə

 

Orqanları

 

 

-------------------- 

X

ü

susi 

 Prosedurlar 

 

-------------------- 

Universal 

Dövri

 

İcmal

 

 

 

İHAKO

 

BMT 

Sistemi 

Digər 

 

sənədlər

 

(

BƏT

,BMT 

QAK , 

BHH) 

 

 

 

 

 

 

 

 

BMT nin müqavilə orqanları

 

 

 



BMT çərçivəsində insan hüquqlarına dair  9 əsas Beynəlxalq müqavilə vardır. Onlardan  biri



zorakı yoxlamalara dair Konvensiya hələ qüvvəyə minməmişdir. 

 

Bu razılaşmaların 8

-

i üzrə nəzarət mexanizmləri olan müqavilə orqanları fəaliyyət göstərir. Komitə 

adlanan bu orqanlar müstəqil ekspertlərdən təşkil olunur. Bu orqanlar BMT nin insan hüquqları 

üzrə müvafiq müqaviləsi  əsasında yaradılıb. Bu orqaların əsas funksiyası iştirakçı dövlətlər 

tərəfindən müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsini müşahidə etməkdir. Komitələr 

müvafiq müqavilələrdə nəzərdə tutulmuş müddəalara uyğun yaradılıb. Hazırda fəaliyyət göstərən 

Komitələr:

 

 



İnsan Hüquqları Komitəsi

 



İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə

 



İrqi Ayrı Seçkiliyin Ləğvi üzrə Komitə

 



Qadınlara Qarşı ayrı

-

seçkiliyin Ləğvi üzrə Komitə

 



İşgəncələr Əleyhinə Komitə

 



Uşaq Hüquqları üzrə Komitə

 



Əməkçi Miqrantlar üzrə Komitə

 



Əlillərin Hüquqları üzrə Komitə

 

 

BMT-nin 5 Komitəsində həmçinin fərdi şikayətlərə baxılır.



 

 


Qadınlara Qarşı Ayrı

-

Seçkiliyin bütün formalarının ləğvinə dair 

 

Konvensiya  

Qəbul olunması

 

  

Qadınlara Qarşı Ayrı

-

Seçkiliyin Bütün Formalarının Ləğvi üzrə 



Konvensiya BMT-

nin Baş Assambleyası tərəfindən 1979

-

cy ildə qəbul 



edilmiş və ratifikasiya üçün açıq elan olunmuşdur.

 

Konvensiya 1981-



ci ilin sentyabrında 20 dövlətin ratifikasiya sənədlərinin 

qəbulundan sonra qüvvəyə minmişdir

 

 



 

 


Konvensiyanın məzmunu

 

 

Konvensiya  ailə vəziyyətindən, siyasi, iqtisadi, sosial, mədəni vəziyyətindən və 



baxışlarından aslı olmayaraq  kişi və qadınların bərabər hüquqlara malik 

olmalarını təsbit etməklə kifayətlənmir.

 

Konvensiyanın iştirakçısı olan dövlətlər  hüquqi, siyasi və proqram xarakterli 



tədbirlər həyata keçirməklə qadınlara münasibətdə mövcud olan ayrı

-

seçkilik 



hallarını aradan qaldırmağı öhdəlik olaraq öz üzərlərinə götürürlər.

 

Bu öhdəliklər həyatın bütün sferalarını, o cümlədən nigah, ailə münasibətləri, 



həmçinin istənilən şəxs, təşkilat və təsisat tərəfindən qadınlara qarşı hər hansı 

ayrı


-

seçkiliyi aradan götürən müvafiq tədbirləri əhatə edir.

 

 

 

 

 


Konvensiyanın müddəalarını təmin edən mexanizmlər

 

 



 

Konvensiyada iki əsas prosedur nəzərdə tutulur:

 

  

Hesabatların hazırlanması və təqdim olunması Proseduru

 

Konvensiyanın 18



-

ci maddəsinə uyğun olaraq iştirakçı dövlətlər, Komitədə baxılmaq üçün hazırkı 

Konvensiyanın müddəalarını yerinə yetirmək məqsədilə qəbul etdikləri qanunvericilik, məhkəmə, 

inzibati və ya digər tədbirlər haqqında və bu sahədə əldə edilən naliyyətlər haqqında hesabat 

təqdim etmək öhdəliyi götürür.

 

 



İştirakçı dövlət Konvensiyanı ratifikasiya etdikdən sonrakı bir il ərzində ilk hesabat, sonrakı 

dövrlərdə isə hər 4 ildən bir dövrü hesabat təqdim etməlidir.

 

  

 



Dövlətlərarası prosedur

 

Konvensiyanın şərhi və ya tətbiqi ilə bağlı iki və daha çox dövlət arasında mübahisə yarandıqda 



və bu mübahisə danışıqlar yolu ilə həll oluna bilmədikdə tərəflərdən birinin xahişi ilə mübahisə, 

arbitraj araşdırmasına verilə bilər. Ərizənin verilməsindən 6 ay ərzində tərəflər arbitrajın təşkili ilə 

bağlı razılığa gələ bilməsələr, onda tərəflərdən biri Beynəlxalq Məhkəmənin Statusuna uyğun 

olaraq mübahisəni baxılmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə verə bilərlər.

 

Lakin Konvensiyanın 29



-

cy maddəsinin 2

-

ci hissəsinə uyğun olaraq Konvensiyaya qoşulan dövlət 



dövlətlərarası prosedura bağlı olmamağına dair qeyd

-

şərt verə bilər və bununla da həmin 



prosedurdan imtina edə bilər.

 

 



Başqa prosedurlar

 

  

Konvensiyaya əlavə olunan Fakultativ Protokola 

qoşulmaqla dövlətlər daha iki proseduru qəbul edə 

bilərlər. 

 

Bunlar: 



 - 

Fərdi şikayətlərin verilməsi və ona baxılması 

      

   proseduru; 



 - 

Sistematik və ciddi pozuntuların təhqiqatı.

 

 

 



Alternativ (kölgə, əks) hesabatlar

 

  

 

Hökumətlərin müvafiq BMT Komitələrinə təqdim etdikləri ilk və 



dövrü hesabatlara paralel və ya alternativ (kölgə, əks) məruzə və 

hesabatlar da təqdim oluna bilər. Belə məruzə və hesabatlar milli 

QHT-

lər, insan hüquqlarını müdafiə və təşviq edən fərdlər, fərdlər 



qrupu və ya təsisatlar, Beynəlxalq QHT

-

lər, İnsan hüquqlarını 



müdafiə edən milli təsisatlar (məsələn Ombudsman) tərəfindən 

təqdim edilir. 

 

 

 



 

Qadınlara Qarşı Ayrı

-

Seçkiliyin Ləğvi üzrə  Komitə

 

 



(tərkibi, səlahiyyətləri, sessiyalar, prosedurlar)

 

 

Qadınlara qarşı ayrı

-

seçkiliyin ləğvi Komitəsi (CEDAW) Qadınlara Qarşı Ayrı



Seçkiliyin bütün formalarının ləğvi

 

üzrə Konvensiyanın 17



-

ci maddəsinə müvafiq 

olaraq yaradılmışdır. 

 

Komitə yüksək mənəvi keyfiyyətlərə malik olan və konvensiyanın əhatə etdiyi 



məsələlər üzrə tanınmış  23 ekspertdən  ibarətdir. Ekspertlər 4 il müddətinə 

seçilir və Komitədə onu təqdim edən dövlətin nümayəndəsi qismində deyil fərdi 

keyfiyyətdə çıxış edir. Komitə yarandığı vaxtdan, yəni 1982

-

ci ildən onun tərkibi 



bir istisna olmaqla həmişə müxtəlif peşələr üzrə ixtisaslaşmış (hüquqşünaslar, 

diplomatlar, müəllimlər, gender məsələləri üzrə ekspert) qadınlardan ibarət olub.

 

Komitə ildə bir dəfə öz iclaslarını Nyu



-

York və ya Vyanada keçirir. Öz fəaliyyəti 

barədə Baş Məclisə  İqtisadi və Sosial Şura (E

COSOC) 


vasitəsi ilə məruzə 

təqdim edir.

 

 


Komitənin əsas fəaliyyəti

 

  



Dövlətlərin dövrü hesabatlarına baxılması

 

Konvensiyanın 17



-

ci maddəsinə uyğun olaraq  Komitənin vəzifəsi dövlətlərin 

Konvensiyanın müddəalarını yerinə yetirilməsi istiqamətində həyata 

keçirdikləri  hüquqi, inzibati, qanunvericilik, məhkəmə və s. sahələr üzrə 

həyata keçirdiyi fəaliyyətlərinə dair hesabatına baxmaqdır.

 

Ümumi tövsiyyələr

 

Konvensiyanın 21



-

ci maddəsinə uyğun olaraq Komitə hesabatı öyrənərək və  

müzakirə edərək, həmçinin dövlətlərdən digər informasiyaları əldə edərək 

ümumi xarakterli tövsiyyələr verə bilər. Lakin bir çox hallarda tövsiyyələr 

ümumi xarakterli olur ki, bu da dövlətlərə həmin tövsiyyələrə etinasız 

yanaşmalarına imkan verir.

 

 


Komitənin əsas fəaliyyəti (ardı)

 

  



Komitənin fəaliyyətində QHT

-

lərin Rolu

 

Tövsiyyələrin hazırlanmasında həmçinin milli və beynəlxalq QHT



-

lərin, insan 

hüquqlarını müdafiə edən təsisatların rolu böyükdür. QHT

-

lərin, xüsusən də 



qadın hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT

-

lərin və milli 



təsisatların məlumatları Komitə üçün olduqca qiymətli informasiya rolu 

oynayır.


 

Dövlətlər hesabat verərkən bir qayda olaraq problemləri ya göstərmir, yaxud 

onu “ütüləyib” təqdim edirlər. Xüsusən sistematik və total pozuntularla bağlı 

hökumətlər bir qayda olaraq susurlar. Belə olan halda qərəzsiz və neytral 

tərəflərin məlumatı əvəz olunmazdır. Bu keyfiyyətə cavab verən isə əsasən 

QHT-


lərdir. 

 

 



Komitənin əsas fəaliyyəti (ardı)

 

  



Fərdi şikayətlər

 

Komitə həmçinin fərdi şikayətləri (məlumatları) qəbul edir, baxır və qərar qəbul edir.



 

Qadınlara münasibətdə ayrı

-

seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiyaya 



əlavə olunan fakultativ protokol iştirakçı dövlətlərə qarşı fərdi şikayətlər (məlumatlar) 

verməyə imkan verir. 1999

-

cu ilin  oktyabr ayınn 6 da BMT



-

nin Baş Assambleya 

Konvensiyaya əlavə olunan fakultativ protokol qəbul etdi və onu raifikasiya üçün açıq 

elan etdi. 22 dekabr 2000-

ci il tarixində protokol zəruri ratifikasiya səslərini toplayaraq 

qüvvəyə mindi.

 

Fakultativ Protokola qoşulan ölkələrin yurisdiksiyası altına düşən şəxslər, şəxslər 



qrupu və ya onların adından  Komitəyə fərdi şikayət (məlumat) göndərilə bilər. Bir 

şərtlə ki, onlar Konvensiyada əks olunan hüquqlardan biri və bir neçəsi həmin şəxsə 

(qrupa) münasibətdə pozulmuş olsun və ya pozulması ehtimal edilsin. 

 

 



 

2-ci MƏŞĞƏLƏ

 

 

ALTERNALTERNATİV 

 (KÖLGƏ, ƏKS) HESABATLAR  

 

ONLARIN HAZIRLANMASI, VERİLMƏSİ  

PROSEDURLARI

 

 

 



 

 

 


BMT-

nin Qadınlara Qarşı Ayrı Seçkiliyin ləğvi Komitəsinə Alternativ 

Hesabat verməyin hüquqi əsasları

 

  

 

Konvensiyanını 22

-

ci maddəsində göstərilir ki, “İxtisaslaşdırılmış 

təsisatlar, hazırkı Konvensiyanın onların fəaliyyət sferasına daxil olan 

müddəalarının həyata keçirilməsi məsələlərinə baxılarkən, onda təmsil 

olunmaq hüququna malikdirlər. Komitə ixtisaslaşdırılmış təsisatlara 

onların fəaliyyət sferasına daxil olan sahələrdə Konvensiyanın həyata 

keçirilməsi barədə məruzələr təqdim etməyi təklif edə bilər”.

  

  

“İxtisaslaşmış təsisatlar” sırasına  QHT



-

lər də daxildir.

 

 

 



Alternativ hesabatı nə vaxt hazırlamaq olar

 

  

Alternativ Hesabatlar bir qayda olaraq hökumətin dövrü hesabatı 

Komitənin rəsmi veb səhifəsində yerləşdirdikdən sonra təqdim olunur. 

QHT-

lər hesabat veb səhifəsinə yerləşdirilənə qədər onu əldə edə bilərsə 



onda hesabatı hazırlamaq üçün daha çox vaxt əldə etmiş olurlar. 

Hesabatları əldə etmək üçün Komitənin veb səhifəsinə baş çəkmək 

lazımdır.

 

http:// www2. ohchr.org/english/bodies/cedaw/ sessions.htm

 

 

 

 



 

Azərbaycanda praktika necədir?

 

  

Azərbaycanda təşəkkül tapmış praktika belədir ki, maraqlı tərəflər 

hökumət məruzəsini bir qayda olaraq müvafiq Komitənin veb 

səhifəsindən əldə edirlər. Lakin son illərdə bəzi cavabdeh mərkəzi icra 

hakimiyyəti orqanı məruzəni həmçinin öz rəsmi veb səhifələrində 

yerləşdirirlər. Belə olmadıqda  maraqlı tərəflər İnformasiya əldə etmək 

haqqında qanuna uyğun olaraq  informasiya sorğusu verməklə məruzəni 

əldə edə bilərlər. 

 

Qadınlara Qarşı Ayrı Seçkiliyn Ləğvi üzrə Komitəyə dövlət tərəfindən 



təqdim olunan məruzə Ailə, Qadın və Uşaq Problemləri Dövlət 

Komitəsinin rəsmi veb səhifəsində yerləşdirilməlidir.

 

http://www.scfwca.gov.az/

 

 


Hesabatı hazırlamağa nə vaxt başlamaq olar

 

  

QHT-

lər və ya milli QHT koalisiyaları, hesabat hazırlamaqda maraqlı olan digər 



təsisat və qruplar hökumət məruzəsinin hazır olmasını gözləməməlidirlər. 

Hesabat hazırlmaq üçün hazırlıq işləri xeyli vaxt və resurs tələb edir. Ona görə də 

fəaliyyətə daha əvvəldən başlamaq lazımdır. Bunun üçün  hesabatlar 

(məruzələrin təqdim edilmə) dövrü arasındaı illər ərzində aşağıdakı əsas 

fəaliyyətlər həyata keçirilməlidir:

 

  



Əvvəlki məruzə üzrə hökumətə Komitə tərəfindən təqdim edilmiş ümumi 

xarakterli irad və tövsiyyələrin yerinə yetirilməsinin izlənilməsi;

 

Ölkədə Konvensiyanın müddəalarının təmin edilməsinə yönələn  qanunvericilik, 



məhkəmə, inzibati və s. sahələrdə həyata keçirilən fəaliyyətlərə dair məlumatların 

toplanılması;

 

Ayrı


-

ayrı, total və sistematik pozuntularla bağlı monitorinqlərin keçirilməsi.

 

 


Alternativ hesabatın təqdim edilməsinin əsas məqsədləri

 

  

 

Konvensiyada əks olunan insan hüquqlarına əməl edilməsinin vəziyyətinə dair 



tam mənzərənin  BMT

-

nin müqavilə orqanı (Komitə) tərəfindən əldə edilməsinə 



yardım etmək;

 

Müqavilə orqanının hesabatla bağlı qeyd şərtləri və tövsiyyələrinin daha dolğun 



və problemli məsələlərə yönəlməsinə nail olmaq;

 

  



Dövlətlərin gələcək hesabatları daha ciddi hazırlamağa təşviq (yönəltmək)  

etmək;


 

Alternativ hesabatı hazırlamaq və verməklə ictimai diqqəti dövlət hesabatına 

yönəltmək;

 

Dövlətin Konvensiya üzrə götürdüyü öhdəlikləri yerinə yetiriməsi üçün beynəlxalq 



mexanizmlərdən istifadə etmək.       

 

  



Alternativ hesabatın strukturu

 

Alternativ hesabatın hazırlanmasında bin neçə  təşəkkül tapmış praktika vardır.



 

 

Bunlar əsasən aşağıdakılardır



Konvensiyanın maddələri üzrə;

 

Konvensiyada əks olunmuş hüquqların qruplaşdırmaqla;



 

Qadınlara dair ölkədə mövcud olan ümumi vəziyyətə dair hesabat şəklində. 

 

  

Qadınlara qarşı ayrı seçkiliyin  bütün formalarının ləğvi üzrə Konvensiyada hissələr 



mövcuddur. Bu baxımdan müvafiq Komitəyə  alternativ hesabatı həmçinin, hissələr üzrə 

aparmaq olar. 

  

Alternativ hesabatın ekspertlər tərəfindən asan öyrənilməsi üçün onun hökumət 



hesabatının strukturuna uyğun hazırlanması məqsədəuyğundur. Məsələn: Əgər hökumət 

öz məruzəsini maddələr üzrə hazırlamışdırsa, onda QHT

-

lərdə öz hesabatlarını bu şəkildə, 



əgər hökumət məruzəni qruplar (eyni hüquqların qruplaşdırılması mülki, siyasi, sosial və s.) 

üzrə hazırlayıbsa onda QHT

-

lər də belə hazırlasa yaxşı olar.



 

Alternativ hesabatın əhatəliliyi

 

  

Alternativ hesabat hazırlayan  tərəf  Konvensiyada əks olunan bütün 

hüquqları əhatə edərsə bu çox yaxşı qiymətləndirilir.

 

Bununla belə Konvensiyada əks olunan konkret hüquqlar üzrə ixtisaslaşmış 



təsisatlar yalnız  konkret hüququ əks etdirən maddə və ya maddələr qrupu 

üzrə də alternativ hesabat hazırlaya bilər.

 

Eyni zamanda resurslar nəzərə alınmaqla və  Konvensiyada nəzərdə tutulan 



bütün hüquqlar deyil onun bir və ya bir neçə maddəsi və ya bir və ya daha 

çox hissəsi üzrə də alternativ hesabat hazırlamaq olar.

 

 

 



 

 


Alternativ hesabatın əhatəliliyi (Ardı)

 

  

Alternativ hesabat maddələr üzrə hazırlandıqda mövcud praktikaya uyğun olaraq 

maddələr hesabata daxil edilir və sonra hökumətin hesabatına alternativ (paralel, əks) 

olan nöqteyi nəzər daxil edilir.

 

Hissələr üzrə alternativ hesabat aşağıdakı şəkildə qruplaşdırıla bilər:



 

  

1-



ci hissə: Diskriminasiya (maddə1), Tədbirlər siyasəti (maddə 2),  Əsas  insan 

hüquqları və fundamental azadlıqlarının təminatı (maddə 3),  Xüsusi tədbirlər (maddə 

4),  Cinslərin rolunda stereotiplər və mövhümat (maddə 5),  Qadın alveri və fahişəliyin 

qarşısının alınmasına dair öhdəlik (maddə 6).

 

2-

ci hissə: Siyasi və şəxsi həyat (maddə 7),  Təmsilçilik (maddə 8),  Vətəndaşlıq 

(maddə 9).

 

3-

cü hissə: Təhsil (maddə 10),  Məşğulluq (maddə 11),  Sağlamlıq (maddə 12),  

İqtisadi və sosial imtiyazlar(maddə 13), Kənd qadınları (maddə 14).

 

4-

cü hissə: Hüquq (maddə 15),  Nigah və ailə həyatı (maddə 16).

 


Alternativ hesabat hazırlanarkən əsas nələri nəzərə almaq lazımdır?

 

 

 

Alternativ hesabat hazırlanarkən Komitənin  müəyyən etdiyi prinsip və 



qaydalara əməl etmək;

 

Hesabatda konkretliyi gözləmək. Hesabatın həcmini mümkün qədər az etmək;



 

Konvensiyada əhatə olunmuş hüquqlardan kənara çıxmamaq;

 

Hesabata tövsiyyələr daxil etmək;



 

Hesabatı BMT

-

nin işçi dillərindən birində, daha yaxşı olar ki, ingilis və ya 



fransız dilində hazırlamaq. Əgər hesabat BMT

-

nin rəsmi dillərindən birində 



hazırlanmışdırsa (məsələn rus dilində) onda hesabatın ingilis dilində 

rezumesini hesabata daxil etmək;

 

Alternativ hesabatı Komitəyə hökumət məruzəsi təqdim olunduqdan sonra, 



mümkün qədər tez müddətdə (məsələn 6 ay müddətində) göndərmək.

 

 



QHT-

lərin tövsiyə və təklifləri

 

  



Alternativ hesabata tövsiyyələrin daxil edilməsi

 

  

Alternativ hesabatda qadınların hüquq bərabərliyinin təmin olunmasına, onlara münasibətdə 

mövcud olan ayrı seçkilik hallarının aradan qaldırılmasına, qadınlara qarşı zorakılığın ləğvinə 

yardım edə biləcək  hüquqi, inzibati, siyasi və s. tədbirlərə dair konkret tövsiyyələrin yer alması 

zəruridir.

 

Tövsiyələr hazırlanarkən nəzərə alınmalıdır:



 

  

Tövsiyələr konkret problemə və onun həlli yollarına dair olmalıdır;



 

Tövsiyə prioritet təşkil edən problemlərə dair olmalıdır;

 

Tövsiyələrdə hökumətlərin mövcud problemi aradan qaldırmasında QHT



-

lərin iştiraka cəlb 

olunması mexanizmləri əks olunarsa yaxşı olar.

 

Tövsiyələr hüquqi, siyasi, ictimai, sosial və sahələr üzrə bölünməli qanunvericiliyin 



təkmilləşdirilməsi, yeni normaların qəbulu və praktikada olan qüsurların aradan qaldırılmasına 

yönəlməlidir.

 

  

Tövsiyələr hər maddə üzrə (və ya hüquqlar qrupu üzrə) hazırlanmış alternativ hesabatın sonunda 

və ya bütöv hesabatın sonunda yerləşdirilə bilər.

 


 

 

 

 

ALTERNATİV HESABATIN  

 

GÖNDƏRİLMƏSİ VƏ SESSİYADA  

 

İŞTİRAK QAYDALARI 

 

 

 


Komitənin sessiyasının təqribi vaxtı müəyyən edildikdən sonra BMT 

İnsan Hüquqları üzrə Ali Baş Komissarının ofisi hökumətin hesabatını 

müvafiq Komitənin veb səhifəsində yerləşdirir. Hökumət hesabatının 

yerləşdiyi vaxtdan sonra əlavə məlumatların qəbulu üçün müəyyən 

edilən son müddətə qədər Alternativ hesabat veb səhifəsində 

yerləşdirilmək üçün göndərilə bilər. Yaxşı olar ki, alternativ hesabat 

mümkün qədər tez göndərilsin. Bu zaman ekspertlər onunla yaxşı 

tanış olmaq üçün daha çox vaxt imkanına malik olurlar. Sizin 

hesabatınız “Komitəyə daxil olan məlumatlar” bölməsində 

yerləşdiriləcəkdir.

 

 

 



 

Alternativ hesabatın təqdim olunması üçün onu həm elektron poçt yolu ilə, həm də poçt vasitəsi ilə 

göndərmək mümkündür. Son illərdə İKT

-

nin inkişafı imkan verir ki, belə materiallar elektron poçt vasitəsi 



ilə göndərilsin. Altenativ hesabatın WORD formatında göndərilməsi daha məqsədə uyğundur. 

Baxmayaraq ki, bəzi təşkilatlar hesabat və məlumatlarını həmçinin PDF formatında göndərirlər. Alternativ 

hesabat İHABK ofisinin katibliyinin e

-

ünvanına və ya müvafiq məsul şəxsə göndərilə bilər. E



-

ünvanlar:

 

 

BSmith@ohchr.org

;  

cedaw@ohchr.org

 

  

Nəzərə alın ki, məsul şəxsin adına olan e

-

ünvan dəyişə bilər (onun əvəzinə başqa şəxsin təyin olunması 



və ya başqa səbəblərdən). Odur ki, hesabatı göndərməmişdən əvvəl Komitənin səhifəsindən dəqiq 

ünvanları öyrənin: 



http://www2.ohchr.org/english/bodies/cedaw/sessions.htm

 

Əlavə informasiya əldə etmək üçün suallarınızı aşağıdakı e



-

mail ünvanına göndərə bilərsiz:

 

cedaw@ohchr.org

 

  

Alternativ 

hesabatı


 

poçt


 

ünvanına


 da 

göndərmək

 olar: 

  

CEDAW Secretariat 



Office of the High Commissioner for Human Rights (OHCHR) 

Palais Wilson 52, rue des Paquis. CH-1201 Geneva 



 Switzerland

 

 


 

 

 

 

Sessiyada iştirak üçün akkreditasiya

 

  

Müşahidəçi qismində sessiyanın işində iştirak etmək istəyən bütün maraqlı tərəflər bunun üçün müəyyən edilmiş qaydada qeydiyyatdan 

keçməlidirlər. 

QALK praktikasına görə QHT nümayəndələri aşağıdakı səhifəyə daxil olmaqla qeydiyyatdan keçə bilərlər: 

http://esango.un.org/irene/index.html?page=viewContent&nr=17702&type=8§ion=8

 

Bütün digər müşahidəçilər əvvəlcədən akkreditasiya anketini doldurmalı, onu imzalamalı və müvafiq ünvana göndərməlidir. Anket formasını 



bu səhifədən əldə etmək olar. 

http://goo.gl/261iF

 

Anket forması dəqiq doldurulmalıdır və orada tələb olunan rekvizitlər göstərilməlidir (ünvan, şəkil, pasportun seriyası və nömrəsi, vaxtı, 



sessiyada iştirak günlərinin sayı, telefon, e-mail və s.)  

Doldurulmuş anket imzalandıqdan sonra 



cedaw@ohchr.org

 ünvanına göndərilir. 

Lakin onun orginalını özünüzlə götürməlisiz. 

Sessiyaya gələrkən həmin orginal nüsxəni BMT nin Cenevrə (sessiya  Nyu-Yorkda keçirildikdə isə müvafiq göstərilən ünvana) bölməsinin 

binasının girişindəki təhlükəsizlik xidmətinə təqdim edib buraxılış bəci əldə edirsiz. 

Ünvan belədir: Palais des Nations, Security Entrance, Pregny Gate, 8 - 14 Avenue de la Paix, 1211 Geneva 10. 

Sessiyanın özü isə yuxarıda göstərilən ünvanda- Palais Wilsonda keçirilir. 



Diqqət: Sessiya həmçinin BMT-nin Nyu-York şəhərində yerləşən əsas binasında da keçirilə bilər. Bu zaman ünvanlarla və akkkreditasiya ilə 

bağlı əlavə məlumatlar Komitənin veb səhifəsində yerləşdirilir. 

NGO Documents for CEDAW Meeting 

c/o OHCHR/Gaynel Curry (Ms.) 

Office of the High Commissioner for Human Rights (OHCHR) 

New York Office - Room DC1 - 511 

One United Nations Plaza, New York, NY 10017 


 

 

 

 

Ekspertlər üçün brifinq

 

BMT Komitələrinin praktikasında sessiya ərəfəsində (adətən 1 gün 



əvvəl)  insan hüquqlarını müdafiə edən və akkreditasiyadan keçmiş 

maraqlı tərəflər Komitə ekspertləri üçün brifinq keçirir və əsas 

məqamlarla bağlı şifahi bəyanat və ya məlumatlar verirlər və 

ekspertlərin suallarını cavablandırırlar.

 

Bir qayda olaraq akkreditasiyadan keçmiş bütün şəxslər üçün bu 



tədbir açıq olur. Lakin bunun üçün əvvəlcədən veb səhifəsində 

göstərilən ünvanlara sifariş göndərmək də mümkündür.

 

Bunun üçün aşağıdakı ünvanlara məlumat verilməsi zəruridir 



iwraw-ap@iwraw-

ap.org


  və ya 

 iwraw_ap@yahoo.com  

 

 

 



Digər görüşlər və məlumatların yayılmasına dair

 

Sessiyanın gedişi dövründə QHT



-

nümayəndələrinin və digər 

müşahidəçilərin sessiyanın gedişinə hər hansı müdaxiləsi 

mümkün deyildir.

 

Sessiya ərəfəsində və onun gedişində (iclasdan əvvəl, fasilələrdə) 



ekspertlərlə ayaqüstü müzakirələr aparmaq və fasilələr zamanı 

onlarla ünsiyyətdə olmaq imkanı olur.

 

Eyni zamanda iclas zalında yerləşdirilən 



Promotion table-

də 


müxtəlif çap məhsulları (disklər və s.) qoymaq mümkündür.

 

 



 

 


Nəticələrin izlənilməsi (monitorinqi)

 

  

Sessiyadan bir müddət sonra  Komitə ümumi xarakterli iradlarını və 

tövsiyyələrini iştirakçı dövlətə təqdim edir. İştirakçı dövlət növbəti hesabat 

dövürnə qədər həmin təklif, irad və tövsiyyələrlə bağlı tədbirlər həyata 

keçirməli və bu barədə Komitəyə məlumat verməlidir. QHT

-

lər hesabat 



dövründə bu təklif, irad və tövsiyyələrin yerinə yetirilməsini izləmək 

(follow up) imkanına malik olur. Bunun edilməsi həmin təşkilata növbəti 

alternativ hesabatı daha mükəmməl hazırlamağa imkan verir. Komitənin 

yekun tövsiyyələri də veb səhifəsində BMT

-

nin işçi dillərində yerləşdirilir.



 

 

 

 



3-cü MƏŞĞƏLƏ

 

  



MƏLUMATLARIN TOPLANMASI 

 (MONİTORİNQ)

 

 

 

 

 

 


Məlumatları necə toplamalı

 

  

 

Hesabatın hazırlanması üçün zəruri olan məlumatların 



toplanılması üçün qanunvericilik, məhkəmə, iqtisadi, sosial, siyasi, 

mədəni və s. sahələrdə həyata keçirilən fəaliyyətlərin, o cümlədən 

Komitənin qeyd şərtlərinin yerinə yetirilməsi istiqamətində həyata 

keçirilən tədbirlərin monitorinqin keçirilməsidir.

 

 

 

 

 



Monitorinq

 

  

İnsan hüquqlarının monitorinqi- qarşıya qoyulan məqsədə qeyri zorakı yolla 

dəyişikliyə nail olmaq məqsədi ilə müəyyən edilmiş sahə üzrə ictimai reallığın 

planlaşdırılmış, sistemləşdirilmiş və qəbul olunmuş sxem əsasında tədqiq 

olunmasıdır (İnsan Hüquqları üzrə Helsinki Fondunun tərifi) 



Mоnitоrinq həmçinin 

  

♦ müşahidə sistеmi, qiymətləndirmə və analizdir; 

♦ təsirlərin aradan qaldırılması üçün həyata kеçirilən tədbirlərin nəticələrinin 

qiymətləndirilməsi üçün alətdir; 

♦ vətəndaş cəmiyyətinin təsirlərin qеydə alınması və aradan qaldırılması prоsеsində 

iştirakı fоrmasıdır və s.

 

 


Mоnitоrinq nеcə həyata kеçirilir?

 

  

 

Fasiləsiz həyata kеçirilir;



 

Əldə оlunan məlumatlar dəyişiklik еdilmədən qеydə alınır

 

Planlaşdırılan fəaliyyətlə  faktiki fəaliyyət müqayisə оlunur



 

Əldə оlunan infоrmasiya əsasında yеkun rəy (hеsabat) hazırlanır

 

Nəticələrə uyğun оlaraq stratеgiya müəyyənləşdirilir



 

Müxtəlif fəaliyyətlər həyata kеçirilir (hüquqi, ictimai, maarifləndirici 

və s.)

 

 



 

MОNİTОRİNQ  MƏRHƏLƏLƏRİ

 

  



Hazırlıq   mərhələsi

 

  

İşçi qrupunun fоrmalaşdırılması

 

Sоsial əhəmiyyətli prоqramın sеçilməsi, ictimai mоnitоrinqin kеçirilməsi üçün 



vəzifələrin müəyyənləşdirilməsi

 

M



о

nit


оrinqin büdcəsinin və tədbirlərin plan

-

qrafikinin hazırlanması



 

Mоnitоrinq obyеktlərinin müəyyənləşdirilməsi

 

Еkspеrt analitiklərin müəyyənləşdirilməsi



 

Layihə iştirakçılarının müəyyənləşdirilməsi

 

Еkspеrtlər üçün tеxniki tapşırıqların  hazırlanması 



 

 

 



Mоnitоrinq  üçün  işin təşkili

 

  



 

 

M



о

nit


о

rinq suby

еktləri ilə kоmmunikasiyanın qurulması

 

Е



ksp

е

rt-



analitiklərə tеxniki tapşırıqların təqdim оlunması

 

Analitik tədqiqatların təşkili



 

-

məlumatların tоplanması



 

-

göstəricilərin analizi



 

-

faktiki və planlaşdırılan göstəricilərin tutuşdurulması



 

-

analitik qеydlərin aparılması (nəticələr, qənaətlər, tövsiyyələr)



 

Sоrğuların kеçirilməsi

 

-

rеspоndеntlərin müəyyənləşdirilməsi



 

-

sоrğunun təşkili



 

-

nəticələrin işlənilməsi



 

 


Yеkun mərhələ

 

  

Nəticələrdən istifadə strategiyasının müəyyən olunması;

 

Yеkun nəticələrin  yayılması (nəşri, göndərilməsi və s.)



 

Mоnitоrinqin nəticələrinin və tövsiyyələrin ictimai müzakirəsinin təşkili

 

Şəffaflığın təmin оlunması (yaxyd başqa)  üçün fəaliyyətlərin təşkili



 

-

hüquqi fəaliyyət



 

-

ictimai fəaliyyət



 

-

maarifləndirici fəaliyyət



 

-

lоbbiçilik fəaliyyəti



 

Layihə üzrə yеkun hеsabatın hazırlanması.

 

 

 



MОNİTОRİNQ TЕXNОLОGİYASI     

 

  



 

Yuxarıda qеyd оlunduğu kimi mоnitоrinq еlə həyata kеçirilməlidir ki, sоnradan  

tərəflər оnun nəticələrini şübhə altına ala bilməsinlər.   Bu baxımdan mоnitоrinq 

prоsеsində mеtоdların və alətlərin düzgün müəyyənləşdirilməsi mühüm amildir.  

Hər bir mо

nit


оrinq üçün  fərqli mе

t

оd və alətlər tətbiq оluna bilər. Lakin bütün 



mоnitоrinqlər üçün aşağıdakı mеtоdlar tətbiq оluna bilər.                                  

 

                 



Mеtоdlar və alətlər

 

                      



Statistik analiz 

Hüquqi analiz

 

Sоrğu

 

İntеrvü

 

Fоks



-qruplar 

4-cü MƏŞĞƏLƏ

 

 



  

FƏRDİ ŞİKAYƏTLƏR PROSEDURU  

 

ŞİKAYƏTİN VERİLMƏ ƏSASLARI,  

 

QAYDALARI VƏ NƏTİCƏLƏRİ 

 

 

 

 


Fərdi şikayət (məlumat) vermək üçün hüquqi əsas

 

  

Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktda olduğu kimi Qadınlara Qarşı Ayrı

-

Seçkiliyin Bütün Formalarının ləğvinə dair Konvensiyada əks olunan hüquqlardan 



birinin və ya bir neçəsinin pozulması halında və ya pozulması ehtimal olunduqda 

Qadınlara Qarşı Ayrı

-

Seçkiliyin Ləğvi Komitəsinə fərdi şikayət (məlumat) təqdim 



etmək olar.

 

  



Paktda olduğu kimi burada da dövlətə qarşı şikayət o zaman verilə bilər ki, dövlət 

Konvensiyaya əlavə olunan Fakultativ Protokolu ratifikasiya etsin və bununla da, 

Komitənin fərdi şikayətlərə baxmaq üzrə səlahiyyətlərini tanısın.

 

Fakultativ Protokol ayrıca beynəlxalq müqavilədir. Bu baxımdan o dövlətlər tərəfindən 



ratifikasiya olunmalıdır.

 

Azərbaycan Respublikası protokolu  6 iyun 2000



-

ci il tarixində imzalamış və 1 iyun 

2001-

ci ildə ratifikasiya etmişdir.



 

Şikayəti kim verə bilər, şikayət üçün nə təqdim olunmalıdır və bu nə 

vaxt edilə bilər?

 

 

 

Prosedur qaydalara görə şikayət (məlumat)  şəxsin və ya şəxslər qrupunun 



adından göndərilə bilər. Əgər Siz şikayəti başqa bir şəxsin və ya şəxslər 

qrupunun adından verirsinizsə onda həmin şəxslərin buna razılığının 

olmasını sübüt etməlisiz və ya onların razılığı olmadan verməyinizin 

səbəblərini əsaslandırmalısınız.

 

Şikayətin verilməsi üçün vaxt məhdudiyyəti qoyulmur, lakin şikayətin 



ağılabatan müddətlərdə verilməsi şikayətin qəbulolunan hesab olunması və 

mahiyyəti üzrə baxılması üçün şansları artırır.

 

 

 



Prosedura dair məlumat

 

  

Əgər şikayət qeydə alınırsa, onda Komitə  məqbulluluq məsələsini və 

şikayətin mahiyyəti üzrə baxılmasını eyni vaxtda həyata keçirə bilər.

 

Əleyhinə şikayət verilmiş dövlətin şikayətin məqbul olması və mahiyyəti 



üzrə öz baxışlarını təqdim etməsi üçün 6 ay vaxt müəyyən edilir. Bu 

edildikdən sonra şikayətçiyə (və ya onun adından şikayəti verənə) öz 

iradlarını bildirmək üçün müəyyən vaxt verilir. Bundan sonra şikayətin 

Komitədə baxılması hazır hesab olunur.

 

 

 



 

 


Prosedura dair məlumat (ardı)

 

  

Müəyyən hallarda Komitə başqa prosedurdan istifadə edə bilər. Vaxtdan səmərəli 

istifadə üçün Komitə dövləti və şikayətçini əlavə səylərdən azad edərək şikayətə 

başqa qaydada baxa bilər.

 

Məsələn, əgər şikayətin məqbulluluğu əvvəlcədən şübhə doğurursa, onda Komitə 



şikayətçiyə əlavə şərh üçün təklif verə bilər. Belə halda Komitə məqbulluluq 

məsələsinə baxır və əgər şikayət məqbul hesab edildikdə, onun mahiyyəti üzrə 

baxılması fazasına keçir.

 

Belə olan halda dövlətə öz baxışlarını təqdim etməyə, şikayətçiyə isə bununla 



bağlı şərh verməyə əlavə vaxt verilir. Bütün hallada  mövcud olan praktika və 

prosedurdan fərqli hallar olduqda şikayətçiyə bu barədə əvvəlcədən məlumat 

verilir.

 

 



Təxirəsalınmaz xüsusi hallar

 

  

Fakultativ Protokolun 5-

ci maddəsinə uyğun olaraq Komitə 

iştirakçı dövlətə zəruri hesab edilən qısa müddətlər çərçivəsində 

təcili tədbirlər görmək üçün xahiş  məktubu göndərə bilər. Belə 

xahişin məqsədi sonradan qarşısıalınmayan və bərpa oluna 

bilməyən hüquq pozuntusunun qarşısının alınması məqsədi ilə 

edilir.

 

 



 

 


Məqbulluğa dair əlavə tövsiyyələr

 

Fakultativ Protokolun 4-



cü maddəsinə əsasən verilən şikayətin məqbul hesab 

edilməsi üçün aşağıdakı şərtlər vacibdir:

 

1. Komitə şikayətə yalnız o zaman baxır ki, bütün mümkün olan ölkədaxili 



mexanizmlərdən istifadə edilsin. İstisna yalnız o zaman ola bilər ki, ölkədaxili 

mexanizmlər səmərəsiz olsun və ya şikayətə baxılma  lüzümsuz ləngidilsin və real 

nəticənin olmayacağı əvvəlcədən bəlli olsun;

 

Şikayət o zaman məqbul hesab edilmir ki:



 

Komitə əvvələr bu şikayətə baxımışdır və ya bu şikayət digər beynəlxalq prosedurlar 

əsasında başqa beynəlxalq qurumlarda baxılmışdır və ya baxılmaqdadır;

 

Şikayət Konvensiyanın müddəalarına uyğun deyil;



 

Şikayət aşkar surətdə əsassızdır və ya kifayət qədər əsaslandırılmayıb;

 

Şikayətdə hüquqlardan sui



-

istifadə halları vardır;

 

Şikayətdə göstərilən pozuntular iştirakçı dövlət tərəfindən protokolun 



ratifikasiyasından əvvəl baş vermişdir və bu pozuntular protokol qüvvəyə mindikdən 

sonra davam etməmişdir.

 


Şikayətə baxılması

 

 

Komitə ayrı



-

ayrı hallarda  BMT

-

nin Baş Katibi vasitəsi ilə BMT



-

dən 


və ya digər orqanlardan məsələnin həllinə kömək edə biləcək 

istənilən zəruri sənədi xahiş edə bilər. Belə olan halda tərəflərə bu 

sənədlə bağlı şərhlərini təqdim etmək üçün əlavə vaxt verilir.

 

 



 

 

 



 

Şikayətə baxıldıqdan Sonra Komitənin tədbirləri

 

  

Şikayətə baxıldıqdan sonra Komitə şikayətçiyə münasibətdə 

Konvensiyanın müddəasının və ya müddəalarının pozulması qənaətinə 

gəldikdə bununla bağlı qərar qəbul edir. Fakultativ Protokolun 7

-ci 


maddəsinə uyğun olaraq iştirakçı dövlət 6 ay müddətində qərarla bağlı 

həyata keçirilən tədbirlərə dair Komitəyə yazılı məlumat təqdim etməlidir. 

Komitə həmçinin iştirakçı dövlətə əlavə məlumat verməyi  ya ayrıca, ya 

da növbəti dövrü hesabat təqdim edilərkən verməyi təklif edə bilər.

 

 

 



 

 


Şikayət forması 

 

  



Şikayət formasını aşağıdakı linkdən əldə edə bilərsiz:

 

  



http://www.un.org/womenwatch/daw/cedaw/protocol/modelform-E.PDF

 

   



  

Şikayəti necə göndərmək olar?

 

  



Şikayəti göndərmək üçün:

 

  



Poçtla:       

Petitions Team 

                   Office of the High Commissioner for Human Rights  

                   United Nations Office at Geneva, 1211 Geneva 10, Switzerland 

 Faksla:       + 41 22 9179022   (particularly for urgent matters) 

  

E-

malillə

:   

petitions@ohchr.org

 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə