Qadinlara Qarşi Zorakıliğin Aradan Qaldirilmasi Haqqinda Bəyannamə



Yüklə 40.59 Kb.
tarix16.06.2017
ölçüsü40.59 Kb.

Qadinlara Qarşi Zorakıliğin Aradan Qaldirilmasi Haqqinda Bəyannamə



20 dekabr 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmişdir, Qətnamə 48/104

 

Baş Məclis,

Bütün insanlara aid olan bərabərlik, təhlükəsizlik, azadlıq, toxunulmazlıq, şərəf, ləyaqət, hüquq və prinsiplərinin qadınlara münasibətdə də hərtərəfli tətbiq olunmasının zəruriliyini etiraf edərək,

Bu hüquq və prinsiplərin beynəlxalq sənədlərdə, o cümlədən insan Hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, Qadınlara Münasibətdə Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiya, İşgəncə və Digər Qəddar, İnsanlıqdan Uzaq, İnsan Ləyaqətini Alçaldan Cəza və Rəftar Növlərinə qarşı Konvensiyada öz əksini tapmasını qeyd edərək,

Qadınlara Münasibətdə Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiyanın effektli həyata keçirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılmasına kömək etməsini və qadınlara qarşı zorakılığın aradan qaldırılması, hazırkı Bəyannamənin bu prosesin möhkəmləndirilməsini və təkmilləşdirilməsini etiraf edərək,

Qadınlara münasibətdə zorakılığa qarşı mübarizə aparmaq üçün tədbirlərin qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində Nayrobi perspektiv strategiyasında öz əksini tapdığı kimi, qadınlara qarşı zorakılığın, bərabərlik, inkişaf və sülh yolundakı nəaliyyətləri; və qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiyanın həyata keçirilməsi yolunda maneələrdən biri olmasından narahat olaraq,

qadınlara qarşı zorakılıq, insan hüquqlarının və qadınların əsas azadlıqlarının pozulmasına, həmçinin onlara bu hüquqlardan istifadə etmək imkanını verməsini təsdiq edərək; və qadınlara qarşı zorakılıq hallarında artıq uzun müddət belə hüquqların və azadlıqların müdafiəsini və mükafatlandırılmasını təmin etmək iqtidarında olmamasından narahat olaraq,

qadınlara qarşı olan zorakılığın qadın və kişilər arasında bərabər olmayan qüvvələr münasibətinin tarixən mürəkkəbləşmiş, təzahür hallarıdır ki, bu qadınlar üzərində hökmranlığa gətirərək, kişilər tərəfindən qadınlara münasibətdə ayrıseçkilik yaratmış, həmçinin qadınların vəziyyətinin hərtərəfli yaxşılaşdırılmasını məhdudlaşdırır; qadınlara münasibətdə zorakılıq əsas sosial, mexanizmlərdən biri kimi qadınları kişilərə nisbətən asılı vəziyyətə düçar etməsini etiraf edərək,

bəzi qruplara aid olan qadınların, məsələn, milli azlıqlar, yerli əhali, qaçqın və məcburi köçkün qadınlar, miqrant qadınlar, kənd və ucqar rayonlarda yaşayan qadınlar, dolanmaq vasitələrindən məhrum olunmuş qadınlar, müxtəlif müəssisələrdə və ya həbsdə olan qadınlar, qızlar, əlil qadınlar, qoca qadınlar, hərbi münaqişələr zonasında yaşayan qadınlar - daha çox zorakılıq hallarına məruz qalmasından narahat olaraq,

İqtisadi və Sosial Şuranın 24 may 1990-cı il tarixli 1990/15 saylı Qətnaməsinin 23-cü bəndində qeyd olunduğu - ailədə və cəmiyyətdə qadınlara qarşı zorakılıq hallarının artması, əmlak, sosial vəziyyətindən və mədəniyyət səviyyəsindən asılı olmayaraq, bütün qadınlara aiddir - faktının tanınması nəticəsi zorakılığın ləğvi üçün götürülmüş təcili və effektli ölçülərlə müşaiyyət olunmasına istinad edərək,

Həmçinin, qadınlara münasibətdə zorakılıq probleminin konkret baxılmasını təmin edən beynəlxalq sənədin əsasının işləməsi tövsiyyəsini özündə əks etdirən, İqtisadi və Sosial Şuranın 30 may 1991-ci il tarixli 1991/18 saylı Qətnaməsinə istinad edərək,

Qadınlara münasibətdə zorakılıq probleminin xarakteri, ciddiliyi və miqyasına böyük diqqətin cəlb olunmasında, qadın hərəkatlarının rolunu alqışlayaraq.

Cəmiyyətdə qadınların hüquqi, sosial, siyasi və iqtisadi bərabərliyinə nail olmaq imkanlarını əsasən müntəzəm və epidemik xarakterli zorakılıq vasitəsilə məhdudlaşdırılmasından narahat olaraq,

Yuxarıda qeyd olunanları nəzərə aldıqdan sonra, qadınlara münasibətdə zorakılığın dəqiq və hərtərəfli təyini; qadınlara qarşı zorakılığın bütün formalarının ləğvini təmin etməyə imkan verən hüquqların dəqiq təsviri, qadınlara qarşı zorakılığın ləğvinə dair öz öhdəliklərini həyata keçirmək üçün dövlətlərin və beynəlxalq ictimaiyyətin ümumi qəti səylərinin zəruriliyinə əmin olaraq, Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında bu Bəyannaməni təntənəli surətdə elan edir və Bəyannamə ilə hərtərəfli tanış olmaq və ona riayət etmək üçün ilə bütün səyləri əsirgəməməyə təkidlə çağırır.

 

Maddə 1

 

Bu Bəyannamənin məqsədləri üçün «qadınlara münasibətdə zorakılıq» termini qadına cinsi, fiziki və psixoloji zərər və əzab gətirən, cinsi əlamət daşıyan istənilən zorakılıq aktını, və ya bu aktların olunma təhlükəsini, istər şəxsi, istərsə də ictimai həyatda azadlıqdan məcburi və ya könüllü məhdudiyyətlərinə özündə əks etdirmək anlayışını daşıyır.



 

Maddə2

 

Qadınlara münasibətdə zorakılıq, aşağıdakı halları əhatə edir, lakin onlarla məhdudlaşdırılmır.



a) ailədə baş verən fiziki, cinsi və psixoloji zorakılıq, o cümlədən döyülmə, ailədə qızlara qarşı olan cinsi məcburetmə aktları, cehizlə əlaqədar olan zorakılıq, qadınların məcburi şəkildə ərləri tərəfindən zorlanması, qadınların cinsi orqanlarının zədələnməsi və qadınlara zərər gətirən digər ənənəvi üsullar, nigahdan kənar zorakılıq, istismar ilə bağlı zorakılıq;

b) ümumilikdə cəmiyyətdə baş verən fiziki, cinsi və psixoloji zorakılıq, o cümlədən işdə, təhsil müəssisələrində və digər yerlərdə zorlama, cinsi məcburetmə, cinsi əlaqəyə təhrik; həmçinin qadın alveri və fahişəliyə məcburetmə;

c) dövlət tərəfindən yol verilən və saxtəkarlıqla yanaşılan fiziki, cinsi və psixoloji zorakılıq.

 

Maddə 3

 

Qadınlar, siyasi, iqtisadi, sosial, mədəni, mülki və digər sahələrdə insan hüquqları və əsas azadlıqlardan bərabər hüquqla istifadə edə bilərlər:



 

Bu hüquqlara əsasən aiddir:

 

a) yaşamaq hüququ;



b) bərabərlik hüququ;

c) azadlıq və şəxsi toxunulmazlıq hüququ;

d) qanunlara uyğun olaraq bərabər müdafiə olunmaq hüququ;

e) istənilən növ ayrıseçkiliyə məruz qalmamaq hüququ;

f) fiziki və psixi sağlamlığın ən yüksək nailiyyət səviyyəsinə çatmaq hüququ;

g) ədalətli və əlverişli əmək şəraiti hüququ;

h) işgəncələrə, ağır qeyri-insani və ya ləyaqəti alçaldan cəza və münasibət formalarına düçar olmamaq hüququ.

 

Maddə 4

 

Dövlətlər, qadınlara münasibətdə zorakılığı pisləməli və heç bir adət, ənənə, dini bəhanələrə istinad etməyərək, zorakılığın ləğv olunmasına dair öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmamalıdırlar. Dövlətlər, dərhal mümkün olan bütün siyasi vasitələrdən istifadə edərək, qadınlara münasibətdə zorakılığın aradan qaldırılması üçün bunları etməlidirlər:



 

a) əgər ratifikasiya olunmayıbsa, qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyanı ratifikasiya etməli və ya bu Konvensiyaya daxil olan şərtləri ləğv etmək məsələsinə baxmalı;

b) qadınlara qarşı zorakılıq tətbiq edilməsinin əleyhinə çıxış etməli;

c) qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması, faktların tədqiqatı, belə aktların dövlət və ya fərd tərəfindən icra olunmasına baxmayaraq, milli qanunvericiliyə uyğun olaraq cəzalanmasına xüsusi diqqət yetirməli;

d) zorakılığa məruz qalan qadınlara verilmiş zərərin əvəzini vermək və zorakılığı törədənləri cəzalandırmaq üçün daxili qanunvericilik çərçivəsində cinayət, mülki, əmək və inzibati sanksiyaları hazırlamalı; zorakılığa məruz qalan qadınlar üçün hüquq məhkəməsi mexanizmlərinə və milli qanunvericiliyə uyğun olaraq, ədalətli və effektli hüquqi müdafiəyə çəkilmiş zərərin müqabilində onların hüquqi mexanizmlərə çıxışı təmin olunmalıdır; həmçinin, dövlətlər, mexanizmlər vasitəsi ilə zərərin əvəz olunması hüququna dair qadınları məlumatlandırmalı;

e) qeyri-hökumət təşkilatlarının, xüsusi ilə qadınlara münasibətə zorakılıq problemi ilə məşğul olan təşkilatların, lazım gəlsə, köməkliyindən istifadə edilməsi imkanını nəzərə alaraq, qadınların zorakılığın bütün formalarından qorunması və müdafiəsi üçün milli fəaliyyət planı hazırlanması və ya bu məqsədlə, mövcud olan planlara muvafiq bəndlər daxil olunmasının mümkünlüyünə baxılmalı;

f) qadınların bütün növ zorakılıqdan qorunmasına köməklik edən, hüquqi, siyasi, inzibati və mədəni xarakterli hər bir mümkün olan ölçü və hərtərəfli qarşısını almaq üçün üsullar hazırlanmalı; kişi ilə qadına fərq qoymayan qanun, hüquq mühafizə üsullarının və digər hərəkətlərin tətbiq edilməsi nəticəsində, qadınların təkrar qurbanlaşdırılmasının qarşısını alan müddəa təmin olunmalı;

g) əldə olan ehtiyatlardan istifadə etmək şərtilə və zəruri olan hallarda, beynəlxalq əməkdaşlıq çərçivəsində, zorakılığa məruz qalan qadınlara, lazım olduqda, onların uşaqlarına, ixtisaslaşdırılmış şəkildə maksimal köməklik etmək, məsələn, reabilitasiya, uşağa qulluq və onun saxlanılması, müalicə, məsləhət vermə, tibbi və sosial xidmət, müvafiq mərkəz və proqramların, o cümlədən dəstək strukturlarının yaradılması üçün lazımi iş aparılmalıdır; onların təhlükəsizliyi, fiziki və psixoloji reabilitasiyası üçün digər müvafiq tədbirlər görülməli;

h) qadınlara münasibətdə zorakılığın aradan qaldırılmas! üçün dövlət büdcəsindən lazım olan bütün ehtiyatları öz fəaliyyətləri üçün nəzərdə tutmalı;

i) qadınlara münasibətdə zorakılıq aktlarının qarşısının alınması, tədqiqat və cəzalandırma sahəsində siyasətin həyata keçirilməsinə məsul olan hüquq mühafizə orqanlarının əməkdaşlarının və dövlət məmurlarının, qadınların xüsusi tələbatlarının anlamaq zərurəti şərti ilə hazırlıq keçməsinə dair tədbirlər görməli;

j) bir cinsin əks cinsə nisbətən acizlik ya üstünlük ideyalarına və ya kişi ilə qadının rolu haqqında stereotip təsəvvürlərə əsaslanan, xürafatlar, ənənələr və digər halların, kişi ilə qadının sosial və mədəni nümunələrinin dəyişilməsi naminə, xüsusən təhsil sahəsində, bütün zəruri tədbiriəri görməli;

k) qadınlara münasibətdə zorakılığın müxtəlif formalarının yayılması barədə təhqiqatların aparılmasına, məlumatların toplanmasına və statistik faktların, xüsusən ailədə olan zorakılıq faktlarının ümumiləşdirilməsinə köməklik etmək; həmçinin qadınlara münasibətdə zorakılığın qarşısının alınması və ləğvi məqsədi ilə görülmüş tədbirlərin effektliyi və qadınlara qarşı zorakılığın səbəbləri, xarakteri, dərəcəsi və nəticələri haqqında təhqiqatları həvəsləndirmək; bu cür statistik məlumatlar və belə təhqiqatların nəticələri ictimaiyyətə açıqlamalı;

I) daha həssas vəziyyətdə olan qadınlara münasibətdə zorakılığın aradan qaldırılmasına yönəlmiş bütün ölçüləri götürməli;

m) bu Bəyannamənin həyata keçirilməsi məqsədi ilə görülmüş tədbirlər və qadınlara münasibətdə zorakılığa aid məlumatı, BMT-nin insan hüquqlarına dair müvafiq sənədlərin müddəalarının icrası naminə verilmiş hesabatlara daxil etməli;

n) bu Bəyannamədə öz əksini tapmış prinsiplərin həyata keçirilməsinə dair köməklik etmək üçün müvafiq rəhbər prinsiplərinin hazırlanmasını mükafatlandırmalı;

o) qadınlara münasibətdə zorakılıq probleminə və bu problemin kəskinliyinin azaldılmasına dair məlumatlandırılmasının artmasında qadın hərəkatının və qeyri hökumət təşkilatlarının bütün dünyada mühüm rolunu etiraf etməli;

p) qadın hərəkatının və qeyri-hökumət təşkilatlarının fəaliyyətini dəstəkləməli və möhkəmləndirməli, onlarla əməkdaşlığı yerli, milli və regional səviyyələrdə həyata keçirməli;

r) üzvü olan regional dövlətlər-arası təşkilatları, qadınlara münasibətdə zorakılığın aradan qaldırılmasına dair müvafiq tədbirləri proqramlara daxil etmək üçün mükafatlandırmalı.

 

Maddə 5

 

BMT sisteminin orqanları və ixtisaslanlaşdırılmış qurumları, öz səlahiyyətləri çərçivəsində bu Bəyannamədə ifadə olunmuş hüquq və prinsiplərin tanınmasına və həyata keçirilməsinə köməklik etməli və bu məqsədlə xüsusən aşağıdakıları etməlidirlər:



a) qadınlara münasibətdə zorakılığın aradan qaldırılması ilə əlaqədar, zorakılıqla mübarizə, təcrübə mübadiləsi və proqramların maliyyələşməsi üçün beynəlxalq və regional əməkdaşlığa köməklik etmək.

b) qadınlara münasibətdə zorakılıq problemi ilə bütün insanları tanış etmək, onların bu problemi daha dərindən anlaması məqsədi ilə iclas və seminarların keçirilməsinə köməklik etmək;

c) qadınlara münasibətdə zorakılıq probleminin effektli həlli məqsədi ilə, insan hüquqları sahəsində danışıqlar məsələləri ilə məşğul olan orqanlar arasında BMT sistemi çərçivəsində koordinasiya və mübadilənin genişləndirilməsinə köməklik etmək;

d) sosial tendensiyalar və problemlərin təhlilinə həsr olunmuş, ümumdünya sosial vəziyyəti, qadınlara münasibətdə zorakılıq sahəsində olan tendensiyaların baxılması haqqında dövrü hesabatları, BMT sistemində olan təşkilatların və orqanların hesabatlarına daxil etmək;

e) daha hassas vəziyyətdə olan qadın qruplarına xüsusi diqqət yetirərək, qadınlara münasibətdə zorakılıq məsələsini cari proqramlara daxil etmək məqsədi ilə BMT sisteminin təşkilat və orqanları arasında koordinasiyanı mükafatlandırmaq;

f) bu Bəyannamədə qeyd olunan ölçüləri nəzərə alaraq, qadınlara münasibətdə zorakılığa dair rəhbər prinsiplərin və təlimatların hazırlanmasına köməklik etmək.

g) qadınlara münasibətdə zorakılığın aradan qaldırılması, o cümlədən insan hüquqlarına dair sənədlərin icra olunması məsələsini, öz vəzifələrinin həyata keçirilməsi prosesində müvafiq qaydada nəzərə almaq.

h) qadınlara münasibətdə zorakılıq probleminin həllində qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı həyata keçirmək.



 

Maddə 6

 

Bu Bəyannamədə heç nə, qadınlara münasibətdə zorakılığın  ləğvinə dair daha çox koməklık edən və dövlət qanunvericiliyində və ya dövlətdə quvvəyə malık olan hər hansı bir Beynəlxalq Konvensiya, sazis və ya digər sənətdə əks olunan müddəaya təsir etmir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə