Qafqazda Gender Məsələləri



Yüklə 24.2 Kb.
tarix10.07.2017
ölçüsü24.2 Kb.
1.Kifayət Ağayeva “Qafqazda Gender Məsələləri”

Son zamanlar gender problemlərinin tədqiqi xüsusi aktuallıq kəsb edir, çünki gender sosial xarakterə malikdir, sosial əhəmiyyət daşıyır.Bu problemdən bəhs edən kitablardan biri də Kifayət Ağayevanın müəllifi olduğu “Qafqazda gender məsələləri”dir.

Kitabda müəllif tərəfindən gender problemləri ilə bağlı müxtəlif aktual məsələlərə toxunulmuşdur.Qafqazda gender və Ailə, Qafqazda gender və Mədəniyyət, Şimali Qafqaz qadınlarının sosial-iqtisadi və siyasi vəziyyəti, Müharibə və Şimali Qafqaz qadınları: dünən və bu gün və digər bu kimi məsələlər araşdırılmışdır. “Qafqazda Gender Məsələləri”kitabında gender münasibətlərində mövcud olan bərabərsizlik cəmiyyətin patriarxal strukturu kimi qeyd olunub və K.Milletin “Gender münasibətləri də daxil olmaqla, patriarxal xarakter ənənəvi cəmiyyəti təmin edən sosial bazadır və patriarxatın ən əsas qurumu da elə ailənin özüdür” fikirlərinə istinad edilib.

2.Səbinə Alməmmədova “İngiliscə-rusca-azərbaycanca kargüzarlıq terminləri lüğəti”

Təqdim olunmuş ingiliscə-rusca-azərbaycanca kargüzarlıq terminləri lüğəti,kargüzarlıq işlərinin aparılması və sənədləşdirmə təminatının idarəetmə fəaliyyətinin təmin edilməsi üzrə ilk dəfədir tərtib olunur.

Bu lüğət müxtəlif sənədlərdə və müvafiq mövzuya aid olan ədəbiyyata rast gələn 3000-dən artıq xüsusi termin və söz birləşmələrindən ibarətdir.Terminlərin seçilməsində müəllif mövzuya aid standartlardan,xüsusi ədəbiyyatdan,sənədlərdən,autentik mətnlərdən istifadə edib.

Lüğətə kadr xidməti,elektron sənəd,məktublaşma,katib işi və kargüzarlıq işlərinə aid bölmələr daxildir.Lüğət ingilis əlifba sırası ilə tərtib olunmuşdur ki,bu da terminlərin axtarışını yüngülləşdirir.



3.Sevinc Rzayeva “Məşgulluq sahəsində gender bərabərliyi”

Monoqrafiyada müasir dünyada məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi probleminin sosial-iqtisadi aspektləri araşdırılmışdır.Dünyanın müxtəlif ölkələrində məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi təcrübəsinin öyrənilib ümumiləşdirilməsi əsasında Azərbaycan Respublikasında məşğulluğun gender təhlili aparılmış,ölkəmizdə məşğulluq sahəsində gender bərabərliyinin əldə edilməsi istiqamətində perspektivlər müəyyən edilmişdir.

Monoqrafiya elmi işçilər,dövlət orqanlarında və ictimai təşkilatlarda çalışan mütəxəssislər,ali məktəb müəllimləri və tələbələri,gender məsələlərinin tədqiqi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərə tutulmuşdur.

4.Zümrüd Mənsimova “Zaqatala folklor örnəkləri”

Kitabda Azərbaycanın folklor materialları ilə zəngin olan Zaqatalanın kəndlərindən toplanmış şifahi xalq ədəbiyyatı nümunələri öz əksini tapmışdır.

Həmçinin, kitaba daxil edilən rəvayətlər, nağıllar öz məzmununa görə spesifikdir.Müəllifin əsərində aşıq yaradıcılığına xüsusi yer ayrılmışdır.

Zaqatala Folklor Örnəkləri” əsərinə müəllif bölgə ərazisində yaşayıb-yaradan aşıq deyişmələrini və “Bəhrinazla Aşıq Mədət” “Tale ilə Aşıq Mədət ” dastanları daxil etmişdir.

Zümrüd Mənsimovanın “Zaqatala Folklor Örnəkləri” kitabını Azərbaycan folkloru atlasının yaradılmasına yeni bir töhfə hesab etmək olar.

5.Nailə Vəlixanlı “Azərbaycan VII-XII əsrlərdə:tarix,mənbələr,şərhlər

Kitabda orta əsr ərəb tarixi və coğrafi mənbələri,eləcə də müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycan torpaqlarının VII əsrin ortalarına yaxın yeni dünya imperiyasının-Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan,XIII əsrin əvvəllərində bölgənin iqtisadi-mədəni yüksəlişinə müvəqqəti ara vermiş monqol hücumları ilə tamamlanan altı əsrlik dövrü əhatə olunmuş,həmin dövrün ərəbdilli on beş qaynağından Azərbaycan və onun əhalisinin tarixi taleyində baş vermiş köklü dəyişikliklər araşdırılmış,Xilafətlə Azərbaycanın,eləcə də IX-XII əsr Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilmişdir.

Kitab tarixçi və şərqşünaslar,eləcə də Azərbaycanın erkən orta əsrlər dövrü tarixi və tarixi coğrafiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

6.Nərgiz Əliyeva “Şeyx əs-Siləfi və Azərbaycan”

Kitabda XII əsrdə Azərbaycanda olmuş sufi alim və səyyah şeyx əs-Siləfinin “Mucəm əs-Səfər” əsəri əsasında Azərbaycanın mədəni həyatı tədqiq edilir.Əsərdə Azərbaycandan çıxmış 117 mühəddis,fəqih,sufi şeyx,hafiz,şair,katib,ədib haqqında məlumat verilir.Əsər Azərbaycan ziyalılarının və məşhur şəxsiyyətlərinin adlarının üzə çıxarılması və Azərbaycanla müsəlman dünyası ölkələri arasındakı elmi-ədəbi əlaqələri öyrənmək baxımından olduqca qiymətli mənbədir.



7.Алиева Наргиз. Ибн Макула о мухаддисах Азербайджана. Москва, 2016

Məşhur Azərbaycan tarixçisi, professor Nərgiz Əliyeva Moskvada tarix, iqtisadiyyat və hüquq üzrə elmi-tədqiqat institutu tərəfindən nəşr edilmiş “İbn Məkulə - Azərbaycan muhəddisləri haqqında” kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə etmişdir.  

Kitabda, Nərgiz Əliyeva məşhur orta əsr ərəb alimi İbn Məkulənin (1030-1082-ci illər) Azərbaycana səyahətindən aldığı təəssüratları özündə əks etdirən “Əl-İkmal” əsərini tədqiq etmişdir. İbn Məkulənin Naxçıvanda, Gəncədə və digər şəhərlərdə Azərbaycan mütəfəkkirləri ilə görüşləri, dini mərkəzləri və kitabxanaları ziyarət etməsi alimə imkan vermişdir ki, o, Azərbaycanın 60-dan çox görkəmli İslam alimləri, o cümlədən mühəddis, dilşünas, fəqih, sufi, şair, yazar, hafiz və hərbi rəhbərlər barədə  zəngin məlumatlar toplasın.    

Bu kitabla N.Əliyeva alimlərə orta əsr Azərbaycan mədəniyyətini öyrənmək üçün toplanmış məlumatların böyük elmi dəyərini göstərmişdir.

8.Nərgiz Əliyeva,Nasir Quluzadə,Emin Məmmədov “Davud bəy Şərifov”

Kitab-albom Azərbaycan elminin arxeologiya etnoqrafiya və coğrafiya sahələrinin inkişafına eləcə də maddi və mənəvi mədəniyyətimizin öyrənilməsinə böyük töhfələr vermiş görkəmli yenilikçi alimin – Davud bəy Şərifovun anadan olmasının 130-cu ildönümünə həsr olunmuşdur.Onun ən böyük xidmətlərindən biri isə XX əsrin 20-ci illərində Azərbaycanda muzey işinin təşəkkülü və inkişafına verdiyi töhfədir.

Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab-albom AMEA-nın Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Milli Azərbaycan Tarixi Muzeyinin elmi arxiv sənədlərindən istifadə olunmaqla ərsəyə gətirilmişdir.

9.Х.Ю.Вердиева. Переселенческая политика Российской империи в Северном Азербайджане (XIX начале XX вв.). Баку, 2016

Tədqiqatın əsas obyekti müəyyən zaman kəsiyində Rusiya imperiyasının etnik siyasətini kompleks şəkildə araşdırır və Vətən tariximizin tarixi-demoqrafik tədqiqatlarındakı mühüm boşluqları aradan qaldırır. XİX əsrin ilk üç onilliyində Şimali Azərbaycanı ilhaq edən Rusiya imperiyası torpaqlarımızda alman, erməni, rus və s. xalqlarının yerləşdirilməsi ilə bağlı məqsədyönlü etnik siyasət yürütmüşdür. Rusiya imperiyasının bu etnik siyasəti nəticəsində XIX – XX əsrin əvvəllərində Şimali Azərbaycan əhalisinin tərkibində etno-konfessional dəyişikliklər baş vermişdir. Bu baxımdan hazırki mənbə hər bir azərbaycanlının öz tarixi həqiqətlərini dərk etmək baxımından əhəmiyyətli rola malikdir.



10.Malahat Soltangizi “When I don’t Exist”

Məlahət Soltanqızının müəllifi olduğu “When I don’t exist” kitabı müxtəlif zaman,məkanlarda fərqli mövzulara həsr edilmiş şeirlər toplusudur.Müəllifin kitabı dünyada tanınan,elektron ticarət aparıcısı hesab olunan Amazon.com’da dünya oxucularının ixtiyarına verilib.Ədəbiyyatın dünya kitab arenasına çıxmasında beynəlmiləl dil hesab oluna ingilis dilində yazılması təsirli rola malikdir.Kitabda Azərbaycan xalqının yaşadığı 1990-cı il yanvarın 20 Qanlı Yanvara həsr edilmiş “Heart Wound”[ha:t wund] adlı şeir müəllif tərəfindən yazılmışdır.



11.Famil Öməroğlu “Bir yalan bir doğru”

“Bir yalan,bir doğru” müəllifin oxucularla ilk görüşüdür.Kitabda müəllifin dünya,zaman,həyat və sevgi haqqında fəlsəfi fikirləri öz əksini tapır.Kitabdakı rəsmlər müəllifin özü tərəfindən çəkilmişdir.Ayrı-ayrılıqda,sonrasında gələn mövzunu ifadə etsə də,ümumilikdə kitabı əhatələyir. Kitab Hz.Məhəmməd(s.a.s) “Sənin doğru söylədiyinə inanan birinə yalan söyləmən ən böyük xainlikdir” fikri ilə başlayıb.Müəllifin məsələlərə fərqli yanaşması oxucuda xüsusi maraq yaradır.Bu fikirlərdən bir neçəsini nəzərinizə çatdırmaq istərdim:



  • Öncələr rahat olmaq üçün qurduğumuz xəyallar, sonralar rahat buraxmır...

  • Bilikli sandığımız insanlar da doğru bildiklərini sana bilər.Axtarmağa başla.Sənin tapacağın həqiqəti hələ heç kim tapmayıb.”


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə