Tədqiqatın informasiya bazası: Tədqiqatın aparılması zamanı bir sıra yerli və xarici müəlliflərin mənbələri ilə yanaşı internetdə mövcud olan mənbələrdən də istifadə olunmuşdur. Tədqiqatın məhdudiyyətləri: Bu tədqiqatın məhdudiyyətliliyi beynəlxalq marketinqlə məşğul olan şirkətlərin fəaliyyətlərinin inkişafının irəliləməsinə mane olan bir sıra problemlər və onların aradan qaldırılması üçün istifadə olunan metodların, konsepsiyaların, strategiyaların və s. tədqiq edilməsidir. Tədqiqatın elmi yeniliyi və praktiki nəticələri :
Qarşıda duran yavaş artım, demoqrafik amil, artan rəqabət, yeniliklər və s. kimi bir sıra vacib amilləri nəzərə alaraq beynəlxalq marketinq fəaliyyətində qarşıya çıxan problemlərin həllini tapmaq mümkün ola bilər. Nəticələrin istifadə oluna biləcəyi sahələr: Qloballaşma inkişaf etməkdə olan bazarlarda yaşanan sürətli böyüməyə və son on ildə beynəlxalq biznesdəki böyüməyə təkan verdi. Dissertasiyada təsvir olunacaq çətin şərtlər bizi qloballaşma və beynəlxalq marketinqin gələcəyi barədə düşünməyə vadar edir. Açar sözlər: Beynəlxalq marketinq, Xarici ticarət, Qloballaşma.
“PROBLEMS OF COMPANIES IN INTERNATIONAL MARKETING ACTIVITIES AND WAYS TO OVERCOME THEM” SUMMARY The actuality of the subject: International marketing has a number of unique features. Firms need to learn some things, first of all, the international environment, and get acquainted with its features, before entering foreign markets.