Qafqaz Universiteti Materiallar



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə98/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   94   95   96   97   98   99   100   101   ...   124

 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1347



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

СОДЕРЖАНИЕ ПРОВОДИМЫХ РАБОТ ПО ВОСПИТАНИЮ 

КУЛЬТУРЫ ПОВЕДЕНИЯ В ОБЩЕСТВЕННЫХ МЕСТАХ ДЕТЕЙ 

МЛАДШЕГО ВОЗРАСТА В ПРОБЛЕМНЫХ СИТУАЦИЯХ 

 

Наида АЛИЕВА 

Бакинский Славянский Университет 

aliyeva.naida@gmail.com 

АЗЕРБАЙДЖАН 

 

Современное  общество  перед  воспитателями,  педагогами  и  родителями  ставит 



задачу воспитания высокообразованного и хорошо воспитанного молодого поколения, 

владеющего всеми достижениями созданной человечеством культуры. 

Требования, предъявляемые в настоящее время современным обществом к педа-

гогу, весьма велики. О его профессиональных качествах судят не только по тому, нас-

колько он владеет различными методиками, но и по тому, насколько хорошо он воспитан. 

Знание  современного  этикета  расширяет  внутренний  мир  человека,  создает  для 

него возможности успешного общения в окружающем мире. Начинать обучение прави-

лам и нормам этикета необходимо в дошкольном возрасте. 

Воспитатель для дошкольника первый человек после родителей, обучающий его 

правилам  жизни  в  обществе,  расширяющий  его  кругозор,  формирующий  его  взаимо-

действие в человеческом социуме. Воспитатель не только формирует культуру поведе-

ния дошкольников, но через них способствует, развитию внутренней и внешней куль-

туры родителей своих воспитанников, таким образом, влияя на современное состояние 

общества. 

Первые представления о нормах поведения, принятых в обществе, ребенок полу-

чает в семье. 

Придя  в  детский  сад,  ребенок  поступает  в  мир,  в  котором  соблюдения  поведен-

ческих правил необходимо для нормального и приятного существования всего детского 

коллектива. 

Родители  и  воспитатели  обязаны  помочь  маленькому  человеку  в  познании  тайн, 

человеческих взаимоотношений, в приобретении поведенческих ориентиров, без кото-

рых нельзя чувствовать себя в обществе достаточно уверенно. 

Этикетное  поведение  формируют  постоянно,  в  реальной  жизни  и  в  специально 

созданных  ситуациях,  используя  для  этого  различные  организационные  формы:  заня-

тия, игры, беседы, режимные моменты. 

  Для  обучения  правилам  поведения  и  воспитания  положительных  личностных 

качеств необходимы следующие условия. 

1. Позитивный настрой. Нельзя забыть или обидеть никого из воспитанников, для 

чего используются обращение по именам, похвала, призы и прочие способы обучения, 

увлекающие детей. 

2. Пример взрослых. Ребенок наблюдает и оценивает взрослых, действия которых 

должны  быть  направлены  на  достижение  главной  цели – создания  для  развития 

личности ребенка творческой, доброжелательной дружеской обстановки. 

3. Связь с семьей – необходимое условие, позволяющее сохранить единство тре-

бований  и  преемственность  воспитания.  Общая  цель  семьи  и  детского  сада – хорошо 

воспитанный культурный и образованный человек. 

4.  Обучение  правильному  поведению  способствует  и  речевому  развитию  воспи-

танника.  С  этой  целью  необходимо  расширять  у  ребенка  круг  этико-поведенческих 

понятий, что достигается с помощью проведения словарной работы. Например, в речевом 

запасе дошкольник могут быть понятия, как этикет, уважение, любовь, вежливость, об-

щение и др. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1348



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

  Основные способы педагогического воздействия на детей. 

1.  Приучение:  детям  дается  определенный  образец  поведения,  например  за  сто-

лом, во время игры, в разговоре со старшими или ровесниками. Следует не только по-

казать, но и проконтролировать точность выполнения того или иного правила. 

2.  Упражнение:  многократно  повторяется  то  или  иное  действие,  например  пра-

вильно взяв нож и вилку в руки, разрезать кусок мяса или колбасы. Следует добиваться 

осознания ребенком необходимости приборов. 

3.  Воспитывающие  ситуации:  создают  условия,  в  которых  ребенок  оказывается 

перед выбором, например пользоваться вилкой и ножом или одной вилкой. 

4. Поощрение: проводится различными способами, активизирует дошкольников к 

обучению, к выбору правильного поведенческого шага. 

5.  Наказание:  применяется  крайне  редко;  осуждение  воспитателем  и  другими 

детьми  негативного  поступка  направлено  на  возникновение  желания  поступать 

хорошо. 

6. Пример для подражания: является своеобразным наглядным образом и необхо-

дим ребенку. Им могут быть воспитатель, родитель, знакомый взрослый или ребенок, 

литературный (сказочный) герой. 

7. Разнообразие словесных методов: рассказ реальной или сказочной истории соз-

дает эмоциональное восприятие поведенческих правил. 

8. Разъяснение: необходимо не только показать и рассказать но и разъяснить, как 

и почему следует поступить в той или иной ситуации. 

9. Беседа: помогает выяснить уровень знания и понимания детьми норм и правил 

поведения. Ее разумнее проводить с небольшой группой в 5-8 человек, в которой каж-

дый ребенок может высказать свое мнение. Знание возможностей детей для ведения бе-

седы, их взглядов, убеждений и привычек поможет воспитателю правильно ее построить. 

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1349



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

PSİXOLOGİYA  

 

 

AİLƏ TƏRBİYƏSİNDƏ YENİYETMƏLƏRİN ROLU 

 

Hüseyn XƏLİLOV 

Qafqaz Universiteti 



hxelilov@qu.edu.az 

AZƏRBAYCAN 

 

Hər bir valideynin ən böyük arzusu vətənimiz Azərbaycana layiqli övlad yetişdirmək və 



onu  şəxsiyyət kimi formalaşmış görməkdir. Bunun üçün sağlam mühitin yaranması, sağlam 

tərbiyənin formalaşdırılması vacib şərtlərdəndir. Ana və ata arasında olan qarşılıqlı hörmət, 

uşağa münasibətdə diqqətli və  nəzakətli, səbirli və  şəfqətli olmaq düzgün tərbiyənin  əsas 

amillərindən sayılır. Eləcə də, yeniyetmələrin geniş potensiala malik şəxsiyyət kimi yetişməsi 

üçün onların dünyagörüşünü zənginləşdirmək və real həyatın qanunauyğunluqlarına hazırla-

maq və düzgün istiqamətləndirmək lazımdır.  

Yeniyetmələrin əxlaqının formalaşmasında ailə və cəmiyyətin rolu müstəsnadır. Fərabi, 

İbn Sina və  Bəhmənyar düşüncə  məktəbinin təmsilçisi olan Tusinin ailə anlayışının  əsasını 

sosial-iqtisadi amillər təşkil edir. İnsan həyatının davam etdirilməsi üçün ilk olaraq onun 

sosial-iqtisadi ehtiyaclarının ödənilməsi lazımdır.  İnsan bunu təkbaşına həyata keçirə 

bilməyəcəyi aydın məsələdir. Tusiyə görə ideal ailə üçün vacib olan xüsusiyyətlərdən biri ailə 

üzvləri arasındakı münasibətləri qurarkən ümumi ailə mənafeyinin üstün tutulmasıdır. Diqqət 

olunan digər bir mövzu isə ailə üzvləri arasında münasib iş bölümünün olmasıdır. Bundan 

əlavə, ailədə möhkəm şəkildə nizam-intizamın təmin edilməsi də ailənin şərtlərindəndir.  

Tusiyə görə, uşağın  əxlaq nöqteyi-nəzərindən inkişaf etməsi və yaşadığı  cəmiyyəti 

düşünən, təşəbbüskar və lider olaraq böyüməsi üçün o, mənəviyyatını poza biləcək çevrədən 

uzaq tutulmalı, ağıl və məntiqə uyğun şəkildə tərbiyə edilməli, ona sevgi ilə yanaşılmalı, ba-

halı, bər-bəzəkli paltarlar geydirilməməli, həddindən çox və zorla yemək yedirərək mədəsinə 

düşkün hala gətirilməməlidir. (Journal of Qafqaz university, №22, 2008 səh 20-21) 

Psixoanaliz nəzəriyyəsinin yaradıcısı Freydin fikrincə, insanlar əxlaqa doğuşdan sahib-

dirlər. O, daha sonrakı yaş dövrlərindən etibarən müəyyən hisslərin cəmiyyətin təzyiqi nəticə-

sində formalaşdığını deyir. (Gül Şendil, “Çocuk, Ergen ve Anne-Baba” (səh. 127-128) Psk. 

Dr. Sevim Cesur)  

Uşağın doğulduğu gündən valideynin himayə və nəzərəti altında olmalı, ona lazım olan 

hər şeyi əldə etməlidir və bunların hamısı bir yerdə tərbiyə adlanır.Məlumdur ki,uşağın bioloji 

təlabatı ödənməlidir.Əgər bu təlabatlar ödənilməsi uşaq xəstə böyüyər və ya ölə bilər.Bunlar 

bioloji təlabatdır. Doğrudur psixoloji təlabatı ödənilməyən uşaq ölmür, lakin o normal psixi 

inkişafdan qalır,şəxsiyyəti təhlükəli istiqamətdə inkişaf edir və nəhayət valideynləri ,eləcə də 

cəmiyyət üçün başağrısına cevrilir. (Ramiz Əliyev “Tərbiyə psixologiyası”(səh166-167)) 

Uşaq şəxsiyyətinin formalaşmasında tərbiyənin rolu ilə bağlı maraqlı fikirlər həmçinin 

Sədi Şirazinin 1258-ci ildə qələmə alınmış “Gülüstan” əsərində də qeyd olunmuşdur. Bu əsər 

müxtəlif mövzuları  əhatə edən  şeir və  nəsihətamiz hekayələrdən ibarətdir.  Əsərin VII fəsli 

“Tərbiyənin təsiri” adlanır və bu fəsildə şəxsiyyətin tərbiyəsində təbii imkanların əhəmiyyəti, 

təhsilin vacibliyi, tərbiyə prosesində fiziki cəzalandırmanın vacibliyi, müəllimlərin bu üsula 

müraciət etməsinin müdafiə edilməsi qeyd olunur. (Sədi Şirazi, Bakı 2004, səh.192-200) 

  Cəza vermək əsla uşağı döymək və ya qapalı yerlərdə saxlamaq mənasına gəlmir. Cə-

za vermək uşağın yemək-içmək kimi maddi ehtiyaclardan olduğu kimi, sevgi, şəfqət kimi mə-

nəvi ehtiyaclardan da məhrum edilməsidir. Araşdırmalar nəticəsində məlum olub ki, mənəvi 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1350



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

cəzalar maddi cəzalara nisbətən daha böyük təsirə malikdir. Döyülən və  işgəncəyə  məruz 

qalan uşaqlarda vicdan hissi oyanmır, əksinə, əllərinə fürsət düşdüyü zaman onların da eyni 

şeyləri etdikləri görünür. Doğrunu uşaqlara fiziki cəza yolu ilə öyrətməyə çalışanlar, əksinə, 

psixoloji və  əxlaqi baxımdan zəif, riyakar, qorxaq, özünəinamsız insanlar yetişdirirlər.(Erol 

Güngör “Ahlak psikolojisi ve sosyal ahlak”, səh. 60-61) 

Cəzalandırma mənfi əməlin qarşısını almaq və ona verilən qiymət kimi istifadə edilir . 

Cəzalandırma insanın öz davranışına olan məsuliyyəti , özünə qarşı tələbkarlığı artırdığı, daha 

yaxşı olmağa stimullaşdırdığı üçün pedaqoji cəhətdən məqsədə uyğundur. Ailədə cəzalandır-

manın müxtəlif növlərindən istifadə olunur. Onlardan daha geniş yayılmışı valideynlərin töh-

mətidir. Onlar mimikada, jestdə , sözlərdə ifadə oluna bilər. (Umudova H.A Psixologiya jur-

nalı 2009 № 3,səh.118-119) 

Veijersə (Weijers) görə (2000), verilən cəza zamanı yaş xüsusiyyətləri nəzərə alınmalı-

dır. Yaş artdıqca cəzalar azalmalıdır. Uşaq böyüdükdə ona verilən cəzaya görə utanır. (Sevim 

Cesur “Çocuk ve ergenlerde ahlak gelişimi ve eğitim”, Gül Şendilin redaktorlu-ğuyla “Çocuk. 

ergen, anne-baba”, səh. 130–135)

 

 Həzrəti Peyğəmbər (s.ə.s.) uşaqlar ilə qarşılaşdıqda yaşlılar kimi onlara iltifat edər, bə-



zisini çiyninə, bəzisini qucağına alar və xoş rəftarı ilə demək olar ki, hamısının könlünü xoş 

edər və onları razı salacaq tərzdə davranardı.  

Bəzən küçədən keçərkən uşaqları gördüyü zaman Allah rəsulu onlarla böyük insan kimi 

rəftar edər və onlara “Əs-səlamu  əleyküm” deyər, onlar isə öz növbəsində “Və  əleyküm 

salam, ya Rəsulullah” cavabını verərdilər. Allah rəsulu uşaqlara olduqca artıq dəyər verərdi. 

Bir hədisdə Allah rəsulu (s.ə.s.): “Sizlərdən biriniz uşağına bir şey vəd edərsə, qüsursuz olaraq 

onu yerinə yetirsin”, – buyurur ki, buradan da göründüyü kimi “uşaqdır, yalan desəm də, 

aldatsam da eybi yoxdur” fikri səhvdir.  

Məhşur Amerika psixoloqu Kurt Levin qeyd edir ki, yeniyetmə dövrünün spesifikliyi 

onun iki – uşaqlar və yaşlılar – qrupları arasında yerləşməsi və bu baxımdan daim təzyiqlərlə 

üzləşməsidir. Yeniyetmə artıq uşaq qrupuna mənsub olmaq istəmir, yaşlılar qrupu isə onları 

qəbul etmir. Yeniyetmə meyillərinin aydın ifadə olunmuş ziddiyətliliyi bu yaş dövrü üçün 

xarakterikdir. Yeniyetməlik yaş dövrü hər iki dövrün xüsusiyyətlərinə malik olduğu üçün çətin, 

eyni zamanda böhranlı yaş dövrü də hesab olunur . Yeniyetmə həm valideynlər , həm müəl-

limlər, həm özü üçün ən çətin obyektə çevrilir . Eyni zamanda, yeniyetmənin cəmiyyətdə, 

yaşlılarla və öz yaşıdları ilə ünsiyyətləri genişlənir. Şəxsiyyətlərarası münasibətləri mürəkkəb-

ləşir . Yeniyetmənin ilk tələbatı ümumi maraqları olan adamlarla dost münasibətlərini yarat-

maqla bağlıdır. Bu baxımdan onlarda öz yaşıdlarına emosional bağlılıq yaranır . Aparılmış 

tədqiqaların təhlili və gündəlik müşahidələr göstərir ki , yeniyetmələr daha çox həmyaşıdları 

ilə təmasda olurlar və çox zaman valideynlərin, müəllimlərin tərbiyəvi məsləhətlərinə məhəl 

qoymurlar . Bir çox tədqiqatçılar bunu yaş ziddiyətləri ilə izah etsələr də, fikrimizcə, burada 

əsas səbəb onlarda << yaşlılıq >> hissinin dərk olunma səviyyəsi ilə bağlıdır . Yaşlıların yeni-

yetməyə  uşaq kimi baxması , yeniyetmənin isə özünü << yaşlı >> kimi hiss etməsi onların 

qoşulduğu münasibətlər sistemində paradoks yaradır . Yeniyetmə onun yenicə təşəkkül tapmış 

hisslərinin (yaşlılıq hissi) << qiymətləndirilməsini >> təkidlə  tələb edir .(Məmmədov G.B. 

Psixologiya jurnalı 2010 № 4 səh. 38-40) Yeniyetmələr təkcə  həmyaşıdları arasında deyil, 

həm də böyüklər arasında müəyyən sosial rol oynamağa çalışırlar . Yaşlılar cəmiyyətində isə 

onların sosial aktivliyinə maneələr yaradılır – “o uşaqdır və qulaq asmalıdır” prinsipi çox za-

man göz önündə olur. Sonda yeniyetmə ilə yaşlılar arasında psixoloji maneə yaranır . Yeni-

yetmədə yaşlılıq hissinin onun yaşlılarla olan münasibətlərində  də müəyyən dəyişikliklərin 

təzahürünə səbəb olur . Bu vaxtadək bütün tələbləri həvəslə yerinə yetirən uşaq – indi “mü-

əyyən saatdan sonra gəzmək olmaz” , “hansısa insanla yoldaşlıq etmə” , “mənə deməmiş bu 

işi eləmə” və bu tipli iradlara nəinki utandırıcı, hətta onun şəxsiyyətini , ləyaqətini alçaldan 

təhqir kimi baxır . (Mirzəyev R.N. Psixologiya jurnalı 2010, № 4səh 65-66) 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1351



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 Yeniyetmələrin düzgün tərbiyə edilməsi , onlarda şəxsiyyətin inkişaf etdirilməsi vəzi-

fələri yaşlılarla onlar arasındakı münasibətlərin “yaşlı-uşaq” münasibəti kimi deyil , “yaşlı-

yaşlı” münasibəti kimi təşkil olunmasını tələb edir . Təcrübə göstərir ki, yaşlılar yeniyetməyə 

əvvəlki münasibət tərzlərini dəyişdirmirlərsə , ona yenə də uşaq kimi baxırlarsa, “ yaşlı-uşaq” 

münasibətini saxlayırlarsa, istər-istəməz bu iki obyek arasında narazılıqlar aqressiv reaksi-

yalara və kofliktlərə gətirib çıxarır . Lakin yaşlılar uşaqla böyüklərlə olduğu kimi rəftar etdik-

də, onunla yeni tipli qarşılıqlı münasibətlərə keçdikdə , yeniyetmənin təlim-tərbiyəsi prosesin-

də bu aspektdə heç bir çətinlik olmur .(Mirzəyev R.N Psixologiya jurnalı 2010 № 4 səh. 69) 

Eyni zamanda, yeniyetmənin cəmiyyətdə,yaşlılarla və öz yaşıdları ilə ünsiyyətləri genişlənir, 

şəxsiyyətlərarası münasibətləri mürəkkəbləşir. Yeniyetmənin ilk tələbatı ümumi maraqları 

olan adamlarla dost münasibətlərini yaratmaqla bağlıdır. Bu baxımdan onlarda öz yaşıdlarına 

emosianal bağlılıq yaranır. (Məmmədova G.B. Psixologiya jurnalı 2010 № 4 səh. 39) 

 

 

UŞAQLARIN TƏLİM FƏALİYYƏTİNƏ                             

ADAPTASİYASINDA TƏRBİYƏÇİNİN ROLU 

 

Aygün RÜSTƏMOVA 

Azərbaycan Müəllimlər İnstitutu 



aygun-rustemova@inbox.ru 

AZƏRBAYCAN 

 

Məktəbəqər təhsil 3 – 5 yaş dövrünü əhatə edir. Məktəbəqədər təhsil müəssisəsi uşaqla-



rın təhsil alacağı, həmyaşıdları ilə ünsiyyət quracağı ilk təhsil müəssisəsidir. Əlbəttə, uşaqla-

rın inkişafı üçün əhəmiyyətli olan bu dövr onların gələcək xarakter, qabiliyyət və bacarıqla-

rının tikintisi və inkişafı üçün təməl rolunu oynayır. Bəzən məktəbəqədər yaşlı uşaqların mək-

təbəqədər təhsil müəssisəsinə, yeni bir mühitətanımadığı insanlara adaptasiyası  çətin olur. 

İnkişaf etmiş müasir və düzgün təlim məktəbəqədər yaşlı  uşaqların inkişafı üçün mühüm 

şərtdir. Məktəbəqədər yaşlı uşaqlar üçün yeni təlim fəaliyyətinə adaptasiya ciddi və çətin bir 

sınaqdır. Təlim prosesində uşaq ətraf aləm haqqında yeni, sadə biliklərə yiyələnir, vərdiş və 

bacarıqlar  əldə edirlər. Uşağın təlim fəaliyyətinin motivində  dərketmə  tələbatı durur. 

Özünreallaşdırma tələbatı onu hər şeyi öyrənməyə, hadisələrin səbəblərini başa düşməyə sövq 

edir. Məktəbəqədər yaşlı  uşaqların təlim fəaliyyətinə adaptasiyasında tərbiyəçinin üzərinə 

böyük iş düşür.Beləliklə, uşaqlar yeni mühitə düşərkən ağlayır, verilən tapşırığı etmirlər. 

Məktəbəqədər yaşlı uşaqlar çox vaxt qrupdan kənarda qalırlar. Onlar belə kollektivdə özlərini 

köməksiz kimi hiss edirlər. Bunların hamısı  məktəbəqədər yaşlı  uşağınadaptasiyasınaəsaslı 

təsir göstərir. Bəzəndəcəluşaqlarsakit,utancaq və əksinə sakit uşaqlar çox coşğun olduqlarının 

şahidi oluruq. Tərbiyəçi bunların qarşısını almalı, uşağı günlük həyatını rejimuyğunlaşdırma-

lıdır. Məktəbəqədər yaşlı uşağın psixi inkişafı təlim prossesindən keçir və onunla istiqamət-

ləndirilir. Uşaqların təlimi cəmiyyət üçün məcburi əhəmiyyət kəsb edən fəaliyyət növüdür. O, 

yetişən nəsli cəmiyyət üçün faydalı təcrübəyə yiyələndirir. Müvafiq psixoloji – pedaqoji təd-

qiqatların nəticələri göstərir ki, təlim fəaliyyəti məktəbəqədər yaş dövrünün bütün mərhələləri 

üçün səciyyəvidir. Məktəbəqədər təhsil müəssisəsində aparılan məqsədyönlü təlim fəaliyyəti 

uşağın ümumi psixi inkişafına güclü təkan verir, onun əqli imkanlarının sistematik təlimə cəlb 

olunmasını gücləndirir. Bağçaya gələn uşaq təlim, tərbiyənin güclü təsirinə məruz qalır. Tər-

biyəçi yalnız təlimlə öz fəaliyyəti arasındakı əlaqəni nəzərə aldıqda uşağın inkişafını şüurlu 

olaraq idarə edə və zəruri nəticələrə nail ola bilər. Təlim prossesində tərbiyəçi müxtəlif me-

todlardan istifadə edir. Bu metodların hər biri məktəbəqədər yaşlı  uşağın bilik, bacarıq və 

vərdişlərə yiyələnməsinə, öyrənmə marağının inkişaf etdirilməsinə  və  təlim  şəraitinə 

adaptasiyasına xidmət edir. Uşaqda təlim fəaliyyətinin formalaşması məqsədyönlü prossesdir. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1352



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Təlim məşğələsi zamanı  tərbiyəçinin rəhbərliyi altında, müəyyən proqram əsasında uşaqlar 

müntəzəm və ardıcıl olaraq biliyə yiyələnirlər. Təlim məşğələlərində  uşaqlarda tərbiyəçini 

dinləmək, onun göstərişi əsasında hərəkət etmək, müşahidə aparmaq, öyrəndiyini sözlərlə ifa-

də etmək kimi vərdişlər formalaşır. Məktəbəqədər yaşlı uşaqların təlim fəaliyyətinə adaptasi-

yasına əsasən əyani vasitələrdən geniş istifadə olunmaqla nail olmaq olar. Əyani vasitələrdən 

istifadə edərkən tərbiyəçi uşağa nəyi qavradığını qabaqcadan başa salmalıdır. Əgər əvvəlcə-

dən izahat aparılmamışsa, uşaq  şəkildəki  əsas məsələləri qavramaq əvəzinə lazımsız  şeyləri 

qavrayacaq. Təlim fəaliyyətinə  uğurlu adaptasiya üçün diqqət vacibdir. Məktəbəqədər yaşlı 

uşaqların diqqətinin həcmi çox dar, davamlılığı isə olduqca az olur. 5 yaşlı uşaq diqqətini tər-

biyəçinin fəaliyyətinə tamamilə yönəldə bilər və bu zaman ətrafdakılar bütövlükdə diqqətdən 

kənarda qalır. Təlim prosesində intizamlılıq və mütəşəkkillilik uşaqların uğurlu adaptasiyasın-

da böyük əhəmiyyətə malikdir. Qrupda məşğələlərin təşkili, rejimlə işləmək, ev tapşırıqlarının 

mütəşəkkil  şəkildə yerinə yetirilməsi və başqa intizamlılıq məhz uğurlu adaptasiyanın  əsas 

amilidir. Təlimin məhsuldar nəticələri onunla şərtlənir ki, bu prosesdə  uşaq artıq qarşısına 

məqsəd qoymaq, onun təxəyyül planını qurmaq, sona qədər yerinə yetirmək kimi iradi iş im-

kanları  əldə edirlər.Uşaqların təlim fəaliyyətinə adaptasiyası üçün tərbiyəçi müxtəlif metod-

lardan istifadə edir. Bu metodlar məktəbəqədər yaşlı uşaqların bilik, bacarıq və vərdişlərinin 

müvəffəqiyyətlə həyata keçirilməsinə, öyrənmə marağının inkişaf etdirilməsinə və daha uğurlu 

adaptasiyasına xidmət edir. Təlim prosesində  uğurlu adaptasiyasının  əsas göstəricilərindən 

biri uşaqların məşğələdə fəallığıdır. Məktəbəqədər yaşlı uşaq məşğələ üçün qüvvə sərf etdikdə 

fəallıq göstərir, maraqlandıqca biliklərin mənimsənilməsinin mənasını anlayır ki, bu da 

onların yeni şəraitə adaptasiyasının əsasını qoyur. 

 Adaptasiyanın davamlılığını  təmin etmək üçün bir sıra maraqlardan istifadə etmək, 

həmin maraqları hesaba almaq lazımdır. Yeni maraqlar məktəbəqədər yaşlı uşaqların diqqətini 

məşğələyə  cəlb edir, öyrəniləcək məşğələnin mənimsənilməsini asanlaşdırır. Psixoloq L.N. 

Qaliquzova məktəbəqədər yaşlı  uşaqların təlim fəaliyyətində yaranan adaptasiya problemini 

onların qısa müddətdə uşağın həyatında baş verən müxtəlif dəyişikliklərin yaranması ilə fəa-

liyyətlərində mürəkkəbliyin artması ilə bağlı olduğunu qeyd etmişdir. 

 Tərbiyəçi yuxarıda göstərilən cəhətəri yaxşı bilməlidir ki, onda uşaq şəxsiyyəti haqqın-

da düzgün təsəvvür formalaşsın. Yalnız bu zaman tərbiyəçi uşağın yeni şəraitə adaptasiyasına 

kömək edə bilər.Uşaqların təlim fəaliyyətinə adaptasiyası zamanı tərbiyəçi aşağıdakı şərtlərə 

əməl etməlidir: 

- Uşaqlara psixoloji və pedaqoji cəhətdən düzgün təsir etməli; 

- Təlim prosesində məlumatların tam və aydın tərzdə qavranılması üçün uşaqlarda baca-

rıqlar inkişaf etdirilməli; 

- qrup otağı parlaq və rəngarəng çərçivələrlə bəzədilməli; 

- Uşaqların yaş  və  fərdi xüsusiyyətləri nəzərə alınmalı, eyni zamanda böyüklər və 

həmyaşıdları ilə ünsiyyət qurmaq bacarığı formalaşdırılmalı; 

- Təlim məşğələləri sadədən-mürəkkəbə olaraq təşkil olunmalıdır; 

- Uşaqlar üçün qrupda rahat şərait yaradılmalı, öyrənmə motivasiyası formalaşdırılmalı, 

uşaqların aparıcı fəaliyyəti oyun olduğu üçün təlim məşğələləri əyləncəli və didaktik oyun fo-

nunda keçirilməli; 

- Keçirilən bütün təlim məşğələləri uşaqların daha uğurlu adaptasiyasına və şəxsi key-

fiyyətlərinin inkişafına kömək etməli; 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin